Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4154/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmlakın yüklülükdən azad edilməsi və sair tələbi” barədə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdeh “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmlakın yüklülükdən azad edilməsi və sair tələbi” barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizələri təmin olunmuş, cavabdeh «X12 Azərbaycan» QSC, “X9” MMM və İddiaçı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli və cavabdeh «X12 Azərbaycan» QSC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqavilələrinin bütün əlavələri ilə birlikdə ləğv edilməsi, cavabdeh «X12 Azərbaycan» QSC, “X9” MMM və İddiaçı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli və cavabdeh «X12 Azərbaycan» QSC ilə “xxxx” MMC ar asında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqavilələri əsasında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31 ünvanında 1-ci mərtəbədə yerləşən 185,9 kv.m qeyriyaşayış sahəsindən və həmin ünvanın zirzəmisində yerləşən 220,3 kv.m qeyri-yaşayış sahəsindən ibarət daşınmaz əmlakların ipoteka yüklülüyündən azad edilməsi, cavabdeh «X12 Azərbaycan» QSC, “xxxx” MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi, cavabdeh «X12 Azərbaycan» QSC, “xxxx” MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edi lmiş və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X3 məxsus olan Nərimanov rayonu, M.K.Atatürk prospekti 37 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ipoteka yüklülüyündən azad edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən M.Məmmədov, hakimlər Ş.Məhərrəmova və E.Şamayev) qətnaməsi ilə cavabdeh “X12 Azərbaycan” QSC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandır mışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “X9” MMM ilə cavabdeh Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli və “xxxx” MMC ilə cavabdeh Bank arasında bağlanmış xx.xx.2014cü il tarixli “İpoteka müqavilələrinin” bütün əlavələri ilə birlikdə ləğv e dilməsi, həmin müqavilələr əsasında ipoteka ilə yüklü edilmiş və ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31 ünvanında 1-ci mərtəbədə yerləşən 185,9 kv.m qeyriyaşayış sahəsindən və həmin ünvanın zirzəmisində yerləşən 220,3 kv.m qeyri-yaşayış sahəsindən ibarət daşınmaz əmlaklarının ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Ağaddin İsmayılov cavabdeh Banka qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsinin” ləğv edilməsi və ona məxsus olan Nərimanov rayonu, M.K.Atatürk prospekti 37 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İşi n mübahisə edilməyən halları ondan ibarətdir ki, cavabdeh Bank ilə “X9” MMM arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit xəttinin açılması barədə kredit müqaviləsinə” əsasən, Bank tərəfindən borcalana xx.xx.2020-ci il tarixədək 1.000.000 manat məbləğində kredit xətti açılması barədə razılığa gəlinmişdir. Müqavilədə kredit məbləğinin hansı müddətə və hansı faiz dərəcəsi ilə verilməsi qeyd edilməmişdir. Bank, “X9” MMM və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli “İpoteka müqaviləsinə” görə İddiaçı borclu “X9” MMM-in xx.xx.2013-cü il tarixli “Kredit xəttinin açılması barədə kredit müqaviləsi” və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan ayrıca sazişlər üzrə ayrılacaq bütün vəsaitlərin qaytarılmasının əşya təminatı kimi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət kü çəsi 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 185,9 kv.metrdən ibarət 1-ci mərtəbəsini və həmin ünvanda qeyri-yaşayış sahəsinin 220,3 kv.metrdən ibarət zirzəmisini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bank ilə “X9” MMM arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit xəttinin açılması barədə kredit müqaviləsinə dair xx.xx.2015-ci il tarixli, 8 nömrəli kredit sazişinə” əsasən Bank tərəfindən “X9” MMM-ə 18 ay müddətinə, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün illik 11 faizlə, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün illik 15 faizlə 777.051,47 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmçinin o da mübahisə edilmir ki, cavabdeh Bank ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit xəttinin açılması barədə kredit müqaviləsinə” əsasən, Bank tərəfindən borcalana xx.xx.2020-ci il tarixədək 2.087.400 manat məbləğində kredit xətti açılması barədə razılığa gəlinmişdir. Müqavilədə kredit məbləğinin hansı müddətə və hansı faiz dərəcəsi ilə verilməsi qeyd edilməmişdir. Bank, “xxxx” MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs A.İsmayılov arasında bağlanmış xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsinə” görə borclu “xxxx” MMC-nin xx.xx.2014-cü il tarixli, 001 saylı “Kredit xəttinin açılması barədə kredit müqaviləsi” və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan ayrıca sazişlər üzrə ayrılmış bütün vəsaitlərin qaytarılmasının əşya təminatı kimi A.İsmayılov Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti 37A ünvanında yerləşən 0,02168 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 644,30 kv.metr olan 2 mərtəbəli qeyri-yaşayış binasını, Bank, “xxxx” MMC və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Sonrakı ipoteka müqaviləsinə” əsasən İddiaçı isə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 185,9 kv.metrdən ibarət 1-ci mərtəbəsini və həmin ünvanda qeyri-yaşayış sahəsinin 220,3 kv.metrdən ibarət zirzəmisini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bank ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 001 saylı “Kredit xəttinin açılması barədə kredit müqaviləsinə dair xx.xx.2015-ci il tarixli, 7 nömrəli “Kredit sazişinə” görə, Bank tərəfindən “xxxx” MMC-yə 12 ay müddətinə, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün illik 12 faizlə, xx.xx.2016-cı il tarixdən xx.xx.2016- cı il tarixədək olan müddət üçün illik 15 faizlə 500.000 manat məbləğində, xx.xx.2015-ci il tarixli, 8 nömrəli kredit sazişinə görə 12 ay müddətinə, xx.xx.2015-ci il tarixdən xx.xx.2015ci il tarixədək olan müddət üçün illik 12 faizlə, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün illik 15 faizlə 400.000 manat məbləğində, xx.xx.2015-ci il tarixli, 9 nömrəli kredit sazişinə görə 12 ay müddətinə, xx.xx.2015-ci il tarixdən xx.xx.2015ci il tarixədək olan müddət üçün illik 12 faizlə, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün illik 15 faizlə 300.000 manat məbləğində, xx.xx.2015-ci il tarixli, 10 nömrəli kredit sazişinə görə 12 ay müddətinə, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün illik 12 faizlə, xx.xx.2016-cı il ta rixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün illik 15 faizlə 300.000 manat məbləğində, xx.xx.2015-ci il tarixli, 11 nömrəli kredit sazişinə görə isə xx.xx.2016-cı il tarixədək, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan müddət üçün illik 12 faizlə, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün illik 15 faizlə 587.000 manat məbləğində kredit vəsaitləri verilmişdir İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi X11 bildirir ki, xx xxxx 2013-cü il tarixdə “X12 Azərbaycan” QSC ilə «X9” MMM arasında kredit xəttinin açılması barədə kredit müqaviləsi bağlanmışdır. xx xxxx 2013-cü il tarixdə cavabdeh “X12 Azərbaycan” QSC ilə İddiaçı arasında xx xxxx 2013-cü il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsi kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, xx xxxxxx 2014-cü il tarixdə “X12 Azərbaycan” QSC ilə “xxxx” MMC arasında kredit xətti müqaviləsi bağlanmışdır. Eyni tarixdə cavabdeh “X12 Azərbaycan” QSC ilə İddiaçı arasında kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində də qeyd edilən eyni əmlak ipoteka ilə yüklü edilmişdir. Hər iki kredit xətti müqavilələri və eləcə də İddiaçı ilə bağlanmış ipoteka müqavilələrində kreditin ve rilmə müddəti, faizi və şərtləri dəqiq müəyyən edilməmiş və sonradan kreditlər verilərkən onların faizi və müddəti eləcə də, digər vacib əhəmiyyətli şərtləri barədə İddiaçı məlumat verilməmiş və onun hər hansı razılığı alınmamışdır. Tərəflər arasında bağlanmış xx xxxx 2013-cü il tarixli və xx xxxxxx 2014-cü il tarixli kredit xəttinin açılması barədə kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən, kreditlər borcalana bu müqavilə müddəti ərzində kredit limiti daxilində bu müqavilənin tərkib hissəsini təşkil edən müvafiq kredit sazişləri ilə müəyyən edilir, bu müqavilələr borcverənin kredit vermək vədini ifadə etmir. Eyni zamanda İddiaçı ilə cavabdeh “X12 Azərbaycan” QSC arasında bağlanmış hər iki ipoteka müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə ipotekaya qoyulmuş əmlak “X12 Azərbaycan ” QSC ilə borcalanlar «X9” MMM və “xxxx” MMC arasında bağlanmış kredit xəttinin açılması barədə müqavilələr və bu kredit müqavilələrinin ayrılmaz tərkib hissələri olan ayrıca sazişlər üçün ayrılmış bütün vəsaitlərin qaytarılmasının əşya təminatı kimi çıxış etdiyi qeyd edilsə də, bu öhdəliklərin vacib şərtlərini müəyyən etmək mümkün deyil. Eyni zamanda cavabdeh “X12 Azərbaycan” QSC ilə “xxxx” MMC arasında xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqavilənin təminatı olaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 ilə xx xxxxxx 2014-cü ildə ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan Nərimanov rayonu, M.K.Atatürk prospekti 37 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin vaxtda bank tərəfindən “xxxx” M MC-yə hər hansı pul ayrılmamış və köçürülməmişdir. Eləcə də, kreditin hansı faizlə verilməsi və geri qaytarılması şərtləri barədə soruşduqda bu barədə rəsmi məlumat veriləcəyi bildirilmişdir. Sonradan xx xxxxxxxx 2015-ci il tarixdə cavabdeh “X12 Azərbaycan” QSC X2 iştirakı və məlumatı olmadan illik 12 faiz, sonradan illik 15 faiz olmaqla “xxxx” MMC-yə kredit ayırmışdır. Bu ayırmalar xx xxxxxxxx 2015-ci il, xx xxxxxxxx 2015-ci il, xx xxx 2015-ci il, xx xxxxxx 2015-ci il tarixlərdə yenə həyata keçirilmiş və bu barədə X3 heç bir məlumat verilməmiş, onun razılığı alınmamışdır. Hətta əmlakın bazar dəyərinin azalması belə bankı narahat etməmiş və cavabdeh kredit verməyi 2015-ci ilin sonunadək davam etdirmişdir. Bu da öz növbəsində X1 mülkiyyət hüququnu və eləcə də, ipoteka müqaviləsinə dair Azər baycan Respublikasının Mülki Məcəllənin normalarını kobud şəkildə pozmasını bildiyini lakin buna məhəl qoymadığını bir daha göstərir. 2018-ci ilin may ayında məhkəmədən bildiriş gəldikdə X3 məlum olmuşdur ki, onun bağladığı ipoteka müqaviləsinin təminat kimi çıxış etdiyi xx xxxxxx 2014-cü il tarixli, 001 saylı kredit müqaviləsi əsasında cavabdeh hər hansı kredit ayırmamış və pul ödəməmişdir. Kredit ayrı-ayrı müstəqil müqavilələrlə ayrılmış və bu barədə ona hər hansı bir məlumat verilməmişdir. Hazırda isə cavabdeh “X12 Azərbaycan” QSC X2 heç bir razılığı olmadan vermiş olduğu kreditlərə görə onun əmlakına tutma yönəldilməsini tələb edir. Bu isə onun mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Belə ki, mülkiyyət hüququ konstitusion hüquq olmaqla dövlət tərəfindən ən yüksək səviyyədə qoru nur və təmin edilir. Digər tərəfdən cavabdeh “X12 Azərbaycan” QSC-nin əşya təminat hüququ olan ipoteka hüququ durur ki, bu hüququn əmələ gəlməsi üçün qanunvericilik bir sıra şərtlər müəyyən etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarı baxımından cavabdehin bağlamış olduğu müqavilələr və razılaşmalar İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə bağlanmışdır. Odur ki, cavabdeh “X12 Azərbaycan” QSC ilə «X9” MMM arasında bağlanmış xx xxxx 2013-cü il tarixli eyni zamanda cavabdeh “X12 Azərbaycan” QSC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli k redit xəttinin açılması barədə müqavilələr, habelə həmin müqavilələr üzrə təminat qismində bağlanmış ipoteka müqavilələri, cavabdeh “X12 Azərbaycan” QSC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit xəttinin açılması barədə müqavilələr, həmin müqavilələr üzrə təminat qismində bağlanmış ipoteka müqavilələri kredit verilməsinin mühüm şərtlərini əks etdirmədiyi, habelə mühüm şərtlər barədə tələblərin ipoteka müqavilələri bağlanarkən də pozulduğu üçün, həmin ipoteka müqavilələri ləğv edilməli və ipoteka yüklülüyünə də xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi bildirir ki, xx xxxx 2013-cü il tarixdə «X12 Azərbaycan» QSC ilə «X9” MMM arasında kredit xəttini n açılması barədə kredit müqaviləsi bağlanmışdır. Müvafiq kredit xətti müqaviləsinin şərtlərinə görə «X9” MMM-yə 84 ay (səksən dörd ay) müddətinə ******* (bir milyon) manat məbləğində kredit xətti ayrılması nəzərdə tutulmuşdur. xx xxxx 2015-ci il tarixdə «X12 Azərbaycan» QSC ilə «X9” MMM arasında kredit xəttinin açılması barədə kredit müqaviləsinə dair kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə «X9” MMM-yə 18 (on səkkiz) ay müddətinə kreditdən istifadəyə görə illik 11 faiz olmaqla 777051 (yeddi yüz yetmiş yeddi min əlli bir) manat 47 (qırx yeddi) qəpik məbləğində kredit verilmişdir. Borcalanın xx xxxx 2013-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx xxxx 2013-cü il tarixində bank ilə borcalan «X9” MMM və ipoteka qoya n İddiaçı arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31 ünvanında yerləşən ümumi sahəsi 185.9 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi və həmin ünvanda yerləşən ümumi sahəsi 220.30 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi (zirzəmi) «X12 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2013-cü il tarixli yüklülük barədə RX seriyalı ******* və ******* saylı müvafiq çıxarış t əqdim edilmişdir. «X12 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, «X9” MMM kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və «X12 Azərbaycan» QSC-yə olan borclarını ödəməmişlər. Bu səbəbdən də, «X12 Azərbaycan» QSC tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Hazırda həmin mülki işə baxılır. İddiaçı və X5 tərəfindən verilmiş hazırkı iddia ərizəsində isə qeyd edilir ki, guya ipoteka müqaviləsi etibarsızdır. Lakin bu tələb əs assızdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu qərarında zaminlik və ya ipoteka müqavilələrində kreditin faiz dərəcələrinin yazılmamasının həmin müqavilələrin ləğv və ya xitam verilməli olması göstərilməmişdir. Faiz dərəcəsi kredit xətti müqaviləsində yazılmayıbsa, həmin şərtlər sazişlərdə qeyd edilmiş, həmçinin borclunun bank qarşısında öhdəliklərinin də yalnız kredit xətti müqaviləsi ilə deyil, həmçinin həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ayrıca sazişlərdən və ya müqavilələrdən irəli gəldiyi iddia üzrə iddiaçıya məlum olmuşdur. İddia ərizəsində qeyd olunmuşdur ki, guya ipoteka müqavilələri də etibarsızdır. Əsas kimi də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci və 307.4-cü maddələri göstərilmişdir. Halbuki, orada qeyd edilənlərin hamısı bağlanılan ipoteka müqav ilələrində öz əksini tapmışdır ki, bunun əksi ilə bağlı bir məqam olsaydı, həmin müqavilələr qanunvericiliyə əsasən nə notariat kontorları tərəfindən təsdiq edilməz, nə də ki müvafiq dövlət orqanı tərəfindən həmin əmlakların ipotekaları (yüklülükləri) dövlət qeydiyyatına alınmazdı. Müqavilələrin hamısında tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və s. göstərilmişdir. İpoteka müqavilələlərin 4.1-ci maddəsinə əsasən ipotekanın məqsədi və təyinatı digər məqamlarla yanaşı, ipotekaya qoyulmuş əmlakın, “X12 Azərbaycan” QSC ilə «X9” MMM arasında 2020-il tarixədək ******* (bir milyon) manat məbləğində bağlanmış kredit xəttinin açılması barədə müqavilə və bu kredit müqaviləsinin ayrılmaz tərkib hissələri olan ayrıca sazi şlər və ya müqavilələr üzrə ayrılmış bütün vəsaitlərin qaytarılmasının əşya təminatı kimi çıxış etməsi və «X9” MMM-nin öhdəliklərinin icrasını təmin etmək məqsədini daşıması da birbaşa əks edilməkdədir. Beləliklə, ipoteka qoyan ipotekanın hansı öhdəlik üzrə qəbul edilməsini və bununla bağlı hansı risklərin mövcud olmasını da əvvəlcədən bilmiş və onların şərtlərini də qəbul etmişdir. Əks təqdirdə, elə həmin müqavilələrin 6.1.1-ci maddəsinə əsasən də tərəflərin müqavilənin hər hansı bir maddələrinin hər hansı bir şərtləri ilə razı olmadıqları təqdirdə müqavilənin bağlanılmasından imtina etmək hüquqları da var idi. Eyni zamanda, hazırkı iş üzrə İddiaçı əqdin etibarsız hesab edilməsi tələbi ilə 2018-ci ilin avqust ayında, iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. Göstərilən ləri nəzərə alaraq, iddia ərizələri iddia müddəti ötürülməklə verildiyindən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarı ilə belə nəticəyə gəlinmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Məhkəmə kollegiyası izahatları dinləyi b, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi cavabdeh «X12 Azərbaycan» QSC, “X9” MMM və İddiaçı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli və cavabdeh «X12 Azərbaycan» QSC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqavilələrinin bütün əlavələri ilə birlikdə ləğv edilməsi, cavabdeh «X12 Azərbaycan» QSC, “xxxx” MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi hissələrində ləğv edilərək, həmin hissələrdə iddia təmin edilməməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiy a instanisyası məhkəməsinin qətnaməsi cavabdeh “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi cavabdeh «X12 Azərbaycan» QSC, “X9” MMM və İddiaçı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli və cavabdeh «X12 Azərbaycan» QSC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqavilələrinin bütün əlavələri ilə birlikdə ləğv edilməsi, cavabdeh «X12 Azərbaycan» QSC, “xxxx” MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi hissələrində qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşin hallarından göründ üyü kimi hazırkı iş üzrə ləğv edilməsi tələb edilən cavabdeh Bank, “X9” MMM və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin, cavabdeh Bank, “xxxx” MMC və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Sonrakı ipoteka müqaviləsinin və Bank, “xxxx” MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs A.İsmayılov arasında bağlanmış xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsinin ləğv edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Mülki Məcəllənin 421.2-ci maddəsinə sasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozunt u sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Göründüyü kimi qanunverici müqavilənin ləğvini müqavilənin əhəmiyyətli dərəcədə pozulması, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər ləğv etmə şərtləri və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqələndirmişdir ki. Həmçinin işin halları ilə müəyyən edilir ki, iddiaçılar mübahisələndirilən müqavilələrin ləğv edilməsi üçün yuxarıda qeyd edilən normal arın dispozitiv şərtlərinə cavab verən hər hansı bir fakta istinad etməmişlər. Bununla yanaşı qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı qanunun konkret normalarının təfsirindən ibarətdir. Qanunun təfsiri isə yeni normativ hüquqi aktın qəbul edilməsini deyil, mövcud qanunvericiliyin normalarının məzmununun izahını ehtiva edir. Ona görə də qeyd edilən qərarın qəbul edilməsi hazırkı iş üzrə mübahisələndirilən müqavilələr bağlandıqdan sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh Bank, “X9” MMM və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin, cavabdeh Bank, “xxxx” MMC və İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Sonrakı ipoteka müqaviləsinin və Bank, “xxxx” MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs A.İsmayılov arasında bağlanmış xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsinin ləğv edilməsi hissələrində dəyişdirmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, İddiaçı xx.xx.2013-cü il tarixli və xx.xx.2014-cü il tarixli ipoteka müqavilələri üzrə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 185,9 kv.metrdən ibarət 1-ci mərtəbəsini və həmin ünvanda qeyri-yaşayış sahəsinin 220,3 kv.metrdən ibarət zirzəmisini xx.xx.2013-cü il tarixli və xx.xx.2014-cü il tarixli “Kredit xəttinin açılması barədə kredit müqavilələrinin”, üçüncü şəxs A.İsmayılov is ə xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsi” üzrə Bakı şəhəri, Nərimanov rayonu, X10 prospekti 37A ünvanında yerləşən 0,02168 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 644,30 kv.metr olan 2 mərtəbəli qeyri-yaşayış binasını xx.xx.2014-cü il tarixli “Kredit xəttinin açılması barədə kredit müqaviləsinin” təminatı kimi cavabdeh Bankın xeyrinə ipoteka ilə yüklü etmiş, lakin faiz dərəcəsi və kreditin ödənilmə müddəti ümumiyyətlə göstərilməyən həmin kredit xətti müqavilələrindən fərqli olaraq sonradan kreditorla borclular arasında faiz dərəcəsi və ödənilmə müddəti dəqiq müəyyən edilən xx.xx.2013-cü il tarixli “Kredit xəttinin açılması barədə kredit müqaviləsinə dair xx.xx.2015-ci il tarixli və xx.xx.2014-cü il tarixli kredit xəttinin açılması barədə kredit müqaviləsinə dair xx.xx.2015 -ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2015-ci il tarixli kredit sazişləri bağlansa da, mühüm şərtləri dəyişmiş həmin kreditlərin təminatı üçün əvvəlki ipoteka müqavilələrinə buna uyğun düzəlişlər edilməmiş, yaxud ipoteka qoyan İddiaçı və A.İsmayılovun həmin şərtlərlə razı olduqlarını bildirən yeni ipoteka müqavilələri bağlanılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31 ünvanında 1-ci mərtəbədə yerləşən 185,9 kv.m qeyri-yaşayış sahəsindən və həmin ünvanın zirzəmisində yerləşən 220,3 kv.m qeyri-yaşayış sahəsindən ibarət daşınmaz əmlakların və A.İsmayılova məxsus olan Nərimanov rayonu, M.K.Atatürk prospekti 37 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ipoteka yüklülüyündən azad edilməsi hissələrində dəyişdirilmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (maddə 269.1.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (maddə 269.4.). Girov və ipoteka hüququ həm mövcud, həm də gələcək tələb üçün verilə bilər. Tələb adlı, orderli və ya adsız ola bilər. O həm girov qoyana (ipoteka qoyana) və ya mülkiyyətçinin özünə qarşı, həm də başqa şəxsə qarşı tələb ola bilər. Girov və ya ipoteka hüququnun verildiyi tələb yetərli dərəcədə aydın olmalıdır (maddə 269.11.). Həmin Məcəllənin 307.4-cü maddəsinə görə, ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyəti ndə olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Həmin Qanunun 10.5-ci maddəsinə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Qanunun 14.1.1-ci maddəsinə görə, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipot ekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd olunmuşdurki, Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdir ilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. Eyni zamanda, həmin qərarda qeyd olunmuşdur ki, zaminlik və ipoteka müqavil ələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarı ilə belə nəticəyə gəlinmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit mü qavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən ka sasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “X12 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh «X12 Azərbaycan» QSC, “X9” MMM və İddiaçı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli və cavabdeh «X12 Azərbaycan» QSC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqavilələrinin bütün əlavələri ilə birlikdə ləğv edi lməsi, cavabdeh «X12 Azərbaycan» QSC, “xxxx” MMC və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi hissələrində ləğv edilsin. Həmin hissələrdə iddia təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4154/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4154/2020
15.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver