Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4155/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4155/2024 (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Əliyeva Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4587/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri Yasamal rayonu, İ.Səfərli küçəsi ev 13, mənzil 16 X7 adına xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
2. Cavabdeh1 notariusu tərəfindən 2V/01 reyestrdə 195-ci sıra nömrəsi ilə qeydə alınmış xx.xx.2013-cü il tarixli vəsiyyətnaməyə əsasən, X13 ölən günədək ona məxsus olan, harada yerləşməsindən asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Bakı şəhəri, Şıxlinski küçəsi ev 47, m. 45-də qeydiyyatda olan Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamə şahidlər X14 və X3 tərəfindən də imzalanmışdır.
3. X13 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir.
4. X13 iş üzrə İddiaçı anasıdır.
5. Cavabdeh2 isə İddiaçı bacısı X10 nəvəsi, mərhum X8 nəticəsidir.
6. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti MKTB 42 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, Bakı şəhəri Yasamal rayonu, İ.Səfərli küçəsindəki 13 saylı evin 16 saylı mənzilində X13 (xx.xx.2016-cı il tarixdə rəhmətə gedib) X12 (xx.xx.2022-ci il tarixdə rəhmətə gedib) və İddiaçı qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı (bundan sonra iddiaçı) nümayə ndəsi və vəkili Vəkil1 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat Ofisinə və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud Notariat Ofisi və ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Notariat Ofisi tərəfindən 2V/01 reyestrdə 195-ci sıra nömrəsi ilə 28 avqust 2013-cü il tarixdə qeydə alınmış ünvan 1 ünvanında yerləşən mənzilin X13 tərəfindən Cavabdeh2 vəsiyyət edilməsi haqqında vəsiyyətnamənin etibarsız hesab edilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçı uzun təxmini olaraq qırx ilə yaxındır ki, hazırda qeydiyyatda olduğu ünvan 2 ünvanında yaşayır və onun qeydiyyatda olduğu və yaşadığı mənzil iddiaçının anası mərhum X8 mülkiyyə tində olub və beləliklə də Adilə Axundova 2016-cı ildə vəfat etdikdən sonra iddiaçı həmin ünvanda yaşamaqda davam edərək miras əmlaka qanun üzrə vərəsə olaraq faktik sahiblik və ondan istifadə etmişdir. Təxmini olaraq 2023-cü ilin noyabr ayında iddiaçı yaşadığı mənzilə dair mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidmətində qeydiyyatdan keçirmək məqsədiylə vərəsələlik hüququ haqqında şəhadətnamənin əldə etməsi üçün 5 saylı notariat ofisinə müraciət etmiş və həmin vaxt iddiaçıya bəlli olmuşdur ki onun hazırda yaşadığı sahəni mərhum anası sağ ikən 28 avqust 2013-cü ildə öz nəticəsi Cavabdeh2 vəsiyyət etmiş və vəsiyyət şahidləri olaraq X14 və X3 iştirak etmiş və vəsiyyətnamənin məzmununu imzaları ilə təsdiq etmişlər. Nəzərə çatdırılması zəruridir ki vəsiyyətnaməni təsdiq edən X3 vəsiyyət olunan Cavabdeh2 xalası X5 qızıdır. Mahiyyətcə vəsiyyətnamənin şahidi olmuş Aygün Abdulsalamova vəsiyyət olunan Cavabdeh2 xalası qızıdır. Beləliklə də məhz vəsiyyətnamənin şahid ola bilməyən şəxs tərəfindən imzalanaraq təsdiq edilməsi həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsasdır. Sözügedən vəsiyyətnamənin təsdiq edilməsi zamanı Mülki Məcəllənin tələbini cavabdeh pozaraq vəsiyyət üzrə vərəsənin qohumu olan xalası qızının vəsiyyətnamənin yazılmasında şahid kimi iştirak etməsi və vəsiyyətnamənin məzmununu imzası ilə təsdiq etməsi nəticə etibarı ilə qanunun tələbi olan iki şahidin iştirak etməsi prinsipini pozmuş digər şahidin iştirakı ilə vəsiyyətnamənin məzmunun təsdiq edilməsi isə artıq qanunsuz və əhəmiyyətsiz olmuşdur.
9. Cavabdeh2 iddia ərizəsinə qarşı yazılı etiraz ünvanlayaraq göstərmişdir ki, ilkin iddia tələbinin hüquqi əsası kimi “vəsiyyətnaməni təsdiq edən X3 vəsiyyət olunan Cavabdeh2 Məmmədah qızının xalası X6 qızıdır. Mahiyyətcə vəsiyyətnamənin şahidi olmuş Ayğün Abdulsalamova vəsiyəl olunan Adilə Məhərrəmimin xalası qızıdır. Beləliklə məhz vəsiyyətnamənin şahidi ola bilməyən şəxs tərəfindən imzalanaraq təsdiq edilməsi həmin vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsasdır” göstərilmişdir. İddia tələbində qeyd olunan vəsiyyətnamə tərtib olunan zaman vəsiyyət edən X8 fəaliyyət qabiliyyət yoxlanılmış, vəsiyyət edən hu vəsiyyətnamə ilə sərbəst iradə ifadə etmişdir. Vəsiyyətnamə texniki vasitədən istifadə edilməklə tərtib edildiyindən iki şahidin yanında tərtib edilmiş və həmin şahidlər tərəfindən imzalanmışdır. Bu şahidlər: X14 və X3 olmuşdur. Bu şahidlər vəsiyyət üzrə vərəsə və onların yüksələn və enən xətt üzrə qohumları,bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri deyillər.X2 ümumiyyətlə heç bir qohumluq münasibəti yoxdur. İddia ərizəsində qeyd olunan X3 vəsiyyət üzrə vərəsənin yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları deyildir. Xala qızı bu halda yaxın qohum hesab olunmur. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, həmçinin qeyd etmişdir ki, iddiaçı vəsiyyətnamənin olmasından xəbərsiz olmuş, həmin evdə yaşamış, hazırda sənədləşdirmə üç ün sənəd verərkən ona rədd cavabı verilərək bildirilmişdir ki, mənzil hazırkı iş üzrə cavadehə vəsiyyət edilmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı onun anasının dayısıdır. Vəsiyyət edən onun anasının nənəsidir. X15 çox sevmiş, öz adını da ona qoymuş, mübahisəli mənzili də, ona vəsiyyət etmişdir. Hətda ölən anında özunə məxsus qızıl əşyalarını da, ona bağışlamışdır. Həmin vaxt uşaq olmuş və kiməsə vəsiyyətnamə barədə deməli olduğunu bilməmiş, lakin hamı, atası, anası, eləcə də, bütün qohumları həmin mənzilin ona vəsiyyət edildiyini bilmişlər. Özü yetkinlik yaşına yenicə çatmışdır. İddiaçı anasının dayısı olduğu üçün və hazırda ona mənzil lazım olmadığı üçün iddiaçının o evdə qalm asına etiraz etməmişlər.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 Novruz oğlu etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, bu yaxınlarda həmin mənzilin yerləşdiyi ərazidə söküntülər getməlidir. İddiaçı özü zəng vuraraq həmin məlumatı vermişdir. İddiaçının əvvəldən mənzilin cavabdehə vəsiyyət edilməsindən xəbəri olmuşdur. Belə ki, Adilə Axundova özü oğluna mənzili nəticəsinə vəsiyyət etdiyini bildirdikdə aralarında mübahisə olmuş, oğlu onu evdən qovmuş və Adilə Axundova digər qızının evində yaşamağa başlamış, qızının evində də, vəfat etmişdır. Bundan başqa iddiaçı tərəfindən iddia müddəti də, ötürülmüşdür.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi ) 2(004)-2132/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur.
14. Birinci instansiya məhkəməsi işin faktiki halları kimi müəyyən etmişdir ki, miras qoyan X1 vəsiyyətnamə tərtib edərək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınmaz və daşınar əmlakını Cavabdeh2 vəsiyyət etmiş və buna dair 28 avqust 2013-cü il tarixli notarial qaydada vəsiyyətnamə tərtib olunmuşdur. İddiaçı hazırki iddia ərizəsi ilə 28 avqust 2013-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini istəyir. İddia tələbinin əsası kimi uzun illərdir miras əmlak olan mənzildə yaşamasını və həmçinin vəsiyyətnamə tərtib edilərkən vəsiyyətnaməni imzalayan şəxslərdən birinin vəsiyyət edilənin qohumu, xalası qızı olmasın ı göstərir.
15. Məhkəmə ilk növbədə iddiaçının illərdir miras əmlakda yaşaması barədə iddianın dəlillərinə münasibtədə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisəsi hallarından göründüyü kimi miras əmlak miras qoyanın mülkiyyətində olmuş və öz iradəsi əsasında Bakı şəhəri Yasamal rayonu, İ.Səfərli küçəsindəki 13 saylı evin 16 saylı mənzilini hazırkı iş üzrə cavabdehə vəsiyyət etmişdir. Vəsiyyətnamə yazılı formada, notariusda təsdiq edilməklə, şahidlərin iştirakı ilə tərtib edilmişdir. Vəsiyyətnamənin tərtib edildiyi məqam da Adilə Axundovanın öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməsini və öz iradəsini aydın ifadə edə bilməsini, fəaliyyət qabiliyyətli olmasını şübhə altına alacaq hər hansı bir dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
16. Məhkəmə həmçinin vəsiyyətnaməni imzalayan şahidlərdən birinin vəsiyyət edilənin qohumu, xalası qızı olması ilə bağlı iddia tələbinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin hal özlüyündə vəsiyyətnamənin etibarsız edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, mövcud qanunvericiliyə əsasən vəsiyyətnamənin mətni texniki vasitənin köməyi ilə ifadə edilə bilər. Qanunverici bu zaman iki şahidin iştirakını nəzərdə tutsa da, eyni zamanda qeyd edir ki, şahidlər vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmasını t əsdiq edirlər. Bundan başqa mülki qanunvericilikə vərəsənin yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadının (ərinin) şahid ola bilməməsi qeyd edilmişdir. Nəzəriyyədə vərəsənin yüksələn xətt dedikdə onun valideynləri, babaları, nənələri və s., enən xətt üzrə qohumları dedikdə övladları, nəvələri, nəticələri və s. nəzərdə tutulur. Göründüyü kimi vərəsənin xalası qızı şahid ola bilməyən şəxslər sırasına aid deyil.
17. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddia tələbi əsassız olmaqla yanaşı, iddiaçı tərəfindən iddia müddəti də ötürülsə də, iddia özü-özlüyündə əsassız olduğundan məhkəmə iddia müddətinin müzakirə edilməsini məqsədə müvafiq saymamışdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1151.1, 1166, 116 8, 1179, 1180, 1184, 1188, 1225-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007ci il tarixli qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 80, 89.3, 106.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
19. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahi ş etmişdir.
20. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işin məhkəmə aidiyyəti düzgün seçilməmişdir. Xala qızının vərəsənin enən və yüksələn xətt üzrə qohumu olmaması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti yanlışdır və əsaslandırılmamışdır.
21. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz etmiş və iddiaya etirazın, habelə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat vermişdir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4587/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) iddiaçının apelly asiya şikayətinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq müəyyən etmişdir ki, miras qoyan Adilə Axundova sağlığında vəsiyyətnamə qoyaraq harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınmaz və daşınar əmlakını iş üzrə Cavabdeh2 vəsiyyət etmiş və buna dair xx.xx.2013-cü il tarixdə notarial qaydada “Vəsiyyətnamə” tərtib olunmuşdur. Hazırda iddiaçı xx.xx.2013-cü il tarixli “Vəsiyyətnamənin” etibarsız hesab edilməsini tələb edir və iddiasının əsası kimi uzun illərdir miras əmlak olan mənzildə yaşamasını və həmçinin vəsiyyətnamə tərtib edilərkən vəsiyyətnaməni imzalayan şəxslər dən birinin vəsiyyət edilənin qohumu, xalası qızı olmasını göstərir.
24. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, apellyasiya şikayətində iddiaçı işin məhkəmə aidiyyətinin düzgün seçilmədiyini bildirilsə də, bu halı əsaslandırılmamışdır.
25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddia ərizəsini məhkəməyə vermiş iddiaçı işin aidiyyətini özü seçmiş və bu məsələ ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlanılmışdır. Məhkəmə tərəfindən işin məhkəmə aidiyyətinin pozulması halı müəyyən edilməmişdir.
26. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki miras əmlak miras qoyanın mülkiyyətində olmuş və öz iradəsi əsasında mübahisəli mənzilini cavabdehə vəsiyyət etmişdir. “Vəsiyyətnamə” yazılı formada, notariusda təsdiq edilməklə, şahidlərin iştirakı ilə tərtib edilmişdir. “Və siyyətnamənin” tərtib edildiyi məqamda Adilə Axundovanın öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməsini və öz iradəsini aydın ifadə edə bilməsini, fəaliyyət qabiliyyətli olmasını şübhə altına alacaq hər hansı bir dəlil iddia tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Məhkəmə kollegiyası həmçinin “Vəsiyyətnaməni” imzalayan şahidlərdən birinin vəsiyyət edilənin qohumu, yəni xalası qızı olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, qanunvericilikdə vəsiyyət edilən şəxsin xalası qızının şahid ola bilməsinə qadağa nəzərdə tutulmamışdır. Mülki qanunvericilikdə vərəsənin yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadının (ərinin) şahid ola bilməməsi qeyd edilmişdir. Vərəsənin xalası qızı şahid ola bilməyən şəxslər sırasına aid deyil.
28. Məhkəmə kollegiyası eyni zamanda bildirmişdir ki, iddianı əsassız hesab etmiş birinci instansiya məhkəməsi iddia müddətinin də buraxıldığını qeyd etsə də bu məsələyə geniş qiymət verməyə lüzum görməmişdir.
29. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1151.1, 1166, 1168, 1179, 1180, 1184, 1188, 1225-ci və Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 80, 89.3, 106.1, 119.1, 384, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəli lləri:
30. Qətnamədən iddiaçı (vəkil Nümayəndə2 Oktay oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiacı tərəfin miras qoyanın vəsiyyətnamənin tərtibi zamanı öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilməsini və öz iradəsini aydın ifadə edə bilməsini, fəaliyyət qabiliyyətli olmasını şübhə altına alacaq hər hansı bir dəlil təqdim edilməməsini göstərsə də nəzərə alınmalıdır ki, iddiacı tərəf hazırki mübahisə zamanı ümumiyyətlə miras qoyanın fəaliyyət qabiliyyətinin olub olmaması öz hərəkətlərinin nəticəsinə qiymət verib verməməsi barədə məsələni mübahisələndirməmiş və ümumiyyətlə işin faktiki h allarına dair həmin məsələ barədə hər hansı mülahizə bildirməmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd edilmiş xala qızının nəzəriyyədə yüksələn və ya enən xətt üzrə qohum olmamasına dair məsələyə gəldikdə isə apellyasiya instansiya məhəkəməsi hansı nəzəriyyədə həmin faktın öz əksini tapması və hansı normativ aktda göstərilən qaydalara uyğun həmin nəticəyə gəlməsini qətnamədə göstərməmiş və həmin mövqeyini əsaslandırmamışdır. Belə ki yüksələn və enən xətt üzrə qohumluq münasibəti dedikdə ümumiyyətlə vərəsənin Mülki Məcəllədə onun vərəsəsi ola biləcək 1159-cu maddədə öz əksini tapmış qohumluq əlaqələrindən gedir ki həmin normada nəzərdə tutulan qohumlar vərəsənin yüksələn və enən xətt üzrə qohumları sırasına daxildir. Qanunverici həmin qohumluq əlaqəsi olan şəxslərin b ir birinə vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyətnamə şahidi olmasını qadağan edir. Belə ki həmin şəxslər vəsiyyət üzrə vərəsənində vərəsəsi ola bildiyi yəni potensiyal vərəsə olduqları üçün miras əmlakın həmin şəxsə vəsiyyət olunmasında maraqlı olurlar qanunverici həmin halı nəzərə alaraq yüksələn və enən xətt üzrə qohumların şahid ola bilməməsi halını müəyyən etsə də apellyasiya instansiya məhkəməsi belə əhəmiyyətli məsələnin üzərindən “onlar yalnız texniki vasitətən istifadə olunmanı təsdiq edir” ifadəsi ilə iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət vermədiyini acıq bəyan edir. Belə ki əgər vəsiyyətnamənin tərtibi zamanı şahidlərin iştirakı formal əsaslara söykənsəydi qanunverici yanlış şahidlərin vəsiyyətnamənin tərtibi zamanı iştirakları zamanı vəsiyyətnamənin eti barsız ola bilməsi halını özündə ehtiva etməzdi. Qeyd olunanlara əsasən hesab edir ki, Apellyasiya instansiya məhkəməsi Ailə Məcəlləsinin 36.5 və Mülki Məcəllənin 225-ci maddələrini yanlış tətbiq və təfsir etmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına qiymət verərkən işin faktiki hallarına tam və hərtərəfli qiymət verməmişdir. Belə ki vəsiyyətnamə şahidinin vəsiyyət üzrə vərəsəylə qohumluq əlaqəsinin olması faktı barədə hər hansı dəlil və əsas olmadan öz mülahizəsinə əsaslanaraq vəsiyyət üzrə şahidin vəsiyyət üzrə vərəsənin yüksələn və ya enən xətt üzrə qohumu olmaması qənaətinə gəlmişdir. Qənaətə gələrək işdə olan və əlavə təqdim edilmiş sübutları hərtərəfli və tam araşdırmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
32. Maddə
13. İ hissəsi. Azə rbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
33. Maddə
29. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
34. Maddə
19. Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər.
35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
37. Maddə 1166. Fiziki şəx s ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.
38. Maddə 1168. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir.
39. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.
40. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın. notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.
41. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.
42. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.
43. Maddə 1184. Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər.
44. Maddə 1188. Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilm əklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər.
45. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.
46. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.
47. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 14.2. Məhkə mə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübu tlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad e tməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi barədə dəlilinə münasibət bildirərək hesab edir ki, həmin dəlillər əsassızdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyinə uyğun olaraq qeyd edir ki, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir (Mülki Məcəllənin 1180.1-ci maddəsi). Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsi yyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər (Mülki Məcəllənin 1180.2-ci maddəsi). Vəsiyyətnamə təsdiqlənərkən notariusa bərabər tutulan qurumların siyahısı isə Mülki Məcəllənin 1181-ci maddəsində nəzərdə tutulmuşdur. 26 oktyabr 2019-cu il tarixli vəsiyyətnamə isə iki şahidin iştirakı ilə notarius tərəfindən yazılmamış, həmçinin vəsiyyətnamə imzalanarkən vəsiyyət edən tərəfindən notariusun və şahidlərin yanında oxumamışdır. Göründüyü kimi qeyd olunan vəsiyyətnamə Mülki Məcəllənin tələbləri pozulmaqla tərtib edilmişdir.
64. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məs ələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəli llər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
65. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
66. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi ap ellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün ə sas ola bilməz.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
68. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4587/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.