Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4153/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi müddətinin uzadılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-945/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 birgə verdikləri kassasiya şikayəti üzrə işə 05 dekabr 2023-cü il tarixdə Ali M əhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəli əmlak Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 4834 saylı bağ sahəsidir.
2. Bağ sahəsi bağ evinin uzun müddətli icarəsi haqqında 17 fevral 1977-ci il tarixli müqaviləyə əsasən İddiaçı5 Alı oğluna icarəyə verilmişdir. İddiaçı5 Alı oğlu 24 iyul 2002ci il tarixində ölmüşdür.
3. Miras qoyan öldükdən sonra 5 sağ vərəsəsi qalmışdır: övladları- İddiaçı1, İddiaçı2, İddiaçı3, X2, X3 (05 iyun 2014-cü il tarixdə ölmüşdür, İddiaçı5 onun oğludur.)
4. İddiaçı3 02 aprel 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında əmlakı özünün həmin banka olan kredit borcunun təminatı olaraq "xxxx" BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü etmiş, yüklülük 05 aprel 2008-ci il tarixdə daşınmaz əmlakın dövlə t reyestrində qeydiyyata alınmışdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı3 "xxxx" BOKT MMC-nin xeyrinə kredit üzrə 147.736,44 ABŞ dolları əsas, 41.171 ABŞ dolları faiz borcu və 40.261,49 ABŞ dolları dəbbə pulu, cəmi 229.168,93 ABŞ dollarının qətnamə icra olunan günə manata nisbətdə tutulmuş, tutma digər ipoteka predmeti ilə yanaşı hazırda mübahisələndirilən bağ evinə də yönəldilmiş, ipoteka predmetlərinin açıq hərracdan satılması və əldə edilən pul vəsaitindən iddiaçıya olan borcun ödənilməsi, əlavə pul vəsaiti qalarsa, əmlakların dəyərinə mütənasib olaraq cavabdehlərə qaytarılması qət edilmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2011-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2011-ci il tarixli qətnaməsi dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 09 iyul 2012-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və mübahisəli əmlak "xxxx" MMC-nin 12 fevral 2012-cı il tarixli, 07/06 nömrəli hərracın yekunları barədə protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında "xxxx" BOKT MMC-yə satılmışdır. Hazırda mübahisəli əmlak MMC-nin xüsusi mülkiyyətindədir.
9. İddiaçılar miras əmlakın qəbul edilməsi məqsədilə 02 fevral 2022-ci il tarixdə Sumqayıt şəhəri 03 saylı notariat ofisinə müraciət etmiş, sonu ncu tərəfindən Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən (mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması əsası ilə) onların adlarına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar, Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, miras kütləsinə daxil olan və mərhum ataları İddiaçı5 Alı oğlundan miras qalan mübahisəli bağın miras qoyanın qanun üzrə birinci növbə vərəsələri kimi onlar tərəfdən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli bağ ataları İddiaçı5 Alı oğluna məxsus olmuş, o da xx.xx.2002-ci ildə dünyasını dəyişmişdir. Onlar atalarının qanun üzrə 1-ci növbə vərəsələridirlər. Atalarının vəfatından sonra onlar miras əmlakı faktiki qəbul etmiş və bu bağ onların istifadələrində olmuşdur. Lakin, mirasın qəbulu ilə bağlı sənədləri qaydasında olmadığı üçün (belə ki, iddiaçılardan İddiaçı1 və Sevil Baxşəliyevanın doğum haqqında şəhadətnamələri itmişdir) məhkəməyə müraciət olunmuş, qətnamələr qəbul edildikdən sonra həmin vərəsələr yeni doğum haqqında şəhadətnamə almış və qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamələrin verilməsi ilə bağlı cavabdehə müraciət etmişlər. Lakin, Notariat Ofisi tərəfindən iddiaçılara imtina məktubu verilmiş və izah olunmuşdur ki, mirasın qəbulu ilə bağlı müddət ötürülmüşdür.
12. Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 2(060)-356/2023 saylı qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia rə dd edilmişdir.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli bağ evinin icarədarı olan İddiaçı5 Alı oğlu 2002-ci ildə vəfat etmişdir. İddiaçılar isə onun vəfatından təxminən 20 il sonra mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etmişlər. Ötən bu müddət ərzində iddiaçılar mirasın qəbulu üçün notariat orqanına müraciət etməmələrinin səbəblərini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər.
14. Eyni zamanda iddiaçılardan İddiaçı3 mübahisəli bağ evini öz adına sənədləşdirərək ipoteka kreditinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. Sonradan krediti ödəyə bilmədiyi üçün evə tutma yönəldilmiş və ev "xxxx" BOKT MMC-nin mülkiyyətinə keçmişdir. İddiaçı3 öz izahatında mübahisəli bağ evi ilə bağlı hər hansı vərəsəlik işinin açılmadığını, bir tanışının vasitəsilə evi öz adına sənədləşdirdiyini bildirmişdir. Bütün bu prosedurlardan digər iddiaçıların ötən müddət ərzində məlumatsız olmaları məntiqli və inandırıcı görünmür.
15. Həmçinin mübahisəli bağ evi hal-hazırda "xxxx" BOKT MMC-nin mülkiyyətindədir və digər bir şəxsin mülkiyyətində olan əmlakla bağlı mirasın qəbul edilməsi müddətinin uzadılması qanuni hesab edilə bilməz. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz.
16. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1246, 1248.1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçılar apellyasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunm ası barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
18. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, vərəsələr tərəfindən torpaq sahəsində yeni fərdi yaşayış evi inşa edilmişdir. İpoteka ilə yüklü edilmiş həmin fərdi yaşayış evi baş vermiş yanğın hadisəsi zamanı yanaraq məhv olmuşdur. Digər 1 mərtəbəli fərdi yaşayış evi vərəsələrin vəsaiti hesabına təmir olunmuşdur. Hazırda həmin fərdi yaşayış evindən vərəsələr tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Uzun illər və hazırda da əvvəllər miras qoyana icarə hüququ ilə məxsus olmuş bağ sahəsindəki ağaclara və üzüm bağına vərəsələr tərəfindən qulluq göstərilmişdir. Beləliklə, vərəsələr miras əmlaka sahiblik etmiş və əmlakı idarə etmişlər. Vərəsə mirasın açıldığı yer üzrə not ariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Mülki Məcəllənin 1143.2-ci maddəsi). Lakin, məhkəmə yanlış olaraq belə nəticəyə gəlir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət üzrsüz səbəbdən keçmişdir. Halbuki, miras vərəsələr tərəfindən qəbul edilmişdir. Beləliklə, məhkəmə maddi hüquq normasını tətbiq edərkən onu düzgün təfsir etməmişdir. Həmin normaya əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikmənin səbəbini üzrlü sayarsa uzada bilər. Buna görə də, məhkəmə tərəfindən tətbiq edilməli olmayan hüquq norması tətbiq edilərək maddi hüquq normasının tətbiq ində səhvə yol verilmişdir. Məhkəmə miras əmlaka sahiblik edilməsi, onun idarə olunmasına dair vərəsələrin izahatlarını nəzərə almamışdır.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2(105)-945/2023 saylı qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi) Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçılar ataları İddiaçı5 Alı oğlunun ölümündən 20 il sonra mirasın qəbul edilməsi ilə bağlı notariusa müraciət etmişlər. Keçən müddət ərzində mirası faktiki qəbul etdiklərini bildirsələr də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən bağ evi üzərində "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli, 07/06 nömrəli hərracın yekunları barədə protokolu, xx.xx.2016-cı il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsi əsasında "xxxx" BOKT MMC-nin mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir və hal-hazırda onun mülkiyyətindədir. Bu səbəbdən də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
21. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 1246 və 1248-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. İddiaçılar kassasiya ş ikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
23. Kassasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi verilməsi üçün Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə müraciət edərkən onlara bildirilmişdir ki, mirasın qəbul edilmə müddətinin uzadılması barədə ərizə verməlidirlər. Bu barədə onlara təqdim olunmuş ərizələrə imza etmişlər. Mirasın qəbul edilib-edilməməsi barədə onlardan məlumat almamışlar. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin halları araşdırmaq notariusun vəzifəsi olmuşdur. Bundan sonra mirasın qəbulu müddətinin keçməsi əsas gətirilərək vərəsəlik haqqında ş əhadətnamənin verilməsindən imtina olunmuşdur. Halbuki, mirası qəbul etdiklərindən bu barədə ərizə verməyə zərurət olmamışdır. İşin halları araşdırılmadığından notarius tərəfindən yanlışlığa yol verilmişdir. Onlar yalnız notariusun qanunsuz hərəkətlərindən şikayət etmişlər. Buna görə də qətnamə qət edilərkən məhkəmə tərəfindən Mülki Məcəllənin 1246-cı maddəsi düzgün şərh edilməmişdir, həmin maddi hüquq norması düzgün tətbiq olunmamışdır. Məhkəmə mirasın iddiaçılardan İddiaçı3 tərəfindən qəbul edildiyini təsdiq etmişdir. Digər tərəfdən, mülki işin materiallarına əlavə edilmiş hərracın yekunları barədə 12 fevral 2016-cı il tarixli, 07/06 nömrəli protokoldan məlum olmuşdur ki, İddiaçı3 məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,25 ha torpaq sahəsində inşa edilmiş yalnız 2 mərtəbəli 3 otaqlı bağ evi satılır. "xxxx" BOKT MMC yalnız qeyd olunan 2 mərtəbəli bağ evini hərracdan satış vasitəsi ilə əldə etmişdir. Halbuki həmin ünvanda mərhum anasının, bacılarının yaşadığı 1 mərtəbəli fərdi yaşayış evi vardır. Buna görə də məhkəmə tərəfindən Mülki Məcəllənin 1243.2-ci maddəsi düzgün şərh edilməmişdir. Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,25 ha torpaq sahəsində 1 mərtəbəli fərdi yaşayış evinin olması barədə təqdim etdikləri sübutlar- 02 aprel 2008-ci il tarixli ipoteka müqaviləsi, hərracın yekunları barədə 12 fevral 2016-cı il tarixli hərracın yekunları barədə protokol, izahatları məhkəmə tərəfindən araşdırılmamış və onlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
25. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
26. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
27. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
28. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə fa ktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
29. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
30. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
31. Maddə1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
32. Maddə 1248.2. bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 21 7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya ins tansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razıl aşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.
43. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb qeyd etmişdir ki, mübahisəli ba ğ evinin icarədarı olan İddiaçı5 Alı oğlu 2002-ci ildə vəfat etmişdir. İddiaçılar isə onun vəfatından təxminən 20 il sonra mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etmişlər. Ötən bu müddət ərzində iddiaçılar mirasın qəbulu üçün notariat orqanına müraciət etməmələrinin səbəblərini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər.
44. Apellyasiya instansiyası məhkəməsi, iddiaçıların kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçılardan İddiaçı3 mübahisəli bağ evini öz adına sənədləşdirərək ipoteka kreditinin təminatı kimi Banka ipoteka ilə yüklü etmişdir. Sonradan krediti ödəyə bilmədiyi üçün evə tutma yönəldilmiş və ev "xxxx" BOKT MMC-nin mülkiyyətinə keçmişdir. İddiaç ı3 öz izahatında mübahisəli bağ evi ilə bağlı hər hansı vərəsəlik işinin açılmadığını, bir tanışının vasitəsilə evi öz adına sənədləşdirdiyini bildirmişdir. Bütün bu prosedurlardan digər iddiaçıların ötən müddət ərzində məlumatsız olmaları məntiqli və inandırıcı görünmür.
45. Bundan başqa, mübahisəli bağ evi hal-hazırda "xxxx" BOKT MMC-nin mülkiyyətindədir və digər bir şəxsin mülkiyyətində olan əmlakla bağlı mirasın qəbul edilməsi müddətinin uzadılması qanuni hesab oluna bilməz.
46. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçıların kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onların kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət veril diyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə kollegiyası q ə r a r a aldı İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 iyun 2023-cü il tarixli, 2(105)-945/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.