Məhkəmə qərarları › İş №2(102)-416/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-416/2025

13.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-416/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya verməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikili olan yaşayış sahəsində yaşamaq hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)6025/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kas sasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh və İddiaçı 2009-cu ildə nikaha daxil olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. 2. ünvan 1 ünvanında yerləşən yerləşdiyi torpaq sahəsi keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin 14 yanvar 1991-ci il tarixli, 1/46 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün X5 ayrılmış və sonuncu 16 sentyabr 2010-cu il tarixdə həmin torpaq sahəsinə dair 30 il müddətinə Cavabdeh adına etibarnamə vermişdir.

3. Həmin torpaq sahəsində 2014-cü il tarixdə fərdi yaşayış evi inşa edilmiş, lakin həmin evə dair tərəflərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reye strində qeydiyyatına alınmamış, həmin əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək, onun qızı ilə birlikdə mübahisəli evə köçürülməsi qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X2 və X6 iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh və X1 30000 manat pulun müştərək qaydada tutularaq iddiaçılar X4 və X7 ödənilməsi, cavabdeh İddiaçı 12940 manat pulun tutularaq iddiaçılar X4 və X7 ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh Bakı şəhəri Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən 17 saylı evin, 4 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9000 manat kompensasiya ödənilməklə cavabdehin Bakı şəhəri Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən 17 nömrəli evin 4 nömrəli mənzilinə köçürülmə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh 2009-cu ildə nikaha daxil olmuş, həmin nikahdan 07 may 2012-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Bakı şəhəri, Sabunçu Rayonu, XDS-nin 14 yanvar 1991-ci il tarixli qərarı ilə X5 Bakı şəhəri, Sabunçu rayonu, 2ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən torpaq sahəsi verilmiş və həmin torpaq sahəsini etibarnamə əsasında alaraq, cavabdehlə birgə nikahda olan dövrdə, yəni 2014-cü ildə iddiaçının atası Müzəffər Rüstəmov ilə birlikdə 4 nömrəli evi inşa etmişlər. Sonradan tərəflər arasındakı münasibətlər pozulmuş, birlikdə yaşamaları çətinləşmiş və nikah 2014-cü ildə pozulmuşdur. Cavabdeh heç vaxt mübahisəli evdə yaşamamış, 2015-ci ildə evi tərk etmiş, özünə yeni həyat qurmuş, həmin evdən zorla çıxarılmamışdır. Buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2023-cü il tarix li qətnaməsi ilə Cavabdeh Bakı şəhəri Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən 17 nömrəli evin 4 nömrəli mənzilinə köçürülmüşdür.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(008)-1461/2024 nömrəli qətnaməsi ilə (hakim A.Paşayeva) iddia təmin edilərək, İddiaçı tərəfindən 9000 manat kompensasiya verilməklə, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsində yerləşən 17 nömrəli evin 4 nömrəli mənzilinə köçürülmə hüququna xitam verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, nə mübahisəli ev, nə də onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatın alınmayıb. Yəni, sözügedən ev statusuna görə özbaşına tikilidir. Həmin ev 2014-cü ildə, yəni birgə nikah dövründə hə r iki tərəfin vəsaiti hesabına (bu fakt Bakı Apellyasiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə təsdiq olunmuşdur) tikilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı, 10 avqust 2023-cü il tarixli qətnaməsi ilə isə Cavabdeh mübahisəli evə köçürülmələri qət edilmişdir. İddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzildə yaşamaq hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmçinin cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması “gözlənti hüququ” olan mülkiyyətçi kimi iddiaçının həmin Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək, ona dair sərəncam vermək hüquqların pozulmasına da gətirib çıxarır.

11. Məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC-nin 04 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Zabrat qəsəbəsi, Tramvay küçəsi 17 nömrəli evin 4 nömrəli fərdi mənzilinin bazar və hazırkı kirayə qiyməti dəyərinin 04 iyun 2024-cü il bazar dəyəri 19620 manat, aylıq kirayə qiyməti təqribən 150-200 manat aralığında müəyyən edilmişdir. İddiaçının təklif etdiyi 9000 manat məbləğində kompensasiya cavabdehə təxmini 3 il müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 152.5, 158.1.2, 158.4, 228.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 82.3, 119.1, 185.5-ci maddələrinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi qanunsuz tikili statusuna malikdir və tərəflərin birgə vəsaiti hes abına tikilmişdir. Belə olan halda, hər iki tərəfin hüquqları bərabərdir. Mübahisəli mənzilin dəyəri real bazar qiyməti 45000 - 60000 manat təşkil edir ki, bu da hər birinə münasibətdə ½ hissədə pay deməkdir. Lakin, məhkəmə Mülki Məcəllənin 228.2-ci maddəsini tətbiq etməklə cavabdehə 9000 manat kompensasiya ilə köçürülmə hüququna xitam verməsi ilə səhvə yol vermişdir. İddiaçı mülkiyyətçi deyil və gələcəkdə belə bir gözləntisi yoxdur. Çünki mübahisəli fərdi yaşayış evinin torpaq sahəsi rəsmi olaraq başqa şəxsdir, cavabdehə sadəcə etibarnamə vermişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)-6025/2024 nömrəli qətnaməsi ilə (hakim F.Qasımovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Axundova və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, bi rinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbinin rədd edilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə əsasən istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçının gələcəkdə bu torpaq sahəsi üzərində hər hansı bir hüququnun qeydə alınması üçün heç bir əsas mövcud deyildir. Belə ki, mübahisənin predmeti olan özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlar keçmiş Lenin rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 1/46 saylı qərarına əsasən X5 məxsusdur və sonuncu istifa dəsində olan torpaq sahəsinin bir hissəsi üzərində olan hüquqlarını (təyinatı üzrə istifadə etmək, tikinti işləri aparmaq, özəlləşmə ehtimalı yaranarsa özəlləşdirmək, 200 kv.m. torpaq sahəsinin və üzərində tikilmiş tikilinin özgəninkiləşdirilməsinə dair 1 saylı formada arayış alıb mülkiyyətə sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək və sair hərəkətləri yerinə yetirmək səlahiyyətlərlə) iddiaçıya deyil, cavabdehə etibar etmişdir. Yəni, hər hansı istiqamətdə yanaşılarsa, hazırkı iddianın təmin edilməsi üçün heç bir əsas mövcud olmadığı təqdirdə birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə, 43-cü 1-c i hissəsinə, Mülki Məcəllənin 152.1, 180.1, 180.2, 225.1, 228.1, 228.2-ci, Ailə Məcəlləsinin 31.2, 32.1, 32.2.2, 32.3, 36.3, 36.5, 37.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 14.1, 14.2, 77.1, 217.1, 217.3, 218.3, 372.7, 384.0.2-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)-6025/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 26, 71-ci, Ailə Məcəlləsinin 31.1-31.3, 36.3, 37.1-ci, Mülki Məcəllənin 11, 139, 180, Mülki Prosessual Məcəllənin 77 və 88-ci maddələrinin tələbləri pozulmuşdur.

20. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli fərdi yaşayış evinə birgə nikah dövründə əldə edilmiş əmlak statusunu tanıyaraq, cavabdehin də həmin ev üzərində hüquqlarının olmasını əsas gətirmişdir. Lakin, mülki qanunvericiliyin tələblərinə görə daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda hüquqi qüvvəyə malik olur. Bu cür qeydiyyata alınmamış əmlak özbaşına tikili sayılır və onun üzərində mülkiyyət hüququ müəyyən edilə bilməz. Məhkəmə özbaşına tikili üzərində Cavabdeh birgə mülkiyyət hüquqlarını tanıyar aq kobud qanun pozuntusuna yol vermişdir. Apellyasiya məhkəməsi vahid məhkəmə təcrübəsini təşkil edən yuxarı instansiya məhkəmələrinin qərarlarını görməzdən gələrək onların analogiya üzrə tətbiqini rədd etmiş, iddiaçı tərəfindən təqdim edilmiş əsaslı sübutları və dəlilləri təkzib etmiş, lakin cavabdehin əsassız mülahizələrinə və dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin ədalətli qətnaməsini ləğv etmiş və həm məhkəmə təcrübəsinin, həm də ədalətin pozulmasına yol vermişdir.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə verm ək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıq da bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin e tmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, səlahiyyətləri çərçivəsində işin hallarına və işdə olan sübutlara hüquqi qiymət verilməklə yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir.

30. Məhkəmə kollegiy ası kassasiya şikayətinin dəlilləri üzrə bir daha qeyd edir ki, mübahisəli yaşayış sahəsinin tərəflərin birgə nikahları dövründə inşa olunması, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla, özbaşına tikili statusunda olması işin mübahisəsiz hallarıdır. 31. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 4.11-ci bəndinə izah olunmuşdur ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qəd ər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.

32. Hazırkı halda isə iddiaçı fərdi yaşayış evinin tikintisinə sərf olunmuş vəsaitin bölünməsi ilə bağlı deyil, cavabdehə kompensasiya verilməklə, sonuncunun “yaşayış sahəsinə köçürülmə hüququna” xitam verilməsini tələb etmişdir ki, onun belə tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamı şdır.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, “yaşayış sahəsinə köçürülmə hüququna” xitam verilməsi tələbinin maddi hüquqi əsası mövcud deyildir. Mülki qanunvericilikdə yaşayış sahəsinə istifadə hüququna xitam verilməsinin qaydası nəzərdə tutulmuşdur ki, Mülki Məcəllənin 228.2-ci maddəsinin dispozisiya şərtinə əsasən bu tələblə məhkəməyə müraciət etmək hüququna yaşayış sahəsinin mülkiyyətçisi malikdir.

34. Hazırkı halda isə, iddiaçı nəinki mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi deyildir, onun cavabdehə münasibətdə bu yaşayış sahəsinə hər hansı üstün hüquqları da yoxdur. 35. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasın a və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xaric i cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfl i və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)-6025/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar