Məhkəmə qərarları › İş №2(102)-4136/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4136/2020

06.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4136/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı “xxxx” QSC-nin vəkili X1, nümayəndəsi Babayev Fərman Ağababa oğlunun, Cavabdeh1 və vəkili Fərəcov Fəttah Nizami oğlunun iştirakları ilə, iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2614/2020 saylı, 02 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2(005)106/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim K.F.Əmirxanova) iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2614/2020 saylı, 02 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və A.N.İmanov) iddiaçı “xxxx” QSC-nin apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-106/2019 saylı iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Nərimanov Keşlə dəmir yolu mənzilinin 4-cü km PK 6-da yolun kilometr artımı istiqamətinin sol tərəfində və “Xırdalan” budaq yolu adlanan xəttin sağ tərəfində, hər iki xəttin arasında cavabdehlər tərəfindən qanunsuz inşa edilən iki mərtəbəli tikilinin cavabdehlərin hesabına sökülərək dəmir yolunun mühafizə zolağından kənarlaşdırılması, Cavabdeh1 50 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İşin halları: İddiaçı “xxxx” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edə rək, Nərimanov Keşlə dəmir yolu mənzilinin 4-cü km PK 6-da yolun kilometr artımı istiqamətinin sol tərəfində və “Xırdalan” budaq yolu adlanan xəttin sağ tərəfində, hər iki xəttin arasında cavabdehlər tərəfindən qanunsuz inşa edilən iki mərtəbəli tikilinin cavabdehlərin hesabına sökülərək dəmir yolunun mühafizə zolağından kənarlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Keşlə dəmir yolu mənzilinin 4cü km PK 6-da yolun kilometr artımı istiqamətinin sol tərəfində və “Xırdalan” budaq yolu adlanan xəttin sağ tərəfində, hər iki xəttin arasında cavabdehlər tərəfindən qanunsuz olaraq ikimərtəbəli tikili inşa edilmişdir. Tikinti işlərinin dayandırılması üçün QSC tərəfindən cavabdehlərə xəbərdarlıq edilmiş, müvafiq tədbirlərin görülməsi məqsədilə X4 Polis İdarəsinin Sabunçu Xətt Polis şöbəsinə müraciət edilmişdir. Həmin iki mərtəbəli tikili dəmir yolunun təhkim zolağında inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4cü maddəsinin, Torpaq Məcəlləsinin 22.1 və 22.2-ci maddələrinin və Mülki Məcəllənin 180ci maddəsinin tələblərinə əsasən cavabdehlər tərəfindən qanunsuz inşa edilən iki mərtəbəli tikili sonuncuların hesabına sökülərək dəmir yolunun mühafizə zolağından kənarlaşdırılmalıdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbu l edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili Fərəcov Fəttah Nizami oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnu pozmuş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhk əmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 və vəkili Fərəcov Fəttah Nizami oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçı “xxxx” QSC-nin vəkili X2 və nümayəndəsi Babayev Fərman Ağababa oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 h eç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, Cavabdeh1, vəkili Fərəcov Fəttah Nizami oğlunun, iddiaçı “xxxx” QSC-nin vəkili X1, nümayəndəsi Babayev Fərman Ağababa oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 oğlunun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəm ə Ekspertiza Mərkəzinin 20630 saylı, 18.10.2019-cu il tarixli rəyindən görünür ki, baxış zamanı ünvan 1 ünvanında yerləşən Cavabdeh1 və qeyriləri tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evi ilə "xxxx” QSC-yə məxsus onların təqdim etdiyi “Xırdalan budaq” dəmiryol xətti arasında olan məsafənin 3.5-10 metr olduğunu, “xxxx” QSC-yə məxsus digər, Nərimanov- Keşlə dəmiryolu mənzilinin 4-cü km PK 6-da yolun kilometr artımı istiqamətinin sol tərəfində yerləşən cavabdehlərə məxsus daş hasar və fərdi yaşayış evi arasındakı məsafənin həmin arada yerləşən tikililərin olması səbəbindən ölçü işlərinin aparılmasının mümkün olmamasını nəzərə aldıqda, həmin fərdi yaşayış evi və daş hasar dəmir yolunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli, 33 saylı qərarı ilə t əsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”na əsasən mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Ekspert rəyi ilə mübahisəli fərdi yaşayış evi və daş hasarın dəmiryolunun mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının” 2-ci bəndinin 3-cü abzasına əsasən: “təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmiryol xətlərinin torpaq yatağ ına bitişən, dəmiryol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmiryol nəqliyyatı təyinatlı torpaqlardır”. Həmin Qaydaların 15, 16, 17, 21 və 23-cü bəndlərinə əsasən: “Xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmiryol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Bu Qaydalarda nəzərdə tutulmuş fəaliyyət istisna olmaqla, xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır (15).” “Dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə q ısamüddətli istifadəyə verilə bilər (16)”; “Təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, “xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər (17)”; “Təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmiryol təyinatlı bina və digər tikililərə, həmçinin dəmiryol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəs izliyinə ziyan vuran, dəmiryol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir (21)”; “xxxx” Qapalı Səhmdar Cəmiyyəti və Daxili işlər Nazirliyi dəmir yolunun xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariyamühafizə zonası hüdudlarında torpaq sahələrindən istifadə edən şəxslər tərəfindən torpaqdan istifadə qaydalarına riayət olunmasına nəzarət edir, bu zonalarda qanunsuz tikililərin yerləşdirilməsinin qarşısını alırlar (23)”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti s ayılır. -180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. -180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən Nərimanov Keşlə dəmir yolu mənzilinin 4-cü km PK 6-da yolun kilometr artımı istiqamətinin sol tərəfində və “Xırdalan” budaq yolu adlanan xəttin sağ tərəfində, hər iki xəttin arasında tikinti işləri aparılaraq özbaşına yaşayış evi inşa edilmişdir. Mübahisəli tikili iki dəmiryol xəttinin arasında inşa edilmişdir və ekspert rəyinə görə mühafizə zonasında yerləşir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin xəttin istismar edilməməklə işlək olmaması və cavabdehin xidməti maraqları baxımından aktual olmaması qanuni və əsaslı olan iddia tələbinin təmin edilməməsi üçün əsas verə bilməz və birinci instansiya məhkəməsinin bu barədə gəldiyi nəticəsi əsassızdır. Apelyasiya instansiyası məhkəməsi həmçinin məhkəmənin mübahisəli ərazidə cavabdehlərdən başqa digər şəxslərə məxsus tikililərin də inşa edilməsinə baxmayaraq, iddiaçının ancaq cavabdehlərə məxsus qanunsuz tikili ilə bağlı məhkəməyə iddia ilə müraciət edilməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə hesab etmişdir k i, məhkəmənin bu barədə qənaəti yalnışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının digər vətəndaşlara qarşı iddia irəli sürüb-sürməməsi hazırki iş üzrə cavabdehə qarşı irəli sürülmüş iddianın əsassızlığına səbəb olan hal kimi qiymətləndirilməməlidir və iddiaçının həmin ərazidə yaşayan digər vətəndaşlara qarşı iddia verib-verməməsi onun əleyhinə təfsir oluna bilməz. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərar a aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2614/2020 saylı, 02 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar