Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4148/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4148/22 (Açar sözlər: aliment məbləğinin artırılması) Bakı şəhəri 17 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2887/2022 nömrəli, 07 aprel 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2022ci il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur.
2. Nikahlarından xx.xx.2009-cu il tarixdə Məryam, xx.xx.2010-cu il tarixdə Nəzrin adında uşaqları doğulmuşdur.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş və uşaqlar analarının himayəsinə verilmişdir.
4. İddiaçı xx.xx.2013-cü il tarixdə cavabdehdən aliment tutulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi təqdim etmiş, həmin məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2013-cü il tarixdən hesablanmaqla hər uşağa görə 175 manat aliment tutulması qət olunmuşdur.
5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-5415 /2014 saylı qətnaməsinə əsasən İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinin təmin olunmaması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-132/2014 saylı 08 may 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2015-ci il tarixli, 2(102)-1344/15 nömrəli qərarına əsasən Məmmədova Mərziyə Yusif qızının kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 25 sentyabr 2014-cü il tarixli qətnaməsinin alimentin miqdarı hissəsində dəyişdirilməsi, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 103 manat miqdarında olmaqla cəmi 206 manat sabit p ul məbləğində İddiaçı xeyrinə aliment tutulması, aalan hissədə qətnamə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)1722/2017 saylı qətnaməsinə əsasən İddiaçı iddia tələbi qismən təmin edilərək, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 136,60 manat, cəmi 273,20 manat sabit sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, artırılmış aliment məbləğinin tutulmasının xx.xx.2017-ci il tarixdən hesablanması, qətnamənin dərhal icraya yönəldilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)1102/2019 saylı qətnaməsinə əsasən İd diaçı iddiası təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-1284/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 20 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Elektron informasiya sistemindən çıxarışına əsasən Cavabdeh xx.xx.2017-ci il tarixdən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində satış üzrə nümayəndə (İKT) vəzifəsində çalışır. Aylıq əmə k haqqı 4166,67 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək cavabdehin əmək haqqının (4166,67 manat) və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment təyin edilməsi, cavabdeh xx.xx.2017-ci il tarixindən işləməklə 4166,67 manat məbləğində əmək haqqı aldığını gizlətdiyi və məhkəməyə saxta sənəd təqdim etdiyi üçün Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən 273,0 manat sab it pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək əvvəlki dövr üçün, yəni cavabdehin işlədiyi xx.xx.2017-ci il tarixindən əmək haqqının (4166,67 manat) və digər gəlirlərinin 1/3 hissəsi miqdarında hesablanıb cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ildə cavabdehin xx.xx.2017-ci il tarixdən işləməsi və 4166,67 manat maaş alması barədə məlumat əldə etmiş, beləliklə cavabdeh həm onu, həm də məhkəmələri aldadaraq işləmədiyini bildirməklə qanunvericiliklə müəyyənləşdirilmiş məbləğdən az aliment ödəməyə nail olmuşdur. Buna görə də, Cavabdeh cinayət xarakterli hərəkətlərinə hüquqi qiymət verilərək barəsində xüsusi qarardad qəbul edilməsi, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 y etkinlik yaşına çatana qədər saxlanmaları üçün Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək cavabdehin əmək haqqının (4166,67 manat) və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment təyin edilməsi, cavabdeh xx.xx.2017-ci il tarixindən işləməklə 4166,67 manat məbləğində əmək haqqı aldığını gizlətdiyi və məhkəməyə saxta sənəd təqdim etdiyi üçün Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən 273,0 manat sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək əvvəlki dövr üçün, yəni cavabdehin işlədiyi xx.xx.2017-ci il tarixindən əmək haqqının (4166,67 manat) və digər gəlirlərinin 1/3 hissəsi miqdarında hesablanıb cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh iddiaya etiraz edərək, göstərmişdir ki, iddia ərizəsində göstərildiyi kimi, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(005)-2214/2013 saylı qətnaməsi ilə nikah pozulmuş və birgə nikahdan doğulmuş qızları analarının, yəni hazırki işdə iddiaçı olan İddiaçı yanında saxlanılmışıdır. Həmin vaxt heç yerdə işləmədiyi üçün uşaqlarına ödəməli olduğu aliment sabit pul məbləğində müəyyən edilmişdir. Aliment tələbi barədə iddia ərizəsi hələ nikah pozulmazdan əvvəl, yəni xx.xx.2013-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Ona görə də aliment tutulması barədə qətnamə xx.xx.2014-cü il tarixdə qəbul edilsə də, alimentin hesablanması və tutulması iddianın məhkəməyə təqdim edildiyi xx.xx.2013-cü il tarixdən başlanmışdır. 2017-ci ildən başlayaraq son rakı illərdə hər təqvim ili başlayan kimi iddiaçı alimentin artırılması barədə iddialar vermişdir. xx.xx.2017-ci il tarixli iddia ərizəsi üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli iddia ərizəsi üzrə xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli iddia ərizəsi üzrə xx.xx.2019-cu il tarixli ödənilməsi barədə saziş üzrə əvəllər ödənilməmiş alimentdən söhbət getmişdir. Aralarında belə saziş və yaxud alimentin gəlirin 1/3 hissəsində tutulması barədə məhkəmə qətnaməsi yoxdur. Məhkəmədən aliment miqdarının dəyişdirilərək qətnamənin qanuni qüvvəsini aldığı gündən aliment miqdarının əmək haqqının və digər gəlirlərinin 1/3 hiissəsi miqdarında müəyyən edilməsini, alimentin keçmiş dövr üçün yəni xx.xx.2017-ci il tarixdən qətnamə qəbul edilər günədək əməmk haqqının digər gəlirlərinin 1/3 hiissəsi miqdarında hesablanaraq ondan tutulması hissədə iddianın rədd edilməsini xahiş etmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 yanvar 2022-ci il tarixli, 2(005)-678/2022 saylı qətnaməsi (hakim G.Əsədova) ilə iddia tələbləri qismən təmin edilmiş, həmin məhkəmənin 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi, xx.xx.2017-ci il tarixdən hesablanmaqla Cavabdeh onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalı ol an aliment məbləğindən məhkəmə qətnamələri ilə tutulmuş sabit pul məbləğində müəyyən edilmiş aliment məbləği çıxılmaqla, qalan aliment məbləğinin İddiaçı ödənilməsi, alimentin tutulmasının qətnamənin qanuni qüvvəsini aldığı tarixdən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
14. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, uşağın mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi və qanunun uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddi ilə bağlı tələblərinin təmin edilməsi baxımından alimentin məbləği Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun olaraq qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda müəyyən edilməlidir.
15. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, cavabdeh xx.xx.2017-ci il tarixdən eti barən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində satış üzrə nümayəndə (İKT) vəzifəsində çalışır. Aylıq əmək haqqı 4166,67 manat təşkil edir. Hazırda cavabdehin daimi iş yeri, o cümlədən müntəzəm və sabit qazanca malik olması müəyyən edilmişdir. Bu səbəbdən aliment məbləğinin onun qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkündür.
16. Məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2019-cu il tarixli 2(005)-1102/2019 nöm rəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, birgə nikahdan anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment müəyyən edilməlidir.
17. Məhkəmə xx.xx.2017-ci il tarixdən 1/3 hissədə aliment tutulması hissəsində qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən əvvəlki dövrə aliment tutulması yalnız iddiaçının məhkəməyə müraciətlər etdiyi, lakin cavabdehin aliment ödəməkdən boyun qaçırdığını sübuta yetirməsi halında mümkündür. Hazırkı iddia tələbi üzrə təqdim edilmiş iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında alimentin tutulmasına dair çoxsaylı məhkəmə mübahisələri olmuş, Cavabdeh tərəfindən daimi iş yerinin olması gizlədilmişdir. Bu səbəbdən alimen t sabit pul məbləği ilə tutulmuşdur. İddiaçının isə həmin müddətə məhkəməyə alimentlə baglı müraciəti olmuş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-1722/2017 saylı qətnamə qəbul olunmuşdur.
18. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, məhz xx.xx.2017-ci il tarixdən başlayaraq hesablanmaqla Cavabdeh onun qazancın və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalı olan aliment məbləğindən, məhkəmə qətnamələri ilə tutulmuş sabit pul məbləğində müəyyən edilmiş aliment məbləği çıxılmaqla, qalan fərq məbləgi İddiaçı ödənilməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1.2, 76.2, 78.1, 100.3, 112.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220-ci maddələrinə istinad edərək əsaslandır mışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni “xx.xx.2017- ci il tarixdən hesablanmaqla ondan qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalı olan aliment məbləğindən məhkəmə qətnamələri ilə tutulmuş sabit pul məbləğində müəyyən edilmiş aliment məbləği çıxılmaqla, qalan aliment məbləğinin İddiaçı ödənilməsi” hissəsində ləğv olunmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, ondan əvvəlki dövr üçün aliment tutulması ilə bağlı qanunvericilikdə müəyyənləşdirilmiş əsas olmadığı halda qanunu səhv tətbiq etdiyi, iddiaçının özünün əvvəllər sabit pul məbləğində aliment tələb etdiyini və onun, işləməsi barədə məlumat vermək öhdəliyi daşımadığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.
21. Apellyator göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqları analarının yanında saxlanılmış, həmin vaxt heç yerdə işləmədiyi üçün uşaqlarına ödəməli olduğu aliment sabit pul məbləğində müəyyən edilmişdir. Aliment tələbi barədə iddia ərizəsi hələ nikah pozulmazdan əvvəl, yəni xx.xx.2013-cü il tarixdə məhkəməyə təqdim edilmiş, bu səbəblə aliment tutulması barədə qətnamə xx.xx.2014-cü il tarixdə qəbul edilsə də, alimentin hesablanması və tutulması iddianın məhkəməyə təqdim edildiyi xx.xx.2013-cü il tarixdən başlanmışdır. 2017-ci ildən etibarən sonrakı illərdə hər təqvim ili başlayan kimi iddiaçı alimentin artırılması barədə iddialar vermiş, xx.xx.2017 -ci il tarixli iddia ərizəsi üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli iddia ərizəsi üzrə xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli iddia ərizəsi üzrə xx.xx.2019-cu il tarixli qətnamələri ilə aliment məbləği artırılmışdır. Həmin iddialarında iddiaçı özü sabit pul məbləğində aliment tələb etmiş, o isə məhkəmənin müəyyənləşdirdiyi alimenti vaxtlıvaxtında ödəmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinin tətbiq olunması üçün aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması faktı müəyyən edilməlidir, halbuki təmsil etdiyi şəxs aliment ödəməkdən yayınmamışdır. Məhkəmə həmçinin nəzərə almamışdır ki, hətta keçmiş dövrə görə alimentin tutulması üçün kifayət qədər əsas olmuş olsa idi belə, bu müddət 3 ildən artıq ola bilməzdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh da nümayəndəsi ilə eyni fikirdə olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2887/2022 nömrəli iş üzrə 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova, V.Sadıqov) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-678/2022 saylı iş üzrə 17 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “xx.xx.2017-ci il tarixdən hesablanmaqla Cavabdeh onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalı olan alimen t məbləğindən məhkəmə qətnamələri ilə tutulmuş sabit pul məbləğində müəyyən edilmiş aliment məbləği çıxılmaqla, qalan aliment məbləğinin İddiaçı ödənilməsi” hissəsində ləğv olunmuşdur. İddiaçı “Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilən 273,0 manat sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək əvvəlki dövr üçün, yəni cavabdehin işlədiyi xx.xx.2017-ci il tarixindən əmək haqqının (4166,67 manat) və digər gəlirlərinin 1/3 hissəsi miqdarında hesablanaraq cavabdehdən tutulması” tələbi təmin edilməmişdir.
23. Belə ki, iddiaçı, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xeyrinə tutulan alimentin miqdarının cavabdehin əmək haqqının (4166,67 manat) və digər gəlirlərinin 1/3 hissəsi miqdarına dəyişdiri lərək bu məbləğin xx.xx.2017-ci il tarixindən etibarən tutulmalı olduğunu irəli sürmüş, birinci instansiya məhkəməsi isə tərəflər arasında alimentlə bağlı çoxsaylı məhkəmə mübahisələrinin olduğunu, Cavabdeh daimi iş yerinin olmasını gizlətməsi səbəbilə alimentin sabit pul məbləğində tutulduğunu vurğulayaraq, xx.xx.2017-ci il tarixdən hesablanmaqla ondan qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulmalı olan aliment məbləğindən məhkəmə qətnamələri ilə tutulmuş sabit pul məbləğində müəyyən edilmiş aliment məbləği çıxılmaqla, qalan fərq məbləginin İddiaçı ödənilməli olduğu nəticəsinə gəlmişdir.
24. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi xx.xx.2017-ci il tarixdən başlayaraq hesablanmaqla Cavabdeh onun qazancın və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında tutulm alı olan aliment məbləğindən, məhkəmə qətnamələri ilə tutulmuş sabit pul məbləğində müəyyən edilmiş aliment məbləği çıxılmaqla, qalan fərq məbləginin İddiaçı ödənilməli olması nəticəsinə gələrkən tətbiq etdiyi maddi hüquq normasını yanlış tövsif etmiş, müəyyən etdiyi hallardan düzgün nəticə çıxarmamışdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 100.3-cü maddəsinə görə isə, məhkəmə, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
25. Göründüyü kimi, alimentin əvvəlki dövr üçün tutulması imkanı, aliment almalı olan şəxs in məhkəməyə müraciət edənədək tədbirlər gördüyünün, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığının müəyyən edilməsinə bağlıdır; hazırkı işdə isə belə hal mövcud deyildir. Əksinə, işin müəyyən olunan hallarından görünür ki, iddiaçı cavabdehdən xx.xx.2013-cü il tarixindən etibarən aliment almağa başlamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin çıxarılmasına əsas təşkil edən iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdehdən alimentin sabit pul məbləğində tutulmasını istəmiş, cavabdeh isə həm həmin qətnamə ilə müəyyənləşdirilən aliment məbləğini ödəmiş, həm də sonrakı illərdə artırılmış aliment öhdəliyini icra etmişdir.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun müvafiq iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. Məhkəmə gəldiyi nətic əni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2, 78.1, 100.2, 100.3, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372, 372.1, 372.6, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası nəzərə almamışdır ki, iddiaçı qanunla müəyyən olunmuş minimum həddə aliment alıb, yalnız cavabdeh atanın iddiaçıya məhkəmələrə yalan məlumat (məhkəmə çıxışlarında və ərizələrində) və həqiqəti əks etdirməyən arayış (İşsizlik İdarəsinin arayışı) və sənəd (Əmək kitabçasının surəti) təqdim etdiyindən uşaqların lazımı həyat səviyyəsi təmin olunmamışdır.
30. İş materiallarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Ağentliyinin sorğuya cavabında Cavabdeh işsiz olması barədə arayış vardır. Həmçinin məhkəmə iclaslarında Cavabdeh özü məhkəməyə yanlış məlumat verərək işsiz olmasını bildirmişdir.
31. Cavabdeh məhkəmədə öz ifadəsində göstərmişdir ki, "2017-ci ilin fevral ayından sonra işləməyə başlasam da, gəlirlərim barədə məlumat vermək öhdəliyim olmayıb" vǝ apellyasiya instansiyası məhkəməsi cavabdehin "melumat vermək öhdəliyim olmayıb" ifadəsini əsas götürmüşdür. Bu ifadə Məhkəmədə susmaq hüququ kimi qiymətləndirilib. Halbuki, cavabdeh məhkəmələr gedişində guya "işsiz" və "acınacaqlı" vəziyyətdə olmasını bildirmiş, əmək kitabçasının surətini və işsizlik arayışı təqdim edərək, yalan məlumatl arla məhkəmələri yanlış istiqamətə yönəltmişdir. Yəni, iddiaçı hələ 2014-cü ildən hazırki işə baxılan tarixədək (və bu gün də) alimenti gəlirlərinin 1/3 hissəsində ödəməmək üçün əlindən gələn bütün səyləri etmişdir və Apellyasiya instansiyasının "hazırkı işdə isə belə hal mövcud deyildir" yanaşması yuxarıda göstərilənlərlə təkzib olunur.
32. Apellyasiya instansiyası məhkəməsi həmçinin nəzərə almamışdır ki, cavabdehin törətdiyi məişət zorakılığı nəticəsində İddiaçı uzun müddət xəstəxanada yatmış və İİ qrup əlillik dərəcəsi almışdır.
33. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ bəndi, 80- ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 5, 100, 100.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 425, 425.1-ci maddələrinə istinad edərə k əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi
35. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
36. Maddə 100.3. Məhkəmə, iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
37. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı Qərarı: 38. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment öd əməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamən in yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyin dən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını və maddi hüquq normalarının tələblərini nəzərə alaraq, məhkəmə qətnamələri ilə tutulmuş sabit məbləğdə alimentin qazancın və başqa gəlirlərin 1/3 hissəsi miqdarında alimentlə dəyişdirilməsinin xx.xx.2017-ci il tarixdən hesablanmasını düzgün hesab etməməkdə haqlı olmuşdur.
52. Belə ki, iddiaçının hazırki iddia tələbi Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənən məhkəmə qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi ilə bağlı tələbdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 sayl Qərarının 8.14-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
53. Həmçinin Ailə Məcəlləsinin 100.2 və 100.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, alimentin əvvəlki dövr üçün tutulması imkanı, aliment almalı olan şəxsin məhkəməyə müraciət edənədək tədbirlər gördüyünün, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığının müəyyən edilməsinə bağlıdır; hazırkı işdə isə apellyasiya məhkəməsi belə hal müəyyən etməmişdir.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən maddi və prossesual hüquq normaları məhkəmələr tərəfindən pozulmamışdır. Buna görə də, kassasiya şikayə tinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416.1, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2887/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.