Məhkəmə qərarları › İş №2(102)-4152/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4152/2020

06.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4152/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçılar İddiaçı2, İddiaçı3, onların vəkili X9 oğlunun, Cavabdeh1 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 46 saylı Notariat Kontoruna qarşı “çıxarışın, və rəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması, çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1981/2020 saylı, 04 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(001)6117/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim İ.Ə.Əliyev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 46 saylı Notariat Kontorunun xüsusi notariusu X2 qarşı Azərbaycan Respublikası Əmlak Məsələ ləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 1990-cı ildə vəfat etmiş İddiaçı2 Ramazan oğlunun adına 05.12.2018-ci il tarixli, **********37-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarış əsasında Bakı şəhəri 46 saylı Notariat Kontorunun xüsusi notariusu X1 təsdiq etdiyi 13.12.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məh kəməsinin Mülki Kollegiyasının 2(103)-1981/2020 saylı, 04 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Z.Ə.Əliyev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilən apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)6117/2019 saylı işi üzrə 25.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 1990-cı ildə vəfat etmiş İddiaçı2 Ramazan oğlunun adına 05.12.2018-ci il tarixli, **********37-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, həmin çıxarış əsasında Bakı şəhəri 46 saylı Notariat Kontorunun xüsusi notariusu X1 təsdiq etdiyi 13.12.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, ünvan 1 babaları İddiaçı2 Ramazan oğluna məxsus olmuşdur. Baba 1990-cı ildə vəfat edəndən sonra onun iki vərəsəsi olan oğlu və Cavabdeh1 həmin ünvanda yaşamışlar. Evin yerləşdiyi torpaq sahəsi 0.03 ha-dan ibarətdi r. Baba sağlığında həmin ərazidən cavabdeh olan əmiyə torpaq sahəsi ayırdı ki, özünə ev tiksin. Babanın, mərhum atanın və əminin birgə vəsaitləri hesabına həmin sahədə əmi üçün ev tikildi və təxminən 40 ildir ki, əmi həmin evdə yaşayır. Lakin heç bir hüquqmüəyyənedici sənəd yox idi. ünvan 1 ünvanında onlar yaşayırlar. Yəni baba sağlığında hər iki övladı üçün ev etmişdir. Əmi 17.12.2018-ci il tarixdə onlar yaşadıqları evi öz adına qeydiyyata aldırmış və öz adına çıxarış almışdır. Onlar həmin evdə yaşadıqları halda bundan xəbərləri olmamışdır. Bundan sonra isə əmi Binəqədi Rayon Məhkəməsində onlara qarşı iddia qaldıraraq əmlakın naturada bölünməsini tələb edir. Hazırda iş məhkəmənin hakimi Fərid Hətəmzadənin icraatındadır. Onlar evin əmilərinin adına rəsmiləşdirilməsindən onun onları məhkəmə yə verməsindən sonra məlumat almışlar. 12.06.2019-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciət etmişlər ki, Cavabdeh1 adına verilmiş çıxarışın, texniki pasportun və bunun verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərini onlara təqdim etsin ki, məlumatlı olsunlar ki, əmi evi hansı əsasla öz adına rəsmiləşdirilmişdir. Lakin bu barədə heç bir məlumat verilməmişdir. Eyni vəsatəti hakim qarşısında da qaldırmışlar, lakin vəsatətə heç bir münasibət bildirilməmişdir. ünvan 1 ünvana verilmiş çıxarışı qanunsuz hesab edirlər. Ona görə ki, o ev onlara məxsusdur. Əmi bircə gün olsun belə həmin evdə yaşamamışdır. 40 il bundan əvvəl baba, ata və əmi tərəfindən inşa olunmuş evdə yaşayırlar. Buna görə də qeyd edilən çıxarış məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların vəkili X9 oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin fakt iki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçılar İddiaçı2, İddiaçı3 və onların vəkili X9 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Bakı şəhəri 46 saylı Notariat Kontoru məktubla müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı1 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçılar İddiaçı2, İddiaçı3, onların vəkili X9 oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən idd iaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçılar və Cavabdeh1 qohumdurlar. İddiaçı2 və İddiaçı3 Cavabdeh1 qardaşının övladlarıdır. Miras qoyan İddiaçı2 Ramazan oğlu iddiaçılar İddiaçı2 və İddiaçı3 babaları Cavabdeh1 atasıdır. Cavabdeh1 ilə mərhum oğlu qardaşdırlar. İddiaçı1 digər iddiaçıların anaları Cavabdeh1 isə mərhum qardaşının arvadıdır. Miras qoyan İddiaçı2 Ramazan oğlu 20.09.1990-cı ildə vəfat etmişdir. Miras açılan vaxt miras qoyanın 3 vərəsəsi olmuşdur. Onlar miras qoyanın övladları Cavabdeh1, oğlu, X4r. X5 40 ildir ki, Rusiya Federasiyas ında yaşayır və Azərbaycanla heç bir əlaqəsi yoxdur, mirası nə faktik, nə də notariat orqanına ərizə verməklə qəbul etməmişdir. Miras əmlak ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. Miras qoyanın oğlu oğlu 2013-cü ildə vəfat etmişdir. Digər oğlu X5 isə 1974-cü ildən miras əmlakdan qeydiyyatdan çıxmışdır. Miras 1990-cı ildə açılmışdır. Həmin vaxt miras qalan ev rəsmi reyestrdə qeydiyyatdan keçməmişdir. Miras qalan evin yerləşdiyi torpaq sahəsinin faktiki sahəsi 0.0404 hektardır. Hal-hazırda həmin torpaq sahəsində yerləşən əsas tikilidə iddiaçılar yaşayır, həmin torpaq sahəsində yerləşən faktiki olaraq özbaşına tikili olan digər evdə isə Cavabdeh1 yaşayır. Mülki iş materialları ilə müəyyən edilən yuxarıda sadalanan hallar işin mübahisələndirilməyən hallarına aiddir. “Daşınm az əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” T əlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə huqüqu əldə etmiş: şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edi lməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir. Bu təlimatın 7.1-ci bəndi və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. (7.3) İstinad edilən qanunvericilik normalarının məzmunundan da göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ ilə əldə etmiş şəxslər istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də, daşınmaz əm laka hüquqlara dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni bir halda, ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları da məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir. Bu baxımdan birinci və apelyasiya instansiyası məhkəmələri bu nəticəyə gəlmişdir ki, miras qoyan İddiaçı2 Ramazan oğlunun adına qeydiyyata alınmış çıxarış, qanunvericiliyin tələblərinə uyğun olaraq verildiyindən etibarsız hesab edilə bilməz. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1, İddiaçı2, İddiaçı1 və İddiaçı3 ünvan 1 ünvanda qeydiyyatdadırlar (səh.14); 20.09.1990-cı il tarixdə ölmüş X3 vərəsəsi Cavabdeh1 miras əmlakdan 1/2 hissədə pay alması barədə şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 05.12.2018-ci il tarixdə İddiaçı2 Ramazan oğluna verilmiş **********37-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 197.2 kv.m. olan fərdi yaşyış evindən və xüsusi mülkiyyətində olan 0.0404 ha torpaq sahəsindən ibarətdir. Mübahisə edilən hissədə apelyasiya şikayətinin sübuta yetirilməyən dəlillərinə, MM-in 139-158, 1243, 1252-1257, 1262, 1269-1273, 1276, 1299-1302; MPM-in 372, 385, 386, 388 və 390-cı maddələrinə əsasən qətnamənin formal mülahizələr əsasında ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməyən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə vərəsəlik hüquqları ilə əsaslandırılsa da, əslində miras əmlak üzrə naturada bölgü ilə əlaqədardır, iddiaçılar müvafiq olaraq notariat orqanına müraciət edərək vərəsəlik hüquqlarını qeydiyyatdan keçirmədiklərindən və dövlət reyestr xidmətində müvafiq paylarını qeydiyyata almadıqlarından iddiaçılar öz hüquqlarını rəsmiləşdirməli və bu zaman, və ya ondan sonra n aturada cavabdehlə bölgünün müəyyən edilməsini müzakirə etməli, mübahisə yarandığı təqdirdə müvafiq məhkəməyə müraciət etməlidirlər. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd ed ir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1981/2020 saylı, 04 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar