Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4161/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, müddətin keçməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3256/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə (bundan sonra – iddiaçı) "xxxx" Fərdi Firması arasında (bundan sonra – Firma) ünvan 1 ünvanında inşa edilən binanın B bloku, 16-cı mərtəbə, 1 otaqlı ümumi sahəsi 58,5 kv.m-dən ibarət 270 saylı mənzilinə dair (bundan sonra – mübahisəli mənzil) xx.xx.2017-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilədə mənzilin ümumi dəyəri 55000 ABŞ dolları olaraq qeyd edilmiş, həmçinin dəyərinin tam ödənildiyi göstərilmişdir.
2. Cavabdeh (bundan sonra – cavabdeh) ərizəsi əsasında iddiaçının əri X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış, xx.xx.2018-ci il tarixli qərarla isə sonuncu həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan olunmuşdur.
3. İddiaçı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizəsində mübahisəli mənzilin müqaviləsinin cavabdehin adına keçirilməsinə heç bir etirazının olmadığını və gələcəkdə həmin mənzillə bağlı Firmaya qarşı heç bir iddiasının olmayacağını bildirmişdir; eyni zamanda iddiaçının əri X4 da eyni tarixli ərizə ilə Firmaya müraciət edərək, həmin mənzildən imtina etdiyini və mənzilin satılmasına heç bir etirazının olmadığını bildirmişdir.
4. Cavabdeh Binəqədi RPİ-nə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizəsində iddiaçının ərinin ona dəymiş 85.000 manat ziyanı ödədiyi üçün heç bir şikayəti və maddi təl əbi olmadığını bildirmişdir.
5. Firma ilə iddiaçı arasında bağlanmış mübahisəli mənzilin alqı-satqısına dair müqaviləyə iddiaçının və əri X2 xx.xx.2018-ci il tarixli ərizələrinə əsasən xitam verilmiş və cavabdehlə Firma arasında mübahisəli mənzilin alqı-satqısına dair yeni müqavilə (bundan sonra – alqı-satqı müqaviləsi) bağlanılmışdır
6. Mübahisəli mənzil xx.xx.2020-ci il tarixdən cavabdehin xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin alqı-satqısına dair cavabdehlə Firma arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında sözügedən mənzilə verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edil məsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X1 mübahisəli mənzili almış və həmin mənzilin dəyərini tam olaraq ödəmişdir. Sonradan həmin mənzil iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh əsassız olaraq İkram Əliyevin guya ki, ona qarşı dələduzluq etdiyini, onun etibarından sui-istifadə edərək 85.000 manat məbləğində pulunu mənimsədiyi ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinə şikayət etmiş, sonuncu təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bundan sonra müstəntiq və cavabdeh iddiaçının adına olan mübahisəli mənzili cavabdehə verilməsi üçün İkram Əliyevə saxlanıldığı müddət ərzində dəfələrlə hədə-qorxu etmiş, təzyiqlər göstərmiş, o, da bu təzyiqlərə dözməyərək naməlum sənədləri imzalamağa məcbur olmuşdur. Zorla imzalatdırılmış həmin sənədl ər əsasında da Firma ilə cavabdeh arasında alqı-satqı müqaviləsi imzalamış və iddiaçının mənzili mənimsənilmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4512/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia tələbi rədd edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandrmışdır ki, Firma ilə cavabdeh arasında bağlanmış müqavilənin etibarlılığını şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir. Əksinə, iş materiallarından iddiaçının notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizə ilə Firmanın direktoruna müraciət edərək, mübahisəli mənzilin cavabdehin adına keçirilməsinə heç bir etirazının olmadığını və gələcəkdə həmin mənzillə bağlı firmaya qarşı heç bir iddiasının olmayacağını bildirdiyi, o cümlədən onun əri X2 da Firmaya ünvanladığı eyni tarixli ərizə ilə həmin mənzildən imtina etdiyi və mənzilin satılmasına heç bir etirazının olmadığını göstərdiyi, mübahisələndirilən müqavilənin də həmin ərizələrin əsasında və elə həmin tarixdə bağlanmış olduğu müəyyən edilmişdir. Həmçinin, mübahisəli mənzil iddiaçı və əri tərəfindən boşaldılaraq cavabdehə təhvil verilmişdir
11. Məhkəmə onu da qeyd etmişdir ki, yuxarıda göstərilən ərizələr və müqavilə ilə eyni tarixdə cavabdehin Binəqədi RPİ-yə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs X2-iddiaçının ərinin ona dəymiş 85000 manat ziyanı ödədiyi üçün heç bir şikayətinin və maddi tələbinin olmadığını bildirməsi mənzildən məhz cavabdehə vurulan ziyanın ödənilməsi niyyəti ilə imtina edildiyi qənaətinə gəlməyə əsas verir.
12. Bütün bunlar isə, həmin müqavilənin məhz iddiaçının iradə bəyanına müvafiq olaraq bağlandığını göstərməklə, onun müqavilənin zorakılıq, hədə təsiri altında bağlandığına dair irəli sürdüyü arqumentlərin də əsassız olduğunu göstərir.
13. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının əri barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında xx.xx.2018-ci il tarixli qərarın xx.xx.2018-ci il tarixdə ləğv edilmiş olduğu halda, iddiaçı hazırkı iddia ərizəsi ilə yalnız xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etdiyi etmiş, bununla da iddiaçı tərəfindən iddianın irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təs ir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
14. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324, 354.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2, 88, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin satılarkən həqiqi qiymətini müəyyən etməmişdir. Belə ki, müqavilədə mənzilin dəyəri 55.000 dollar qiymət qeyd edilsə də, bu hal heç də həqiqəti əks etmir, çünki, mənzilin 2018-ci il üçün bazarda satış qiyməti ən azı 135.000 manata yaxın idi. Məhkəmə iddiaçının bununla bağlı əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair şifahi vəsatətini təmin etməmişdir.
17. Apellyasiya şikayətində o da qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfləri düzgün müəyyən etməmişdir. Apellyator hesab etmişdir ki, Firma da cavabdeh qismində, Binəqədi RPİ və ya Nərimanov RPİ isə cavabdeh, yaxud üçüncü şəxs qismində cəlb edilməli idi.
18. Apellyasiya şikayətinin digər dəlili isə, iddia müddətinin tətbiqi ilə bağlı olmuşdur. Apellyator hesab etmişdir ki, iddia müddətinin axımı müqavilənin bağlanması anı ilə deyil, bilavasitə mənzilə mülkiyyət hüququ nun rəsmiləşdirilməsi və bu barədə məlumatın alınması tarixi ilə hesablanmalı idi.
19. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3256/2022 nömrəli iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov və Vahid Sadıqov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “mübahisəli mənzilin satılarkən həqiqi qiymətini müəyyən edilməməsi” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə Firma arasında mənzilin alqı-satqısına dair müqavilə bağlayarkən, mənzili 55000 ABŞ dolları ödəməklə əldə etmiş, həmin dövrün məzənnəsinə uyğun olaraq isə bu məbləğin manat ekvivalenti 93500 manat təşkil etmişdi r. Bundan 7 ay sonra isə mənzil cavabdehə 85000 manat müqabilində verilmişdir. Göründüyü kimi, mənzilin istər ilkin vaxtda alınarkən, istərsə də cavabdehə borc əvəzində verilərkən dəyərləndirilməsi zamanı təyin olunan məbləğlər arasında kəskin fərq mövcud olmamışdır. Bu hal isə, hazırda mübahisə predmetini təşkil edən mənzilin qiymətləndirilməsi üçün prosessual hərəkətlərin keçirilməsi zərurətini istisna edir.
21. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə qeyd etmişdir ki, apellyator maddi hüquq normasının səhv tətbiq edilməsini qeyd etsə də, maddi hüquq normasının səhv tətbiq edildiyinin nədən ibarət olması qeyd etməmiş, dəlilini formal mülahizələrlə əsaslandırmışdır.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağ lı qeyd etmişdir ki, digər dəlillər formal xarakter daşıyır, apellyatorun mülahizələrinə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz.
23. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 324, 354.2, 377.1, 390.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçının nümayəndəsi X4 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
26. Kassator şikayətini Mülki Məcəllənin 14 6.1, 354.2, 560-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayəti üzrə işə məhkəmə iclasında baxılmasına dair vəsatət
27. İddiaçının vəkili, həmçinin vəsatət verərək, kassasiya şikayətinə məhkəmə iclasında baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyası tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən MPM-in 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdeh kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
30. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdik ləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
31. Maddə 331.2. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.
32. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.
33. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
34. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Prosessual Məcəllə
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 372.2. Yeni sübutlar və yen i tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə əsasən birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
48. İddiaçı şikayətində sübutların tələb olunması barədə vəsatətinə qiymət verilmədiyini bildirsə də, iş materiallarından görünür ki, həmin vəsatət məhkəmə iclasında tərəflərlə müzakirə edilmiş və təmin olunmamışdır (i.v. 135, İİ cild). Kollegiya, həmçinin nəzərə alır ki, MPM-in 372.2-ci maddəsinə əsasən yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı apellyasiya baxışı zamanı əlavə sübutların tələb edilməsi barədə vəsatətində qeyd olunan halların mövcudluğunu əsaslandırmamışdır. Həmçinin iddiaçının apellyasiya şikayətinə əlavə olunmuş sorğuların surətindən görünür ki, iddiaçının vəkili həmin sorğularla daxili işlər orqanlarına birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 2 ay sonra müraciət etmişdir.
49. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3256/2022 nömrəli iş üzrə 26 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.