Məhkəmə qərarları › İş №2(102)-4134/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4134/2022

31.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4134/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı ilkin; Qarşılıqlı iddia üzrə iddiaçı X1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-4134/2022 Açar sözlər: tikililərin sökülərək mühafizə zonasının boşaldılması tələbi Bakı şəhəri, 31 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-349/2022 nömrəli iş ü zrə 27 yanvar 2022-ci il tarixli qətnaməsindən X4 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş üzrə mübahisə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində quraşdırılmış transformatorun mühafizə zonasında inşa edilmiş tikililərin sökülməsi ilə bağlıdır.

2. İş materiallarında olan “X8 Təchizatı Satış İdarəsi” X7 tərəfindən Şabran rayon İcra Hakimiyyətinə ünvanlanmış 04 iyun 2018-ci il tarixli məktubun surətindən görünür ki, transformator məntəqəsi 1975-ci ildə tikintisi daş bina olmaqla həmin ərazidə 630 kva gücündə quraşdırılmış və yaxınlıqdakı əhali və digər kommersiya obyektləri elektrik enerjisi ilə təchiz edilmişdir. 2009-cu ildə "Sumqayıtelektrikşəbəkə” AS C tərəfindən daş bina sökülərək yerində müasir standartlara cavab verən şəhər tipli KTY quraşdırılmışdır. Yaxınlıqdakı bir sıra fərdi mənzil və digər ticarət obyektləri sonradan tikilmişdir. Hazırda isə transformator məntəqəsindən yaxınlıqdakı tikililərə məsafə 4 metr, digər tərəflərdə isə 10 metr təşkil edir. “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın 8.5.115-ci bəndinə əsasən 10 kv-luq HEVX-nin mühafizə zonası yaşayış məntəqələrində yan məftilindən binanın çıxışına kimi 2 metrdən az olmamaqla nəzərdə tutulmuşdur. Həmin ərazidə 10 kvluq hava xəttinin kənar naqilindən tiklilərə qədər minimum məsafə 5 metr təşkil edir.

3. İş materiallarında olan Şabran rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən X3 və digərlərinə ünvanlanmış 07 iyun 2018-ci il tarixli, 656 saylı məktubdan görünür ki, evinə yaxın ərazidə quraşdırılmış transformator həmin ərazidən köçürülməsinə dair müraciətdə qeyd olunan məsələ rayon İH tərəfindən X7 ilə əlaqə saxlanılaraq aydınlaşdırılmışdır. Məlum olmuşdur ki, 630 kvt gücə malik olan transformator 1975-ci ildə tikintisi daş bina olmaqla sözügedən ərazidə quraşdırılmış və yaxınlıqdakı evlər, kommersiya obyektləri elektrik enerjisi ilə təchiz edilmişdir. 2009-cu ildə isə "Sumqayıtelektrikşəbəkə” ASC tərəfindən transformatorun ətrafında tikilmiş daş bina sökülərək yerində müasir standartlara cavab verən şəhər tipli KTY quraşdırılmışdır. Transformatorun yaxınlığındakı bir sıra fərdi yaşayış evi və kommersiya obyektləri isə sonradan tikilmişdir. “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın 8.5.115-ci bəndinə əsasən 10 kv-luq HEVX-nin müh afizə zonası yaşayış məntəqələrindən 2 metrdən az olmamaqla nəzərdə tutulmuşdur. Sözügedən transformatordan yaxınlıqdakı tiklilərə qədər olan məsafə isə 5 metrdir.

4. İş materiallarında olan X8 Təchizatı və Satışı İdarəsi tərəfindən X3 və "xxxx" açıq səhmdar cəmiyyətinə ünvanlanmış 02 avqust 2019-cu il tarixli məktuba əsasən, Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində 9 il öncə transformator quraşdırılarkən, yerlii bələdiyyə orqanları ilə razılaşdırılmışdır. Həmin dövrdə transformatorun ətraf ərazisi boş sahə olmuşdur. Lakin sonradan orada fərdi evlər və digər təyinatlı obyektlərin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. “X2”na uyğun olaraq həmin transformator hasarlanmış və ətraf üçün heç bir təhlükə yaratmır. Müraciətinə əsasən Azərbaycan Respublikasının Energetika Nazirliyinin nümayəndələr i həmin transformator məntəqəsinə baxış keçirmiş, ətraf üçün heç bir təhlükə yaratmadığı və başqa yerə köçürülməsinə zərurət olmadığı bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İlkin iddia üzrə iddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti (bundan sonra - ilkin iddiaçı) məhkəməyə müraciət edərək, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində "xxxx" açıq səhmdar cəmiyyətinin “Şimal” RETSİ-nin X5 balansında olan dislokasiya nömrəsi 3040005, zavod nömrəsi 68502, əsas vəsait kodu **********15, 630 KVA gücündə transformator qurğusunun üzərində X4 tərəfindən özbaşına inşa edilmiş tikintinin onun öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İlkin iddia onunla əsaslandırmışdır ki, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində "xxxx" açı q səhmdar cəmiyyətinin “Şimal” RETSİ-nin X5 balansında olan dislokasiya nömrəsi 3040005, zavod nömrəsi 68502, əsas vəsait kodu **********15, 630 kva gücündə trnasformator qurğusu yerləşir. Bu transformator məntəqəsinin əsası 1960-cı illərdə qoyulmuş, sonuncu dəfə 2008-ci ildə hazırki yeni transformator quraşdırılaraq istismara verilmişdir. Transformator yenilənərkən həmin ərazinin ətrafı tamamilə boş sahə olmuşdur. Sonradan orada fərdi evlər və digər təyinatlı obyektlərin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. “X2”na uyğun olaraq həmin transformator hasarlanmış və ətraf üçün heç bir təhlükə yaratmamışdır. ünvan 3 ünvanında yaşayan X4 həmin küçədə yerləşən qeyd edilən transformatorun mühafizə zolağını pozaraq orada qanunsuz olaraq dəmir-beton konstruksiyalı tikinti inşa etməkdədir. Dəfəl ərlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh Atabala Hüseynov öz qanunsuz əməllərindən çəkinməyərək tikinti işlərini davam etdirməkdədir. Qeyd olunan transformator "xxxx" açıq səhmdar cəmiyyətinin mülkiyyətindədir və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mülkiyyət toxunulmazdır. Mülkiyyətə edilən hər hansı müdaxilə mövcud qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmalıdır. Odur ki, cavabdeh Atabala Hüseynovun hərəkətləri hüquqi şəxs olan "xxxx" açıq səhmdar cəmiyyətinin mülkiyyətinə birbaşa edilən qəsd kimi qiymətləndirilməli, bu qanunsuz hərəkətləri dərhal dayandırılmalı, transformatorun mühafizə zonası boşaldılmalı, inşa edilmiş tikinti cavabdehin öz hesabına sökülməlidir. Atabala Hüseynov Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun icazə almadan özbaşına Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən transformator məntəqəsinin mühafizə zonasına daxil olmuş, hətta transformatorun ətrafında olan təhlükəsizlik çəpərini sökərək orada özbaşına tikinti işləri aparmışdır. Nəticədə təhlükəsizlik qaydaları pozulmuş, transformator məntəqəsinə xidmətin göstərilməsi mümkünsüz olmuşdur.

7. Qarşılıqlı iddia üzrə iddiaçı X4 məhkəməyə müraciət edərək Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində "xxxx" açıq səhmdar cəmiyyəti “Şimal” RETSİ-nin X5 balansında olan dislokasiya nömrəsi 3040005, zavod nömrəsi 68502, əsas vəsait kodu **********15, 630 KVA gücündə transformator qurğusunun "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən yerinin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, "xxxx" açıq səhmdar cəmiyyətinin iddiası əsassızdır. Belə ki, o, ünvan 4 ünvanında yaşayır. Ona və övladlarına məxsus bir dalanda 5 tikili vardır. Həmin tikililər 12 sot sahədə 1977-1978-ci illərdə inşa edilmiş 2 mərtəbəli, 2 fərdi yaşayış evi, 68 kv.m torpaq sahəsində 2000-ci ildə inşa etdiyi 4 otaqdan ibarət 1 mərtəbəli qeyri-yaşayış binası, 250 kv.m torpaq sahəsində 2010-cu ildə inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi, 50 kv.m torpaq sahəsində 2004-cü ildə inşa etməkdə olduğu 2 mərtəbəli fərdi yaşayış evindən ibarətdir. Yaşadığı ərazidə 2008-2009-cu illərdə Şabran rayon elektrik şəbəkəsinin təşəbbüsü ilə köhnə transformatorun yerinə şəhər tipli, təxminən 2 x 2.5 metr ölçüdə transformator quraşdırılmışdır. Həmin vaxt o, çox təkid etsə də, etirazını bildirsə də, Şabran rayon İcra Hakimiyyətinin göstərişi ilə beş bina nın arasında həmin transformator quraşdırılmış və transformatora giriş-çıxış kabelləri onun tikililərinin divarlarına, damına və sairə bərkidilərək qoşulmuşdur. 2008-2009-cu ildən keçən müddət ərzində həyat dəyişdikcə, yeni-yeni fikirlər yarandıqca, ailə genişləndikcə artırmalara və sairə ehtiyac yaranmışdır. Lakin həmin transformator onun arzularına, iş planlarına ziddir, hətta əhalinin kanalizasiya, su, qaz xətləri ilə paralel kəsişərək böyük faciəyə, təhlükəyə şərait yaradır. Belə ki, işıq kabelinin üstündən və yanından keçdiyi üçün həyətlərinə kanalizasiya, su, qaz xətti çəkə bilmirlər. Həmin transformatordan çıxan kabellər evinin içindən, eyvanının, dam örtüyünün altından keçməkdədir. Uzun illərdir evinin divarına bərkidilən, transformatordan çıxan kabellərə görə evlərinin ikinci mərt əbəsini qaldıra bilmir. Həmin transformator gediş-gəliş yolunun yaxınlığında yerləşdiyindən həmçinin yaxınlıqdan hərəkət edən insanlar və nəqliyyat vasitələri üçün də birbaşa təhlükə yaratmaqdadır. "xxxx" açıq səhmdar cəmiyyəti iddia ərizəsində onun transformatorun mühafizə zolağını pozaraq orada qanunsuz olaraq dəmir beton konstruksiyalı tikinti inşa etməkdə olduğunu qeyd edir. Həmin dəmir-beton konstruksiyalı tikintinin transformatora heç bir maneçiliyi yoxdur və tikintinin sökülməsi əvəzinə, transformatorun başqa əraziyə köçürülməsi daha məntiqli və məqsədəuyğundur. Ailə böyüdükcə yenidən torpaq sahəsi almaqdansa, bir mərtəbəli tikilinin ikinci mərtəbəsini tikmək ona həm ucuz, həm də sərfəli, həm də tez başa gəlir. Qeyd olunanlarla bağlı bütün qonşularla birlikdə illərdir müxtəlif orq anlara müraciət etsələr də, heç bir nəticəsi olmamışdır.

9. İş üzrə keçirilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 10/2112 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi”nin tələblərinə uyğun olaraq 1-20 kvluq gərginliyə qədər olan elektrik şəbəkəsinin mühafizə zolağı 10 metr təyin edilmişdir. Belə olan halda tədqiq olunan tikilinin elektrik transformatorunun üzərində tikildiyini nəzərə alaraq həmin tikilinin elektrik transformatorunun mühafizə zonasında inşa edildiyi müəyyən olunur

10. Şabran Rayon Məhkəməsinin (hakim Ç.İsgəndərov) 21 sentyabr 2021-ci il tarixli, 2(031)-205/2021 sayl ı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində "xxxx" açıq səhmdar cəmiyyətinin “Şimal” RETSİ-nin X5 balansında olan dislokasiya nömrəsi 3040005, zavod nömrəsi 68502, əsas vəsait kodu **********15, 630 KVA gücündə transformator qurğusunun üzərində cavabdeh X4 tərəfindən özbaşına inşa edilmiş tikintinin A.Hüseynovun öz hesabına sökülməsi qət olunmuş, qarşılıqlı iddia isə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC “Şimal” RETSİ-nin X5 balansında olan dislokasiya nömrəsi 3040005, zavod nömrəsi 68502, əsas vəsait kodu **********15, 630 kva gücündə transformator məntəqəsinin əsası 1960-cı illərdə Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində quraşdırılıb istismara v erilmiş, 2008-ci ildə isə yenisi qoyulmuşdur. Həmin transformator qurğusu qeyd olunan ərazidə qoyularkən onun qoruma zolağında heç bir tikili olmamışdır, cavabdeh Atabala Hüseynov sonradan transformator qurğusunun qoruma zolağında qeyri-qanuni olaraq beton konstruksiyalı tikililər inşa etmişdir. Həmin tikililərə görə cavabdeh mülkiyyət sənədi əldə etməmişdir. Belə olan halda transformator qurğusunun qoruma zolağında qeyri-qanuni olaraq beton konstruksiyalı tikililər özbaşına tikililər hesab edilməli və cavabdehin öz hesabına sökülməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü və Torpaq Məcəlləsinin 68, 84.1, 103.1, 111.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Cavabde h apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddiaçının ona qarşı “mühafizə zonasında inşa edilmiş özbaşına tikintinin sökülməsi” tələbinə dair iddiasının rədd edilməsi Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində "xxxx" ASC “Şimal”RETSİ-nin X5 balansında olan dislokasiya nömrəsi 3040005, zavod nömrəsi 68502, əsas vəsait kodu **********15, 630 kVA gücündə transformator qurğusunun "xxxx" ASC tərəfindən yerinin dəyişdirilməsi barədə qarşılıqlı iddiasını təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) 2(105)-349/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməm iş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.

15. Məhkəmə kollegiyası qəbul etdiyi qətnaməni əsaslandırarkən bildirmişdir ki, X4 tərəfindən inşa edilmiş tikili "xxxx" açıq səhmdar cəmiyyətinin “Şimal” RETSİ-nin X5 balansında olan dislokasiya nömrəsi 3040005, zavod nömrəsi 68502, əsas vəsait kodu **********15, 630 KVA gücündə transformator qurğusu üzərində yerləşdiyindən, qanunverciliyin tələbinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağan edildiyindən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə i ddiaçı X1 apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz.

16. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci və 12-ci bəndlərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni məhkəmə baxışına qaytarı lması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən şikayətdə əlavə olaraq göstərilmişdir ki, mübahisə predmeti olan tikili özbaşına tikili deyildir. Həmin tikili cavabdeh tərəfindən ona yaşayış evi tikilmək üçün ayrılmış torpaq sahəsidir. Lakin transformator qurğusu əvvəllər həmin yerdən xeyli kənarda olmasına baxmayaraq onun yeri dəyişdirilərək cavabdehin sahibliyində olan torpaq sahəsinə köçürülmüşdür. Lakin, transformator qurğusunun yeri dəyişdirilməmişdən əvvəl cavabdehə tikinti üçün ayrılmış torpaq sahəsindən təxminən 55-60 metr kənarda olub.Sonradan yeri dəyişdirilərkən cavabdehin torpaq səsində quraşdırılıb. Bundan əlavə, cavabdeh tərəfindən ona yaşayış evi tikilmək üçün onun sərəncamına verilmişdir. Bununla əlaqədar müvafiq sənə dlər də məhkəməyə təqdim edilmişdir. Məhkəmə ekspert rəylərinə istinad etmədən, Mülki Məcəllənin 180.1 və 180.4-cü maddələrini, Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli qərarı “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə qaydaları” və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə qaydaları”nın 5-ci 12ci bəndləri tətbiq etmədən əsassız qətnamə qəbul etmiş, bununlada maddi hüquq normalarını pozmuşdur.

19. Kasator ərizə göndərərək əlavə olaraq xahiş etmişdir ki, ekspert tərəfindən verilən rəyi etibarsız saymaqla, Əmlak Komitəsində və digər tikinti işlər üzrə mütəxəssis dəvət etməklə təkrar yoxlama aparılmasına dair sərəncam verilsin.

20. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.4-cü maddələrinə istinad edərək əsa slandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

23. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

24. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları m və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kollegiya onu da qeyd edir ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunmas ı halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materialları əsasında bu qənaətə gəlmişlər ki, A.Hüseynovun inşa etdiyi tikilinin özbaşına tikili statusunda olmaqla mühafizə zonasında yerləşir. Belə olan halda, Mülki Məcəllənin 180.4-cü maddəsinin tətbiqi qanuni və əsaslı hesab edilir.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassa siya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-349/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar