Məhkəmə qərarları › İş №2(102)-4166/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4166/2022

24.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4166/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı (LPO "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ ( Açar sözlər: hərrac protokolunun və müqavilənin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı (LPO "xxxx" ASC üçüncü şəxs qismində cəlb edilməklə) “hərrac protokol unun və müqavilənin etibarsız hesab edilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1779/2022 nömrəli, 4 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)-4018/2015 saylı icra vərəqəsinə əsasən Nəsimi Rayon İcra şöbəsi tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzilin açıq hərracda satılması üçün "xxxx"nə sifariş verilmiş, mənzil qiymətləndirlərək satılması üçün Hərrac Mərkəzi tərəfindən satışa çıxarılmışdır. 2. “Birja yenilikləri” qəzetinin 31 mart – 06 aprel 2017-ci il tarixli buraxılışının çıxarışından görünür ki, İddiaçı məxsus mənzilin ilkin satış qiyməti 47000 manat müəyyən edilməklə açıq hərracın keçirilməsi 03 may 2017-ci il tarixinə, 14 aprel – 20 aprel 2017-ci il tarixli buraxılışının çıxarışından görünür ki, mənzilin ilkin satış qiyməti 47000 manat müəyyən edilməklə açıq hərracın keçirilməsi 03 may 2017-ci il tarixinə, 19 may – 25 may 2017-ci il tarixli buraxılışının çıxarışından görünür ki, mənzilinin təkrar hərracdakı satış qiyməti 39950 manat müəyyən edilməklə, açıq hərracın keçirilməsi 07 iyun 2017-ci il tarixinə təyin edilmişdir. 3. "xxxx" MMC-nin Hərracın nəticələri haqqında Y273 nömrəli protokoluna əsasən 07 iyun 2017-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzili ilə əlaqədar hərrac keçirilmiş, mənzil ilkin satış qiyməti 47000 manat və son qiymət 40903 manat olmaqla Cavabdeh1 satılmışdır. 4. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən alıcı Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 14 saylı evin 18 saylı mənzili 40903 manata əldə etmiş və onun mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X1 cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirıiyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları üzrə əml akın alqı-satqısı barədə” 07 iyun 2017-ci il tarixli müqavilənin və “Hərracın nəticələri haqqında” № Y-273 saylı, xx.xx.2017-ci il tarixli Yekun Protokolun etibarsız hesab edilərək ləğv olunması, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 18 ünvanında yerləşən mənzilin Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMK yanında DƏDR Xidmətində Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə, ********** nömrə ilə tam mülkiyyət hüququ ilə Dövlət qeydiyyatına alınmasına dair qeydin etibarsız hesab edilməsi, bu barədə verilmiş Seriya RX seriyalı № ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin mart ayında ona məlum olmuşdur ki, qardaşı X2 ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan B akı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 18 ünvanında yerləşən mənzilə dair xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsində həyat yoldaşı (cavabdeh) Cavabdeh1 və qeyrilərinə qarşı "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 07 iyun 2017-ci il tarixli müqavilənin, “Hərracın nəticələri haqqında” №Y273 saylı, xx.xx.2017-ci il tarixli Yekun Protokolun etibarsız hesab edilərək ləğv olunması və s. tələblərə dair iddia qaldırmışdır. Ona xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 14, mənzil 18 ünvanında yerləşən mənzil qardaşı X3 ilə "xxxx" ASC arasında bağlanmış ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Aldığı məlumata görə Nəsimi Rayon İcra şöbəsi tərəfindən həmin mənzilin açıq hərracd a satılması üçün "xxxx"nə sifariş verilmişdir. Mənzil qiymətləndirlərək satılması üçün Hərrac Mərkəzi tərəfindən satışa çıxarılmış və Hərrac Mərkəzi ilə Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 07 iyun 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 satılmışdır. Cavabdeh1 Azərbaycan Respublikası ƏMK yanında DƏDRX Daşınmaz əmlakın dövlət reyestrində həmin mənzili xüsusi mülkiyyət hüququ ilə öz adına rəsmiləşdirmiş və bu barədə Seriya RX seriyalı № ******* nömrəli çıxarış verilmişdir. Hesab edir ki, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilin qiymətləndirilməsi və "xxxx" tərəfindən açıq həraccda satılması zamanı ciddi qanun pozuntularına yol verilmişdir. Cavabdeh "xxxx" xüsusi mülkiyyət hüququ ilə məxsus olan mənzilin hərracın keçirilməsi bar ədə ona məlumat verməmiş, sifarişli poçt göndərişi (məktubu) göndərməmişdir. Bununla da, cavabdeh “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1 və 42.3-cü maddələri və Mülki Məcəllənin 415.2-ci maddəsi ilə müəyyən edilmiş qaydalara əməl etməmiş, ipoteka qoyan şəxs olaraq onun hüquqlarının pozulması ilə nəticələnən hərəkətləri etmişdir. O, ipoteka qoyan kimi hərracın iştirakçısı olduğu halda hərracın keçirilməsi barədə ona məlumat verilmədiyindən Qanunun 43-cü maddəsinə əsasən hərrac baş tutmamış hesab edilir. Odur ki, ona məxsus mənzilin qiymətləndirilməsi və açıq hərracda satılmasına dair cavabdeh "xxxx" ilə Cavabdeh1 arasında bağlanmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 07 iyun 2017-ci il tarixli müqavilə və “Hərracın nəticələri haqqına” №Y-273 saylı, xx.xx.2017-ci il tarixli Yekun Protokol və ondan doğan hüquqi nəticələr etibarsız hesab edilməlidir.

7. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 iddia tələbinin əsassız olduğunu göstərərək rədd olunmasını xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim: C.C.Musayeva) 18 oktyabr 2021-ci il tarixli, 2(006)-3123/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, Nəsimi rayon İcra şöbəsinin sifarişi (Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)4018/2015 saylı icra vərəqəsi) əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə hərrac keçirilmiş, 07 iyun 2017-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 2 8 May küçəsi 14 saylı evin 18 saylı mənzili 40903 manata alıcı Cavabdeh1 satılmışdır. Hərracların keçirilməsi ilə bağlı qəzetlərdə elanlar verilmiş, eyni zamanda bütün iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmişdir.

10. Qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur.

11. Mənzilin hərracdan satılma ilə bağlı keçirilmiş hərracda qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə müəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər hərrac iştirakçılarına göndərilmiş, bununla bağlı qəzetlərdə elanlar verilmişdir.

12. Hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli protokolun və müqavilənin etibarsız hesab ed ilməsinə dair iddia tələbinin rədd olunması ilə əlaqədar gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddianın digər tələbləri ilə əlaqədar münasibət bildirməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır.

13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 337, 415 və 416-cı maddələrinə, “İpoteka haqqında” Qanunun 41, 42 və 46-cı maddələrinə, “Poçt haqqında” Qanunun 1.0.10-cu maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bir inci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzilin qiymətləndirilməsi və "xxxx" tərəfindən açıq hərracdan satılması vaxtı ciddi qanun pozuntularına yol verilmişdir. Hərrac mərkəzi iddiaçıya məxsus olan mənzilə dair hərracın keçirilməsi barədə ona məlumat verməmiş, sifarişli poçt göndərişi (məktubu) göndərməmişdir. Lakin bu hala məhkəmə qətnaməsində lazımi münasibət bildirilməmişdir. Belə ki, qətnamədə göstərilmişdir ki, Quliyeva Rayisə Telman qızının adına ünvanlanmış məktublar ünvan 2i, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, keçid 4, mənzil 25 ünvanına göndərilmişdir. Eyni zamanda qətnamədə qeyd edilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 11 s aylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 236 nömrəli arayışından görünür ki, Quliyeva Rayisə Telman qızı ünvan 5 ünvanında yaşayır. Beləliklə tam aydın görünür ki, iddiaçı həmin bildirişləri əldə etmək imkanında olmamışdır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə, “Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.” Lakin məhkəmə əsaslandırıcı hissəni qanunlara əsasən deyil, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad edərək tərtib etmişdir. Həmçinin, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarı ilə də müəyyən olunmuşdur ki, “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir.” Qeyd olunanlara əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv ediməsini, iddia tələbinin təmin olunmasını xahiş edir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), F.F.Babayev və R.Ə.Eyvazov) 4 aprel 2022-ci il tarixli, 2(103)1779/2022 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının hərrac mərkəzi iddiaçıya məxsus olan mənzilin hərracın keçirilməsi barədə ona məlumat verməməsi, lakin bu hala məhkəmə qətnaməsində lazımi münasibət bildirilməməsi kimi dəlilləri formal mülahizələrə əsaslanmışdır.

18. İddiaçının apellyasiya şikayə tinin birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad edərək tərtib etməsi dəlillərinə münasibət bildirərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin İX bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337, 415 və 416-cı maddələrinə, “İpoteka haqqında” Qanunun 41, 42 və 46-cı maddələrinə, “Poçt haqqında” Qan unun 1.0.10-cu maddəsinə, Mülki Prosessual Məcəllənin14, 77, 88, 106 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi rayon İcra şöbəsinin sifarişi (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-4018/2015 saylı icra vərəqəsi) əsasında keçirilmiş hərrac qanunauyğun formada keçirilmədiyi halda, məhkəmə tərəfindən iddia ərizəsində göstərdiyi maddi hüquq normalarına əsasən “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 07 iyun 2017-ci il tarixli müqavilənin və “Hərracın nəticələri haqqında ” №Y-273 saylı, xx.xx.2017-ci il tarixli Yekun Protokolun etibarsız hesab ediməsinə əsasların olmadığı müəyyən edilmişdir. İddiaçı 04 aprel 2022-ci il tarixdə məhkəməyə teleqram vuraraq səhhətinin ağır olması səbəbindən məhkəmə prosesinin təxirə salınmasını xahiş etsə də, məhkəmə tərəfindən sözügedən prosessual hüquq normasının tələbi pozularaq işin baxılması təxirə salınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Məhkəməyə kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

24. Maddə 415.2 Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmı ş bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

25. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

26. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanun Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldi lməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayanan və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. (30 sentyabr 2019-cu ilə qədər qüvvədə olan redaksiya). Maddə 41.5. Hərrac açıq auksion formasında keçirilir.

27. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun t ələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Mülki Prosessual Məcəllə

28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün və mübahisənin predmeti bölünməz olduğundan həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilənlər apellyasiya şikayətinin dəlilləri ilə eynidir və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərfli və obyektiv araşdırararaq qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 30 dekabr 2008ci il tarixli qərarında (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası nın 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair) vurğulamışdır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillə r üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1779/2022 nömrəli, 4 aprel 2022-ci il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar