Məhkəmə qərarları › İş №2(102)-4137/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4137/2021

13.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4137/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 İlyas oğlu, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4137/21 (Açar sözlər: kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, kompensasiya məbləğinin müəyyən edilməsi, kompensasiyanın adekvat olması) Bakı şəhəri, 13 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cav abdehlər Cavabdeh2 İlyas oğlu, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 qarşı “kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2021 il tarixli 2(105)-353/2021 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 13 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 118,20 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

2. Cavabdeh Cavabdeh2 İlyas oğlu iddiaçının qardaşı, digər cavabdehlər Cavabdeh2 İlyas oğlunun ailə üzvləridir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia əriz əsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 İlyas oğlu, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 3000 manat kompensasiya ödənilməklə, cavabdehlərin ünvan 2 yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılıb ki, ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 118,20 kv.m olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Həmin evin mülkiyyətə verilməsinə dair Çıxarışı və Texniki Pasportu vardır. İddiçı bu evdə arvadı və iki uşağı ilə birgə yaşayır.

5. Cavabdehlər də iddiaçıya məxsus evdə yaşayırlar. Cavabdehlərin Xaçmaz şəhərində ailənin bütün üzvlərinin yaxından iştirakı və köməyi ilə tikilmiş evi vardır. Haz ırda iddiaçının cavabdehlərlə birlikdə yaşamaları onlar üçün çətinlik yaradır, bir mülkiyyətçi kimi iddiaçının öz hüquqlarının həyata keçirilməsinə maneçilik yaranır.

6. Cavabdehlərlə qaşılıqlı razılaşma yolu ilə evdən çıxmaları barədə razılığa gələ bilməmişlər. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Bu məqsədlə iddiaçı cavabdehlərə 3000 manat kompensasiya verir. Yaşadıqları ərazidə evlərin kirayəsi 60-70 manat civarındadır.

7. İddiaçı hesab edir ki, təklif olunan kompensasiya məbləği cavabdehlərin davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə əvvəlki mənzilə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vardır.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1 və 228.2-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh1 iddiaya etiraz edib və etirazını onunla ə saslandırıb ki, təklif edilən kompensasiya məbləği azdır. Onların öz evləri var, lakin həmin ev hələ yaşayış üçün tam yararlı deyil. İddiaçı kompensasiya kimi 10000 manat versə onun evindən çıxmağa etiraz etmirlər

10. Cavabdeh3 da iddiaya eyni məzmunda etiraz etmişdir.

11. Birinci instansiya məhkəməsi 10 iyun 2020-ci il tarixli 2(067)-921/2020 saylı qərardadla ekspertiza təyin etmiş, "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsi haqqında hesabata əsasən İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin bir aylıq kirayə haqqı bugünkü günə 150 manat, 20.1 kv. m sahədən ibarət bir otağının kirayəsi isə 60 (altımış) manat təşkil edir.

12. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-921/2020 saylı, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim İlkin Xəl ilov)

13. Birinci instansiya məhkəməsi hesab edib ki, cavabdehlərin iddiaçıya məxsus evdən istifadə hüquqlarına xitam verilməsi müqabilində onlara 3000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz.

14. Birinci instansiya məhkəməsi nəzərə almışdır ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılıdır.

15. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, yaşayış sahəsindən istifadə hüququnun xitamı üçün kompensasiyanın verilməsi yaşayış sahəsindən istifadə hüququnun adi xitamını deyil, onun elə bir əvəzlənməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət ərzində, eyni şəraitə oxşar bir ş əraitdə yaşamaq imkanı versin. İş materiallarında toplanmış sübutlarla və işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh mübahisəli mənzilə köçürülənə qədər ayrıca yaşayış sahəsinə malik olmamışdır. Mübahisəli evin orta aylıq kirayə haqqının 50 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, təklif olunan kompensasiya məbləği cavabdehlərə davamlı olaraq əvvəlki şəraitə oxşar bir şəraitdə yaşamaq imkanı vermir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun luğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərar ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv edilməsi, yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, faktlara əhəmiyyət vermədən iddia tələbinin rədd olunması qərarına gəlmişdir.

19. İddiaçı apellyaisya baxışında ərizə verib, kompensasiyanın məbləğini 5000 manata qaldırmışdır.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-353/2021 nömrəli, 23 fevral 2021 il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(067)-921/20 20 saylı qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh2 İlyas oğlu, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına 5000 (beş min) manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin yaşayış evindən çıxarılması qət edilmişdir. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Telman Qiuliyev)

21. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi Mülki Məcəllənin 228-ci maddəsinə uyğun olaraq qanuni və əsaslı olmaqla, onun cavabdehlərə təklif etdiyi 5000 (beş min) manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilər.

22. Mülki Mə cəllənin 228.2-ci maddəsinin mənasından da göründüyü kimi, yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. “R.Ağalarovun şikayəti üzrə” 26 sentyabr 2007-ci il tarixli qərarı nda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o yaşayış sahəsindən istifadə hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayəsədə oxşar yaşamaq imkanı versin. "xxxx" MMC tərəfindən verilmiş 05.08.2020-ci il tarixli Fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabata əsasən ünvan 1 ünvanda yerləşən evin aylıq icarə dəyəri 150 (yüz əlli) manat, 20.1 kv.m-lik 1 otağın daşınmaz əmlak bazarında kirayə dəyəri 60 manat təşkil edir.

23. Apellyasiya məhkəməsi mübahisəli mənzilin yerləşdiyi Xaçmaz ş əhərində 1 otağın aylıq kirayə haqqının 60 manat civarında olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan belə nəticəyə gəlib ki, iddiaçının cavabdehlərə təklif etdiyi 5000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab edilə bilər. Çünki iddiaçı tərəfindən təklif edilən 5000 manat məbləğində kompensasiyanın hesabına, cavabdehlər hər ay orta hesabla 60 manat məbləğində kirayə haqqı ödəyərsə, davamlı surətdə, 7 ilə yaxın müddətdə başqa yerdə mübahisəlin evin bir otağına ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə uşaqları ilə yaşamaq imkanı əldə edər.

24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 228.2-ci maddə ləri, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə” 26 sentyabr 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 (Vəkil3) kassasiya şikayəti verib, qətnamənin ləğv, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyaisya məhkəməsi 5000 manat kompensasiya müəyyən edərkən iddiaçının mülkiyyətində olan evə cavabdehin də vəsait sərf etməsini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

27. Kassasiya şikayətinə iddiaçının yazılı etiraz daxil olmuşdur. c) Kassasiya icraa tı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil2 kassasiya sikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər.

29. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər, o cümlədən kassator və onun vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorun an hüququdur. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mad di hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsin in qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən və tələb bölünməz olduğundan, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

34. İddia tələbi iddiaçının xüsusi mülkiyyətdə olan evə 5000 manat kompensasiya müqabilində cavabdehlərin istifadə hüququna xitam verilməsi barədədir.

35. İşin apellyaisya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “ünvan 1 ünvanda yerləşən evin aylıq icarə dəyəri 150 (yüz əlli) manat, 20.1 kv.m-lik 1 otağın daşınmaz əmlak bazarında kirayə dəyəri 60 manat təşkil edir. Apellyasiya məhkəməsi mübahisəli mənzilin yerləşdiyi Xaçmaz şəhərində 1 otağın aylıq kirayə haqqı nın 60 manat civarında olmasını nəzərə alaraq, belə nəticəyə gəlib ki, iddiaçının cavabdehlərə təklif etdiyi 5000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab edilə bilər. Çünki iddiaçı tərəfindən təklif edilən 5000 manat məbləğində kompensasiyanın hesabına, cavabdehlər hər ay orta hesabla 60 manat məbləğində kirayə haqqı ödəyərsə, davamlı surətdə, 7 ilə yaxın müddətdə başqa yerdə mübahisəlin evin bir otağına ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə uşaqları ilə yaşamaq imkanı əldə edər. Apellyasiya məhkəməsi bu qənaətə gələrkən “R.Ağalarovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarına da istinad etmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin i ddia tələbi üzrə hazırki qərarın 21-23-cü bəndlərində əks edilən mövqeyi ilə razılaşır. Həmin bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi iddia tələbi ilə bağlı bütün halları araşdırmış, kompensasiyanın məbləğini işdəki sübutlara əsasən müəyyən etməklə iddia tələbinə tətbiq edilməli olan maddi hüquq normaları əsasında hüquqi qiymət vermişdir.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdeh Cavabdeh1 qızının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 3 fevral 2021 il tarixli 2(105)-353/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar