Məhkəmə qərarları › İş №2(102)-4146/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4146/2023

06.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4146/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4146/2023 (Açar sözlər: bağışlama müqaviləsinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “bağışlanma müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1289/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaç ı (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrə cıxarışa əsasən, ünvan 1 ünvanında 0,072 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

2. Qazax rayon notariat kontorunda 4Ə-612 reyestr nömrəli notariat işi üzrə xx.xx.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən, İddiaçı ünvan 1 ünvanında mülkiyyətində olan, 0,072 ha torpaq sahəsini və torpaq sahəsinin üzərində yerləşən ü mumi sahəsi 136,7 kv.m. olan fərdi yaşayış evini qızı Cavabdeh1 bağışlamışdır.

3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında 0,072 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətindədir və daşınmaz əmlak üzərində hüquq xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrə ilə dövlət reyestrində 26 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Qazax Rayon Məhkəməsinin 2(023)-264/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

5. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2 883/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə Qazax Rayon Məhkəməsinin 2(023)-264/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2022-ci il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2883/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilmiş və iş yenidən axılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

7. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1570/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair öz iradəsi əsasında sər əncam verərək qızı Cavabdeh1 bağışlamış, sonuncu da hədiyyəni qəbul etmiş və həmin əmlak onun adına qeydə alınmışdır. Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Birinci instansiya məhkəməsinin iddia tələbini rədd etməklə gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də Qazax Rayon Məhkəməsinin 2(023)-264/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2022-ci il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1570/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh 2 oğluna qarşı “bağışlamaqdan imtina olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-612 reyestr nömrəli Daşınmaz amlakın bağışlanma müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, Qazax şəhəri, Azadlıq küçəsi ev 125 ünvanında yerləşən 0,072 ha torpaq sahəsi və ümumi sahəsi 136,7 kv.m-dən ibarət olan fərdi vaşayış evi qaynatası X2 və qaynanası X1 mülkiyyətində olmuş və həmin yaşayış evi tam mülkiyyət hüququ ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən əri X3 adına keçmişdir. xx.xx.2015-ci il tarixdə əri Yaşar Məmmədov vəfat etdikdən sonra Qazax şəhəri, Azadlıq küçəsi ev 125 ünvanında yerləşən fərdi yaşayış evin tam mülkiyyət hüququ onun adına keçmişdir. Həmin evi o,xx.xx.2017-ci il tarixdə cavabdehə bağışlamışdır. Həmin müqavilənin bağlanması üçün qızı Günay onu aldatmış və ona təzyiqlər etmişdir. Günay onu notariat kontoruna apararaq, guya evi Banka girov qoyub kredit alıb özünə ev inşa etdirəcəyini bildirmişdir. Günay qızı olduğu üçün ona inanmışdır. Müqavilə bağlandıqdan hal-hazıradək o, və oğlu Zaur həmin evdə yaşamışlar və evin bütün kommunal xərclərini o, ödəyir. Bağışlama müqaviləsi barədə məlumatı olduqdan sonra o, məhkəməyə müraciət edib bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən sonra ona məlum olmuşdur ki, həmin müqavilə bağlanarkən oğlanları Vüqar və Zaur Məmmədovlar həmin evdə qeydiyyatda olmalarına baxmayaraq, Cavabdeh1 guya həmin evdə tək onun qeydiyyatda olması barədə Qazax rayon Notariat Ofisinə saxta arayış təqdim etmişdir. Bununla da həmin bağışlama müqaviləsi bağlanarkən oğlanlarının evdən istifadə hüquqları pozulmuşdur. Hazırda cavabdeh həmin evi əri Cavabdeh2 oğluna bağışlamış, o, da ona və oğlu Zaur Məmmədova qarşı evdən çıxarma tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Hətta Cavabdeh2 işıq idarəsinə ərizə yazaraq onların evinə elektrik enerjisi verilməsini dayandırmışdır. Bu da onu göstərir ki, qızı Günay tərəfindən bu əqd pis niyyətlə bağlanmışdır və ailə hüquq münasibətlərini kobudcasına pozur. Belə ki, onun və oğlu Zaurun başqa yerdə evləri, mülkiyyətləri yoxdur, bunu qızı Günay da bilir. Lakin buna baxmayaraq o, onun və oğlu Zaurun ailəsi ilə birlikdə evdən çıxarılmasına dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh2 dəfələrlə onu söyüb təhqir edərək evdən çıxmasını tələb etmiş, onu döymüş, evin pəncərəsini sındırmışdır. Bununla bağlı o, 102 xidmətinə və Qazax RPŞ-yə müraciət etmişdir. Onlar uzun illərdir həmin evdə yaşayırlar və onların mübahisəli evdən istifadə hüquqları vardır.

11. Qazax Rayon Məhkəməsinin 2(023)-1323/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Fəxri Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “bağışlamaqdan imtina olunması” tələbinə dair iddiası rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsi, onun üzərində yerləşən fərdi yaşayış evinə dair öz iradəsi əsasında sərəncam verərək qızı Cavabdeh1 bağışlamış, sonuncu da hədiyyəni qəbul etmiş və həmin əmlak onun adına qeydə alınmışdır. Bağışlama müqaviləsinin ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur. Digər tərəfdən birinci instansiya məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 673.3-cü maddəsinə görə bağışlamaqdan imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hazırki iş üzrə iddiaçı cavabdehə bağışlamadan imtina etməsi və bağışlama müqaviləsinin ləğv etmək istəməsi barədə hər hansı bildiriş göndərməmişdir. Nəzərə alınmalıdır ki, bağışlamaqdan imtina barədə iradənin ifadəsi məhz bildirişin göndərilməsi ilə həyata keçirilir, bild iriş göndərilməyibsə deməli imtina da mövcud deyil. Məhkəmə mövcud olmayan imtinanı tanıya bilməz. Digər tərəfdən, iddiaçı bağışlamadan imtina etmək və bağışlama müqaviləsinin ləğv edilməsini tələb etmək üçün Mülki Məcəllənin 673.3-cü maddəsində nəzərdə tutulan müddəti də ötürmüşdür. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından da görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi hal-hazırda Cavabdeh2 oğlunun mülkiyyətindədir və onun mülkiyyət hüququnun qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən müvafiq çıxarış verilmiş və həmin çıxarış hazırda qüvvədə olmaqla heç kim tərəfindən mübahisələndirilməmişdir. Belə olan təqdirdə iddiaçı ilə cavabdeh arasında həmin fərdi yaşayış evinə dair bağışlanma müqaviləsinin ləğv edilməsi də mümkün deyil.

13. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarş “bağışlamaqdan imtina olunması” tələbinə dair iddiası təmin edilməməlidir.

14. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 397.2, 666.1, 670.1, 670.3, 673.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, onun qızı Günayla həmin ev ilə bağlı uzu n müddətdir ki, mübahisələri var və Günay bilir ki, o, bağışlanma müqaviləsini məhkəmədə mübahisələndirmişdir və bununla bağlı Qazax RPŞ-nə müraciət etmiş, yəni Günay və onun əri Cavabdeh2 onun müqavilənin ləğv olunması istəyi barədə məlumatları olmuşdur. Əgər məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsinin hərfi mənasına əsaslanırsa onda, məhkəmə həmin işə baxmamalı, iddia tələbini mümkünsüz hesab edib işi geri qaytarmalı və bildirişin göndərilməsi təmin olunduqdan sonra işə baxa bilərdi. Bundan başqa, o, müddəti ötürməmişdir. Cavabdeh2 oğlu ona, oğlu Zaur Məmmədova və Zeynəb Osmanovaya qarşı təxminən 2021-ci ilin oktyabr ayında məhkəmədə iddia qaldıraraq onları həmin evdən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra onalrın ailə hüquq müna sibətlərinin kobudcasına pozulmasını bilmişdir və həmin işin məhkəmədə dayandırılmasına dair müraciət etdikdən sonra həmin iş məhkəmə tərəfindən dayandırılmış və avqust 2022-ci ildə o, bağışlanma müqaviləsindən imtina olunmasına dair məhkəməyə müraciət etmişdir. Yəni Mülki Məcəlləsinin 673.3-cü maddəsində nəzərdə tutulan bir illik müddəti ötürməmişdir. Məhkəmə tərəfindən bu halların heç birinə qiymət verilməmiş, yalnız maddi hüquq normalarını sadalamaqla kifayətlənmişdir. Məhkəmə cavabdehlərin işdə iştirak etməsini lazımı qaydada təşkil etməmiş, yalnız onların etirazlarına əsaslanmışdır. Məhkəmə işin obyektiv araşdırması üçün cavabdehlərin məhkəmədə iştirak etməsini təmin etməli idi. Bununla da məhkəmə çəkişmə prinsipini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsi işə tam, hərtərəf li və obektiv baxmayaraq qanunsuz və əsassız məhkəmə aktı çıxarmışdır.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1289/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Mamedov (sədrlik edən və məruzəçi), Azər Bayramov və Aygül İsgəndərova) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd olunmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olsa da, maddi hüquq normalarını düzgün əsaslandırmamış və maddi hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir.

19. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı tələbində onunla Cavabdeh1 arasında ünvan 2 ünvanında ye rləşən fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə612 reyestr nömrəli Daşınmaz amlakın bağışlanma müqaviləsinin ləğv olunmasını xahiş etmişdir.

20. Birinci instansiya məhkəməsi həmin mübahisəyə mülki qanunvericliyin bağışlamanın ləğvi ilə bağlı müddəalarını tətbiq etməli olduğu halda, mülki qanunvericliyin bağışlamaqdan imtinaya dair müddəalarını tətbiq etmişdir. Bu hal isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, bağışlamanın ləğvi ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına bağışlamanın ləğvi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəalar ı əsasında həll olunmalıdır.

22. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 674.1-ci maddəsidir. Həmin normada deyilir ki, bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda, hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir. Göründüyü kimi mülki qanunvericilik başğışlamanın ləğvini iki meyarla əsaslandrımışdır. Hazırki iddia tələbinin təmin edilməsi üçün mülki qanunvericiliyin normaları baxımından əsaslar yoxdur.

23. Belə ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair öz iradəsi əsasında sərəncam verərək qızına bağışlamış, sonuncu da hədiyyəni qəbul etmiş və həmin əmlak onun adına qeyd ə alınmışdır. Bağışlama müqaviləsinin ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur.

24. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 666.1, 668, 674.1, 674.1.1, 674.1.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 218.1, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin aktını ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını və yaxud işin yeni apellyasiya baxışına çıxarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin məhkəmə aktından sonra məlum olmuşdur ki, həmin müqavilə bağlanarkən oğlanları Vüqar və Zaur Məmmədovlar həmin evdə qeydiyyatda olmalarına baxmayaraq cavabdeh Notariat ofisinə Qazax RİH başçısının şəhər İƏD üzrə nümayəndəsi tərəfindən xx-xx/3234 saylı xx.xx.2017-ci il tarixli saxta arayış (forma 2) təqdim etmişdir ki, guya o, həmin evdə tək qeydiyyatdadır. Həmin arayışa Qazax RİH başçısının şəhər İƏD üzrə nümayəndəsinin əvəzinə başqa şəxs imza etmişdir. Buna görə də bağışlanma müqaviləsi bağlanarkən oğlanları Vüqar və Zaurun razılığı alınmamışdır. Bununla da həmin bağışlanma müqaviləsi bağlanarkən onların evdən istifadə hüquqları pozulmuşdur. Hazırda cavabdeh həmin evi əri Cavabdeh2 oğlunun adına keçirmiş və Şeyda ona, oğlu Zaur Məmmədova və onun ailəsinə qarşı məhk əmədə iddia qaldıraraq onları həmin evdən çıxarmaq istəyir. Bu onu göstərir ki, qızı Günay tərəfindən bu əqd pis niyyətlə bağlanılmışdır. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:

27. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı cavabdehlər yazılı etiraz vermiş, etirazlarında kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

28. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

31. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

32. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

33. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

34. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.

35. Maddə 674.1 Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2. hədiyyə verənin əmlakı üç ün müsabiqə icraatı başlandıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ya xud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirililən hissədə bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

49. İşin a pellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair öz iradəsi əsasında sərəncam verərək qızı Cavabdeh1 bağışlamış, sonuncu da hədiyyəni qəbul etmiş və həmin əmlak onun adına qeydə alınmışdır.

50. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 18-23-cü paraqraflarında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, mülki qanunvericilik başğışlamanın ləğvini iki meyarla əsaslandrımışdır. Hazırki iddia tələbinin təmin edilməsi üçün mülki qanunvericiliyin normaları baxımından əsaslar yoxdur. Belə ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair öz iradəsi əsasında sərəncam verər ək qızına bağışlamış, sonuncu da hədiyyəni qəbul etmiş və həmin əmlak onun adına qeydə alınmışdır. Bağışlama müqaviləsinin ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur.

51. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

52. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq halla rının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.

53. Məhkəmə kollegiyası kassasiya şikayətinin, müqavilə bağlanarkən oğlanları Vüqar və Zaur Məmmədovların həmin evdə qeydiy yatda olmalarına baxmayaraq bağışlanma müqaviləsinin onların rəsmi razılığı, icazəsi olmadan tərtib edilməsi və bağlanması barədə dəlilini əsaslı hesab etmir. Belə ki, bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli Qərarında əks olunmuş mövqeyini diqqətə çatdırır. Həmin məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolm adığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. Hazırki işdə müəyyən edilən hal isə ondan ibarətdir ki, bağışlanan (özgəninkiləşdirilən) əmlak yalnız iddiaçının tam mülkiyyətində olmuşdur.

54. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

55. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəl lənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 56. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab ed ilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

58. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Göstərilənl ərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1289/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar