Məhkəmə qərarları › İş №2(102)-4160/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4160/2023

20.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4160/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin və çıxarışın etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-845/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Salyan şəhəri, Yunis Zərgərli küçəsi, ev 12 (yeni qaydalarla ünvan 1 və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsi Cavabdeh2 adına mülkiyyət hüquqları ilə qeydə alınıb.

2. Cavabdeh2 28 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin əmlakı Cavabdeh1 bağışlayıb, sonuncunun adına Çıxarış verilib.

3. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh2 nəvəsi, Cavabdeh1 isə qardaşı oğludur.

4. Mübahisə bağışlama müqaviləsinin qanuniliyi ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 a rasında Salyan şəhəri Yunis Zərgərli küçəsi ev 12 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 153,2 kv.m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsinə dair Salyan rayon 2 saylı notariat ofisində bağlanmış 28 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Salyan rayonu 2 saylı Notariat ofisi iddia ərizə üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, Salyan şəhəri Yunis Zərgərli küçəsi ev 12 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 153,2 kv.m olan fərdi yaşayış evi və ümumi sahəsi 0, 04085 ha olan həyətyanı torpaq sahəsi iddiaçının nənəsi Cavabdeh2 mülkiyyətində olmuşdur. İddiaçı mübahisə edilən fərdi yaşayış evində ailəsi ilə birlikdə 2021-ci ilin sonunadək yaşamışdır. Hazırda ailəsinə məxsus əmlak da həmin evdə qalmaqdadır. İddiaçı hər zaman nənəsi Cavabdeh2 qulluğunda durmuşdur. İddiaçının atası vəfat etdikdən sonra bibisi, hazırkı iş üzrə digər Cavabdeh1 nənəsinə baxmaq adı ilə iddiaçının yaşadığı Salyan şəhəri Yunis Zərfərli küçəsi ev 12-yə gəlməyə başlamışdır. Həmin vaxta qədər bibisi yalnız bayramlarda anası ilə maraqlanırdı.

8. Bibisilə iddiaçının ailəsi arasında söz-söhbət yaranmışdır. Bibisi hər zaman “sənin evin var, nə tutmusan burdan” deyərək iddiaçının ailəsini incidir və onların zorla oradan çıxarılmasına nail olmağa çalışırdı. İddiaçı evə gələndə bibisi nə anasının indi yadına düşdüyünü, illərdin özünün nənəsinə baxdığını desə də, bibisi məhəl qoymayaraq, öz hərəkətlərindən geri qalmırdı və o evdən çıxmırdı.

9. Sonradan hazırkı iş üzrə cavabdeh olan bibisi iddiaçıya qarşı 2022-ci ilin iyun ayında Salyan Rayon Məhkəməsində evdən çıxarılma haqqında iddia ərizəsi vermişdir. İddiaçı həmin vaxta qədər bilmirdi ki, mübahisələndirilən ev nənəsi tərəfindən bibisinə bağışlanılıb. Məhkəmədə iştirak edən zaman iddiaçıya məlum olmuşdur ki, 28 dekabr 2021-ci il tarixdə bağışlanma müqaviləsi bağlanılmışdır.

10. Müqavilə hazırki işdə cavabdeh olan bibibsi Cavabdeh1 ilə digər bibisi X13 arasında nənəsi Cavabdeh2ın vediyi etibarnamə əsasında bağalanıb. Xüsusuilə vurğulanmalıdır ki, heç vaxt anasına baxmayan cavabdeh evi və torpağı ələ keçirməyin başqa yol u olmadığını düşünərək asan yola əl atmış, anasını aldadaraq etibarnamə almış, bu yolla iddiaçının digər bibisi ilə birləşərək öz adına çıxarış əldə etmişdir. İddiaçının nənəsi həqiqətən də iradə ifadəsini tam şəkildə bildirməyə qadir idisə, özü notariusa gedib əmlakını bağışlayardı. Notarius tərəfindən nənəsinin fəaliyyət qabiliyyəti yoxlanılmamış, əmlaka sərəncam verə bilməsi imkanı, yəni iradə ifadəsi aydınlaşdırılmamışdır.

11. Həmçinin iddiaçının atası xx.xx.2020-ci ildə vafat etmişdir. Atası sağ olsaydı bağışlanan əmlaka atasının razılığı alınmalı idi. Çünki Mülki Məcəllənin 667.1-ci maddəsi bunu tələb edirdi.

12. Bundan əlavə, iddiaçının atası hazırki iş üzrə cavabdeh olan Rəfiqə Bəşrirovadan əvvəl öldüyü üçün Mülki Məcəllənin 1159.1.3 və 1193-cü maddələri də nəzərdən keçirilməlidi r. Həmin normaların tələbi baxımından notarius, atası vəfat etdiyi üçün iddiaçını vərəsə olaraq çağırmamış və qanunvericiliyin tələblərini pozmuşdur.

13. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.2, 337.5, 339.3, 354.2, 667.1, 1159.1.3, 1193-cü maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2001-ci il tarixli qərarında əks edilən hüquqi mövqeyinə istinad etmişdir.

14. Birinci instansiya məhkəməsində Cavabdeh1 bildirmişdir ki, anası Rəfiqə ilə birlikdə sonuncuya məxsus olan evdə bacısı Təranə ilə birlikdə yaşayır. Qardaşı Ələkbər də həmin evdə xx.xx.2020-ci ilə qədər yaşamışdır. İddiaçı qardaşı vəfat etdikdən sonra mübahisəl i evə gəlib-getmiş, lakin Rəfiqəyə (nənəsinə) baxmamışdır. Anası ona baxmadıqları üçün evi ona bağışlamasını demişdir.

15. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi Nümayəndə da Cavabdeh1 dediklərini təsdiq etmişdir.

16. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Salyan rayonu 2 saylı Notariat ofisini notariusu iddiya yazılı etiraz verərək iddianın əsassız olmasını göstərmişdir.

17. Salyan Rayon Məhkəməsinin 2(057)-242/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. (hakim Ağarza Səmədov)

18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 və Cavabdeh1 arasında Salyan şəhəri Yunis Zərgərli küçəsi ev 12 (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 153,2 kv.m olan fərdi yaşayış evinə və ümumi sahəsi 0,04085 ha ola n həyətyanı torpaq sahəsinə dair Salyan rayon 2 saylı notariat ofisində bağlanmış 28 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas aşkar olunmamışdır. Belə ki, adıçəkilən müqavilə qanunla müəyyən olunmuş qaydada bağlanmış, onun ləğvi və ya etibarsızlığı üçün hər hansı hal müəyyən olunmamışdır. X1 miras qalmış ünvan 3 ünvan ünvan 4n üzrə birinci növbəli vərəsə Cavabdeh2 tam hissədə almışdır. İddiaçı və onun atası Qəniyev Ələkbər Sabir oğlu X3 birinci növbəli vərəsəsi olmamışlar. X8 13 dekabr 1966-cı ildə ölmüş və miras həmin vaxt açılmışdır. İddiaçının atası həmin vaxt 8 yaşında olmuş, iddiaçı özü isə, ümumiyyətlə, dünyaya gəlməmişdi. Göründüyü kimi, mirasın açıldığı vaxt miras qoyanın birinci növbəli vərəsəsi Cavabdeh2 sağ olmuş və miras əmlak da haqlı olaraq ona qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir.

19. İddiaçının nümayəndəsi və vəkilinin torpaq sahəsinin Cavabdeh2 adına 25 dekabr 2021-ci ildə keçməsi, etibarnamənin isə 17 dekabr 2021-ci ildə verilməsi və həmin vaxt torpaq sahəsinin Rəfiqənin adında olmaması ilə bağlı dəlilinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Etibarnamə verilərkən torpaq sahəsinin etibarnamə verənin mülkiyyətində olması məcburi hal deyil və həmçinin etibarnamədə torpaq sahəsinin etibar edənin mülkiyyətində olması qeyd olunmamışdır. Etibarnamədə etibar edən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünün bütün əmlakını idarə etməyi və on un üzərində sərəcam verməyi və sair hüquqları etibar etmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə baxışı zamanı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas aşkar olunmamışdır.

21. İddiaçının mübahisələndirdiyi Salyan rayon 2 saylı notariat ofisində bağlanmış 28 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi qanunla müəyyən olunmuş qaydada bağlanmışdır.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337, 339, 354.1, 354.2, 362.2-362.7, 666.2, 666.3, 668.1, 674.1, 674.2, 1159.1-1159.5-ci, Mülki prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri: - hazırkı iş üzrə Cavabdeh1 iddiaçıya qarşı Salyan Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində etiraf etmişdir ki, iddiaçı mübahisələndirilən mənzildə yaşamış və həmin mənzili heç vaxt tərk etməmişdir. Atası vəfat edənədək, yəni 21 avqust 2020-ci il tarixədək Salyan şəhəri Yunis Zərgərli küçəsi ev 12 (yeni qaydalarla ünvan 1 ünvanında onunla, ailəsi və nənəsilə birlikdə yaşamışdır. Həmin tarixədək bibisi yaşadıqları evə yalnız bayramdan bayrama gəlirdi. Nənəsi həmişə deyirdi ki, “Bu ev-eşik sənin və övladın Rəxşanındır. Nə vaxt istəyirsən adınıza keçirim”. Atası da hər zaman deyirdi: “Ay ana sən sağlam ol, Allah sənə can sağlığı versin.” Lakin atası daha əvvəl vəfat etmişdir; - cavabdeh bundan sonra yaşadıqları evə gələ rək sanki anasının qulluğunda durmaq adı ilə sonradan nənəsinin etibarından sui-istifadə edərək evi və torpaq sahəsini öz adına keçirmişdir. Daşınmaz əmlakın bağışlanması müqaviləsi 28 dekabr 2021-ci il tarixdə bağlanmışdır. Müqaviləyə fikir verilsə, aydın olar ki, müqavilə hazırki iş üzrə Cavabdeh1 ilə digər bibisi X14 arasında bağlanılmışdır. Digər cavabdeh olan nənəsi Cavabdeh2 tərəfindən X9 etibarnamə verilmiş və etibarnamə əsasında da müqavilə bağlanılmışdır. Heç bir vaxt nənəsinə baxmayan cavabdeh evi və torpağı ələ keçirməyin başqa yolu olmadığını düşünərək asan yola əl atmış, nənəsini aldadaraq etibarnamə almış, bu yolla digər bibisilə birləşərək öz adına çıxarış əldə etmişdir. Əgər nənəsi həqiqətən də iradə ifadəsini tam şəkildə bildirməyə qadir idisə, özü də notariusa gedər əmlak ını bağışlayardı; - notarius tərəfindən nənəsinin fəaliyyət qabiliyyəti yoxlanılmamış və əmlaka sərəncam verə bilməsi imkanı, yəni iradə ifadəsi aydınlaşdırılmamışdır. Atası Qəniyev Ələkbər Sabir oğlu 21 avqust 2020ci il tarixdə vəfat etmişdir. Atası sağ olsaydı, bağışlanan əmlaka dair atasının razılığı nəzərə alınmalı idi. Notarius atası vəfat etdiyindən onu vərəsə olaraq çağırmamış və bununla da, Mülki Məcəllənin tələbini pozmuşdur; - işin faktiki hallarına görə Cavabdeh2 həm evi, həm də torpağı Cavabdeh1 bağışlayarkən digər bibisi X9 etibarnamə vermişdir. Etibarnamə 17 dekabr 2021-ci il tarixdə verilmiş və bunun əsasında digər Cavabdeh2 adından X14 tərəfindən Cavabdeh1 torpaq sahəsi bağışlanmışdır. Torpaq sahəsi Cavabdeh2 adına isə 25 dekabr 2021-ci il tarixdə keçmişdir, yəni torpaq sah əsinə dair etibarnamə verilən vaxt (17 dekabr 2021) torpaq sahəsi sonuncunun mülkiyyəti olmamışdır. Göründüyü kimi, X9 etibarnamə verilən vaxt (17 dekabr 2021) torpaq sahəsi etibar edənin (Cavabdeh2 Məmmədli qızının) mülkiyyətində olmamış və 25 dekabr 2021-ci il tarixdə mülkiyyətə keçmiş torpaq sahəsi barəsində əvvəldən verilmiş etibarnamə əsasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsızdır.

25. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-845/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Orxan İsmayılov, Cahid İmanov)

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsin in mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, adıçəkilən müqavilə qanunla müəyyən olunmuş qaydada bağlanmış, onun ləğvi və ya etibarsızlığı üçün hər hansı hal müəyyən olunmamışdır.

27. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının 2021-ci ilin sonuna kimi həmin evdə yaşaması və əşyalarının hazırda da orada qalması, nənəsi Cavabdeh2 qulluğunda durması, bibiləri ilə münasibətlərinin pozulması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı mövqeyi belə olmuşdur ki, bu dəlillər iş üzrə hər hansı hüquqi əhəmiyyət kəsb etmir. Bunda əlavə, şəxsə etibarnamə veriləndə, yəni 17 dekabr 2021-ci il tarixdə mübahisəli əmlakın Cavabdeh2 Məmmədli qızının mülkiyyətində olmaması və sonradan onun mülkiyyətinə keçməsi müqavilənin etibarsızlığı üçün əsas ola bilməz.

28. Apellyasiya instansiyası məhkəməsi iddiaçının atası Qəniyev Ələkbər Sabir oğlunun sağ olduğu təqdirdə bağışlanan mübahisəli əmlaka dair atasının razılığının mütləq nəzərə alınmasına dair dəlillərini əsası saymış və birinci instansiya məhkəməsinin qətnaməsində bu hala düzgün şəkildə aydınlıq gətirilməsini qeyd etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi əlavə olaraq, onu da vurğulamışdır ki, iş materiallarına əsasən Cavabdeh2 17 dekabr 2021-ci il tarixdə notariat ofisinə müraciət edərək, Salyan şəhəri Y.Zərgərli küçəsi ev 12-də yaşamış anası X10 13 dekabr 1966-cı ildə vəfat etdiyindən evin ümumi sahəsi 0,04085 ha olan həyətyanı torpaq sahəsinin miras qaldığını və başqa vərəsəsi olmadığını, həmin mirasa ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və işdən də görünür ki, X6 yeganə vərəs əsi Cavabdeh2dır. Bu baxımdan, 1964-cü il tarixdən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə görə isə qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilmsini xahiş etmişdir.

31. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyn i dəlillərlə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Maddə 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmişdir.

38. İddia tələbi cavabdehlər arasında bağlanmış bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması barədədir. Əqdin mübahisələndirilməsi Mülki Məcəllənin 337.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə görə bu Məcəllədə m üəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

39. Belə bir iddianın təmin edilməsinin əsas şərti əqdin müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olmasıdır. Mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt.

40. İşin müəyyən edilmiş hallarına görə adıçəkilən müqavilə qanunda nəzərdə qaydada bağlanmış və onun etibarsızlığıa əsas olan hər hansı hal yoxdur.

41. Üstəlik, bağışlama müqaviləsi ilə mülkiyyətindəki evi və torpaq sahəsini bağışlayan şəxs – X2, həmin müqaviləni mübahisələndirmir.

42. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız sayır.

43. Belə ki, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması nəticəsinə gəlmişdir.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-845/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar