Məhkəmə qərarları › İş №2(102)-4161/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4161/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4161/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4161/2023 (Açar sözlər: alğı-satqı müqaviləsinin təsdiq edilməsi və ya pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin təsdiq edilməsi və ya pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-890/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətna məsindən Cavabdeh1 (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Beyləqan rayon Aqrar İslahat komissiyasının 04 fevral 1997-ci il tarixli, 42 saylı Qərarına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon Şöbəsində xx.xx.2000-ci il tarixdə 169 nömrə ilə qeydiyyata alınmış, JN:169 saylı, kod 60700058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən 3,06 ha pay torpaq sahəsi X1, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətlərinə verilmişdir.

2. Tərəflər doğulduqları Beyləqan rayonunun 1-ci Aşıqlı kənində qonşu olmuşlar. Cavabdeh3 nümayəndəsi Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış və Beyləqa n rayon İHB-nın 1-ci Aşıqlı kəndi üzrə icra nümayəndəsinin təsdiq etdiyi xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən, 2,5 ha torpaq sahəsi birdəfəlik İddiaçı 12.500.000 manata satılmışdır.

3. Eyni zamanda xx.xx.2007-ci il tarixli bildirişə əsasən, Cavabdeh2 özünə məxsus torpaq sahəsini İddiaçı 500 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin təsdiq edilməsi və ya pul” tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərlə aralarında 01 mart 2006-cı il tarixdə Beyləqan rayon 1-ci Aşıqlı kənd icra nümayəndəsinin təsdiq etməsi ilə bağlanmış torpaq alğı-satqı müqaviləsinin təsdiq edilməsi və ya mübahisəli JN:169 nömrəli kod 60700058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətlərinə verilmiş 3,06 ha pay torpaq sahəsini cavabdehlərə qaytararkən torpaq üçün verdiyi pulun indiki qiyməti ilə 15.000 manatın alınaraq ona verilməsi, eyni zamanda tələb etdiyi pulun tam alınıb verilənədək torpağın onun istifadəsində saxlanılması, torpaqdan çıxma və pulun alınıb verilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonunun 1-ci Aşıqlı kəndində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətlərində Beyləqan rayon Aqrar İslahat komissiyasının 04 fevral 1997-ci il tarixli, 42 saylı Qərarı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon Şöbəsində xx.xx.2000-ci il tarixdə 169 nömrə ilə qeydiyyata alınmış, JN:169 saylı, kod 60700058 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən 3,06 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini cavabdehlərdən almışdır. Torpağı alarkən cavabdehlərlə aralarında kənd icra nümayəndəliyində 01 mart 2006-cı ildə alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehlər torpağı satarkən alğı-satqının notariat kontorunda təsdiq edilməsini təklif etmiş, lakin o, ailə üzvlərinə inandığını bildirərək və alğı-satqı müqaviləsinə ehtiyac olmadığını və sadəcə olaraq müqavilə ilə razılaşma əsasında torpağı ona ömürlük olaraq o vaxtkı pul ilə 12.500.000 manata satmışdır. Cavabdeh2 isə qəbz verərək torpağı ona ömürlük satmışdır. O, həmin vaxtdan torpaq sahələrindən istifadə edərək torpaqları yararlı vəziyyətə gətirmişdir. Cavabdehlər torpa ğın mülkiyyətə verilməsinə dair Dövlət aktının əslini də ona vermişlər. Evində yanğın olan zaman həmin dövlət aktının və müqavilənin əsilləri yanaraq məhv olmuşdur. Lakin sənədlərin surətləri onda qalmışdır. Hazırda kənddə əhali arasında torpaq 5.000 manata alınıb satılır. Cavabdehlər hazırda torpağı geri qaytarmaq istəyirlər. O, cavabdehlərə 2006-cı ildə pul verərək həmin torpaq sahəsini aldığını və münbitləşdirərək yararlı vəziyyətə gətirərək yonca bitkisi əkdiyini bildirmişdir. Torpaq sahəsini o zaman qaytarar ki, onun torpaq üçün verdiyi pulun indiki qiyməti ilə 5.000 manat qaytarılıb ona verilsin. Həmçinin cavabdehlərdən torpaq sahəsini yararsız vəziyyətdən yararlı vəziyyətə gətirərək yonca bitkisi əkməklə çəkdiyi xərclərini də tələb edir.

6. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, mülkiyyətində olan torpaq sahəsini 2006-cı ildə iddiaçıya o vaxtkı pulla 12.500.000 manata satmışdır. Hazırkı pulla iddiaçı ona 2.500 manat vermişdir. Bacısı Məhbubə isə iddiaçıdan 500 manat almışdır. Onlar iddiaçıya 3.000 manat qaytara bilərlər. Qalan pul tələbini əsassız hesab edir. İddiaçı da 2006-cı ildən mübahisəli torpaq sahəsindən istifadə etməklə gəlir əldə etmişdir. Qardaşı Məmməd isə iddiaçıdan pul almamış və ona torpaq verməmişdir. Onların torpağı satmaq fikirləri olmamışıdr. Torpağı iddiaçıya istifadə üçün vermişlər. Hazırda özlərinin də torpağa ehtiyacları vardır. Torpağı satsaydılar, indiyə kimi sənədləşdirərdilər. Göstərilənlərə əsasən, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Beyləqan Rayon Məhk əməsinin 2(020)-326/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 2.500 (iki min beş yüz) manat, Cavabdeh2 500 (beş yüz) manatın alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə Cavabdeh1 21 (iyirmi bir) manat, Məhbub İsmayılovadan 6 (altı) manatın tutularaq İddiaçı verilməsi, dövlət rüsumuna görə ödənilmiş qalan 108 (yüz səkkiz) manatın iddiaçıya aid edilməsi qət olunmuşdur.

8. Birinci instansiya məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 iddiaçıdan torpaq sahəsinə görə pul almamışdır. Ona görə də ona qarşı iddia rədd edilməli, Cavabdeh1 qarşı 2.500 (iki min beş yüz) manat, Cavabdeh2 qarşı 500 (beş yüz) manat məblə ğində təmin edilməlidir. Bundan əlavə, tərəflər arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsi qanunla nəzərdə tutulmuş qaydada bağlanmadığından iddia alğı-satqı müqaviləsinin təsdiq edilməsi hissəsində təmin edilə bilməz. Həmçinin, iddiaçı tələb etdiyi pulun alınıb verilənədək torpağın onun istifadəsində saxlanılması, torpaqdan çıxma və pulun alınıb verilməsinin eyni vaxtda icra edilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdeh hazırda iddiaçıya qarşı torpaqdan çıxarma ilə bağlı iddia qaldırmamış və onun torpaqdan çıxarılmasını tələb etməmişdir. Ona görə də məhkəmə iddianın həmin hissəsinin araşdırılıb ona qiymət verilməsini zəruri hesab etməmişdir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568.1, 646.1, 648.1-c i və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

10. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, işin faktiki hallarından, hər iki tərəfin verdiyi ifadələrdən və məhkəmənin gəldiyi nəticədən görmək mümkündür ki, tərəflər alğı-satqı müqaviləsi bağlamışdır. Belə olan təqdirdə mülki dövriyyə iştirakçısı kimi iddiaçının hüququ təmin olunmalı idi. Mülki Məcəl lənin 152.1-ci maddəsinin tələbləri pozularaq onun mülkiyyət hüquqları nəzərə alınmamışdır. Mülki Məcəllənin 21.2ci maddəsinin tələbləri pozularaq torpaq sahəsinin dəyəri bu günki bazar qiymətinə uyğun deyil, 2006-cı il üçün müəyyən edilmiş bazar qiymətinə əsasən müəyyən etmişdir. Mülki Məcəllənin 157.8-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh1 da məhkəmə iclasında aralarında alğı-satqı müqaviləsinin mövcud olduğunu bildirmişdir. Həmin müqavilə qanunvericilikdə nəzərdə tutulmuş formaya uyğun tərtib edilməsə də o, torpaq sahəsindən illərlə istifadə etmiş və həmin torpaq sahəsinə illərlə sahiblik etmişdir. Məhkəmə isə onun sahiblik hüquqlarını nəzərə almamışdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinin tələbləri pozularaq, məhkəmə qərarı cavabdehin əsassız varlanmasına səbəb olmuş dur. Belə ki, həmin torpaq sahəsi 2006-cı ildən onun istifadəsində və sahibliyində olmuş, orada öz zəhməti və vəsaiti hesabına yaxşılaşdırma işləri aparmış, yonca əkmişdir. Qiymətləndirmə şirkətinin rəyinə əsasən, torpaq sahəsinin rəy verilən dövrə orta bazar dəyəri 1 ha üçün 5.000 manat olmaqla cəmi 15.300 manat təşkil edir. Lakin onun heç bir vəsait və əziyyət çəkmədən sadəcə 3.000 manat verməklə sahib olmaq istəyən cavabdehlərə verilməsi onların əsassız olaraq varlanmasına səbəb olur. Torpaq Məcəlləsinin 81-ci maddəsinin tələbləri pozularaq nəinki torpaq sahəsində aparılmış yaxşılaşdırmaların əvəzi, hətta torpağın öz dəyərinin belə cavabdehlərdən tutularaq ona ödənilməsi təmin edilməmişdir. Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbləri pozularaq vicdanlı sahib olduğu halda, cavabdehl ərdən torpaq sahəsində apardığı yaxşılaşdırmaların dəyərini tələb etmək hüququ olduğu halda, onun hüquqi savadsızlıqdan yalnız torpağın bu günkü bazar qiymətinə uyğun dəyərini – 15.000 manat tələb etsə də məhkəmə bu tələbini belə nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri pozularaq, məhkəmə "xxxx" MMC tərəfindən verilmiş 69 nömrəli xx.xx.2022-ci il tarixli rəyə qiymət verilməmişdir. Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin tələbləri pozularaq, məhkəmə tərəfindən qəbul edilən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun gəlməmişdir. Cavabdeh1 ifadəsində onun torpaq sahəsindən gəlir götürdüyünü qeyd etsə də nəzərə almamışdır ki, o, həmin torpaq sahəsinin dəyərini tam ödəməklə orada yaxşılaşdırma işləri aparmışdır. Bel ə olan halda həmin torpaq sahəsi cavabdehlərə verildiyi təqdirdə onlar 17 il bundan əvvəlki torpaq sahəsini deyil, münbit və yonca əkilmiş torpaq sahəsini əldə edəcəklər. Məhkəmə tərəfindən bütün bu hallar nəzərə alınmayaraq ona torpaqdan çıxarıldığı halda cəmi 3.000 manat verilməsi qərara alınmışdır. Halbuki həmin məbləğə hazırda münbitləşdirilməmiş və qulluq edilməmiş 0,60 ha torpaq sahəsi ala bilər.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-890/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Zaur Allahyarov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instnasiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 10.485 (on min dör d yüz səksən beş) manatın və Cavabdeh2 1.888,5 (bir min səkkiz yüz səksən səkkiz manat, əlli qəpik) manatın alınaraq İddiaçı verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları səhv tətbiq olunmuşdur.

14. Məhkəmə kollegiyasının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə verdiyi sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2022-ci ilin dekabr ayında 2006cı ilin mart ayına nisbətən 319,4 faiz, 2007-ci ilin fevral ayına nisbətən isə 277,7 faiz təşkil etmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiyası məhkəməsi göstərilən halları prosessual hüquq normalarının tələbinə müvafiq olaraq araşdıraraq müəyyən olunan hallara bu qərarın “Tətbiq olunan hüquq” hissəsində göstərilən maddi hüquq normalarını tətbiq etməklə yekun məhkəmə aktı qəbul etməli olduğu halda, maddi və prosessual hüquq normalarının tələbinə əməl etməmişdir.

16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi 69 nömrəli xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, 2006-cı ildəki 12.500.000,00 (on iki milyon beş yüz min) manat (AZM) və ya 2.500,00 (xx.xx.2006-cı ildə Azərbaycan manatında 5.000:1 nisbətində denominasiya aparıldığını nəzərə alaraq) yeni Azərbaycan manatı (AZN) olduğundan və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin inflyasiya göstəri cisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 2022-ci ilin dekabr ayında 2006-cı ilin mart ayına nisbətən 319,4 faiz, 2007-ci ilin fevral ayına nisbətən isə 277,7 faiz olduğundan; 2.500 AZN + (2.500 x 319,4) = 10.485 AZN; 500 AZN + (500 x 277,7) = 1.888,5 AZN təşkil edir.

17. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 5.3, 16.1, 152.1, 222.2, 351.2, 351.3, 355.1, 355.2, 357-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.2, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

18. Qətnamədən Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə gönd ərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı- İddiaçı cavabdehlərlə torpaq sahəsinin alğı-satqısına dair öz mənafelərinə uyğun müqavilə bağlamışdırlar. Həmin müqavilə bu günə kimi ləğv edilməmişdir. Alğı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış torpaq sahəsinə dair əqd etibarsız hesab edilməmişdir. Torpaq bu gün də iddiaçı – İddiaçı sahibliyində və istifadəsindəir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qəbulu mülki hüquq subyektlərinin bərabərliyi prinsipinin pozulması ilə nəticələnmişdir. İddiaçı ona satılmış torpaq sahəsinin ötən 17 il ərzində sənədləşdirmə işlərini qəsdən həyata keçirilməsində maraqlı olmamış, sonda isə 15.000 manat pulun alınması üçün 17 ildən sonra məhkəməyə müraciət etmişdir. Bu hala məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə bununla da həm iddianın mahiyyyətindən, həm də apellyasiya şikayətinin tələblərindən kənara çıxmış, sübut toplamış və tərəf kimi iddiaçının tərəfindən çıxış etdiyini açıq-aşkar nümayiş etdirmişdir. Bu isə tam qanunsuzdur. İşdən də göründüyü kimi, sübut məhkəmə tərəfindən məqsədli şəkildə toplanılmışdır. X3 Komitəsindən 319,4 faizlə bağlı məktubun əldə edilməsi və faizin faizə vurulmaqla məhkəmə təcrübəsində olmayan bir halın meydana çıxmasına gətirib çıxarmasıdır. Bu hal başa düşülən deyildir. Qətnamənin qəbul edildiyi vaxtı Azərbaycan Respublikası MPM-nın 217.3-cü maddəsinin tələbinə düzgün riayət olunmamışdır. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri:

20. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən yazılı etiraz verilmiş və etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

25. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

26. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

27. Maddə 3 51.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

28. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

29. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.

30. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

31. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

32. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

33. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

35. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır

36. Maddə 404.2. Bu zaman bütün müvafi q hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

37. Maddə: 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

38. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

39. Maddə 560.1. Mülki hüquqlar hüquqa uy ğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

40. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

41. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində cavabdeh Vale Məmmədov apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 59. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

61. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-890/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar