Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4155/2021 26.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: problemli kredit, restrukturizasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1913/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 iyul 2021-ci il tarixdə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) 452/PBMF saylı, 04 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik 6 faizlə, 6 ay güzəşt dövrü olmaqla, 36 ay müddətinə qaytarmaq şərti ilə "xxxx" ASC-dən (indiki Cavabdeh BOKT ASC) 15000 manat kredit götürmüşdür. 04.11.2013-cü il tarixli, 452/PMBF/PK №-li kredit kartı müqaviləsinə əsasən Bank iddiaçıya illik 36 faizlə, 24 ay müddətinə, 30 gün güzəşt dövrü olmaqla, 500 manat kredit kartı vasitəsilə kredit vermişdir Kredit müqaviləsinin təminatı məqsədi ilə "xxxx" ASC ilə iddiaçı və X3 arasında 04.11.2013-cü il tarixli ipoteka (girov) müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 89 öhdəliklərin təminatı kimi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 50000 manat məbləğində qiymətləndirilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti iddiaçı ilə ipoteka saxlayan Bank arasında bağlanmış 04.11.2013-cü il tarixli, 452/PBMF №-li kredit (borc) müqaviləsi üzrə illik 6 faizlə, 6 ay güzəşt dövrü olmaqla, 36 ay müddətinə 15000 manat kredit və 04.11.2013-cü il tarixli, 452/PMBF/PK №-li kredit kartı müqaviləsi üzrə illik 36 faizlə, 24 ay müddətinə, 30 gün güzəşt dövrü olmaqla, 500 manat kredit kartı vasitəsilə aldığı borc öhdəliklərinin icrasının təmin edilməsidir. Masallı Rayon Məhkəməsinin 05.11.2019-cu il tarixli, 2(050)-2620/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıdan 9000 manat, həmçinin dövlət rüsumuna ödənilmiş 30 manat, cəmi 9030 manat pulun alınaraq X2 ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı, Cavabdeh BOKT Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödəməli olmadığı faiz borcuna görə 2574 manat 39 qəpik pulun cavabdehdən tutulub iddiaçıya verilməsi, məhkəmə qətnaməsi əsasında X2 birdəfəlik ödəmək üçün restrukturizasiya şərtlərinə müvafiq olaraq 6425 manat 61 qəpik pul məbləğində sonuncuya kredit verilməsinin cavabdehə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ilədək ödəniş etsə də, maddi imkanı olmadığından 2016-cı ildən başlayaraq ödəniş edə bilməmiş, 01 mart 2019cu il tarixə onun kredit müqaviləsi üz rə 360 gündən artıq gecikdirilmiş borcunun məbləği əsas borc 6425 manat 61 qəpik və faiz borcu 2574 manat 39 qəpik olmaqla, 9000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28.02.2019-cu il tarixli Fərmanında vaxtı keçmiş kredit borcu olan vətəndaşların kredit borclarının güzəştli şərtlərlə restrukturizasiyası və bu məqsədlə banklara güzəştli kreditlərin verilməsi nəzərdə tutulmuşdur. İddiaçının 01 mart 2019-cu il tarixinə, 360 gündən artıq müddətə gecikdirilmiş, məbləği 9000 manat olan kredit borcu sözügedən Fərmanının təsiri altına düşsə də, cavabdeh borcu restrukturizasiya etməkdən imtina etmiş, bununla da adıçəkilən Fərmanının tələblərini pozaraq, kredit borcu üzrə hesablanmış 2574 manat 39 qəpik faiz borcunu, borcun qalıq məbləğindən çıxmadan, sözügedən faiz məbləği də daxil olmaqla, 9000 manat qalıq borcu ipoteka qoyan X1 almışdır. Hazırda iddiaçı ödəməli olmadığı 2574 manat 39 qəpik faiz borcu daxil olmaqla, ümumilikdə 9000 manat pulu məhkəmə qətnaməsi əsasında X2 birdəfəyə ödəmək məcburiyyətində qalmışdır. Halbuki, qeyd edildiyi kimi Fərmana əsasən iddiaçı 2574 manat 39 qəpik faiz borcunu ödəməkdən azad olunmuş və banka olan borcu restrukturizasiya şərtlərinə əsasən daha az məbləğlərlə hissə-hissə ödəməli idi. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3158/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov) iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi q eyd etmişdir ki, iddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq Bankla sözügedən müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Bundan əlavə, Məhkəmə qeyd etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (21.02.2015- ci və 21.12.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Məhkəmə qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şə xslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını (həmçinin restrukturizasiya olunacaq kreditləri) Banklar müəyyən etmirlər. Beləliklə, kreditin verilməsi Bankın (və ya BOKT-un) vəzifəsi deyil, hüququdur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülk i Məcəllə) 6.2, 390.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1913/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi) Z.Şirinov və F.Talışinski) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kredi tlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanına istinadla, həmçinin qeyd etmişdir ki, Fərmanda kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası və kompensasiya hesablanması qaydası öz həllini tapmış, qeyd olunan dövrdə və məbləğlərdə götürülmüş kredit borclarına əlavə güzəştlərin tətbiqi və yeni kredit münasibətlərinin qurulması tənzimlənmişdir. Fərmana əsasən müvafiq kompensasiya kredit müqaviləsinin tərəfi olan (borcalan) şəxslərə ödənilməsi qərara alınmış və həyata keçirilmişdir. İddiaçı iddia ərizəsində ona Fərmanın tətbiq olunmamasını, faiz borcunun silinməməsini, əsas borcun isə restruktrizasiya olunmamasını və s. göstərmişdir. Halbuki, cavabdeh deyil, məhz səlahiyyətli inzibati orqan (hazırki Mərkəzi Bank) həmin Fərmanın icrası ilə bağlı müvafiq qərarlar qəbul etmək səlahiyyətinə malikdirlər. Bu səbəbdən də, Fərmanın tətbiq olunmaması və ya düzgün tətbiq olunmaması ilə bağlı mübahisələr cavabdeh kredit təşkilatı ilə deyil, səlahiyyətli inzibati orqanla həll oluna bilər (inzibati orqanla mübahisələr isə məhkəmədən kənar qaydada və ya məhkəmə aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə həll oluna bilər). İddiaçı isə səlahiyyətli orqan tərəfindən onun barəsində iddia olunan kredit borcu ilə bağlı müvafiq qərarın (kompensasiya, restruktrizasiya) qəbul edilməsi, məhz cavabdehin təqsiri üzündən ona kompensasiya məbləğinin ödənilməməsi və ya qalıq borcun restrukturizasiya olunmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda isə, iddia tələbi – «ödəməli olmadığı faiz borcuna görə 25 74 manat 39 qəpik pulun Cavabdeh BOKT ASC-dən tutulub iddiaçıya verilməsi» hissədə təmin oluna bilməz. Eyni zamanda, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, kreditin verilməsi Bankın (və ya BOKT-un) hüququ olduğundan, iddia tələbi qalan hissədə də tam əsassızdır. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətlərinin dəlillə ri ilə razılaşmayaraq, onları əsassız hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil xxxxx oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmçinin kassasiya şikayətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçını məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbə rdar etməmiş, onun iştirakı olmadan işə baxmışdır. Məhkəmə cavabdehin iddiaçının borcları barədə məlumatları Mərkəzi Banka təqdim etməməsinə, bununla da iddiaçını sözügedən Fərmanda müəyyən edilmiş hüquqlardan istifadə imkanından məhrum etməsinə əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsas ən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsi nə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddələri). «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağl ı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi...
5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyut ada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.
6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.
8. Müəyyən edilsin ki, bu Fərma nın məqsədləri üçün:...8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); 8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);...8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi;...8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqq ında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur və iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqi üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin iddiaçının məh kəmə baxışında iştirakının təmin edilməməsi barədə dəlili də əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş və işə onun iştirakı ilə baxılmışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddia çı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1913/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.