Məhkəmə qərarları › İş №2(102)-4146/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4146/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4146/2020 20.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-12753/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən birgə verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavab deh tərəfindən verilmiş qeyriyaşayış binasına dair xx.xx.2018-ci il tarixli, 19/03 saylı və yaşayış evinə dair xx.xx.2018-ci il tarixli, 19/04 saylı “Hərracın yekunları barədə protokolların” etibarsız hesab edilməsi və hərracın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Elşad Şamayev, Şeyda Məhərrəmova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləiş üzrə üçüncü şəxs olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İd diaçı2, İddiaçı3 Vilayəddin qızı və İddiaçı4 iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, x9 kəsişməsində yerləşən qeyri-yaşayış binasına dair cavabdeh “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 19/03 saylı və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş xx.xx.2018-ci il tarixli, 19/04 saylı “Hərracın yekunları barədə protokolların” etibarsız hesab edilməsi, həmin tarixdə keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, icra hərətkərləri barədə iddiaçılara heç bir məlumat verilməmiş, icra orqanı tərəfindən birtərəfli iş aparılmış və xx.xx.2018-ci il tarixdə icra məmuru tərəfindən idarəyə dəvət olunaraq, hər iki əmlakın Bank tərəfindən balansa götürülməsi barədə məlumat verilmişdir. Bu barədə hazırki iş üzrə iddiaçıların heç birinin hər iki əmlakın satılması və yaxud da balansa götürülməsi kimi icra hərəkətlərindən heç bir məlumatı olmamışdır. Bu səbəbdən, icra məmurlarının bu hərəkəti tam qanunsuzdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsi ndə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Mübahisələndirilən hərracın keçirilməsi barədə bildirişlərin lazımı qaydada iddiaçılara çatdırılmadığına dair iş üzrə mötəbər dəlillər mövcuddur. Hərracla bağlı bildirişin tərtib edilməsi və ya bildirişin mövcudluğu, bildirişin ünvan sahibinə çatdırılması demək deyildir. O halda bildiriş ünvan sahibinə çatdırılması hesab oluna bilərdi ki, ünvan sahibi ona imza edib qəbul etmiş olsun. Lakin göründüyü kimi, adı çəkilən bildirişlərə ünvan sahibi deyil, şəxsiyyəti məlum olmayan şəxs tərəfindən imzalanmışdır. Apelyasiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclasında təhqiq edilmiş dəlillərin ziddinə olaraq, “hərrac barəsində bildirişlərin iddiaçıların qeydiyyatda olduqlan ünvan üzrə ailə üzvləri tərəfindən qəbul edildiyi” əsasdan çıxış etmişdi r. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul ol unan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Gəncə Şəhər Kəpəz Rayo n Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-2987/2018 saylı qətnaməsinə əsasən Bankın iddiası təmin edilmiş, İddiaçı2 adına qeydə alınmış yaşayış evi ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunmuş, həmin evin və İddiaçı3 adına qeydə alınmış qeyri-yaşayış binasının 1/2 hissəsinə İddiaçı3 payının tanınması qət edilmişdir. xx.xx.2018-ci il tarixli, 19/03 saylı “Hərracın yekunları barədə protokoldan” görünür ki, İddiaçı2 məxsus yaşayış evinin ilkin satış qiyməti 250.000 manat müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli, 19/04 saylı “Hərracın yekunları barədə protokoldan” görünür ki, İddiaçı3 məxsus qeyri-yaşayış binasının ilkin satış qiyməti 780.000 manat müəyyən edilmişdir. Hərracın keçirilməsi barədə xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.201 8-ci il tarixli, xx.xx.2018-ci il tarixli bildirişlərdən görünür ki, İddiaçı1, İddiaçı3 və İddiaçı4 hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. Həmin bildirişlərin çatdırılmasına dair xəbərnamələrdən görünür ki, İddiaçı1, İddiaçı3 və İddiaçı4 hərracın vaxtı və yeri barədə məlumat verilmişdir. “Birja Yenilikləri” qəzetinin 12-xx.xx.2018-ci il tarixli və 26.01.-xx.xx.2018-ci il buraxılışlarında hərracın keçirilmə vaxtı və yer barədə elan yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, hərracın keçirilməsinin vaxtı və yeri barədə iddiaçılara məlumat verilməsi öz təsdiqini tapmadığı üçün hərracın keçirilməsi və təşkili qaydaları pozulmuşdur. Ona görə də, hərracın yekunları barədə protokollar etibarsız hesab edilməlidir. Belə ki, Azərbay can Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Birinci instansiya məhkəməsi gəldiyi bu mövqeyi ilə razılaşmayan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin bildirişlərin məhz iddiaçıların ünvanına təqdim edilməsi işin mübahisə olunmayan hallarına aiddir. Birinci instansiya məhkəməsi bildirişlərin kuryer tərəfindən iddiaçıların ailə üzvlərinə verilməsi halını nəzərə almamışdır. Belə ki, bildirişlərdə imza qrafasında yazılan soy adları iddiaçıların soy adı ilə eynilik təşkil edir. Habelə iddiaçıların qeydiyyatda olduqları ünvan üzrə göndərilən bildirişlər qəbul olunmuş və onun qəbul olunmasından imtina edilməmişdir. Habelə qüvvədə olan qanunvericilik poçt göndərişinin, həmin göndərişin alıcısı kimi qeyd edilən şəxsdən başqa, digər şəxslərə də verilə bilməsini istisna etmir. Qeyd olunanlardan aydın olur ki, bildirişlər iddiaçıların qeydiyyatda olduğu ünvan üzrə ailə üzvləri tərəfindən qəbul edilmişdir. Həmçinin cavabdeh MMC tərəfindən kütləvi informasiya vasitəsində - “Birja” qəzetinin 12-xx.xx.2018-ci il tarixli və 26.01.-xx.xx.2018-ci il tarixli buraxılışlarında hərracın keçirilməsı vaxtı və yeri barədə məlumat dərc edilmişdir. Belə ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə görə, sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə, aşağıdakı hallarda poçt göndərişi çatdırılması mümkün olmayan hesab edilir: Poçt göndərişinin üzərində ünvanın dəqiq olmadığı, silindiyi, pozulduğu, oxunmadığı və ya buna oxşar digər ha llarda (maddə 13.1.1.). Ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə (maddə 13.1.2.). Azərbaycan Respublikasının Rabitə Nazirliyinin 120 №-li xx.xx.2002-ci il tarixli əmri ilə təsdiq edilmiş “Poçt rabitəsi qaydalarının” 7-ci maddəsinin 7-ci bəndinə görə, bütün növ göndərişlərin, göndəricinin çağırış ünvanında qəbul edilərək qısa müddət ərzində ünvan sahibinə çatdırılması kuryer poçt adlanır. Həmin Qaydaların 8-ci maddəsinin 12-ci bəndinə görə, qəbula dair qəbz verilən, müşayiət sənədlərinə yazılan, təyinat yerində alıcıya imza etdirməklə verilən poçt göndərişləri (məktublar, poçt kartları, banderollar) sifarişli poçt göndərişləri adlanırlar. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin faktiki əsası kimi istinad edilən hal, yəni iddia çıların icra hərəkələrindən məlumatlarının olmaması sübuta yetirilmədiuyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər iddia tələbinin əsasını da təşkil edir və apelyasiya instansiyası məhkəməsində işə baxılarkən irəli sürülmüş, məhkəmə həmin dəlillərə tam, hərtəfərli və obyektiv qiymət vermişdi r. Məhkəmə kollegiyas bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-12753/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar