Məhkəmə qərarları › İş №2(102)-4130/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4130/2022

10.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4130/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Ləğv prosesində olan Cavabdeh2 ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına, habelə mübahisə predmeti barəsində müstəqil tələblər sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elş ad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)- 1019/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 may 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə 14 avqust 2013-cü il tarixə olan əsas borcun ödənilməsi məqsədi ilə 709976 ABŞ dolları, faiz borcunun ödənilməsi məqsədi ilə 581507,37 ABŞ dolları, artırılmış faiz borcunun ödənilməsi məqsədi ilə 9045,8 ABŞ dolları, cəmi 1300528,45 ABŞ dolları (məzənnə yə uyğun olaraq manatla), habelə 05 noyabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə 14 avqust 2013cü il tarixə olan faiz borcunun ödənilməsi məqsədi ilə 1618340,76 ABŞ dolları, artırılmış faiz borcunun ödənilməsi məqsədi ilə 3009,8 ABŞ dolları, cəmi 1621349,84 ABŞ dolları (məzənnəyə uyğun olaraq manatla) və dövlət rüsumuna görə ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun tutularaq Banka ödənilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə yerləşən bir mərtəbəli, 965 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, qeyri-yaşayış sahəsinin hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, girov predmetinin satışından əldə edilmiş vəsait hesabına borcu n ödənilməsindən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin cavabdehə verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 mart 2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 may 2014-cü il tarixli qətnaməsi faiz borcları üzrə pulun tutulması hissəsində dəyişdirilərək, 05 noyabr 2009-cu il tarixli, K-4503 saylı kredit müqaviləsi üzrə faiz borcu 1580146,57 ABŞ dolları müəyyən edilməklə, cəmi 1583156,37 ABŞ dolları, 17 noyabr 2009-cu il tarixli, K-4528 saylı Kredit müqaviləsi üzrə faiz borcu 552906,21 ABŞ dolları müəyyən edilməklə, cəmi 1271928,01 ABŞ dolları məbləğində pulun Bankın xeyrinə tutulması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və onun əsasında icra vər əqəsi tərtib edilərək icraya yönəldilmişdir.

2. Bundan başqa Azərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh2 ASC (borcalan) və İddiaçı (ipoteka qoyan) arasında bağlanmış 17 aprel 2015-ci il tarixli, 13 may 2016-cı il tarixli və 10 dekabr 2016-cı il tarixli Sonrakı ipoteka müqavilələri ilə Cavabdeh2 ASC-də ipoteka ilə yüklü edilmiş İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova 615-ci məhəllədə ünvanında yerləşən ümumi sahəsi 965 kv.m. olan qeyri-yaşayış binası müvafiq olaraq 17 aprel 2015-ci il tarixli KBQ15-1678 saylı, 12 may 2016-cı il tarixli KBS16-1841 saylı və 08 dekabr 2016-cı il tarixli KBS16-1853 saylı kredit müqavilələrinin öhdəliklərinin təminatı kimi Azərbaycan Respublikasının Mərkəzi Bankına ipoteka kimi təqdim edilmişdir.

3. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova 615-ci məhəllədə istifadədə olan 0,09873 ha torpaq sahəsində yerləşən 2 nömrəli binada 965 kv.m. ümumi, 965 kv.m. əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin 10 may 2017-ci il tarixli, 363 saylı əmlakın qiymətləndirilməsi barədə hesabatı qiymətin düzgün müəyyən olunmaması əsası ilə və Cavabdeh1 MMC tərəfindən həmin qeyriyaşayış sahəsinin Cavabdeh2 ASC-yə satılmasına dair hərracın yekunları barədə 21 avqust 2017ci il tarixli 18 nömrəli protokol və eyni tarixli alqı-satqı müqaviləsini əmlakın hərracdan ilkin satış qiymətinin aşağı olması və ipoteka qoyanın keçirilmiş hərraclar barədə məlumatlandırılmaması əsası ilə məhkəmə qaydasında mübahisələndirmiş, son nəticədə Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Ləğv prosesində olan Cavabdeh2 ASC-yə və Azərbaycan Respublikasının Mərkəzi Bankına, habelə mübahisə predmeti barəsində müstəqil tələblər sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olmuş ünvan 2 ünvanında istifadədə olan 0,09837 ha torpaq sahəsində yerləşən 2 saylı qeyri-yaşayış binasına dair keçirilmiş hərracın yekunlarına dair 21 avqust 2017-ci il tarixli protokolun və həmin tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının əmlakı ilə bağlı hərrac keçirilən zaman sonrakı ipoteka saxlayan kimi Mərkəzi Banka məlumat verilməmiş, Mərkəzi Bankın həmin hərracdan və əmlakının ilkin ipoteka saxlayan tərəfindən öz adına rəsmiləşdirilməsindən məlumatı olmamışdır. İpoteka predmeti ilə bağlı hər hansı hərəkətlərin edilməsi zamanı mütləq qaydada sonrakı ipoteka saxlayanların məlumatı (razılığı) olmalıdır. Bu isə keçirilmiş hərracın etibarsız sayılması üçün əsasdır. Əvvəl verdiyi iddia ərizəsinin əsasını – iddiaçının şəxsən özünün hərrac barədə məlumatının və iştirakının olmaması təşkil etdiyi halda, hazırki iddianın əsasını hərracın keçirilməsi barədə məhz sonrakı ipoteka saxlayan kimi Mərkəzi Bankın məlumatının (razılığının) olmaması təşkil edir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(006)5261/2021 nömrəli qətnaməsi ilə (hakim R.A.Xəlilov) iddia təmin olunmamışdır.

7. Birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 42.3-cü maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı hərracın nəticələrini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil. Belə ki, Mərkəzi Bankın hüquqları pozulmuş olsaydı, bu halda Mərkəzi Bank özü hərracın etibarsızlığı ilə bağlı iddia tələb ilə məhkəməyə müraciət edə bilərdi. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(006)-5261/2021 nömrəli qətnaməsinin ləğv edilməs i və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)-1019/2022 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Ə.Məhərrəmovadan və R.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(006)-5261/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdeh Mərkəzi Bankın hüquqlarının pozulması baxımından bu kimi iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

11. İddiaçı k assasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)1019/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 319.5-ci, “İpoteka haqqında” Qanunun 9.2, 36.1, 42.1, 42.3-cü, Mülki Prosessual Məcəllənin 4.1, 59.1, 88-ci maddələrinin, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71, 81 və 82-ci maddələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 may 2022-ci il tarixli qərarının tələblərinin pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, sonra kı ipoteka müqaviləsi üzrə ipoteka saxlayan Mərkəzi Bankın tələblərinin ödənilməsi təmin olunmamış, hərrac barədə ona məlumat verilməmiş, hərracda iştirak etmək hüququndan məhrum olunmuş və bunun nəticəsi olaraq əmlak hərracdan aşağı qiymətə satılmışdır. Bu səbəbdən kassatorun hərracı mübahisələndirməyə subyektiv hüququ yaranmışdır.

13. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

14. Cavabdeh Mərkəzi Bank kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdeh Mərkəzi Banka qar şı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından apellyasiya instansiyası məhkəməsi haqlı olaraq apellyasiya şikayətini təmin etməmişdir. İddiaçının öz prosessual hüquqlarından sui-istifadə edərək verdiyi kassasiya şikayəti formal mülahizə xarakterlidir və apellyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin qanuni qüvvəsini almasına mane olmaq məqsədi daşıyır. Kassasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

17. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki M əcəlləsinin: 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 19. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 9.2-ci maddəsinə əsasən ipoteka qoyan ipoteka predmetinə dair bu Qanunun 10.8ci maddəsində nəzərdə tutulmuş bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verməlidi r. 9.3-cü maddəsinə əsasən sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. 36.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 42.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləv i informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifa də etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə bax arkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 21. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Ş əxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilməd ən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət veril miş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır. Belə ki, iddiaçı hazırki tələbini cavabdeh Mərkəzi Bankın ipoteka predmetinin satılması ilə bağlı keçirilmiş hərrac barədə məlumatlandırılmaması əsası ilə mübahisələndirmişdir ki, onun belə tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. O, öz hüquqlarının pozulması əsası ilə əvvəllər eyni tələbi irəli sürmüş və tələbləri əsassız hesab olunmuşdur.

24. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə istinad olunan maddi hüquq normalarının pozulması iş üzrə müəyyən olunmur.

25. Belə ki, “İpoteka haqqında” Qanunun 9.2-ci maddəsində ipoteka predmetinə dair bütün məlumatı hər bir sonrakı ipoteka saxlayana verilməsi ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyanın (hazırki işdə iddiaçının özünün) vəzifəsi ki mi nəzərdə tutulmuşdur. Digər tərəfdən, sonrakı ipoteka müqavilələri hərracdan əvvəl bağlanmış və müqavilə bağlanarkən Mərkəzi Bankı hələ keçirilməyən hərraclar barədə məlumatlandırmaq mümkün deyildi.

26. Digər tərəfdən “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin mübahisəli hərrac keçirildiyi dövrdə qüvvədə olan redaksiyada hərrac barədə bildirişin sonrakı ipoteka qoyana göndərilməsi nəzərdə tutulmamışdır. Odur ki, iddiaçının istinad etdiyi həmin hal keçirilmiş hərracın etibarsız hesab olunması üçün əsas ola bilməz.

27. Sonrakı ipoteka qoyanın hərrac barədə məlumatlandırıldığı halda, sonuncunun hərracda iştirak etməklə əmlakın daha yüksək qiymətlə satılacağı barədə iddiaçının kassasiya şikayətinin dəlili isə fərziyyələrə əsaslanır və bu səbəbdən də əsaslı hesab oluna bilməz.

28. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)-1019/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar