Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-415/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı Cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) qarşı ilk, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və X1 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, yalan əqd, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4586/2022 nömrəli mülki iş üzrə 16 sentyabr 2022-ci il ta rixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq olunmuş 5 fevral 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, iddiaçının mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin 49 saylı mənzilini 153000 manata cavabdehə satmışdır.
3. Müqavilə bağlanarkən ilkin iddiaçını əri Cavabdeh2 etibarnamə əsasında təmsil etmişdir.
4. Daşınmaz əmlakın dövlət reyestrindən 08 yanvar 2021-ci il tarixli çıxarışa əsasə n Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin ümumi sahəsi 137,7 kv.metr olan 49 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh1 adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixli, 7E-309 reyestr nömrəli etibarnamə əsasında adından çıxış edən Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən, 49 nömrəli mənzilə dair bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-83 reyestr nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, 49 nömrəli mənzil xx.xx.201 8-ci il tarixli, ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışa əsasən ilk öncə onun mülkiyyətində olmuş, həmin mənzil onun tərəfindən “Kənan-Ş" MTKdan dəyəri tam ödənilməklə alınmışdır. Belə ki, o, Cavabdeh2 ilə 13 aprel 2007-cı il tarixdə rəsmi nikaha daxıl olmuş, hazırda birgə nikahda olaraq ailə münasibətləri davam edir. 30 yanvar 2020-ci il tarixli etibarnamə əsasında bütün daşınar və daşınmaz əmlaklarına dair zəruri hərəkətlərin yerinə yetirilməsini əri Cavabdeh2 etibar etmiş, lakin əri Cavabdeh2 bu etibardan sui-istifadə edərək yaxın dostu X3 biznes qurması məqsədilə ona məxsus 350000 manat dəyəri olan həmin mənzili sələmçi Cavabdeh1 aldığı 150000 manat sələm (faiz borcu) əvəzinə girov qoymuşdur. Bir il ərzində həmin borcdan 70000 manat pul məbləği X7 tərəfindən Cavabdeh1 ödənilmişdir. Bu barədə 115000 manat ödədikdən sonra mənzilin girovdan azad olunmasına, həmin mənzilin Cavabdeh2 adına keçirilməsinə, habelə sonuncuya 115000 manat borcunun olmasını etiraf etməklə, onun 2021-ci il mart ayının 5-dək ödənilməsinə vəd verərək öz imzası ilə təsdiq edilmiş X2 yazılı iltizamı da mövcuddur. Bütün bunları ört-basdır edərək, Bakı şəhəri 14 saylı Notariat Ofisində 30 yanvar 2020-ci il tarixli etibarnamə əsasında onun adından çıxış edən Cavabdeh2 ilə Cavabdeh1 arasında 350000 manat dəyəri olan 49 nömrəli mənzilin 153000 manata satılmasına dair başqa əqdi pərdələmək məqsədilə 05 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi kimi yalan (əhəmiyyətsiz) əqd bağlanmışdır. Müqavilənin 11 və 13-cü bəndlərindən də aydın olduğu kimi, o, 05 may 2020-ci il ta rixinədək mənzili alıcının faktiki istifadəsinə verməyi və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüş, halbuki həmin mənzil onun faktiki istifadəsində olmaqla orada yaşayır və qeydiyyatdan da çıxmamışdır. Bu faktı mənzili aldığı "xxxx" Mənzil Tikinti Kooperativi də təsdiqləyə bilər. Həmin əmlakı idarə etməyi ilə bağlı bu günədək hər hansı maneə ilə rastlaşmamışdır. Bu əqd etibarsız və əhəmiyyətsiz olmaqla birbaşa olaraq onun hüquqlarını kobud şəkildə pozur, onu mülkiyyət hüququndan məhrum etmə xarakteri daşıyır.
7. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin 49 saylı mənzilindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməklə çıxarılmaları, ilkin iddianın rədd edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Cavabdeh1 iddiasını onunla əsaslandırmışdır ki, o həmin mənzili qanuni şəkildə bağlanmış alqı-satqı müqaviləsi ilə əldə etmiş, mənzil üzərində onun mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdehlər müxtəlif bəhanələrlə mənzili boşaltmaqdan boyun qaçırdıqlarına görə hazırkı iddianı qaldırmağa məcbur olmuşdur.
9. Məhkəmədə şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, Cavabdeh1ı, İddiaçı və Azəri tanıyır. Azəri 3 ildir ki tanıyır. Hər iki tərəflə münasibətləri yaxşıdır. Sənanla Azər onunla əlaqə saxlayaraq təcili ev satmalarını bildirmiş, belə ki, Azər Türkiyədə pambıq satışı ilə məşğul olurdu və ona təcili pul lazım idi. Həmin vaxt Süleyman da ona ev almaq istəməsini satılıq ev olaraq ona xəbər etməsini bildirmişdir. O da Süleym ana xəbər vermiş, o da gedib evə baxmaq istəməsini bildirmişdir. Sonra o, Azər və Süleymanla birlikdə gedib evə baxmışlar. Evə getdikləri vaxt evdə Azərin yoldaşı və uşaqları olmuşdur. Süleyman evi bəyəndiyini bildirmiş və onlar alqı-satqı üçün notarusa getmişlər. Evin girov qoyulmasından xəbəri olmamışdır.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı ilə qiymətləndirmə ekspertizası təyin edilmiş, - "xxxx" Hüquq və Konsaltinq MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirilmə rəyinə əsasən, ünvan 1, 49 saylı mənzilin qiymətləndirilməsi aparılmış, mənzilin 2020-ci il tarixdə bazar qiyməti 310.000,00 manat, likvid qiyməti 305.000,00 manat, hazırki dövr üçün isə 305000,00 manat, likvid dəyəri isə 300.000,00 manat müəyyən edilmişdir. 11. “X8 Servıces” MMC-nin x x.xx.2022-ci il tarixli qiymətləndirilmə rəyinə əsasən ünvan 1, 49 saylı mənzilin qiymətləndirilməsi aparılmış, mənzilin 2022-ci ili əhatə etdiyi dövrdə faktiki vəziyyətini nəzərə alaraq bazar qiyməti 324.500,00 manat, likvid qiyməti 309.500,00 manat, hazırki dövr üçün isə 325.000,00 manat, likvid dəyəri isə 310.000,00 manat müəyyən edilmişdir.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-106/2022 saylı iş üzrə 30 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) ilk iddia təmin olunmuş, qarşılıqlı iddia rədd edilmişdir.
13. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, alqı-satqı müqaviləsi X7 ilə Cavabdeh1 arasında borc müqaviləsinin təminatı kimi bağlanmış, belə bir əqdin bağlanmasından etibarnamə vermiş mülkiyyətçinin məlumatı olmadığından həmin alqısatqı müqaviləsi yalan əqd kimi qiymətləndirilərək etibarsız hesab edilməli, ilk iddianın təmin edildiyindən, qarşılıqlı iddia rədd edilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 340.2, 337.1.4, 337.4, 337.5, 354.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı öz hüquqlarının pozulmasını 05 fevral 2020-ci il tarixdə bilməli olduğu halda, bundan 1 il 2 ay keçdikdən sonra, 05 aprel 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddəti buraxmışdır. Apellyator hesab edir ki, İddiaçı 02 fevral 2021-ci il tarixdə poçta verdiyi iddia ərizəsinin 2 ay 3 gün sonra məhkəməyə çatması müəmmalıdır və məhkəmə bu halı araşdırmamışdır. Mübahisələndirilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmış, mənzilin dəyəri olan 153000 manat pul notariusun depozit hesabı vasitəsilə ödənilmiş, həmin pulu bankdan iddiaçının əri (etibarnamə üzrə nümayəndəsi) Cavabdeh2 götürmüşdür. İddiaçı tərəfindən əri Cavabdeh2 verilmiş etibarnamədə daşınar və daşınmaz əmlaklarla bağlı sərəncam vermək üçün geniş səlahiyyətlər qeyd olunmuş, alqısatqı müqaviləsi etibarnamənin verilməsindən cəmi 6 gün sonra bağlanmışdır. Evin dəyərindən ucuz qiymətə---153000 manata satılması barədə iddiaçının bildirdikləri alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilməz. Belə ki, tərəflər özləri mənzili bu qiymətə razılaşmış, mənzilin dəyəri notariusun depozit hesabı vasitəsilə ödənilmişdir. X9 Əliyevdən faizlə 150000 manat pul götürməsi və həmin pulun 70000 manatını qaytarması barədə iddiaçının bildirdikləri əsassızdır və iş materialları ilə təsdiq olunmur. Bundan əlavə, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 izahatında dostu Azər Əsgərova pul lazım olduğuna görə evi satdığını bildirmişdir. Evin həqiqətən satılmasını birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 da təsdiq etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları düzgün qiymətləndirməyər ək ilk iddianı təmin etmiş, qarşılıqlı iddianı rədd etmişdir. Beləliklə, məhkəmə maddi hüquq normalarını pozmuş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-4586/2021 nömrəli iş üzrə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin olunaraq, İddiaçı, Cavabdeh2 və X4 Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin 49 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməklə həm in mənzildən çıxarılmaları qət edilmişdir.
18. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarında olan notariat işinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 30 yanvar 2020-ci il tarixdə Cavabdeh2 Bakı şəhəri 41 saylı notariat ofisində baş etibarnamə verərək ona məxsus olan daşınmaz əmlaka dair sərəncam vermək, o cümlədən alqı-satqı və qanunla icazə verilmiş sair müqavilər bağlamaq, müqavilə bağlanarkən onu təmsil etmək səlahiyyəti vermişdir.
19. Daşınmaz əmlakın dövlət reyestrindən 05 yanvar 2018-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin 49 saylı mənzili İddiaçı mülkiyyətində olmuşdur.
20. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq olunmuş 5 fevr al 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin 49 saylı mənzilini 153000 manata Cavabdeh1 satmışdır.
21. Müqavilə bağlanarkən İddiaçı etibarnamə əsasında əri Cavabdeh2 təmsil etmişdir. İddiaçının oğlu X6 1 fevral 2020-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə verərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin 49 saylı mənzilinin satılmasına və ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir.
22. Mənzilin dəyəri olan 153000 manat pul 05 fevral 2020-ci il tarixdə Cavabdeh1 tərəfindən Cavabdeh2 verilməsi üçün notariusun "xxxx" ASC-nin 5 saylı şöbəsində olan depozit hesabına yerləşdirilmiş, Cavabdeh2 həm 05 fevral 2020-ci il tarixli bank çekinə, həm də özünə məxsus şəxsiyyət vəsiqəsinin kserosurətinə “yüz əlli üç min manatı aldım” sözlərini yazaraq imza etmişdir.
23. Daşınmaz əmlakın dövlət reyestrindən 08 yanvar 2021-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin ümumi sahəsi 137,7 kv.metr olan 49 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh1 adına qeydə alınmışdır.
24. Birinci instansiya məhkəməsində işə baxılarkən qarşılıqlı iddia üzrə Cavabdeh2 11 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Azər Əsgərov onun dostu olmuş, Azərə pul lazım olduğu üçün öz evini həyat yoldaşı İddiaçı xəbəri olmadan satışa çıxarmışdır. Azər, Cavabdeh1 evə baxmaq üçün gətirmiş, həmin vaxt həyat yoldaşı və övladı evdə olsalar da, Süleymanın h ansı məqsədlə evə gəlməsini bilməmişlər. Cavabdeh1 qonaq otağına baxdıqdan sonra getmiş, evi bəyəndiyini və almaq istədiyini bildirmişdir. Bu danışıqlar Süleymanla Azərin arasında olmuşdur. Cavabdeh2 izahatında həmçinin bildirmişdir ki, Cavabdeh1 70000 manata yaxın pul ödənişi edilsə də, həmin ödənişlərin edilməsini təsdiq edən sənədləri yoxdur (i.v.105-108).
25. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən şahid qismində dindirilmiş X5 ifadələrində göstərmişdir ki, tanışı X13 pambıq satışı ilə məşğul olmuş və ona təcili pul lazım olmuşdur. Azər onunla əlaqə saxlayıb təcili ev satıldığını bildirmişdir. Cavabdeh1 həmin vaxtlarda ev almaq istədiyini ona bildirmiş və satılıq ev olarsa, ona xəbər verməyini xahiş etmişdir. Bundan sonra o, Ca vabdeh1 xəbər vermiş, həmin vaxt Türkiyənin Trabzon şəhərində olan Süleymana evin fotoşəkillərini mobil telefonla göndərmişdir. Süleyman Bakıya gələndə evə baxmaq istədiyini bildirmişdir. Sonra o, Süleymanla birlikdə gedib evə baxmışlar. Aşağıda onları Azər qarşılamış, onlar mənzilə baxmaq üçün yuxarı qalxmış, mənzilin otaqlarını onlara Sənan göstərmişdir. Sənanın həyat yoldaşı və oğlu da həmin vaxt evdə olmuşlar. Cavabdeh1 evi bəyəndiyi bildirmiş, Sənan əvvəlcə evi 93000 ABŞ dollarına satdığını bildirmiş, nəhayət onlar mənzilin qiymətini 90000 ABŞ dollarına razılaşdıraraq alqı-satqı müqaviləsi bağlamaq üçün notariat kontoruna getmişlər. Süleyman 90000 ABŞ dollarını məzənnəyə uyğun olaraq 153000 Azərbaycan manatına dəyişərək mənzilin pulunu ödəmişdir. Evin alqı-satqısı tərəflər arasında sə rbəst razılaşma nəticəsində baş tutmuşdur. Həmin mənzil faktiki olaraq satılmış, girov qoyulmamışdır. Həmin mənzilə görə Azər adlı şəxsdən heç vaxt pul almamışdır (i.v.94-95).
26. Birinci instansiya məhkəməsində işə baxılarkən "xxxx" MMC və "xxxx" MMC şirkətlərindən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 6K saylı evin 49 saylı mənzilinin bazar və likvid dəyəri ilə bağlı rəylər alınmışdır. Həmin rəylərdə mənzilin satıldığı 2020-ci ildə bazar qiymətinin 310000 manat, likvid qiymətinin 305000 manat, hazırkı dövrdə isə likvid qiymətinin 300000-310000 manat, bazar qiymətinin 305000325000 manat olduğu göstərilmişdir.
27. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mənzilin müqavilədə nəzərdə tutulmuş qiyməti ilə real bazar və likvid qiyməti arasında kəskin fərqin olması b irmənalı olaraq müqavilənin etibarsız hesab edilməsinə əsas vermir. Belə ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər sərbəst şəkildə müqavilə bağlaya və onun şərtlərini sərbəst şəkildə müəyyən edə bilərlər.
28. Tərəflər Mülki Məcəllənin 390-cı maddəsində nəzərdə tutulmuş müqavilə azadlığı prinsipinə uyğun olaraq həmin müqaviləni bağlamış və müqavilənin məzmununu müəyyənləşdirmişlər.
29. Mübahisələndirilən alqı-satqı müqaviləsinin X10 Əliyevin arasında borc müqaviləsini pərdələmək məqsədilə bağlanması barədə iddia ərizəsinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla X10 Əliyevin arasında borc münasibətləri olması barədə iş materiallarında mötəbər sübut yoxdur. Əgər onların arasında borc münasibətləri olduğu təqdirdə isə, mənzil girov (ipoteka) qoyula bilərdi. İlk iddiaçının nümayəndəsi Vəkil2 məhkəməyə təqdim etdiyi, tərəflər arasında səs yazısının olması ehtimal edilən diskə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, tərəf həmin sübutu birinci instansiya məhkəməsinə təqdim etməmiş, həmin sübutun təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Halbuki, məhkəmə kollegiyasının iclasında dindirilmiş üçüncü şəxs Azər Əsgərov səs yazılarının Cavabdeh2 olduğunu bildirmişdir. İş materiallarından isə görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 iştirak etmiş və məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də həmin disk məhkəmə kolegiyası tərəfindən sübut kimi qəbul olunmamışdır.
30. İş materiallarında olan sübutlardan, o cümlədən üçüncü şəxs X2 izahatından görünür ki, mənzi lin dəyəri olan 153000 manat pul notariusun bankda olan depozit hesabına qoyulduqdan sonra həmin pul bankdan çıxarılıb Xəyal tərəfindən ona verilmişdir. Bundan əlavə, Azər Əsgərov izahatında götürdüyü borca görə həm Cavabdeh1, həm Xəyal adlı şəxsə, həm də Cavabdeh2 faiz ödədiyini, Cavabdeh2 ödədiyi faizlərin məbləğinin 20000 manat olduğunu bildirmişdir.
31. İddiaçının sübut qismində iddia ərizəsinə əlavə etdiyi, X7 tərəfindən yazılmış qəbzdə də Azər Əsgərov, Cavabdeh2 evini girov qoyaraq Cavabdeh1 150000 manat borc götürdüyünü, 1 il ərzində Cavabdeh1 70000 manat pul qaytardığını, hal-hazırda Cavabdeh2 115000 manat borcunun qaldığını bildirmişdir.
32. Məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxs X2 izahatı kifayət qədər ziddiyyətli olduğuna görə iddia tələbinin əsası kimi istinad olu nan hala dair sübut kimi qəbul oluna bilməz. Belə ki, Azər Əsgərov iş materiallarında olan yazılı qəbzdə Cavabdeh1 150000 manat borc götürdüyünü bildirsə də, məhkəmə kollegiyasının iclasında Xəyal və Süleyman adlı şəxslərdən 153000 manat borc aldığını, pulu Xəyal adlı şəxsdən götürdüyünü, aldığı borca görə Süleyman, Xəyal və Sənan adlı şəxslərə faiz ödədiyini, Sənana 115000 manat borcunun qaldığını göstərmişdir. Bundan əlavə, Azər Əsgərov yazılı qəbzdə Süleymana 70000 manat pul ödədiyini bildirsə də, məhkəmə kollegiyasının iclasında gah Xəyalla Süleymana 90000 manat ödədiyini, gah da Xəyala 74000 manat, Sənana isə 20000 manat faiz ödədiyini, Xəyalın həmin pulu Süleymana çatdırmasından məlumatının olmadığını bildirmişdir.
33. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
34. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
35. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlandığından, həmin müqavilənin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Cavabdeh1 isə həmin mənzilin qanuni mülkiyyətçisi olduğundan, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması tələbini irəli sürməkdə haqlı olmuşdur.
36. Mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə hər hansı əsas olmadığına görə məhkəmə kollegiyası kəsici müddətin buraxılıb-buraxılmaması məsələsinin müzakirəsinə zərurət görmür.
37. Buna görə də apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, ilk iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir.
38. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.4, 337.1, 340.2, 390.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmı şdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. İddiaşı ( Vəkil2) kasasiya şikayəti verərək qətnamənin ləğv olunması, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
40. Kassasiya şikayəti Mülki Məcəllənin 337.1, 337.4, 337.5, 340.2-ci maddəsinə istinadən belə əsaslandırılmışdır ki, söhbət tərəflərin əslində əqddə göstəriləndən başqa niyyəti həyata keçirmək üçün bağladıqları əqddən gedir. Belə ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilə müstəqil tələb sürməyən üçüncü şəxs X7 arasında olan borc münasibətlərini pərdələmək məqsədi ilə bu müqaviləni bağlayıblar. Apellyasiya məhkəməsində dindirilmiş X7 bu məsələni açıq aşkar bildirmiş və bununla bağlı sübutunun olduğun u bildirmişdir. Təxirə düşmüş məhkəmə prosesində vəkil tərəfindən səs yazılarıməhkəməyə təqdim edilmişdir.
41. Şikayətdə həmçinin Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə istina edilməklə qeyd olunmuşdur ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya məhkəməsində dindirilmiş Azər Əsgərov işlə bağlı sübutların onda olduğunu və səs yazılarını təqdim edəcəyini bildirdi. Apellyasiya məhkəməsində onlara məlum oldu ki, belə bir sübut var və Azər Əsgərov tərəfindən bizə təqdim edilən səs yazıları tərəfimizdən məhkəməyə təqdim edildi. Lakin məh kəmə qətnaməsində qeyd edir ki, həmin sübut birinci instansiya məhkəməsində təqdim edilməmişdir və təqdim edilmənin bizdən asılı olmayan səbəblərə görə mümkün olduğunu əsaslandırmamışıq. Halbu ki məhkəmə prosesində Azər Əsgərovun iştirakı təmin edildikdən sonra bu sübutun olması orata çıxmış və məhkəməyə təqdim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
43. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
44. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etməd ən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
46. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
47. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddi r.
48. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
49. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
50. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
51. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Məhkəmə kollegiyası vurğulayır ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətində irəli sürülmüş dəlillərlə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkə məsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, kassasiya şikayətində mübahisə olunan alqı-satqı müqaviləsinin yalan əqd olması səbəbilə etibarsız sayılmalı olduğu qeyd edilir.
24. Mülki Məcəllənin yalan əqdə dair 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında göstərilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratd ıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hü quq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
26. Kollegiya nəzərə alır ki, müqavilənin yalan əqd olması səbəbindən etibarsız hesab edilməsi üçün sadalan şərtlərin hər biri məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla müəyyən olunmalıdır. Onlardan hər hansı birinin sübuta yetirilməməsi Mülki Məcəllənin 340.2-ci maddəsinə söykənən tələbin rədd edilməsi üçün əsasdır.
27. Baxılan işdə mübahisəli müqavilənin tərəfləri arasında borc münasibətinin oması halı ümumiyyətlə mövcud deyil. İddiaya görə, alqı-satqı müqaviləsi əqdin tərəfi olmayan X10 Əliyev arasındakı borca görə bağlanmışdır.
28. Cavabdeh1 belə bir borc münasibətini etiraf etməmiş, eyni zamanda apellyasiya məhkəməsi işdəki sübutları qiymətləndirərək bu qənaətə gəlmişdir ki, X10 Əliyevin arasında borc münasibətlərinin olması sübuta yetirilməmişdir.
29. Apellyasiya məhkəməsinin müəyyən etdiyi hallardan o da görünür ki, mübahisəli mənzil İddiaçı əri (nümayəndəsi) Cavabdeh2 tərəfindən satışa çıxarılmış, Cavabdeh1 müştəri kimi şəxsən gələrək yaşayış sahəsinə baxaraq bəyənmiş, mənzilin dəyəri razılaşdırıldıqdan sonra notarial qaydada alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir.
30. Qətnaməyə əsasən, Ca vabdeh2 bildirmişdir ki, Azər Əsgərova pul lazım olduğu üçün öz evini həyat yoldaşı İddiaçı xəbəri olmadan satışa çıxarmış, Cavabdeh1 evə baxmaq üçün gəlmiş, həmin vaxt həyat yoldaşı və övladı evdə olsalar da, Cavabdeh1 hansı məqsədlə evə gəlməsini bilməmişlər, sonuncu qonaq otağına baxdıqdan sonra getmiş, evi bəyəndiyini və almaq istədiyini ifadə etmişdir. Oxşar məzmunda izahatı Xəyal Süleymanlı da verərək əlavə etmişdir ki, tərəflər mənzilin qiymətini 90000 ABŞ dollarına razılaşdıraraq alqı-satqı müqaviləsi bağlamaq üçün notariat kontoruna getmişlər. Cavabdeh1 90000 ABŞ dollarını məzənnəyə uyğun olaraq 153000 Azərbaycan manatına dəyişərək mənzilin pulunu ödəmişdir. Evin alqı-satqısı tərəflər arasında sərbəst razılaşma nəticəsində baş tutmuşdur. Həmin mənzil faktiki olaraq satılmış, girov qoyulmamışdır. Həmin mənzilə görə Azər adlı şəxsdən heç vaxt pul almamışdır.
31. X2 izahatı isə ziddiyyətli olduğu üçün məhkəmə kollegiyası onun bildirdiklərini mötəbər saymamış, tərəflər arasında səs yazısını gecikmiş sübut kimi sübut kimi qəbul etməmişdir.
32. Beləliklə, işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsinin müəyyən etdiyi hallardan görünür ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsinin tərəfləri olan İddiaçı və Cavabdeh1 həmin əqdi məhz görünüş üçün, yəni hüquqi nəticə (hüquq və öhdəliklər) əmələ gətirmək niyyətləri olmadan bağladıqları, bununla başqa əqdi gizlətdikləri, habelə hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyəti ilə hərkət etdikləri sübuta yetirilməmişdir.
33. Belə olan halda, apellyasiya instan siyası məhkəməsi mübahisəli müqaviləni Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən etibarsız saymamaqda haqlı olmuşdur.
34. Kollegiya vurğulayır ki, mübahisənin faktiki hallarını müəyyən etmək və bunlarla bağlı sübutları qiymətləndirmək səlahiyyəti işə mahiyyəti üzrə baxan məhkəməyə aiddir. Kassasiya instansiyası məhkəməsi mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
35. Azərbaycan respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarına əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraa tı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
36. Mübahisəyə mahiyyəti üzrə baxmaq səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apel lyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4586/2022 nömrəli mülki iş üzr ə 16 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.