Məhkəmə qərarları › İş №2(102)-4158/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4158/2023

14.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4158/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh2nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13, X14 və X18) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunmasından imtina edilməsi hərəkətinin qanunsuz hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh2nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13, X14 və X18) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunmasından imtina edilməsi nə dair hərəkətinin qanunsuz hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3661/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasporta əsasən Binəqədi rayonu, Kirov qəsəbəsi, Məmmədyarov küçəsi, 38 saylı evə dair X25 adına 1964-cü ildə texniki pasport tərtib olunmuşdur.

2. X29 xx.xx.1988-ci il tarixdə ölmüşdür.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-405/2**0 saylı 02.05.2**0-ci il tarixli qətnaməsi ilə X9 X15 qarşı “yaşayış sahəsindən və həyətyanı sahədən istifadə qaydasının müə yyən edilməsi” tələbinə dair iddiası təmin edilərək, evdən istifadə qaydası müəyyən edilməklə, X9 20 kv.metr olan yaşayış otağından və sahəsi 12 kv.metr olan verandadan; X10 və F.A.Yeniskanyanın isə sahəsi 20 və 12 kv.metr olan 2 yaşayış otağından və sahəsi 18 kv.metr olan verandadan; X11 isə sahəsi 24 kv.metr olan yaşayış otağından və sahəsi 12 kv.metr olan verandadan istifadə etmələri qət edilib.

4. X20 xx.xx.2012-ci il tarixdə ölmüşdür.

5. Cavabdeh2 xüsusi notariusu İ.B.Hüseynovun X-136 saylı xx.xx.2017-ci il tarixli qərarına əsasən, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küşəsi, 1 saylı evin 5 saylı mənzilində qeydiyyatda olan İddiaçı qardaşı X7 miras qalmış Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, dalan-2, 4 saylı evindən mirasın qəbul edilməsi, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli ərizəsi üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən mülkiyyətin hüquq müəyyənedici sənədinin olmaması, mərhumun digər vərəsələrinin (bacı və qardaşları) müəyyən edilməsinə dair sənədlərinin təqdim edə bilməməsi səbəbindən imtina etmişdir.

6. İddiaçı, cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X10 vərəsəsi olaraq tanınması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2405/2**0 saylı 02.05.2**0-ci il tarixli qətnaməsi ilə miras qoyanın istifadəsinə və sahibliyinə verilmiş və vəfatından sonra miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə (20 və 12 kv.m yaşayış otaqları,18 kv.m veranda) vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılm asını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 04.12. 2017-ci il tarixli, 2(**1)-13621/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh X. Hüseynovanın nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 25 May 2018-ci il tarixli, 2(103)-4360/2018 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli ev özbaşına tikili olduğundan miras, əmlak sayıla bilməz. Ali Məhkəmənin 19 noyabr 2018-ci il tarixli, 2(102)-7.630/2018 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi dəyişdirlilmədən saxlanılmışdır.

7. Bundan başqa iddiaçılar X13, Hüseynzadə Rəşid oğlu və X18 cavabdehlər İddiaçı və X16 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin zəbt etdikləri ünvan 2 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılması tələbinə dair iddia vermişlər. Həmin işə baxılarkən X19 və X1 Hüseynovaya, Hüseyn Hüseynzadəyə və Zeynəb Hüseynzadəyə qarşı qarşılıqlı iddia verərək, Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi, döngə 2, ev 4 ünvanında yerləşən, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X10 istifadəsinə verilmiş və onun ölümündən sonra onların yaşadığı yaşayış sahəsi üzərində hüquqları məhdudlaşdıran hərəkətlərin qanunsuz hesab edilməsi, müdaxilələrin aradan qaldırılması və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2(**1)–3650/2019 nömrəli qətnaməsi ilə iddia tələbləri rəd d edilmişdir. Həmin qətnamədən tərəflər apelyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-10521/2019 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti rədd, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən yaşayış sahəsi üzərində İddiaçı və Nərgiz Şərifovanın hüquqlarını məhdudlaşdıran və Binəqədi Rayon Məhkəməsinin 02.05.2**0-ci il tarixli qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilməklə Xura man Hüseynova, Hüseyn Hüseynzadə və Zeynəb Hüseynovanın hərəkətlərinin qanunsuz hesab edilməsi, bu cür hərəkətlərə son qoyulması, həmçinin İddiaçı və Nərgiz Şərifovaya aid (Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 02.05.2**0-ci il tarixli qətnaməsi ilə X10 istifadəsinə verilmiş, 2 otaqlı, sahələri 20, 12 kv.metr, sahəsi 18,0 kv.metr olan yardımçı sahə) yaşayış sahəsindən istifadə etmə qaydalarına Xuraman Hüseynova, Hüseyn Hüseynzadə və Zeynəb Hüseynova tərəfindən edilən müdaxilələrin aradan qaldırılması, qalan hissədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi və qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Cavabdeh2 xüsusi notariusu İ.B.Hüseynovun X-82 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küşəsi, 1 saylı evin 5 sayl ı mənzilində qeydiyyatda olan İddiaçı qardaşı X7 miras qalmış Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi, dalan-2 4 saylı evindən mirasın qəbul edilməsi, ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən təqdim edilən sənədlər arasında mülkiyyətin hüquq müəyyənedici sənədinin olmaması, vərəsəlik işinin aparılması üçün tələb olunan sənədlərin təqdim edilməməsi və mərhumun digər vərəsələri (bacı və qardaşları) ilə əmlak bölgüsü ilə bağlı aralarında mübahisənin olması səbəbindən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh2nə (bundan sonra – notariat ofisi və ya cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunmasından imtina edilməsinə dair hərəkətinin qanunsuz hesab edilməsi, 1964-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu əsasında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 2, 4 saylı evin mülkiyyətçisi hesab edilən X25 vəfatından sonra miras qalmış əmlak üzərində X10, həmin evin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.05.2**0-ci il tarixli 2405/2**0 saylı qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş 2 yaşayış otağı - 20 kv.m və 12 kv.m, yardımçı sahə 18 kv.m olan mirasa dair onun mülkiyyət hüququnun tanınması və onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunması vəzifəsinin Notariat Ofisinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2012-ci ildə vəfat etmiş qardaşı X10 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 2, 4 saylı evin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.05.2**0-ci il tarixli, 2405/2**0 saylı qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş 2 yaşayış otağı - 20 kv.m və 12 kv.m, yardımçı sahə 18 kv.m olan yaşayış sahəsi üzərindəki əmlak hüquqlarını (mirası) həmin dövrdə faktiki olaraq qəbul etmiş və bütün vərəsələr qarşısında bəyan etmişdir. X20 evlənmədiyinə görə 1-ci növbəli vərəsələrinin olmaması barədə arayışı və vərəsələrin həmin paya dair iddialarının olmaması barədə notariat qaydasında təsdiqlənmiş ərizələri ilə birlikdə, qeyd olunan evin 1964-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu, evin sahibi olan X25 və X10 ölüm haqqında şəhadətnamələrini və vərəsələrin doğum haqqında şəhadətnamələrini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.05.2**0-ci il tarixli, 2405/2**0 saylı qətnaməsinin notariat qaydada təsdiq olunmuş surətlərini ərizəyə əlavə edərək, ilk dəfə xx.xx.2017-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh X-136 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və əsas kimi iki səbəb göstərmişdir. Bunlardan biri mülkiyyətin hüquqmüəyyənedici sənədinin olmaması, digəri isə mərhumun digər vərəsələrinin, yəni, bacı və qardaşlarının müəyyən edilməsinə dair sənədləri təqdim edə bilməməsi olmuşdur. İddiaçı yenidən cavabdehə, xx.xx.2022-ci il tarixli ərizəsi ilə yuxarıda göstərilən sənədlərlə birlikdə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(102)1084/2020 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-10521/2019 saylı qətnaməsi də əlavə olunmaqla müraciət etmiş və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh X-82 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəh adətnamənin verilməsindən imtina etmişdir. Bu dəfə əsas kimi üç səbəb göstərilmişdir ki, bunlardan birincisi təqdim edilmiş sənədlər sırasında mülkiyyətin hüquqmüəyyənedici sənədinin olmaması, ikincisi vərəsəlik işinin aparılması üçün tələb olunan sənədlərin təqdim edilməməsi və üçüncüsü mərhumun digər vərəsələri, yəni bacı və qardaşları ilə əmlak bölgüsü ilə bağlı aralarında olan mübahisə olmuşdur. İddiaçı tərəfindən kifayət qədər, yəni qanunvericilikdə nəzərdə tutulan sənədlərin təqdim olunmasına baxmayaraq, cavabdeh qərəzli və əsassız olaraq, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunmasından imtina etmişdir. 1964-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportu əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 2, 4 saylı evin sahibi X29 olmuş və o, 1988-ci ildə vəfat etmişdir. Miras əmlak X25 1-ci növbəli vərəsələrindən 3 nəfəri, yəni X22, X23 və X20 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Mirası faktiki qəbul etmiş 3 qardaş arasında sonradan mübahisə yarandığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.05.2**0-ci il tarixli, 2405/2**0 saylı qətnaməsi əsasında həmin ev 3 qardaş arasında bölünməklə, hər birinə aid olan yaşayış və həyətyanı sahədən istifadə qaydaları müəyyən edilmişdir. X20 xx.xx.2012-ci il tarixdə, X22 xx.xx.2014-cü il tarixdə və X23 xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. X20 evlənmədiyinə görə, onun 1-ci növbəli vərəsələri olmamışdır. X10 bacısı və 2-ci növbəli vərəsəsi olan iddiaçı, X10 faktiki qəbul etmiş payını, yəni yaşa yış sahəsi üzərindəki əmlak hüquqlarını (mirası) həmin dövrdə faktiki olaraq qəbul etmiş, bütün vərəsələr qarşısında bəyan etmiş və əmlakı hal-hazırda da idarə etməklə, həmin yaşayış sahəsinə sahiblik etmişdir. İddiaçı ilk dəfə xx.xx.2017-ci il tarixdə cavabdehə müraciət edərkən, bütün sağ olan 2-ci növbəli vərəsələri, o cümlədən X23 notariat qaydada təsdiq olunmuş ərizələrini də təqdim edərək, X7 miras qalmış mirası qəbul etmədiklərini, iddia müddətinin ötürdüklərini və buna heç bir iddiaların olmadığını bildirmişlər. X10 ölümündən sonra, X22 2-ci növbəli vərəsə olaraq, xx.xx.2012-ci ildən xx.xx.2014-cü il tarixədək (ölənədək), yəni sağlığında X7 miras qalmış əmlakı bacısı, yəni iddiaçı tərəfindən faktiki qəbul edilməsinə etiraz etməmiş, həmin mirası hər hansı bir formada mübahisələndirmə miş, əksinə bacısının 2 övladı ilə birlikdə həmin yaşayış sahəsində yaşamasına razı olmuşdur. İddiaçı, qardaşı X9 xx.xx.2012-ci ildə vəfatından sonra mirası faktiki olaraq qəbul etməklə, idarə etdiyindən və bunu bütün vərəsələrə bəyan etdiyindən, miras əmlakı həmin gündən iddiaçının mülkiyyəti hesab edilmişdir. X10 ölümündən sonra, X22 2-ci növbəli vərəsə olaraq, yəni xx.xx.2012-ci ildən xx.xx.2014-cü il tarixədək (ölənədək), yəni sağlığında Rafiqdən miras palmış əmlakı qəbul etməmiş və bacısının 2 övladı ilə birlikdə həmin yaşayış sahəsində yaşamasını hər hansı bir formada mübahisələndirməmişdir. Deməli, X9 vərəsələri olan X13, X14 və X8 X7 miras qalmış əmlak üzərində hər hansı bir hüquqları yarana bilməz. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-10 521/2019 saylı, qanuni qüvvəyə minmiş qətnaməsi ilə hazırda iddia predmetinin obyekti olan yaşayış sahəsi üzərində, iddiaçının və onun qızı X12 hüquqlarını məhdudlaşdıran və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02.05.2**0-ci il tarixli, 2405/2**0 saylı qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilməklə yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn X13, X14 və X8 hərəkətləri qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, həmçinin iddiaçıya və onun qızı X17 aid yaşayış sahəsindən istifadə etmə qaydalarına X13, X14 və X18 tərəfindən edilən müdaxilələrin aradan qaldırılması qət edilmişdir.

11. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X4 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsi ilə razılaşmayara q izahatında göstərmişdir ki, iddiaçı vəfat etmiş qardaşı X10 vərəsəsi olaraq tanınması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-405/2**0 saylı 02.05.2**0-ci il tarixli qətnaməsinə əsasən qardaşı R.Q.Hüseynovun istifadəsinə və sahibliyinə verilmiş və vəfatından sonra miras qalmış ünvan 5 küçəsi, döngə 2, 4 saylı ev ünvanında yerləşən yaşayış sahəsinə (20 kv.m və 12 kv.m yaşayış otaqları, 18 kv.m veranda) vərəsəlik hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(**1)-13621\2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4360/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X4 həmin qətnamədən verdiyi apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı cavabdeh X3rşı vərəsəlik hüququnun tanınması tələbi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4360/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli ev özbaşına tikili olmuşdur. Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-7630/2018 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4360/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı bilərəkdən bu məhkəmə aktlarını məhkəməyə təqdim etməmişdir. Qeyd olunan qətnaməyə əsasən iddiaçının qardaşının vərəsəsi olaraq müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Bu səbəbdə n Notariat Ofisinin xüsusi notariusu İ.B.Hüseynovun X-82 saylı xx.xx.2022-ci il tarixli qərarı tam əsaslı olmuşdur. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(**1)-315/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəsini alan məhkəmə aktları ilə Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsi dalan-2, 4 saylı evin özbaşına tikili olduğundan miras əmlak sayıla bilmədiyi müəyyən edildiyindən, X10 vərəsəsi olaraq tanınaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-405/2**0 saylı 02.05.2**0-ci il tarixli qətnaməsinə əsasən R.Q.Hüseyno vun istifadəsinə və sahibliyinə verilmiş və vəfatından sonra miras qalmış ünvan 5 küçəsi, döngə 2, 4 saylı ev ünvanında yerləşən yaşayış sahəsinə (20 kv.m və 12 kv.m yaşayış otaqları, 18 kv.m veranda) vərəsəlik hüququnun tanınması barədə iddiaçının iddia tələbləri təmin edilmədiyindən, miras qoyanın vərəsələri arasında mübahisə olduğundan Notariat Ofisinin xüsusi notariusu İ.B.Hüseynovun X-82 saylı xx.xx.2022-ci il tarixli qərarı əsaslı olmuşdur, ona görə də iddia ərizəsi təmin edilə bilməz.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 1151, 1321, 1322-ci, “Notariat haqqında” Qanunun 40, 59-cu maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 ok tyabr 2022-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsihəqiqəti müəyyən etməməklə, tərəflər arasında yaranmış və mövcud olan hüquq münasibətlərini, həmçinin bəzi faktları gizlətməklə cavabdehin və 3-cü şəxs X4 hüquqlarına üstünlük vermiş, işin hallarına tətbiq olunması nəzərdə tutulmayan, eləcə də aidiyyəti olmayan, müxtəlif sayda maddi-hüquq normalarını qətnamədə sadalamaqla əsassız olaraq hüquqi görüntü yaratmış. tərəfindən təqdim olunmuş sübutları əlaqəli şəkildə tam və hərtərəfli şəkildə araşdır mamış, eləcə də bəzi sübutları ümumiyyətlə dəyərləndirmədən və dəyərləndirməmənin səbəblərini qətnamədə açıqlamadan əsassız və ədalətsiz nəticəyə gəlmişdir. Belə ki, mübahisə predmeti olan ev həmin dövrlərdə qüvvədə olan qanunvericiliyin tələbinə görə özbaşına tikili hesab edilsə də, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinin tələbinə əsasən, evin 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasportu olduğundan, həmin pasport mülkiyy ət hüququnu təsdiq edən sənəd olaraq qəbul edilməlidir. Məhkəmə aktı ilə - X7 miras qalmış əmlakla bağlı mübahisə yaradan vərəsələrin, yəni X13, X14 və X8 onun əmlak hüquqlarına qarşı hərəkətləri qanunsuz hesab edilmiş və bu cür hərəkətlərə son qoyulmuşdur; eləcə də yaşayış sahəsindən istifadə etmə qaydalarına edilən müdaxilələr aradan qaldırılmışdır. Göstərilən hallar ilə birbaşa sübut olunmuşdur ki, mübahisə yaradan vərəsələr arasında artıq məhkəmə mübahisəsi başa çatmış, iş üzrə yekun qətnamə çıxarılmış və hazırda bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Odur ki, həmin şəxslər tərəfindən bu və ya digər səbəblərlə yenidən mübahisə yaradılması və yaxud qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı mübahisə edilməsi qəbul edilmir. Miras qoyanın vərəsələri arasında mübahisənin başa çatması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa da, məhkəmə bunu işdə olan digər sübutlarla əlaqəli şəkildə dəyərləndirməmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, əmlak bölgüsü ilə bağlı vərəsələr arasında məhkəmə mübahisəsi başa çatdıqdan sonra, o, cavabdehə yenidən müraciət etmiş və cavabdehdən imtina cavabını aldıqdan sonra isə məcbur qalıb məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmələr tərəfindən vərəsələrin hüquq münasibətlərinə qiymət verilməklə, onlar arasında yaranmış mübahisə ilə bağlı bütün hallar və faktlar müəyyən edildiyi, o cümlədən işin həmin hallarına hüquqi müəyyənlik gətirildiyi halda, hazırkı məhkəmənin bu cür mövqeyi həm əsassız, həm də qanunsuz olmuşdur. Bundan başqa, məhkəmə bir tərəfdən ev in özbaşına tikili olduğundan miras əmlak sayıla bilmədiyi qənaətinə gəlmiş, digər tərəfdən isə miras qoyanın vərəsələri arasında mübahisə olduğunu qeyd etmişdir. Deməli, məhkəmənin bir-birini təkzib edən qənaətə gəlməsi, qətnamənin qeyd-şərtsiz əsassız olmasını müəyyən etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3661/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Günay Axundova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli “Notariat hərəkətlərinin imtina edilməsi haqqında” qərarı Mülki Məcəllənin 1151.1-ci maddəsinə uyğun olmuşdur. Həmin maddənin məzmununa görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Halbuki miras əmlaka daxil edilməsi və barəsində vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin verilməsi xahiş edilən Bakı şəhəri, ünvan 4 ev (2 yaşayış otağı - 20 kv.m və 12 kv.m, yardımçı sahə 18 kv.m) özbaşına tikili olduğundan miras əmlaka daxil ola bilməz. Həmçinin mübahisəli əmlaka dair iddiaçının mülkiyyət hüququnun tanınması da yolverilməzdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 1151, 1291, 1321-ci, “ Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40, 59-cu maddələrinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 36-cı bəndinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

22. Əlavə olaraq kassator qeyd edilmişdir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyes tri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə və Konstitusiya Məhkəməsində formalaşmış hüquqi mövqeyə zidd olaraq dəyərləndirilmə aparılmış, nəticə etibarı ilə Konstitusiyanın 149.7-ci maddəsinin tələbi pozulmuşdur. Göstərilən hüquq normalarının tələbi qərəzli olaraq tətbiq edilməmiş və həmin normalar pozulmaqla, məhkəmə icraatı həqiqəti müəyyən etməmiş; işi hərtərəfli, tam və ədalətli araşdırmamış; qərəzli mövqe nümayiş etdirmiş və iddiaçının hüquqlarının məhkəmədə müdafiəsinə təminatı təmin edilməmişdir.

23. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, 125, 149-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9, 81, 88, 217-c i maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə

139. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

26. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

27. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

28. Maddə 1321. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vər əsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə

40. Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər aşağıdakı hallarda notariat hərəkətlərini aparmaqdan imtina etməlidirlər: 1) hərəkətin aparılması qanuna zidd olduqda; 2) hərəkəti başqa notarius və ya digər vəzifə li şəxs aparmalı olduqda; 3) hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə; 4) hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda; 5) qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda; 6) notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda; 7) əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda.

30. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

31. Bənd

36. Notarius notariat hərəkətinin aparılmasından imtina etdikdə, şəxsin xahişi ilə üç gün müddətində imtinanın səbəbləri barədə əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qə tnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. İddianın mahiyyəti üzrə həlli üçün əhəmiy yət kəsb edən, məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktik halları bu qərarın 1-6-cı paraqraflarında əksini tapmışdır.

42. Baxılan iş üzrə iddiaçının tələbi cavabdeh tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təqdim olunmasından imtina edilməsinə dair hərəkətinin qanunsuz hesab edilməsi barədədir.

43. Kassasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməkdədir və işə baxan məhkəmələr tərəfindən cavabdehin həmin dəlillərinə hüquqi qiymət verilmişdir.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi dalan-2, 4 saylı evin özbaşına tikili olduğundan miras əmlak sayıla bilmədiyi müəyyən edildiy indən, X10 vərəsəsi olaraq tanınaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2405/2**0 saylı 02.05.2**0-ci il tarixli qətnaməsinə əsasən R.Q.Hüseynovun istifadəsinə və sahibliyinə verilmiş və vəfatından sonra miras qalmış ünvan 6 küçəsi döngə 2, 4 saylı ev ünvanında yerləşən yaşayış sahəsinə (20 və 12 kv.metr yaşayış otaqları, 18 kv.metr veranda) vərəsəlik hüququnun tanınması barədə İddiaçı iddia tələbləri təmin edilmədiyindən, miras qoyanın vərəsələri arasında mübahisə olduğundan Cavabdeh2 xüsusi notariusu İ.B.Hüseynovun X-82 saylı xx.xx.2022-ci il tarixli qərarı əsaslıdır, ona görə də iddia ərizəsi təmin edilə bilməz.

45. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, qanuni qüvvəsini alan məhkəmə aktları ilə Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi İlham Hacıyev küçəsi dalan-2, 4 saylı evin özba şına tikili olduğundan miras əmlak sayılmadığı müəyyən edilmişdir.

46. Kollegiya bildirir ki, cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli “Notariat hərəkətlərinin imtina edilməsi haqqında” qərarı Mülki Məcəllənin 1151.1-ci maddəsinə uyğun olmuşdur. Həmin maddənin məzmununa görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Halbuki miras əmlaka daxil edilməsi və barəsində vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin verilməsi xahiş edilən Bakı şəhəri, ünvan 4 ev (2 yaşayış otağı - 20 kv.metr və 12 kv.metr, yardımçı sahə 18 kv.metr) özbaşına tikili olduğundan miras əmlaka daxil edilə bilməz. İddiaçı mərhum qardaşı X10 vərəsəsi olaraq tanınması, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-40 5/2**0 saylı 02.05.2**0-ci il tarixli qətnaməsi ilə miras qoyanın istifadəsinə və sahibliyinə verilmiş və vəfatından sonra miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə (20 və 12 kv.m yaşayış otaqları,18 kv.m veranda) vərəsəlik hüququnun tanınması tələbinin rədd olunması barədə Bakı Apelyasiya Məhkəməsinin 25 May 2018-ci il tarixli, 2(103)–4360/2018 nömrəli qətnaməsi çıxarılandan sonra miras əmlak kimi bölünməsi tələb olunan əmlakın mülkiyyət rejimində dəyişiklik yaranmamışdır.

47. Kollegiya onu da bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

48. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3661/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar