Məhkəmə qərarları › İş №2(102)-413/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-413/2025

27.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-413/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): təbii qazdan istifadəyə görə yaranmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4990/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin hall arı 1. 04.06.2023-cü il tarixli “Abonent Saldosu”na əsasən İddiaçı məxsus Bakı, Binəqədi, Motodrom ərazisi **********0035 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 05/2020 tarixi üzrə 784,8 manat, 07/2020 tarixi üzrə 388,8 manat, 08/2020 tarixi üzrə 194,4 manat, 09/2020 tarixi üzrə 194,4 manat, 10/2020 tarixi üzrə 194,4 manat, 11/2020 tarixi üzrə 295,2 manat, 12/2020 tarixi üzrə 295,2 manat, 01/2021 və 02/2021 tarixləri üzrə 396 manat, 03/2021 tarixi üzrə 597,6 manat, 06/2021 tarixi üzrə 309,6 manat, 07/2021 və 08/2021 tarixləri üzrə 280,8 manat, 09/2021 tarixi üzrə 432 manat, 10/2021 tarixi üzrə 280,8 manat, 11/2021 və 12/2021 tarixləri üzrə 708,48 manat, 01/2022 tarixi üzrə 578,88 manat, 02/2022 tarixi üzrə 630,72 manat, 03/2022 tarixi üzrə 1944 manat, 06/2022 tarixi üzrə 336,96 manat borc yazılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom ərazisi ünvanına (abonent hesab nömrəsi: **********00035) əsassız yazılmış 10228,32 manat borc məbləğinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 3. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun abonent hesabına əsassız olaraq yazılmış 8228,32 manat borcun silinməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom ərazisi (Abonent kodu: **********00035) ünvanında ailəsi ilə yaşayı r. Azəriqaz istehsalat birliyi tərəfindən 30 iyun 2022-ci ildə akt tərtib edilib ki, sayğacsız təbii qazdan qeyri qanuni istifadə edilir, aktlara əsasən 10228.32 manat cərimə borcu yazıblar. O, bir otaqlı evdə yaşayır, bu qədər cərimənin yazılması onun hüquqlarını pozur, imkansız ailədir, yeməyə güclə çatdırır, hal hazırda həmin cərimə ondan çıxılır. Belə qərara gəlib ki, məhkəməyə müraciət edib öz haqqını müdafiə etsin, bir müddət qaz sayğacı olmadığından həmin dövrlər üçün yazılmış borcun bir hissəsinin saxlanılaraq qalan, 8228,32 manat borcun silinməsini xahiş edir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2601/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı **********00035 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 8228 manat 32 qəpik məbləğində borcun silinməsi, Cavabdehndən 102 manat 28 qəpik dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Motodrom ərazisində yerləşən yaşayış evinə quraşdırılmış **********0035 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir. Onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı təbii qazdan sayğacsız qeyri-qanuni birləşmə ilə istifadə edildiyi aşkar olunması əsasları ilə aktlar tərtib olunmuş və həmin aktlar nəticəsində abonentin - iddiaçının **********0 035 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 05/2020 tarixi üzrə 784,8 manat, 07/2020 tarixi üzrə 388,8 manat, 08/2020 tarixi üzrə 194,4 manat, 09/2020 tarixi üzrə 194,4 manat, 10/2020 tarixi üzrə 194,4 manat, 11/2020 tarixi üzrə 295,2 manat, 12/2020 tarixi üzrə 295,2 manat, 01/2021 və 02/2021 tarixləri üzrə 396 manat, 03/2021 tarixi üzrə 597,6 manat, 06/2021 tarixi üzrə 309,6 manat, 07/2021 və 08/2021 tarixləri üzrə 280,8 manat, 09/2021 tarixi üzrə 432 manat, 10/2021 tarixi üzrə 280,8 manat, 11/2021 və 12/2021 tarixləri üzrə 708,48 manat, 01/2022 tarixi üzrə 578,88 manat, 02/2022 tarixi üzrə 630,72 manat, 03/2022 tarixi üzrə 1944 manat, 06/2022 tarixi üzrə 336,96 manat borc olmaqla, ümumilikdə 10228,32 manat borc hesablanmışdır, iddiaçı isə 8228,32 manat məbləğində borcun sil inməsini tələb edir.

7. Məhkəmə qeyd etmişdir ki, aktlar əsasında yazılmış borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.

8. Məhkəmə həmçinin qeyd etmişdir ki, sayğaca qanunsuz qoşulma hallarında, qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla, qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan mü ddətdə istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla hesablanmalıdır. Bununla belə, cavabdeh tərəfindən hesablama bu şərtlərə əməl edilmədən aparılmış, qaz qurğularının orta günlük iş rejimi 24 saat kimi qəbul edilmiş, ilin mövsümü və əvvəlki dövrün orta gündəlik qaz sərfi nəzərə alınmamışdır.

9. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı abonent koduna hesablanmış əsassız borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, ikincisi, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər.

10. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********0035) itirilmiş qazın bərpası məqsədilə yazılmış 8228,32 manat məbləğində borc silinməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respu blikası Qanununun 13-cü maddəsinin 8 və 8-1-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 18 (1-ci bənd) və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220 və 360-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.6, 4.7, 4.8, 4.9-cü bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024 tarixli 2(011)-2601/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsasla ndırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmış və bir nüsxəsi abonentə təqdim edilmişdir. Abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Əməkdaşları tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıqaşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Tərəflərindən təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim etdiyi sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də, ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə alına bilməməsini araşdırmamışdır. Halbuki, bu deyilən meyarlar araşdırılsa, Azəriqaz İB-yə dəymiş ziyan öz təsdiqini tapmış olardı. Məhkəmə mülki iş tədqiq edərkən iddiaçının istifadə edib ödəmədiyi borcu müəyyən etməsinə baxmayaraq tərtib edilmiş aktların heç birini tədqiq etməmişdir. Belə ki, məhkəmə ödənilməyən borcu müəyyən edərkən istifadə edilmiş qazın həcmini çoxluğunun qarşısını almaq məqsədi ilə iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etmə hallarını müəyyən edə bilərdi. Habelə məhkəmə, istifadə edilmiş ödənilməmiş məbləğin səbəblərini müəyyən edərək yuxarıda qeyd etdiyi məqsədə nail ola bilərdi. Məhkəmə öz qətnaməsində kənar xəttin qoşulması üçün şübhə doğuduğunu qeyd etsə də, o byektiv nəticəyə gəlmək üçün hər hansı hüquqi tədbir görməmişdir. Məhkəmədə iddiaçı qeydiyyatsız istifadə etdiyini qeyd etsə də, məhkəmə bu hallar qiymət verməyərək qanunvericiliyin tələblərinə uyğun olmayan qətnamə qəbul etmişdir. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə, qətnaməsində qeyd edilmiş borcun silinməsini təmin etsə də, amma buna əsas gətirməmişdir. Belə ki, tərtib edilmiş aktlar, çəkilmiş fotoşəkillər tədqiq edilməmiş, saldo isə araşdırılmamışdır. Belə ki, məhkəmə iddiaçının sübuta söykənməyən mülahizəsini əsas götürmüşdür. Məhkəmə qətnaməsi iddiaçının izahatına və məhkəmənin qanuna söykənməyən mülahizəsinə dayanmaqdadır.

14. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirm işdir ki, 2019-cu ildə 1 otaqlı ev tikmişlər, sentyabr ayında isə köçmüşlər. O zaman qazı olmamışdır. Evi balacadır. Qaz xəttinin çəkilməsi üçün müraciət etmiş, əməkdaşlar o zaman evin balaca olduğunu və necə vəziyyətdə yaşadığını görmüşlər. Qaz idarəsinin işçiləri ondan hər dəfə gələndə 20-30 manat pul almışlar. Sayğac sonradan qoyulmuş, o da sənədləri imzalamış, ona heç bir cərimənin olmadığı deyilmişdir. 10.000 manatdan çox cərimə olunduğunu sonradan öyrənmiş, 2080 manat ödəmişdir. Onun balaca evində bu qədər çox borc yazıla bilməz. Evin üstündən qaz xətti keçir, baxan kimi görünür. Maddi imkanı aşağıdır, cəriməni ödəyə bilməz. Ödəniş kartladır və sayğac sonradan qoyulmuşdur.

15. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfində n təqdim edilmiş 3 sentyab 2024-cü il tarixli, 3-15-2-1/21819/2024 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı ilə əlaqə saxlanılmış, o, bir otaqdan, bir mətbəxdən və bir hamam otağından ibarət fərdi yaşayış evində aşağıda göstərilən qaz qurğularından istifadə edildiyini bildirmişdir: 1 ədəd PQ-3 tipli plitəsi, maksimal qaz sərfiyyatı 0,8 m3, 1 ədəd qənaətli su qızdırıcısı, maksimal qaz sərfiyyatı 1.5 m3, 1 ədəd İran sobası, maksimal qaz sərfiyyatı 1.5 m3. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydalaı”nın 6.5-cı, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saatdan çox olmayan işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (“Qazdan istifadə Qaydaları-nın 3.1.11 maddəsinin tələbinə görə qazpaylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir), analogiya üzrə oxşar yaşayış evlərində 1 ədəd qaz plitəsinin sutkada 3 saat, qənaətli su qızdırıcısının 4 saat, İran sobasının 12 saat işləməsi ehtimalını nəzərə almaqla, qazpaylayıcısına vurulmuş zərərin miqdarının hesabınması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (0.8 m3 x 3 saat + 1.5 m3 x 12 saat) x 30 gün = 792 m3, Yay ayları üçün ayda (0.8 m3 x 3 saat = 1.5 m3 x 4 saat) 30 gün = 252 m3. 2020-cu ildə tərtib edilmiş 7 akt üzrə: 2 qış ayı x 792 m3 +5 yay ayı x 252 m3 = 2844 m3 dəyəri 2200 m3 0,1 manat + 644 m3 x 0.2 manat = 348,8 manat. 2021-ci ildə tərtib edilmiş 10 akt üzrə: 5 qış ayı x 7 92 m3 + 5 yay ayı x 252 m3 = 5220 m3. 2022-ci ildə tərtib edilmiş 4 ay üzrə: 3 qış ayı x 792 m3 + 1 yay ayı x 252 m3 = 2628 m3. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3 -i 0,12 manat, illik istehlak həcminin 1200 m3 -dən 2500 m3 -dək hissəsi üçün hər 1 m3 -i isə ).25 manat qiymət təyin edildiyini nəzərə alaraq, 2021-ci illərdə tərtib edilmiş aktar üzrə hesablanmış 5220 m3 qaz həcminin dəyəri (1200 m3 x 0.12 manat + 1300 m3 x 20 manat + 2720 m3 x 0,25 manat = 1084) 1084 manat: 2022-ci ildə hesablanmış 2628 m3 qaz həcminin dəyəri (1200 m3 x 0.12 manat + 1300 m3 x 20 manat + 128 m3 x 0,25 manat = 426) 436 manat, cəmi 2020-2022-ci illər üzrə tərtib edilmiş aktlar üzrə 348,8 + 1084 + 436 = 1868,8 manat təşkil edir. Abonentin qazdan qanunsuz istifadə etməsi halı nəzərə alınarsa, qaz paylayıcısına dəymiş zərərin məbləği cəmi 1868,8 manat müəyyən edilə bilər. Abonent saldosunun təhilili, xx.xx.2024-cü il tarixə qədər qeyd edilən borcun 502.5 manatının ödənilməsini müəyyən etmişdir. Beləliklə, abonentə hesablanmış borcun 1868,7 manat təşkil edə biləcəyini və onun tərəfindən 502,5 manat ödənildiyini nəzərə almaqla, xx.xx.2024-cü il tarixinə İddiaçı borcu 1868,8 502,5 = 1366,3 manat təşkil edə bilər.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4990/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Günay Axundova (sədrl ik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2601/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı **********00035 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 8228 manat 32 qəpik məbləğində borcunun silinməsi, iddia ərizəsinin verilməsinə görə 102,28 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət nəfinə ödənilməsi, Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatora aid edilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, İddiaçı 8228,32 manat borcun silinməsi tələbi ilə məhk əməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. 18. 4 iyun 2023-cü il tarixli abonent saldosundan görünür ki, aktlar tərtib edilərək 2020-ci il üzrə 2347.20 manat, 2021-ci il üzrə 4390.56 manat və 2022-ci il üzrə 3490.56 manat, ümumilikdə 10.228,32 manat borc hesablanmışdır.

19. İddiaçı da ilkin olaraq iddia tələbində 10228,32 manat məbləğində borcun silinməsini tələb etsə də sonradan iddia tələbini azaldaraq 8228,32 manat məbləğində borcun silinməsini tələb etmişdir.

20. İşə baxan məhkəmə iddianı təmin edərək borcu silmişdir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müda xilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməlidir.

21. Məhkəmə kollegiyası isə birinci instansiya məhlkəməsinin əsaslandırması ilə razılaşmamışdır. Çünki, iddiaçı özü məhkəmə iclasında izahatında qeyd etmişdir ki, bir müddət sayğac olmadan qazdan istifadə etmişdir.

22. Bundan əlavə birinci instansiya məhkəməsi aktların tərtib edildiyi illər üzrə də fərqləndirmə aparmadan 2022-ci ilin may ayından qüvvədə olan “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1 bəndinə istinad etməklə iddianı təmin etmişdir.

23. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən təqdim edilmiş 03 sentyab 2024-cü il tarixli, 3-15-2-1/21819/2024 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, qanunsuz qoşulma olduğu halda 2020, 2021 və 2022-ci ilin ilk dörd ayı üzrə tərtib edilmiş aktlar təhlil edilərək 2020-ci il üzrə 348,8 manat, 2021-ci il üzrə 1084 manat və 2022-ci ilin ilk dörd ayı üzrə 436 manat, cəmi 1868,8 manat məbləğində borc təşkil etdiyi qeyd edilmişdir.

24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərtəfindən 2020, 2021 və 2022-ci ilin ilk dörd ayı üzrə tərtib edilmiş aktlarda göstərilən borc məbləği şişirdilmiş və əsaslandırılmamış məbləğdir. Həmin dövr üzrə mütəxəssis rəyi əsas götürülməklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ödəməli olduğu məbləğ 1868,8 manat təşkil edir.

25. O cümlədən, xx.xx.2022-ci il tarixli akta münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin akt tərtib edilərkən artıq Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1 bəndi qüvvədə i di.

26. Həmin maddəyə əsasən əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müə yyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.

28. Nəticədə, məhkəmə kollegiyası qeyd etmişdir ki, abonent saldosundan müəyyən olunduğu kimi 2020 -2022 -ci illər üzrə cəmi 10.228,32 manat borc hesablanmışdır. Mütəxəssis rəyi əsas götürülməklə iddiaçının 2020, 2021 və 2022-ci ilin ilk dörd ayı üzrə tərtib edilmiş aktlar üzrə ödəməli olduğu məbləğ 1868,8 manat təşkil edir. Yəni 10.2228,32 -1868,8 = 83 59.52 manat silinə bilən məbləğdir. Lakin iddiaçı tələbini azaldaraq 8228,32 manat məbləğində borcun silinməsini tələb etdiyindən Kollegiya qeyd etmişdir ki, iddia tələbi həcmində də borc silinməlidir.

29. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1 və 1097.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2, 5.5, 6.1.4-ci və 25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan 6.5-ci bəndinin redaksiyasına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 30 sentysbr 2024-cü il tarixli2(103)-4990/2024 saylı qətnaməsini ləğv edərək iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmələr iddianın böyük bir qismini təmin etmişlər. Təmin edilmiş iddia tələbi cavabdehə dəymiş zərərlə bağlı olduğundan qətnamələrin heç bir hüquqi əsası yoxdur. Dəymiş zərərlə bağlı isə məhkəmələr saldo aktları və fotoşəkillərə laqeyd göstərərək düzgün hüquqi nəticəyə gəlməmişlər. Məhkəmə dəymiş ziyanın müəyyən edilməsi məqsə di ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmişdir. Məhkəmələr saldoya və ya ödəniş cədvəlinə diqqət etmiş olsa idi, iddiaçının demək olar ki, təbii qazdan qanuni şəkildə etmədiyini aşkar surətdə müəyyən etmiş olardılar. Bununla da birlik tərəfindən tərtib edilmiş aktlar və fotoşəkillər öz əsaslılığını qanuniliyini reallığını yuxarıda sadaladığım hallarla təsdiq etmiş olur.

32. İddiaçı ilə Cavabdeh İBarasında abonent müqaviləsi bağlanarkən müqavilənin tələblərinə əsasən iddiaçı da digər abonentlər kimi sayğacla təhciz olunmuşdur. Ancaq iddiaçı qeyd etdiyim müqavilənin tələblərini pozaraq Cavabdeh İB vermiş olduğu qazı qeyri-qanuni əldə edərək əsassız varlanaraq cavabdehə ziyan törətməsinə baxmayaraq iddianın təmin edilməsinə dair qətnamə qəbul edilmişdir.

33. İddiaçı əslində əldə etdiyi Cavabdeh İB-nin mülkiyyətindəki qazdır.Bu qazı isə müqavilədə nəzərdə tutlmuş şəkildə yox, qeyri-qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçı vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. Məhkəmələr bu halı araşdırmayaraq əsassız qətnamələr qəbul etmişlər.

34. Məhkəmə qətnaməsində aktlara olan münasibətini öz mülahizəsinə əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsində yalnız keçirilmiş ekspertizanın rəyini nəzərə almışdır. Halbuki ekspertizanın nəticəsi ilə çəkilmiş fotoşəkillər heç biri uyğunluq təşkil etməmişdir. Bu da onu ifadə etməyə əsas verir ki, məhkəmə qətnaməsi formal mülahizələr əsasında tərtib edilmişdir. Belə ki, ekspert həqiqətən tədqiqat obyektini tədqiq etməsi şübhəyə səbəb ol ur. Bundan əlavə təqdim edilmiş saldoya diqqət yetirsək açıq aydın olur ki aktlar tərtib edilən dövrdə heç bir qaz sərfiyyatı qeydə alınmamışdır. Məhkəmə, birlik tərəfindən tərtib edilmiş aktlar və ya çəkilmiş fotoşəkillərə diqqət etməyərək iddiaçının sübutsuz mülahizlərə əsasında qəbul edilmiş qətnaməsini dəyişdirmədən saxlamışdır. Bununla yanaşı məhkəmə iddiaçıdan hansı dövrü təbii qazdan istifadə etdiyini və buna görə nə qədər ödəniş etdiyini soruşsa idi birlik tərəfindən aktların düzgünlüyünü müəyyən edərək məhkəməyə verilmiş iddianın və ya təmin olunmuş qətnamənin həqiqətə uyğun olmadığını müəyyən edə bilərdi

35. Məhkəməyə təqdim edilmiş aktlar və şəkillər hadisənin həqiqiliyini o cümlədən zərərin reallığını əks etdirsə də, məhkəmələr demək olar ki, bu xüsusiatlara diqqət yetirməyərək qətnamə qəbul edilmişdir. Qanunvericilikdə hər bir tərəf öz tələblərini sübut etmək vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları iddiaçıdan tələb etmiş, nə də ki tərəflərindən təqdim edilmiş sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş cədvəlində hər şey aşkar sürətdə görünsə də, məhkəmə qətnamə qəbul edərkən ödəniş cədvəlində göstərilənləri nəzərə almamışdır. Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə təqdim olunmuş şəkillərə hüquqi münasibət bildirməyərək, iddia tələbini təmin etmişdir. Əslində fotoşəkillər və ödəniş cədvəli iddiaçının təbii qazdan qeyri qanuni şəkildə istifadə etdiyini aşkar surətdə sübut edir.Tərəflərindən iddiaçının qeyri-qanuni xətdən istifadə etməsi tam sübut edilsə də məhkəmə nəzərə almamışdır.

36. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 157.5, 1091.2, Azərbaycan Respublikasının MPM-in 77, 88-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabineti 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş“Qazdan istifadə Qaydaları”– nın 6.5-ci bəndinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

39. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir).

41. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfin dən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

42. Maddə 13 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamət ləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənziml ənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

43. Bənd 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazi rlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya)

44. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

45. Bənd 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər.

46. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymi ş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. (25 iyun 2023-cü il tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

53. Maddə 418.3. Prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayəti ndə qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətin də göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

59. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2024-cü il tarixli 2(103)-4990/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar