Məhkəmə qərarları › İş №2(102)-4157/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4157/2021

22.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4157/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh3nə, X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin etibarsız sayılması, şəhadətnamələrin və çıxarışların ləğvi, torpaq və qeyri-yaşayış sahəsinin qaytarılması tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X9, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X4 nümayəndəsi X6 və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan, Azərbaycan Respublikasının müdafiə nazirinin Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsinə ünvanlanmış 24 sentyabr 2007-ci il tarixli, 417 №-li məktubunun təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan «Mərdəkan-13A» hərbi şəhərciyinin ərazisində yerləşən qeyri-yaşayış binaları və 1,4 ha torpaq sahəsi uzun müddət təmirsiz qaldığına görə, aşınma nəticəsində istismara yararsız vəziyyətə düşmüşdür. Göstərilən qeyri-yaşayış sahəsi nin bərpasının iqtisadi cəhətdən əlverişsiz olduğunu, onun müdafiə təyinatlı olmadığını, gələcəkdə hərbi məqsədlə istifadəsinin perspektivsizliyini nəzərə alaraq, həmin ərazi və binalardan daha səmərəli istifadə etmək məqsədilə Azərbaycan Respublikası qanunları çərçivəsində icarəyə verilməsinə və özəlləşdirilməsinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi etiraz etməmişdir.

2. İş materiallarında olan, «İcarəyəverən» Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsi ilə «İcarəgf» Cavabdeh4 Camaloviç arasında bağlanmış 06.11.2007-ci il tarixli 6428 J№-li Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsi sədrinin 06.11.2007-ci il tarixli 338 say lı Sərəncamına əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1446.0 kv.m təşkil edən, Müdafiə Nazirliyinin balansında olan qeyriyaşayış sahəsi xidmət məqsədilə Cavabdeh4 Camaloviçin müddətli, 06.11.2007-ci il tarixdən 06.05.2008-ci il tarixədək istifadəsinə verilmişdir. Həmin müqavilənin 1.3. bəndinə əsasən, əmlakın satış qiyməti 100 % ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır.

3. İş materiallarında olan, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsi tərəfindən Cavabdeh4 Camaloviçə, müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə, 21.01.2008-ci il tarixdə verilmiş 002995 qeydiyyat nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasın a dair şəhadətnamənin surətindən görünür ki, həqiqətən də Cavabdeh4 Camaloviç ünvan 1 ünvanında yerləşən, ümumi satış qiyməti 90288 manat təşkil edən 1 və 2 mərtəbəli ayrı tikililərdən ibarət, 1446.0 kv.m qeyri-yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almış və dövlət büdcəsinə 90.288 manat məbləğində pul köçürmüşdür.

4. İş materiallarında olan, «İcarəyəverən» Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsi ilə «İcarəçi» Cavabdeh4 Camaloviç arasında bağlanmış 08.02.2008-ci il tarixli 283 №-li «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi haqqında» müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsinin 08.02.2008-ci il tarixli 42 saylı Sərəncam ına əsasən, İcarəçinin xüsusi mülkiyyətində olan Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Zülqadayev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi ümumi sahəsi 12645.1 kv.m olan torpaq sahəsi əvəzi ödənilməklə müddətli, 08.02.2008-ci il tarixdən 08.08.2008-ci il tarixədək Cavabdeh4 Camaloviçin istifadəsinə verilmişdir.

5. İş materiallarında olan, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsi ilə Cavabdeh4 Camaloviç arasında bağlanmış 14.03.2008-ci il tarixli 1197 №-li Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsi tərəfindən verilmiş 21.01.2008-ci il tarixli 2995 saylı «Mülkiyyət hüququ haqqında» şəhadətnamə əsasında özəlləşdirilm iş Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Zülqadayev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən topaq sahəsinin tikinti və infrastruktura altında yerləşən hissəsi 11345.1 kv.m. sərbəst sahəsi 1300 kv.m. olmaqla, ümumi sahəsi 12645.1 kv.m təşkil edir. Həmin müqavilənin 1.2. bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi, 12645.1 kv.m torpaq sahəsini 18965 manata satmış, Cavabdeh4 Camaloviç isə torpaq sahəsini tam dəyərini ödəməklə satın almışdır. Müqavilənin 4.3. bəndindən görünür ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verildiyi gündən həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ «Alıcı»ya keçir.

6. İş materiallarında o lan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsi tərəfindən Cavabdeh4 Camaloviçə, torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə, 03.04.2008-ci il tarixdə verilmiş 001087 qeydiyyat nömrəli Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamənin surətindən görünür ki, həqiqətən də Cavabdeh4 Camaloviç ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi, ümumi satış qiyməti 18965 manat təşkil edən 12645.1 kv.m torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır.

7. İş materiallarına əlavə olunmuş, nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 Camaloviç 08.05.1957-ci il tarixdə Qurbanova (Babayeva) Cavqarat Orucovna ilə rəsmi nikaha daxil olmuşdur.

8. İşə əlavə olunmuş, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 21 dekabr 1928-ci il təvəllüdlü Cavabdeh4 Camaloviç 12 mart 2009-cu il tarixdə vəfat etmişdir.

9. İş materiallarına əlavə olunmuş, Bakı şəhəri 1 saylı Notariat kontorunun 27 yanvar 2015-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh4 Camaloviçin 12 mart 2009-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsə Cavabdeh1 ərizəsi əsasında Bakı şəhəri 1 saylı Notariat Kontorunda vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir.

10. İş materiallarına əlavə olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilm iş Seriya RX ******* və Seriya RX ******* №- li Çıxarışların notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 1,26451 ha torpaq sahəsindən ibarət ünvan 2 ünvanında yerləşən 1446.0 kv.m qeyri- yaşayış sahəsinin 3/4 hissəsi Cavabdeh1, 1/4 hissəsi isə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 1661 nömrəli vərəqində 20.06.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi, cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və X1rşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Müdafiə Nazirliyinə məxsus ünvan 3 ünvanda yerləşən Müdafiə Nazirliyinə məxsus «Mərdəkan 13A» hərbi şəhərciyinin 1446.0 m2 qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə X16 Komitəsi tərəfindən Cavabdeh4 Camaloviçə icarəyə verilməsi haqqında 06.11.2007-ci il tarixli 6428 nömrəli müqavilənin, Dövlət Əmlakının İdarə X16 Komitəsi tərəfindən Cavabdeh4 Camaloviçə əmlakın satılması haqqında 17.12.2007-ci il tarixli 2108 nömrəli müqavilənin, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 12645.1 m2 torpaq sahəsinin Dövlət Əmlakının İdarə X16 Komitəsi tərəfindən Cavabdeh4 Camaloviçə satılması barədə alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və Dövlət Əmlakının İdarə X16 Komitəsinin 21.01.2008-ci il tarixli 002995 nömrəli, 03.04.2008-ci il tarixli 001087 nömrəli şəhadətnamələrinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsi və ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış və torpaq sahəsinin Müdafiə Nazirliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı tələbi belə əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinə məxsus ünvan 3 ünvanında yerləşən Müdafiə Nazirliyinə məxsus «Mərdəkan 13A» hərbi şəhərciyinin 1446.0 kv.m qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin yerləşdiyi 12645.1 kv.m torpaq sahəsi Cavabdeh3 tərəfindən mülki şəxs Cavabdeh4 Camaloviçə satılaraq özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən, hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçü n verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidentinin fərmanı 04.08.1999 nömrə 176) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən, dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar, dövlət müəssisəsi, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi lahiyələşdirilmiş torpaqlar dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Həmin torpaqlar bu Məcəllədə və digər normativ hüquq aktlarda müəyyən olunmuş qaydada istifadəyə v ə icarəyə verilə bilər. Qeyd olunan maddənin 4-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Müvafiq icra hakimiyyəti orqanları dedikdə, qanunverici Azərbaycan Respublikasının Nazirlər Kabinetini, Ekologiya və Təbii Sərvətlər Nazirliyini, İqtisadi İnkişaf Nazirliyini və yerli icra hakimiyyəti orqanlarını nəzərdə tutur. Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının siyahısı müəyyən edilmişdir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, dövlət mülkiyyətində saxlanılan və özəlləşdirilməsi qadağan olunmuş əmlak növləri sırasında Azərbaycan Respublikasın ın müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur. Qeyd olunan Qanunun 31-ci maddəsinə əsasən, həmin qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Həmin qanunun 30-cu maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. Məhkəmə araşdırması zamanı mübahisə predmetinin mülkiyyətçisi olmuş Cavabdeh4 Camaloviçin 12 mart 2009-cu il tarixdə öldüyü və həmin əmlakın onun hüquq varisləri, paylı mülkiyyətçi lər olan Cavabdeh1 və X4 mülkiyyətinə keçməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilmiş, bu səbəbdən də Cavabdeh4 Camaloviç hüquq varisləri Cavabdeh1 və X10 ilə əvəz olunmuşdur. Hazırki iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir, belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2014-cü ildə eyni iddia ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, lakin analoji iddia tələbləri üzrə iddiaların mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğundan mümkün sayılmamaları səbəbindən, iddia ərizəsini geri götürmüş və sonradan rayon məhkəməsində hazırda baxılan iddianı irəli sürmüşlər.

13. Cavabdeh3 nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir k i, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh3nə qarşı özəlləşdirmənin etibarsız sayılması barədə iddia tələbinin yolverilməzliyinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı var. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh3nə qarşı eyni iddia tələbi ilə bağlı bir neçə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, həmin iddialara rayon (şəhər) məhkəmələrində baxıla bilməz, qeyd olunan məsələ inzibati orqanlar arasında həll olunmalıdır. Yalnız “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun tələbləri pozulduğu halda Müdafiə Nazirliyi iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Mübahisəli torpaq sahəsinə dair Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə X16 K omitəsinə ünvanladığı 24 sentyabr 2007-ci il tarixli məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan “Mərdəkan-13A” hərbi şəhərciyinin ərazisində yerləşən qeyriyaşayış binaları və 1,4 ha torpaq sahəsi uzun müddət təmirsiz qaldığına görə, aşınma nəticəsində istismara yararsız vəziyyətə düşmüşdür. Göstərilən qeyri-yaşayış sahəsinin bərpasının iqtisadi cəhətdən əlverişsiz olduğu, onun müdafiə təyinatlı olmadığı, gələcəkdə hərbi məqsədlə istifadəsinin perspektivsizliyi nəzərə alınaraq, həmin ərazi və binalardan daha səmərəli istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası qanunları çərçivəsində icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz edilməmişdir. Bundan sonra dövlət əmlakının (qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında 6428 nömrəli, 06 noyabr 2007-ci il tarixli müqaviləyə əsasən, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə X16 Komitəsi sədrinin 06.11.2007-ci il tarixli, 338 saylı sərəncamına əsasən, X təşkil edən Müdafiə Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə Cavabdeh4 Camaloviçin müddətli istifadəsinə verilmişdir. İcarəyə verilmiş əmlakın alqı-satqısına dair 2108 nömrəli, 17.12.2007-ci il tarixli müqaviləyə əsasən, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsi Bakı şəhəri, Əzizbəyov rayonu, X.m qeyri-yaşayış sahəsini Cavabdeh4 Camaloviçə satmışdır. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi haqqında 283 nömrəli, 08.02.2008-ci il tarixli müqaviləyə əsasən, X sahəsinin yerləşdiyi torpaq sahəsi əvəzi ödənilmə klə Cavabdeh4 Camaloviçin müddətli istifadəsinə verilmişdir. Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı haqqında 1197 nömrəli, 14.03.2008-ci il tarixli müqaviləyə əsasən, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsi Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Zülqadayev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsini Cavabdeh4 Camaloviçə satmışdır. Göründüyü kimi, qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Özəlləşdirilən dövlət obyektləri Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsinin sədrinin qəbul etdiyi qərar əsasında özəlləşməyə çıxarılır. Hesab edir ki, Müdafiə Nazirliyi ilk növbədə qeyd edilən qərarı müvafiq inzibati məhkəmədə müb ahisələndirməli idi. Hal-hazırkı iş üzrə mübahisəli obyekt də özəlləşməyə Komitə sədrinin qərarı əsasında çıxarılmışdır. Həmin obyektlə bağlı sonradan aparılan özəlləşdirmə prosesində qanunun heç bir tələbinin pozuntusuna yol verilməmişdir. Ona görə də, adıçəkilən qərarın qüvvədə olduğu müddətdə həmin qərar əsasında aparılmış sonrakı alqısatqının etibarsız hesab edilməsi qeyri-mümkündür.

14. Cavabdehlər Cavabdeh1 və X4 nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 24.09.2007-ci il tarixli, 417 nömrəli məktubla Dövlət Əmlakının İdarə X16 Komitəsinə müraciət edərək, Müdafiə Nazirliyinin balansında olan, ünvan 8ndə yerləşən daşınmaz əmlakın istifadəsiz olduğunu və onun icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz etmədi yini bildirmişdir. Dövlət əmlakına nəzarəti həyata keçirən, balans saxlayan və sərəncam verən orqan, yəni Dövlət Əmlakının idarə X16 Komitəsi Müdafiə Nazirliyinin yuxarıda qeyd edilən müraciəti nəzərə alınaraq, ünvan 8ndə yerləşən "Mərdəkan 13 A" 1446 kv.m. qeyri-yaşayış obyekti Cavabdeh4 Camaloviçə icarəyə verilmiş və sonradan həmin qeyri-yaşayış obyekti və yerləşdiyi torpaq sahəsi onun tərəfindən özəlləşdirilmişdir. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin mənasına görə "Hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. "Müdafiə Nazirliyinin balansında olması sübut edilməmiş mübahisəli torpaq və qeyri-yaşayış sahəsi ünvan 8ndə yerləşən "Mərdəkan 13 A" 1446 kv.m. qeyri-yaşayış sahəsi səmərəli istifadə məqsədi ilə DƏİEDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına qəbul edilmişdir. Həmin əmlak Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında 18.12.2007-cı il tarixli 163 saylı sərəncamına əsasən "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcarəyə ver ilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə"yə və "Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları"na uyğun olaraq özəlləşdirilmişdir. Bundan sonra mübahisəli obyekt 17.12.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 Camaloviçə satılmışdır. Mübahisəli əmlakın altında yerləşən torpaq sahəsi Cavabdeh4 icarəyə verildiyindən həmin torpaq sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq sahəsinin özəlləşdirilməsi haqqında 12.02.2007-ci il tarixli 47 saylı sərəncamına əsasən "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət proqramının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respu blikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında" əsasnaməyə uyğun olaraq Cavabdeh4 Camaloviçə satılmışdır. Dövlət mülkiyyətində olan əmlakların və torpaq sahəsinin icarəyə verilməsi və satılması Azərbaycan Respublikasının balans saxlayan Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aiddir. Belə ki, Cavabdeh4 Camaloviç tərəfindən özəlləşdirilmiş torpaq sahəsi hər hansı hərbi hissənin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olmadığına görə həmin torpaq sahəsinin özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının təsnifatına daxil edi lməsi əsassızdır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə istinad edərək, hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqların müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edildiyini qeyd etmişdir. İddiaçı eyni zamanda, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə istinad edərək, Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı olduğunu qeyd etmişd ir. Bununla əlaqədar bildirir ki, Torpaq Məcəlləsinin 23-cü maddəsində yalnız hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqların müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edildiyi qeyd edilmişdir. Lakin buna baxmayaraq, iddiaçı Cavabdeh4 Camaloviç tərəfindən özəlləşdirilmiş torpaq sahəsinin hansı hərbi hissənin, hərbi təhsil (təlim) müəssisəsinin, müdafiə və təhlükəsizlik orqanı müəssisə, idarə və ya təşkilatının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verildiyini sübut etməmişdir. Beləliklə, Cavabdeh4 Camaloviç tərəfindən özəlləşdirilmiş torpaq sahəsi Torpaq Məcəlləsinin 23-cü maddəsində qeyd edilmiş torpaq kat eqoriyasına aid deyildir və iddiaçının özəlləşdirilmiş torpaq sahəsini müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar kateqoriyasına daxil etməsi əsassızdır. Digər tərəfdən, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı təsnifatına daxildir. Cavabdeh4 Camaloviç tərəfindən özəlləşdirilmiş torpaq sahəsi hər hansı hərbi hissənin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olmadığına görə həmin torpaq sahəsinin özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının təsnifatına daxi l edilməsi əsassızdır. Göründüyü kimi, iddia yalnız iddiaçının mülahizələrinə əsaslanır və cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi, Cavabdeh1 və X10 tərəfindən hər hansı qanunvericilik norması pozulmamışdır. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, iddiaçı Müdafiə Nazirliyi Dövlət Əmlakının İdarə X16 Komitəsinə müraciət edərək, mübahisəli daşınmaz əmlakın icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 17.12.2014-cü il tarixli, 4072 saylı məktubundan görünür ki, keçmiş Bakı şəhəri XDS İK-nin (indiki BŞİH) 28.04.1937-ci il tarixli, 4 saylı, 12.05.1950-ci il tarixli, 67140 saylı, 10.04.1957-ci il tarixli, 17 saylı, 30.05.1950-ci il tarixli, 45 saylı, 02.10.1957-ci il tarixli, 5 saylı qərarları Dövlət Arxivinin Bakı filialında aşkar olunmamışdır. Bu da onu sübut edir ki, ünvan 8ndə yerləşən "Mərdəkan 13 A" 1446 kv.m qeyri-yaşayış sahəsi iddiaçı Müdafiə Nazirliyinin balansına aid deyildir. Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yol verdiyi qərəzli və qanuna zidd hərəkətləri və eyni zamanda, ədalətsiz və qanunsuz iddia tələbi nəticəsində cavabdehin qanunla qorunan hüquq və vəzifələri kobud şəkildə pozulmuşdur. Hüququn aliliyi və insan hüquqlarına hörmət X2 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Bundan başqa iddiaçı Müdafiə Nazirliyi Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 367, 367.1, 368, 372, 372.1, 372.2, 373-cü maddələrini n tələblərini kobud şəkildə pozaraq iddia müddətinin buraxılması hissəsinə riayət etmədən əsassız və qanunsuz iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı 8 il müddət ərzində hərəkətsizlik göstərmiş, mübahisəli torpaq və qeyri-yaşayış sahəsi ilə bağlı tələb qaldırılmamış, ona dəymiş ziyanın ödənilməsinə çalışmamış, mütəmadi olaraq buna cəhd göstərilməmiş, iddia müddəti qəsdən buraxılmış, kortəbii olaraq əsassız iddia tələbinə və mülahizələrə əsaslanmış, iddia müddətini buraxmaqla və iddia tələbini irəli sürməklə iddiaçı cavabdehlərin hüquq və haqq-ədalət (bərabər mənafelərə, bərabər münasibətə) prinsiplərini və konstitusion hüquqlarını pozmuşdur. İddia müddətinin keçməsi iddiaçının iddia müddətinin buraxılması ilə verdiyi hazırki iddia tələbinin rədd edilməsi üçün əsasdır.

15. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim R.Həsənov) 23 dekabr 2015-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

16. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddia tərəfinə ünvan 4 ünvanında yerləşən 1446.0 kv.m qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi ümumi sahəsi 12645.1 kv.m olan torpaq sahəsinin Müdafiə Nazirliyinin balansına verilməsi barədə müvafiq sənədlərin məhkəməyə təqdim olunması təklif olunmuş, lakin mübahisəli qeyri-yaşayış və torpaq sahəsinin həqiqətən Müdafiə Nazirliyinin balansına verilməsini, həmin sahələrin müdafiə təyinatlı olmasını və hərbi məqsədlə istifadə edilməsinə icazə verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsi (hazırda Cavabdeh3) qan unvericiliklə ona verilmiş səlahiyyətlər hüdudunda qanunamüvafiq qaydada hərəkət edərək, Cavabdeh4 Camaloviçin icarəsinə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1446.0 kv.m təşkil edən qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ümumi sahəsi 12645.1 kv.m olan torpaq sahəsini 17.12.2007-ci il tarixli 2108 №-li və 14.03.2008-ci il tarixli 1197 №-li alqı-satqı müqavilələrinə əsasən Cavabdeh4 Camaloviçə satmış və sonuncu özəlləşdirilən həmin dövlət əmlaklarının razılaşdırılmış və müqavilə ilə nəzərdə tutulmuş haqqını tam ödəmişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsi özəlləşdirilməsi qadağan hesab edilməyən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 1446.0 kv.m təşkil edən qeyriyaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin yerləşdiy i ümumi sahəsi 12645.1 kv.m olan torpaq sahəsini Cavabdeh4 Camaloviçə satarkən öz səlahiyyətləri, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin razılığı və müqavilə azadlığı prinsipi çərçivəsində hərəkət etmiş, 17.12.2007-ci il tarixli 2108 №-li və 14.03.2008-ci il tarixli 1197 №-li alqı-satqı müqavilələrində hər iki tərəfin iradəsi tam ifadə olunmuş, həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində göstərilmiş əsasların heç biri mövcud olmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və S.Hacıyev) 18 aprel 2016-cı il tarixli, X nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respub likası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 23.12.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh1 və X1rşı “müqavilələrin etibarsız hesab edilməsi, şəhadətnamələrin və çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahəsinin qaytarılması” tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olmuş ünvan 3 ünvanda yerləşən “Mərdəkan 13A” hərbi şəhərciyinin 1446,0 m2 qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə X16 Komitəsi tərəfindən Cavabdeh4 Camaloviçə icarəyə verilməsi haqqında 06.11.2007-ci il tarixli 6428 saylı müqavilə, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə X16 Komitəsi tərəfindən Cavabdeh4 Camaloviçə əmlakın satılması haqqında 17.12.2007-ci il tarixli 2108 saylı müqavilə, ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsinin yerləşdiyi 12645,1 m2 torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə X16 Komitəsi tərəfindən Cavabdeh4 Camaloviçə satılması barədə alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə X16 Komitəsinin 21.01.2008-ci il tarixli X saylı; 03.04.2008-ci il tarixli 001087 saylı şəhadətnamələri, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarışlar ləğv edilmiş və ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış və torpaq sahəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qaytarılması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiyevin Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsinə ünvanlandığı 24.09.2007-ci il tarixli 417 nömrəli məktubdan göründüyü kimi, ünvan 3 ünvanda yerləşən «Mərdəkan 13A» hərbi şəhərciyinin 1446.0 m2 qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin yerləşdiyi 12645.1 m2 torpaq sahəsi müdafiə təyinatlı torpaq sahəsi olmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olmuşdur. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh3 göndərdiyi 15.04.2016-cı il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsinin Müdafiə Nazirliyinin balansında olan d aşınmaz dövlət əmlakı haqqında reyestrdən çıxarışdan aydın görünür ki, ünvan 3 ünvanda yerləşən «Mərdəkan 13A» hərbi şəhərciyinin 1446.0 m2 qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin yerləşdiyi 12645.1 m2 torpaq sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olmuşdur. ünvan 3 ünvanında yerləşən «Mərdəkan 13A» hərbi şəhərciyinin 1446.0 m2 qeyri-yaşayış sahəsi və qeyri-yaşayış sahəsinin yerləşdiyi 12645.1 m2 torpaq sahəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olması öz təsdiqini tapmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 12645.1 m2 torpaq sahəsinin Müdafiə Nazirliyinin balansında olması, müdafiə və təhlükəsizlik təyinatlı torpaq hesab edilməsi, həmçinin həmin qeyri-yaşayış sahəsinin dövlət mülkiyyətində saxlanılan və özəlləşdirilməsi qadağan olunmuş əmlak növləri sırasına daxil olması səbəbindən Dövlət Əmlakının İdarə X16 Komitəsi ilə Cavabdeh4 Camaloviç arasında bağlanan alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Xələfov) X nömrəli iş üzrə 23 dekabr 2016-cı il tarixli qərarı ilə cavabdehlər X5 və X4 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2016-cı il tarixli, X nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsa slandırma ilə razılaşmışdır. ç) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda icraat

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh3nə, Cavabdeh4 Camaloviçə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, şəhadətnamələrin və çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə və 60-cı maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən d üşmüş hesab edilmiş, işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

22. Qərar belə əsaslandırılmışdır ki, Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakın siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur. Lakin mülki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçı tərəfindən mübahisəli əmlakın məhz müdafiə və sərhəd qoşunlarının operativ istifadəsində olmasını təsdiqləyən hər hansı sübut təqdim edilmədiyi halda apellyasiya instansiyası məhkəməsi yalnız mübahisəli əmlakın Müdafiə Nazirliyinin balansında olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu qənaətinə gələrək Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 31-ci maddəsinə istinad edərək bağlanmış alğısatqı müqavilələrini etibarsız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mübahisəli müqavilələrin isə qeyd olunan tələblərə uyğun olmadığı qənaətinə gələrək apellyasiya instansiyası məhkəməsi tərəflər arasında müb ahisəli əmlaka dair bağlanmış alğı-satqı müqavilələrini etibarsız hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 16.1.6-cı, 22.1-ci, 29.1-ci maddələrinə, İİ Dövlət Proqramının 1.1-ci, 4.6.5-ci, 9.1-ci bəndlərinə, Mülki Məcəllənin 567-ci, 568.1-ci, 646.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, Dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh4 icarəsinə verilmiş mübahisə predmetini təşkil edən əmlaka dair sonuncu ilə bağladığı alğı-satqı müqavilələrinin qeyd olunmuş qanunvericilik aktlarının hər hansı imperativ qaydasına zidd olmasına dair hər hansı dəlil mövcud olmadığı halda apellyasiya instansiyası məhkəməsi həmin müqavilələri etibarsız hesab etmişdir. Konstitusiya Məhkəməsinin P lenumu həmçinin qeyd etmişdir ki,Əmlak Məsələləri Dövlət Komitəsininmübahisəli əmlakın özəlləşdirilməsi ilə bağlı sərəncamına əsasən bağlanmış alğı-satqı müqaviləsinə etimad göstərilməli və vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında əldə etdiyi mülkiyyət hüququ qorunmalıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu formalaşdırdığı hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun X və Xun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, Xun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə cavabdehin irəli sürdüyü dəlilləri nəzərə almadan iddia tələbini təmin etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən həm də Mülki Məcəllənin 373.2 və 377.1-ci maddələrinə əsaslanmaqla iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Lakin qeyd edilməlidir ki, Mülki Məcəllənin 373.2-ci maddəsi müqavilə tələbləri üzrə iddia müddəti ilə bağlı məsələləri tənzimləyir. Həmin maddəyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Halbuki, Müdafiə Nazirliyinin iddiası müqavilənin etibarsız hesab edilməsi ilə bağlı olduğundan bu tələbə etibarsız əqdlər üzrə müddətləri tənzimləyən Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq edilməlidir. Həmin maddəyə görə maraqlı şəxs əqdin etibarsız hesab edilməsinə əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia, onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mübahisəli əmlaka dair bağlanan əqdin etibarsız hesab edilməsi üçün müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, X11 Əmlakının İdarə X16 Komitəsinə ünvanlandığı 24 sentyabr 2007-ci il tarixli 417 nömrəli məktubunda Müdafiə Nazirliyinin balansında olan qeyri-yaşayış binaları və 1.4 ha torpaq sahəsinin uzun müddət təmirsiz qalması səbəbindən aşınma nəticəsində istismara yararsız vəziyyətə düşməsini və sahənin bərpasının iqtisadi cəhətdən əlverişsiz olmasını, onun müdafiə təyinatlı olmamasını, gələcəkdə hərbi məqsəd üçün istifadəsinin perspektivsizliyini nəzərə alaraq, həmin ərazi və binalardan daha səmərəli istifadə etmək məqsədi ilə Azərbaycan Re spublikası qanunları çərçivəsində icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz edilməməsi bildirilmişdir. d) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun X nömrəli, 18 sentyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin X saylı, 23 dekabr 2016-cı il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2016-cı il tarixli X nömrəli qətnaməsi ləğv edilərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

24. Qərar Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə uyğun əsaslandırılmışdır. e) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), Ş.M əmmədova və M.Məmmədov) 01 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin Xnömrəli, 23 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. Azərbaycan Respublikası Müdafiə Nazirliyi kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin nümayəndəsi tərəfindən məhkəmə təqdim edilmiş 01.02.2 021-ci il tarixli 11/378 nömrəli vəsatətdə, iddiaçının, qaldırılan məsələyə mənfi münasibəti barədə məlumat verilmiş, göstərilən qaydada əvəz etmənin qanunsuz olması barədə bildirilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 72.3-cü maddəsinə əsasən ölmüş və ya müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxsin nümayəndəsi qismində iştirak edən vərəsə, vərəsəlik heç kim tərəfindən qəbul edilməmişsə, miras əmlakın saxlanılması və idarə olunması üçün təyin edilmiş şəxs və ya himayəçi iş üzrə varisin nümayəndəsi kimi çıxış edir. Həmin Məcəllənin 254.1.1-ci maddəsinə (Məhkəmənin icraatı dayandırmaq vəzifəsi) əsasən işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya İş də tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə hakim iş üzrə icraatı dayandırmalıdır. Vəsatətlə, həmçinin mübahisəli əmlakın 3/4 hissəsinin payı mərhum Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə məhkəməni məlumatlandırmaqla, Azərbaycan Respublikası MPM-nin 72.3 və 254.1.1-ci maddələrini rəhbər tutaraq, Cavabdeh1 əmlakının hüquq varisliyi məsələsi həll olunanadək X nömrəli mülki iş üzrə icraatın dayandırılmasına dair qərardadın qəbul edilməsi xahiş olunmuşdur. Lakin məhkəmə, qanunvericilikdə məsələni tənzimləyən normaya riayət etmədən, Müdafiə Nazirliyinin vəsatətini təmin etməmiş, X4 Cavabdeh1 prosessual hüquq varisliyini tanımışdır. Məhkəmə hətta mülki iş üzrə olan təcrübəni belə nəzərə almamışdır. Halbuki qətnamənin 3-cü səhifəsində, Xəzər rayon məhkəməsində mülki işə baxılması ba rədə məlumat verərkən göstərmişdir ki, “mübahisə predmetinin mülkiyyətçisi olmuş Cavabdeh4 Camaloviçin 12 mart 2009-cu il tarixdə öldüyü və həmin əmlakın onun hüquq varisləri, paylı mülkiyyətçilər olan Cavabdeh1 və X4 mülkiyyətinə keçməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilmiş, bu səbəbdən də Cavabdeh4 Camaloviç hüquq varisləri Cavabdeh1 və X10 ilə əvəz olunmuşdur." Birinci instansiyası məhkəməsi qanunvericiliyin tələblərinə riayət edərək mübahisəli əmlak üzrə hüquqları artıq qeydə alınmış şəxslərin hüquqi varis hesab etdiyi halda, apellyasiya instansiyası məhkəməsinin vəfat etmiş 2-ci cavabdehin vərəsələri müəyyən edilmədiyi bir zaman məhkəmə işində prosessual hüquq varisliyin in müəyyən edilməsi qanunsuz idi və anlaşılan deyil. Məhkəmənin qətnaməsində göstərilmişdir ki, “Şərh olunanlar kontekstində işin faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərdən keçirən kollegiya hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsi özəlləşdirilməsi qadağan hesab edilməyən ünvan 5ndə yerləşən ümumi sahəsi 1446.0 kv.m təşkil edən qeyri- yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ümumi sahəsi 12645.1 kv.m olan torpaq sahəsini Cavabdeh4 Camaloviçə satarkən öz səlahiyyətləri, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin razılığı və müqavilə azadlığı prinsipi çərçivəsində hərəkət etmiş, 17,12.2007-ci il tarixli 2108 N°-li və 14.03.2008-ci il tarixli, 1197 №-li alqı-satqı müqavilələrində hər iki tərəfin iradəsi tam ifadə olunmu ş, həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində göstərilmiş əsasların heç biri mövcud olmamışdır.” İddiaçı buna etiraz edib bildirir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinin (Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar) 1-ci bəndinə əsasən hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Həmin Məcəllənin 46cı maddəsinə {Dövlətin torpaq üzərində mülkiyyət hüququ haqqında) əsasən dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlər inin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin maddənin 2-ci hissəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Qeyd olunan maddənin 4-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının siyahısı müəyyən edilmişdir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən dövlət mülkiyyətində saxlanılan və özəlləşdirilməsi qadağan ol unmuş əmlak növləri sırasında Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 20 sentyabr tarixli, 349 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 2-1-ci bəndinin yeddinci cümləsində nəzərdə tutulmuş xüsusi əhəmiyyətli dövlət obyektlərinin Siyahısı”nın 5-ci bəndinə əsasən müdafiə və təhlükəsizlik orqanlarının hərbi hissələri, xüsusi təyinatlı təhsil (təlim) müəssisələri, idarələri, təşkilatları, Silahlı qüvvələrin döyüş mövqeləri, İdarəetmə məntəqələri, telekommunikasiya qurğuları, radiotexniki sistemlər, bazalar, poliqo nlar və hərbi təyinatlı digər qurğular xüsusi əhəmiyyətli dövlət obyektlər hesab edilmişdirlər. Göstərilən normativ hüquqi aktların tələblərini nəzərə almayan məhkəmə, Müdafiə Nazirliyinin balansında, operativ istifadəsində olan, habelə xüsusi əhəmiyyətli dövlət obyektlərinin siyahısına daxil edilən torpaq sahəsini, öz şəxsi mülahizələrinə əsaslanaraq, özəlləşdirilməsi qadağan hesab edilməyən torpaq sahələri” kateqoriyasına aid edilməsi anlaşılan deyil və qanunsuzdur. Digər tərəfdən Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən həmin Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanılmış əqdin etibarsız hesab edilməsi üçün əsa sdır. Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması ilə həyata keçirilmiş Müdafiə Nazirliyinin balansında olan dövlət əmlakının özəlləşdirilməsi kimi mötəbər hala hüquqi qiymət verməmiş, məhkəmə əsassız olaraq alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337349-cu maddələrində göstərilmiş əsasların heç biri mövcud olmaması qənaətinə gəlmişdir. İddiaçı hesab edir ki, göstərilən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir və bu hal Müdafiə Nazirliyinin maraqlarına uyğun olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmənin qətnaməsində göstərilmişdir ki, “Beləliklə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mübahisələndirilməyən 24 sentyabr 2007-ci il tari xli, 417 №-li məktubuna əsasən müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən 1446.0 kv.m qeyri- yaşayış sahəsi və onun yerləşdiyi ümumi sahəsi 12645.1 kv.m olan torpaq sahəsi istismara yararsız vəziyyətdə olduğundan bərpası iqtisadi cəhətdən əlverişsiz hesab edilmiş və həmin əmlaklar müdafiə təyinatlı olmaması, gələcəkdə də hərbi məqsədlə istifadəsinin perspektivsizliyi nəzərə alınaraq, daha səmərəli istifadə etmək üçün özəlləşdirmə üçün açıq elan edilən obyektlər olmuşlar.” Qeyd olunanları əsassız hesab edərək iddiaçı bildirir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinin 3-cü bəndinə əsasən müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Həmin Məcəllənin 9-cu maddəsinin (Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi) 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 176 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Müdafiə Nazirliyini n balansında olan mübahisəli torpaq sahəsinin təyinatı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dəyişdirilməmiş, torpaq sahəsi müdafiə təyinatlı olaraq qalmaqdadır. Belə olan halda isə qeyd olunan torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı bağlanmış əqdlər qanunsuzdur. Qeyd olunan mötəbər hallara məhkəmələr tərəfindən hüquqi qiymət verilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinin 8-ci bəndinə əsasən müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasının 1999-cu il 25 İyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Res publikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının 3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, həmin Məcəllənin 23-cü maddəsinin 8-ci bəndində müəyyən edilməsi nəzərdə tutulmuş müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaların təsdiq edilməsi barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 07 fevral tarixli 17-1 nömrəli Qərarı ilə Müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması Qaydaları”nın təsdiq edilməsinə baxmayaraq, qeyd olunan Qaydalarda müdafiə və təhlükəsizlik ehtiyacları üçün ayrılmış və istifadə olunmayan torpaq sahələrinin təhvil verilməsi qaydaları müəyyən edilməmişdir. Qaydaların müəyyən edilmədiyi bir zaman Müdafiə Nazirliyinin istifadəsindən müdafiə təyinatlı torpaq sahəsinin geri götürülməsi, daha sonra isə özəlləşdirilməsi qanunsuz olmuşdur və qeyd olunan mötəbər hallara məhkəmələr tərəfindən hüquqi qiymət verilməmişdir. Lakin təsüflər olsun ki, nə özəlləşdirməni həyata keçirən orqan, nə də məhkəmələr tərəfindən qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilməmiş, yuxanda qeyd olunan qərarın olmamasını nəzərə almamışlar. Qeyd olunanları araşdırıb, qətnamədə əsaslandırılması əvəzinə, məhkəmə 24 sentyabr 2007-ci il tarixli, 417 №-li məktubu və onda göstərilənlər üzərində cavabdehlərin müdafiəsini təşkil edərək əsassız qənaətə gəlmişdir. Müdafiə Nazirliyinin öz hüququnun pozulduğunu bildiyi vax tdan (daşınmaz əmlakla bağlı olan hazırki mübahisədə maraqlarına toxunan yazışma nəticəsində), yəni əqdlərin bağlanması və nəticədə istifadəsində olan əmlakın özgəninkiləşdirilməsi haqqında müvafiq sənədlərin olması barədə 2014-cü ilin aprel ayında məlumatlı olmuşdur. Odur ki, qanunla müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Məhkəmənin qətnaməsində əsassız olaraq göstərilmişdir ki, “Həmçinin kollegiya xüsusilə vurğulayır ki, Müdafiə Nazirliyi nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə mübahisəli torpaq sahəsinin hazırda nazirliyin faktiki istifadəsində olması barədə sübut təqdim edə bilməmişdir.” Bununla əlaqədar iddiaçı bildirir ki, Müdafiə Nazirliyinin Abşeron rayon Mənzil-İstismar hissəsinin 1999-cu il inventarizasiya albomunun (inventar № 43) 12 3-cü səhifəsinə olan qeydlərə istinadən “Mərdəkan 13A” hərbi şəhərciyin yerləşdiyi ünvan 8 ünvanındakı torpaq sahəsinin Azərbaycan SSR Nazirlər Sovetinin 24.12.1968-ci il tarixli 607 nömrəli qərarı əsasında ayrılması barədə məhkəməyə məlumat verilmişdir. Torpaq sahəsinin Müdafiə Nazirliyinin istifadəsində olmasının təsdiq edilməsi üçün apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə prosesinin bütün iştirakçılarına yerində baxışın keçirilməsi tərəfimizdən təklif olunmuşdur. Buna istinadən məhkəmənin qeyd olunan vurğulanması əsassızdır. Beləliklə, məhkəmə tərəfindən normativ-hüquqi aktların müddəalarının səhv təfsir etməsi, mötəbər hallara qiymət verməməsi, mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və iş üçün əhəmiyyətli olan halların sübut olunmaması məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar yaradır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Ş.Baxşıyev, nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

31. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Ç.Kazımzadə və vəkili M.Əliyev kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.

32. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü ma ddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

35. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

36. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qayt armağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya in stansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qə tnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq yuxarıda göstərilən faktiki halları müəyyən etmişlər (§ 15).

44. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi də tərəflərin bağladıqları müqavilənin bağlanması zamanı hər hansı qanunsuzluğa yol verilmədiyini və onun tərəflərin iradə ifadəsinə uyğun olduğunu vurğulamaqla iddia tələbinin əsaslı olmadığı nəticəsinə gəlmişdir.

45. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10-cu maddəsinin 1-ci bəndinə əsasən, torpaqların məqsədli təyinat ı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

46. Həmin Məcəllənin 10-cu maddəsinin 4-cü bəndinə əsasən, torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbiitəsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir.

47. Həmin Məcəllənin 23-cü maddəsinin 1-ci bəndinə əsasən, hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir.

48. Həmin Məcəllənin 23-cü maddəsinin 3-cü bəndinə əsasən, müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

49. Həmin Məcəllənin 23-cü maddəsinin 8-ci bəndinə əsasən, müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

50. İşin müəyyən olunmuş hallarına əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan «Mərdəkan-13A» hərbi şəhərciyin in ərazisində olan, ünvan 9 ünvanında yerləşən 1446.0 kv.m qeyri-yaşayış sahəsi və onun yerləşdiyi ümumi sahəsi 12645.1 kv.m olan torpaq sahəsi uzun müddət təmirsiz qalması və aşınma nəticəsində istismara yararsız vəziyyətə düşmüş, ona görə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyri-yaşayış sahəsinin bərpasının iqtisadi cəhətdən əlverişsiz olduğunu, onun müdafiə təyinatlı olmamasını, gələcəkdə hərbi məqsədlə istifadəsinin perspektivsizliyini nəzərə alaraq, həmin ərazi və binalardan daha səmərəli istifadə etmək məqsədilə Azərbaycan Respublikası qanunları çərçivəsində icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz etməmiş və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin dövrdəki səlahiyyətli şəxsi (Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Səfər Əbiye v) hazırda mübahisələndirilən qeyri-yaşayış sahəsi və torpaq sahəsinin özəlləşdirilməsinə razı olmasını Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Döblət Komitəsinin sədrinə 24 sentyabr 2007-ci il tarixli, 417 nömrəli məktubla bildirmişdir. 51. ünvan 7 ünvanında yerləşən 1446.0 kv.m qeyri-yaşayış sahəsi və onun yerləşdiyi ümumi sahəsi 12645.1 kv.m olan torpaq sahəsinin özəlləşdirilməsinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin etiraz etməməsinə dair 24 sentyabr 2007-ci il tarixli, 417 №-li məktub, o cümlədən, həmin məktubun səlahiyyətli şəxs tərəfindən imzalanması və həmin səlahiyyətli şəxs tərəfindən mübahisəli əmlakın müdafiə təyinatlı olmadığının göstərilməsi iddiaçı tərəfdən mübahisələndirilməmiş və məhkəmə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mü bahisəli qeyri-yaşayış sahəsi və torpaq sahəsinin özəlləşdirilməsinə nazirliyin buna səlahiyyəti olan şəxsi tərəfindən razılıq verilməsini işin mübahisəsiz halı kimi qəbul etmişdir. 52. Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsindən görünür ki, dövlət əmlakının özəlləşdirilməsi dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir və həmin Qanunun 2.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqda n ibarətdir.

53. Beləliklə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mübahisələndirilməyən 24 sentyabr 2007-ci il tarixli, 417 №-li məktubuna əsasən müəyyən edilir ki, ünvan 10 ünvanında yerləşən 1446.0 kv.m qeyri-yaşayış sahəsi və onun yerləşdiyi ümumi sahəsi 12645.1 kv.m olan torpaq sahəsi istismara yararsız vəziyyətdə olduğundan bərpası iqtisadi cəhətdən əlverişsiz hesab edilmiş və həmin əmlaklar müdafiə təyinatlı olmaması, gələcəkdə də hərbi məqsədlə istifadəsinin perspektivsizliyi nəzərə alınaraq, daha səmərəli istifadə etmək üçün özəlləşdirmə üçün açıq elan edilən obyektlər olmuşlar. 54. Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı maddəsindən görünür ki, dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri icarəyə verilmiş dövlət əml akının satışıdır.

55. Həmin Qanunun 22.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirilmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir.

56. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır.

57. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçir ilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsidir.

58. X12 4.6.5. bəndinə əsasən, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair bu kimi amillər nəzərə alınmaqla Dövlət Əmlakının İdarə X16 Komitəsi tərəfindən özəlləşdirilərkən icarəyə verilmiş əmlak 100 % dəyəri ilə icarəçiyə təklif olunur, icarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir.

59. X12 9.1. bəndinə əsasən, özəlləşdirilən dövlət mü əssisə və obyektlərinin, habelə fiziki və qeyridövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri qanunvericiliyə uyğun olaraq Dövlət Əmlakının İdarə X16 Komitəsi tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə satılır. Bu sahədə məhdudiyyətlər olduqda torpaq sahələrinin verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

60. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsi (hazırda Cavabdeh3) qanunvericiliklə ona verilmiş səlahiyyətlər hüdudunda qanuna müvafiq qaydada hərəkət edərək, Cavabdeh4 Camaloviçin icarəsinə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1446.0 kv.m təşkil edən qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ümumi sahəsi 126 45.1 kv.m olan torpaq sahəsini 17.12.2007ci il tarixli 2108 №- li və 14.03.2008-ci il tarixli 1197 №-li alqı-satqı müqavilələrinə əsasən Cavabdeh4 Camaloviçə satmış və sonuncu özəlləşdirilən həmin dövlət əmlaklarının razılaşdırılmış və müqavilə ilə nəzərdə tutulmuş haqqını tam ödəmişdir.

61. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcu dluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3təhdid edilmə (hədələnmə). Aldatma, əqdin tərəflərindən birində qəsdən səhv bir qənaət və təsəvvür əmələ gətirərək, ya da ondakı səhv qənaət və təsəvvürü davam etdirərək onun həmin bu səhv təsəvvürə görə əqd bağlamasına səbəb olmaqdır.

62. Baxılan işin halları üzrə apellyasiya kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə X16 Komitəsi özəlləşdirilməsi qadağan hesab edilməyən Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsi Zülqaydayev küçəsində yerləşən ümumi sahəsi 1446.0 kv.m təşkil edən qeyri-yaşayış sahəsini və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ümumi sahəsi 12645.1 kv.m olan torpaq sahəsini Cavabdeh4 Camaloviçə satarkən öz səlahiyyətləri, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin razılığı və müqavilə azadlığı prinsipi çərçivəsində hərəkət etmiş, 17.12.2007-ci il tarixli 2108 №-li və 14.03.2008-ci il tarixli 1197 №-li alqı-satqı müqavilələrində hər iki tərəfin iradəsi tam ifadə olunmuş, həmin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337349-cu maddələrində göstərilmiş əsasların heç biri mövcud olmamışdır.

63. Apellyasiya məhkəməsi xüsus ilə vurğulamışdır ki, Müdafiə Nazirliyi nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə mübahisəli torpaq sahəsinin hazırda nazirliyin faktiki istifadəsində olması barədə sübut təqdim edə bilməmişdir. Halbuki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir (§ 37-38).

64. Apellyasiya məhkəməsi iddiaçının iddia müddətini ötürmüş olması barədə birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab edərək bildirmişdir ki, X11 Əmlakının İdarə X16 Komitəsinə ünvanlandığı 24 sentyabr 2007-ci il tarixli 417 nömrəli məktubunda Müdafiə Nazirliyinin balansında olan qeyri-yaşayış binaları və 1.4 ha torpaq sahəsinin uzun müd dət təmirsiz qalması səbəbindən aşınma nəticəsində istismara yararsız vəziyyətə düşməsini və sahənin bərpasının iqtisadi cəhətdən əlverişsiz olmasını, onun müdafiə təyinatlı olmamasını, gələcəkdə hərbi məqsəd üçün istifadəsinin perspektivsizliyini nəzərə alaraq, həmin ərazi və binalardan daha səmərəli istifadə etmək məqsədi ilə Azərbaycan Respublikası qanunları çərçivəsində icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz edilməməsi bildirilmişdir. Göründüyü kimi sözügedən məktub məhz mübahisəli əmlakın özəlləşdirilməsinə razılığın verilməsi barədə olmuş və kollegiyanın qənaətinə görə Müdafiə Nazirliyi məktubun verildiyi 24 sentyabr 2007-ci il tarixdən həmin əmlakın özəlləşdirilməsindən (satılmasından) xəbərdar olmalı idi və olmuşdur. Bununla belə iddia ərizəsi ilə 31.10.2014-cü il tarixdə (müqavilə bağlandıqdan təxmini 7 il sonra) məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

65. Apellyasiya kollegiyası onu da qeyd etmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daş ıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

66. Ko llegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. 67. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və əsaslandırması bu iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərarındakı hüquqi mövqelərə uyğun olduğu üçün kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

68. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

69. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-849/2021 nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar