Məhkəmə qərarları › İş №2(102)-4145/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4145/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4145/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və C-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin vəkili X2, Cavabdeh1 nümayəndəsi X1 və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.03.2021-ci il tarixli, C nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbləri ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və C-yə qarşı iddia qaldıraraq, cavabdehlərdən 04 noyabr 2014-cü il tarixə olan 8535,42 manat əsas borc, 196,22 manat faiz borcu, 11,85 manat cərimə borcu olmaqla, cəmi 8743,49 manat məbləğində borcun tutulması, ipoteka qoyulmuş «Naz Lifan LF 6430 suv minik» markalı **-ER-*** dövlət qeydiyyat nişanli avtomobilin açiq hərracda satilmasi və satışdan əldə olunmuş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, həmçinin cavabdehlərdən ödənilmiş 31 manat dövlət rüsumu və 15 manat məbləğində sənədlərin surətlərinin notarial təsdiq edilm əsinə dair xərclərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim İ.Abbasova) 18 sentyabr 2015-ci il tarixli, 2(004)- 5468/2015 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

4. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.03.2021-ci il tarixli, 2X nömrəli qərardadı ilə həmin şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilmişdir.

6. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işdə olan məktubdan və poçt reyestrindən görünür ki, birinci instansiya məhkəməsi qətnaməni 09 oktyabr 2015-ci il tarixdə tərəflərə göndərmiş, qanunla müəyyən olunmuş müddət ərzində apel lyasiya şikayəti verilmədiyindən icra vərəqəsi verilərək, qətnamə icraya yönəldilmişdir. Apellyasiya şikayəti isə 18 fevral 2021-ci il tarixdə, yəni qətnamənin qəbulundan 5 ildən çox müddət keçdikdən sonra verilmiş, lakin birinci instansiya məhkəməsi prosessual müddətin ötürülüb-ötürülməməsini yoxlamamışdır. Bundan başqa şikayətə əlavə olunmuş dövlət rüsumunun ödənilməsinə dair qəbzdə rüsumun təyinatı Bakı Apellyasiya Məhkəməsi üçün deyil, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi üçün qeyd edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

7. Cavabdeh1 həmin qərardadın ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandı rılmışdır ki, apellyasiya məhkəməsi guya onun tərəfindən 5 ildən sonra verdiyi apellyasiya şikayəti üçün müddətin ötürüldüyünə görə, müddətin bərpasına dair vermədiyini və apellyasiya şikayəti üçün dövlət rüsumunun apellyasiya məhkəməsi deyil, səhvən Yasamal Rayon Məhkəməsi üçün ödənildiyini əsas gətirərək apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir. Halbuki o, məhkəmə qətnaməsindən xəbəri olmamış və bu barədə bildikdə və qətnamənin surətini aldıqdan sonra dərhal apellyasiya şikayəti vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

14. Maddə 363.1.2 və 363.1.3. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, habelə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiyası məhkəməsi tərəfindən qaytarılır.

15. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

16. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

17. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiya sı məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu bax ımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Belə ki, qanunverici məhkəmə qətnaməsinə qarşı apellyasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur.

21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, işdə olan məktuba və poçt reyestrinə görə, birinci instansiya məhkəməsi qətnaməni 09 oktyabr 2015-ci il tarixdə tərəflərə göndərmiş, qanunla müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti verilmədiyindən icra vərəqəsi verilərək, qətnamə icraya yönəldilmişdir.

22. İşdə olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 05 yanvar 2016-cı il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmış və qərarın surəti tələbin könüllü icrası üçün borclu tərəfə göndərilmişdir (işdən, həmçinin görünür ki, icra sənədi üzrə digər icra şöbələri tərəfindən də icraata başlanılmışdır) Sonradan, cavabdehin müraciətinə əsasən qətnamənin surəti təkrarən göndərilmişdir.

23. Apellyasiya şikayəti isə 18 fevral 2021-ci il tarixdə, yəni qətnamənin qəbulundan 5 ildən çox müddət keçdikdən sonra verilmiş, lakin birinci instansiya məhkəməsi icra vərəqəsi verərək qətnaməni icraya yönəltməsinə baxmayaraq, prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, icra işini tələb edərək ona baxış keçirməmiş, cavabdehin qətnamədən hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini (cavabdehin qətnamədən hansı tarixdə məlumatının olması, icra icraatına hansı tarixdə cəlb olunması və ondan sonrakı hərəkətləri və s.) yoxl amamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi qənaətə gəlmişdir ki, belə olan halda, yəni məhkəmənin yuxarıda qeyd edilən halları yoxlamadan sadəcə qətnamənin cavabdehin sonrakı müraciətinə əsasən 15 yanvar 2021-ci il tarixdə almasını əsas tutaraq, müddətin ötürülməməsi qənaətinə gəlməsi əsaslı və qanuni sayıla bilməz. Məhkəmə kollegiyası onu da nəzərə almışdır ki, cavabdeh müddətin bərpasına dair ərizə də verməmişdir. Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-nin 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır.

25. Apellyasiya kollegiyası onu da müəyyən etmişdir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsd iq edən sənəd əlavə olunmamışdır. Belə ki, şikayətə əlavə olunmuş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, orada rüsumun təyinatı Bakı Apellyasiya Məhkəməsi üçün deyil, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi üçün qeyd edilmişdir. Bu səbəbdən də həmin qəbz hazırkı apellyasiya şikayəti üzrə dövlət rüsumunun Bakı Apellyasiya Məhkəməsinə ödənilməsini təsdiq edən sənəd kimi qəbul edilə bilməz.

26. Kollegiya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və MPM-in 417-419 və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.03.2021-ci il tarixli, nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar