Məhkəmə qərarları › İş №2(102)-4153/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4153/2021

14.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4153/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1934/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Cavabdeh ASC ilə "xxxx" MMC arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-yə illik 16% olmaqla, 12 ay müddətinə, 6 ay güzəşt müddəti olmaqla 194.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi 18 sentyabr 2015-ci il tarixli əlavə ipoteka müqaviləsinə əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 15 nömrəli evin 14 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdeh ASC ilə "xxxx" MMC arasında bağlanmış 28 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən MMC-yə illik 16% olmaqla, 12 ay müddətinə, 6 ay güzəşt müddəti olmaqla 115.000 AB Ş dolları məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq eyni 28 oktyabr 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən İddiaçı2 məxsus ünvan 1 ünvanda yerləşən 32 nömrəli mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli 2(005)9127/2016 nömrəli qətnaməsi ilə iddiaçılar "xxxx" MMC-nin, İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2017-ci il tarixli 2(103)3327/2017 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli 2(005)-9127/2016 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Mə hkəməsinin Mülki Kollegiyasının 22 sentyabr 2017-ci il tarixli 2(102)-6291/2017 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2017-ci il tarixli 2(103)- 3327/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyun ayında İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC ilə "xxxx" MMC arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli və 28 oktyabr 2015-ci il tarixli kredit müqavilələri üzrə ünvan 2 ünvanında yerləşən İddiaçı1 məxsus olan 14 nömrəli mənzilə dair 18 sentyabr 2015-ci il tarixli əlavə ipoteka müqaviləsinin və ünvan 3 ünvanında yerləşən İddiaçı2 məxsus 32 nömrəli mənzilə dair 28 oktyabr 2015-ci il tarixli so nrakı ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2349/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: G.A.Əsədova) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçılar qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1934/2021 saylı, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N.Sadıqov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ş əhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2349/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına g əlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 354.1 Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2 Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzi ndə mübahisə edilə bilər. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apel lyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv olunması xahiş oldunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, mübahisələndirilən ipoteka müqavilələri üzrə ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklar MMC tərəfindən alınmış kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası lazım ınca təmin edilməmişdir. İşdən görünür ki, ipoteka müqaviləsi iddiaçıların istəyinə və iradəsinə uyğun bağlanmaqla notariatda təsdiq olunmuş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İşdən həmçinin görünür ki, ipoteka müqavilələri 18 sentyabr 2015-ci il və 28 oktyabr 2015-ci il tarixlərdə bağlanmış, müqavilələrin etibarsızlığı barədə tələb isə 2020-ci ildə irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu günd ən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçılar tərəfindən hazırkı tələb qanunda müəyyən olunmuş bir illik müddət ötürülməklə qaldırıldığından və bu zaman məhkəməyə ipoteka müqavilələrinin etibarsız sayılması üçün əsas verən sübutlar təqdim olunmadığından kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olmaqla onun ləğv edilməsi üçün əsas ola biləcək qanun pozuntularına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kolle giya QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1934/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar