Məhkəmə qərarları › İş №2(102)-4150/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4150/2023

13.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4150/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ 2(102)-4150/23 (Açar sözlər: məcburi işburaxmaya görə əmək haqqının, məzuniyyət pulunun və qətnamənin icra edilməməsi nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsi, iddia müddətinin tətbiqi, müstəqil və törəmə tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh BOKT "xxxx" ASC-yə qarşı “əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə da ir Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4380/2023 nömrəli, 2023-cü il 9 avqust tarixli qətnaməsindən iddiaçının kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) 13 fevral 2019-cu il tarixli əmək müqaviləsi və "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin (bundan sonra – cavabdeh) eyni tarixli 33 nömrəli əmrinə əsasən 14 fevral 2019-cu il tarixdən 3 aylıq sınaq müddəti ilə əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə “Gəncə” filialının qrp rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin şərtlərinə görə, işçiyə ayda 600 (altı yüz) manat əmək haqqı ödənilməsi razılaşdırılmışdır. Əmək müqaviləsi müddətli olaraq 14 may 2019-cu il tarixədək bağlanmışdır. 15 may 2019-cu il tarixdə əmək müqaviləsinə müddətsiz bağlanması ilə bağlı dəyişiklik edilmişdir.

2. Cavabdehin intizam tədbirinin tətbiqi haqqında 26 iyul 2019-cu il tarixli 148 nömrəli əmri ilə iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən töhmət verilmişdir.

3. İddiaçı 13 sentyabr 2019-cu il tarixdə cavabdehə ərizə ünvanlayaraq onun son haqq-hesabı verilməklə işdən azad edilməsini və əmək kitabçasının ona verilməsini xahiş etmişdir.

4. Cavabdeh 25 sentyabr 2019-cu il tarixli 218 nömrəli əmri ilə iddiaçının əmək və icra intizamını pozaraq özünün yaratdığı problemli kreditlərin həllindən boyun qaçırdığına görə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən sonuncu xəbərdarlıql a şiddətli töhmət vermiş, onun təşkilata vurulmuş ziyanın əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə bir ay ərzində problemli kreditlərin həll edilməsi ona tapşırılmışdır.

5. Cavabdehin 17 oktyabr 2019-cu il tarixli 43 nömrəli əmri ilə - əmək intizamını pozaraq mütəmadi işə gecikdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud da bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

6. Nərimanov Rayon Məhkəməsinin 2(005)-468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin “əmək müqaviləsinə xitam verilməsi haqqında” 43 nömrəli 17 oktyabr 20 19-cu il tarixli əmri ləğv edilmiş və iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrinin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)-6489/20201 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)621/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-468/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan s onra icraya yönəldilmişdir.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2725/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən BOKT "xxxx" QSC-nin sədri X2 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş (icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) inzibati xətanı törətməkdə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2524/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2725/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iş materialları ilə bi rlikdə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

9. Cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı 2022-ci ilin noyabr ayında icra edilmiş, məhkəmə qərarına əsasən əmək kitabçasına dəyişiklik edilərək, “Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən xitam verilsin” sözü ”Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndinin “a” yarımbəndinə əsasən işdən azad edilsin” olaraq dəyişdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

10. İddiaçı məhkəməyə müraciət edərək, 35160 manat məcburi iş buraxma dövrü üçün -(41 ay x 600 manat = 24600) aylıq əmək haqqı (41 ay x 200 manat = 8200 manat) - motivasiya haqqı (4 il x 590 manat = 2360 manat), məzuniyyət pulu və 25.000 manat məbləğində mənəvi zərər olmaqla cəmi 60160 (altmış min bi r yüz altmış) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

11. İddiaçı tələbini işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, məhkəmə qərarı qanuni qüvvəsinə aldıqdan sonra 2022-ci ilin noyabrında onun əmək kitabçasına düzəliş edilərək ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən çıxması qeyd edilmişdir. İşdən çıxarıldıqdan sonra onlarla yerə işə qəbul olunmaq üçün sənəd versə və imtahanlardan və müsabiqələrdən müvəffəqiyyətlə keçsə də portalda əmək müqaviləsinə xitam verilmə səbəbi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd olunduğundan işəgötürənlər onu işə götürməkdən imtina etmişlər. Göründüyü kimi hazırki tarixədək cavabdeh təşkilatın qanunsuz əmrinə görə işsiz qalmış, mənəvi sarsıntıl ar keçirmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. İddiaçı tələbinin əsası kimi Əmək Məcəlləsinin 296.4-cü maddəsinə istinad etmişdir.

13. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, tərəflər arasında əvvəlki məhkəmə mübahisəsinin predmeti-əmək müqaviləsinə xitam verilməsi haqqında 43 nömrəli 17 oktyabr 2019-cu il tarixli əmrin ləğv edilməsi, iddiaçının AR ƏM-nin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyinin QSC-nin üzərinə qoyulması olmuşdur. Yəni, tərəflər arasında olan mübahisə yalnız işdən çıxma əsasının dəyişdirilməsi ilə bağlı olduğundan, həmin mübahisə zamanı iddiaçının əvvəlki işinə bərpa edilməsi barəd ə hər hansı bir tələb olmadığından hazırkı halda işəgötürənlə işçi arasında məcburi iş buraxma müddəti yaranmamışdır. Məcburi iş buraxma müddəti yaranmadığı üçün iddiaçının ödəniş tələb etməsi qanunsuz və əsassız sayılmalıdır. Məcburi iş buraxmaya görə ödəniş yalnız qanunsuz olaraq işdən çıxarılmış işçi əvvəlki işinə bərpa olunduğu halda ödənilə bilər. Yəni, məhkəmə qərarına əsasən işçinin işdən azad edilməsi qanunsuz hesab edilərsə, o zaman, işçi öz iş yerinə bərpa edilməli və müəssisə işçiyə məhkəmə müddətində yaranan bütün məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödənilə bilər. Hazırki halda da məcburi işburaxma dövrü olmadığı üçün ona hər hansı ödənişin edilməsi tələbi əsassızdır. Hazırki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsas ən “pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmamağla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər”. İddiaçının hüquqlarının pozulduğunu bildiyi gün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyi gün sayılır. Buna görə də iddia müddətinin axımının başlanğıcı-iddiaçının hüquqlarının pozulması üçün birinci instansiya məhkəməsinə müraciət etdiyi tarix, yəni 2019-cu il hesab edilməlidir. Həmin tarixdən bu günədək isə Əmək Məcəlləsində nəzərdə tutulmuş 1 illik iddia müddəti artıq ötürülmüşdür. İddia tələbinin son hissəsinə, yəni, vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə isə bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx.xx.2008-ci il tarixli Qərar qəbul etmişdir. X4 3-cü maddəsinə əsasən “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır”. Hazırki tarixədək cavabdehin qanunsuz əmrinə görə işsiz qalması nəticəsində iddiaçının iztirab keçirməsi və onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi məhkəmə qarşısında sübut olunmamışdır.

14. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2023-cü il 2 may tarixli, e2(005)-1593/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Aytən Novruzova).

15. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etmiş və göstərmişdir ki, iddiaçı hüquqlarının pozu lmasını Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyi vaxtdan, yəni 2019-cu il tarixdən bilmiş, əmək haqqının ödənilməsi ilə bağlı tələbi bugünədək olmamışdır. İddiaçı hazırkı iddia tələbi ilə bağlı iddia müddətini ötürməklə, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

16. Məhkəmə iddia tələbinin «25.000 manat məbləğində mənəvi zərərin tutulması» hissəsinə münasibətdə qeyd etmişdir ki, əmək haqqı tələbi rədd olunduğundan və mənəvi zərər tələbi ondan törəmə tələb olduğundan həmin hissədə də iddia təmin oluna bilməz

17. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 377.1, Əmək Məcəlləsinin 296, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2 001-ci il tarixli Qərarına istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

18. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, o, iddianı qanunla nəzərdə tutulmuş müddət ərzində vermişdir. Onun əmək kitabçasında düzəliş 2022-ci ilin noyabr ayında edilmişdir və o, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulan müddəti ötürməmişdir. Əmrin ləğv edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və sonda 2022-ci ilin noyabr ayında mübahisələndirilən əmr ləğv edilmiş və əmək kitabçasında müvafiq düzəliş edilmişdir. Bu faktı iş materiallarına əlavə edilmiş əmrin ləğv edilməsi ilə bağlı müvafiq məhkəmə qərarları, eyni zamanda cavabdeh təşkilatın məhkəmə qərarını icra etməməsi ilə bağlı icra məmurunun təqdimatına əsasən məhkəmə tərəfindən cərimə edilməsi barədə qərarlar da təsdiq edir. Belə olan halda məhkəmə əsassız olaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından göründüyü kimi məhkəmə bu prosessual maddənin tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirməyərək iddianı təmin etməməkdə haqlı olmamışdır.

20. Cavabdeh tərəf apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2023-cü il 9 avqust tarixli, qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Fərrux Qasımov, iş N 2(103)-4380/2023) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, qanunvericiliyin də tələbindən göründüyü kimi, məcburi iş buraxmaya görə ödəniş yalnız qanunsuz olaraq işdən çıxarılmış işçi əvvəlki işinə bərpa olunduğu halda ödənilə bilər. Hazırkı halda məcburi işburaxma dövrü olmadığı üçün isə ona hər hansı ödənişin edilməsi tələbi əsassızdır.

23. Kollegiya həmçinin hesab etmişdir ki, məhkəmə tərəfindən bir illik iddia müddəti düzgün olaraq tətbiq edilmişdir. Kollegiya apellyatorun iddia müddətinin axımının 2022-ci ilin noyabr ayından, yə ni əmək kitabçasına düzəliş edilərək ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən çıxmasının qeyd edilməsi dövründən hesablanması ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, başqa iş yerlərinə imtahan verməsi, lakin əmək kitabçasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olmasının qeyd olunmasına görə işə götürülməməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim olunmamışdır. Digər tərəfdən kollegiya qeyd etmişdir ki, əmək kitabçasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinin qeyd olunması, şəxsin yeni işə götürülməsinə mane yaratmamaqla, Əmək Qanunvericiliyində bununla bağlı hər hansı məhdudiyyət mövcud deyildir.

24. Apellyasiya instansiyası məhkəməsi həmçinin birinci instansiya məhkəməsinin iddianın mənəvi zərərə aid hissəsinin rədd edilməsi ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirməsi, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə sübutlar təqdim etmədiyindən, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilə bilməz.

25. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Əmək Məcəlləsinin 154 (1-ci bəndi), 142, 296 (1,3,4-cü bəndləri), 300-cü (1-ci bənd), MM-nin 377.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (vəkil İddiaçı) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı 2022-ci ilin noyabr ayında icra edilmiş və əmək kitabçasında müvafiq düzəliş edilmişdir. Göründüyü kimi iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. Məhkəmələr iş üzrə təqdim edilmiş sübutları düzgün qiymətləndirməyərək iddianı təmin etməməkdə haqlı olmamışdır. Kassa siya şikayətlərinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Məcəlləsi:

29. Maddə

296. Bənd

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

30. Maddə

300. Bənd 1. ”Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edə n məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə”qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

31. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqs irli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarı:

33. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etm əsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı:

34. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətn amə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Qətnamədən kassasiya şikayəti verən kassator qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə qismən – mənəvi ziyan tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, apelly asiya instansiyası məhkəməsinin qətnaməsi mənəvi ziyanla bağlı hissədə qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

46. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

47. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş ha llarından məlum olur ki, iddiaçı cavabdeh ASC ilə işçi-işəgötürən münasibətində olmuş, 13 sentyabr 2019-cu il tarixdə cavabdehə işdən azad edilməsi (Əmək Məcəlləsi 69.1-ci maddə) barədə ərizə ünvanlamış, lakin cavabdeh 17 oktyabr 2019-cu il tarixli 43 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud da bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

48. Əmək müqaviləsinin xitamı əsası ilə bağlı tərəflər arasında məhkəmə çəkişmələri olmuş, iddiaçının iddiası əsasında qəbul edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-468/2020 saylı, xx.xx.2020-ci il t arixli qətnaməsi ilə cavabdehin “əmək müqaviləsinə xitam verilməsi haqqında” 43 nömrəli 17 oktyabr 2019-cu il tarixli əmri ləğv edilmiş və iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrinin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmiş, həmin qətnamə cavabdehin şikayəti əsasında apelyasiya və kassasiya qaydasında yoxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır və icraya yönəldilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra cavabdehin qərəzli hərəkətləri nəticəsində uzun müddət icra edilməmiş və yalnız 2022-ci ilin noyabr ayında icra edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə hazırki iddia ərizəsi ilə müraciət edərək işdən çıxarıldığı gündən qət namə icra olunan günədək dəymiş maddi və mənəvi ziyanla bağlı iddia qaldırmışdır.

49. İş materiallarından göründüyü kimi, hazırki iddia tələbi iki hissədən ibarət olmuşdur: məcburi işburaxmaya görə əmək haqqının, motivasiya və məzuniyyət pulunun tutulması və dəymiş mənəvi ziyanın ödənilməsi.

50. Birinci instansiya məhkəməsi iddianın məcburi işburaxmaya görə əmək haqqının tutulmasına dair hissəsində mübahisəyə iddia müddətini tətbiq etmiş və göstərmişdir ki, iddiaçı hüquqlarının pozulmasını Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etdiyi vaxtdan, yəni 2019-cu il tarixdən bilmiş, əmək haqqının ödənilməsi ilə bağlı tələbi bugünədək olmamışdır. İddiaçı hazırkı iddia tələbi ilə bağlı iddia müddətini ötürməklə, xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyas ı məhkəməsi bu mövqe ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, məcburi iş buraxmaya görə yalnız qanunsuz olaraq işdən çıxarılmış işçi əvvəlki işinə bərpa olunduğu halda ödəniş ödənilə bilər. Hazırkı halda məcburi işburaxma dövrü olmadığı üçün isə ona hər hansı ödənişin edilməsi tələbi əsassızdır.

51. Məhkəmələr mənəvi ziyan tələbi digər tələbdən törəmə tələb kimi göstərmiş və bu səbəblə həmin hissədə də iddianı təmin etməmişlər. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntılar keçirməsi, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə sübutlar təqdim etmədiyindən, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilə bilməz.

52. Kassasiya şikayətinin dəlilləri ondan ibarət dir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı 2022-ci ilin noyabr ayında icra edilmiş və əmək kitabçasında müvafiq düzəliş edilmişdir. Kassatorun mövqeyinə görə müddət qətnamənin icra tarixindən hesablanmalıdır. Məhkəmələr bu tələblər üzrə iddia müddətinin başlanğıcını səhv tətbiq etmişdir.

53. Məhkəmə kollegiyası iddianın bütövlükdə rədd edilməsinin başlıca əsası kimi duran iddia müddətinin tətbiqi ilə bağlı məhkəmələrin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının hazırki tələbi üzrə iddia müddətinin başlanğıcının 2019-cu ildən hesablanması düzgün olmamışdır. Çünki, hazırki iddia məhz qanuni qüvvəyə minmiş qətnamələrin icrasının yubadılması nəticəsində pozulan hüquqların bərpası ilə bağlı irəli sürülmüşdür. Tərəflər arasında 3 il ərzində davam edən məhkəmə çəkişmələri xx.xx.2022ci il tarixdə bitməsi, lakin cavabdehin qərəzli və təqsirli hərəkətləri nəticəsində qanuni qüvvəyə minmiş qətnamənin aylarla icra edilməməsi, icra hərəkətlərinin 2022-ci ilin sonlarında yekunlaşması işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası iddia qaldırılan tarixdən kassasiya qaydasında baxılanadək olan dövrü cavabdehin qanuni, yəni, məhkəmə müdafiəsi yolu ilə etdiyi hərəkətlər əsasında keçdiyini qəbul etsə də, icranın aylarla təqsirli şəkildə bilərəkdən yubadılması məhz cavabdehin iddiaçıya olan qərəzli münasibətinin və qanunsuz davranışının nəticəsi hesab edilməlidir.

54. Lakin məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi məcburi iş buraxmaya görə yalnız qanunsuz olaraq işdən çıxarılmış işçinin əvvəlki işinə bərpa olunduğu halda ödəniş ödənilə bilməsi barədə mövqeyi ilə razıla şaraq, hesab edir ki, iddiaçının işçi olaraq öz ərizəsinə əsasən işdən çıxması qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilən mübahisəsiz hal olmuşdur və iddiaçının işə bərpa ilə bağlı tələbi olmamışdır. Bu səbəbdən məcburi işburaxmaya görə pul tutulması ilə bağlı iddianın qanuni əsası olmamış və məcburi işburaxmaya görə ödəniş tələbləri düzgün olaraq rədd edilmişdir.

55. Məhkəmə kollegiyası mənəvi ziyanın tutulmasına dair tələbin maddi ziyan tələbindən törəyən tələb kimi qiymətləndirilməsi və hər hansı hüquqi qiymətləndirilmə aparılmadan bu hissədə iddianın rədd edilməsini əsassız hesab edirş

56. Belə ki, qanuni qüvvəyə minmiş qətnaməsi cavabdeh tərəfindən üzrsüz səbəbdən uzun müddət icra edilməmiş, yalnız 2022-ci ilin noyabr ayında məhkəmə qərarı icra edilərək əmək kitabças ında “Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən xitam verilsin” sözü ”Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndinin “a” yarımbəndinə əsasən işdən azad edilsin” olaraq dəyişdirilmişdir.

57. Göründüyü kimi, qanuni qüvvəyə minmiş qətnamə cavabdehin qanuna zidd və qərəzli hərəkətləri nəticəsində icra edilməmişdir və cavabdehin şikayətləri əsasında aparılmış uzun müddətli məhkəmə çəkişmələrindən sonra qətnamənin aylarla qərəzli şəkildə icra edilməməsi nəticəsində iddiaçının mənəvi sarsıntılar keçirməsi müstəqil tələbdir, məhkəmələr mənəvi ziyanın ödənilməsi ilə bağlı hissədə müfəssəl araşdırma aparmadan onun törəmə iddia olması əsaslı ilə rədd etməkdə haqlı olmamış, tətbiq etməli olduqları normaları (§32, 34-35) tətbiq etməmiş, bununla da hüququn tətbiqində səhvə yol vermişlər.

58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mənəvi ziyanın tutulmasına dair iddianın rədd edilməsi hissəsində ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, həmin hissədə iş yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4380/2023 nömrəli, 2023cü il 9 avqust tarixli qətnaməsi qismən - mənəvi ziyan tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar