Məhkəmə qərarları › İş №2(102)-4168/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4168/2021

06.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4168/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, x qızının, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh və Sumqayıt şəhəri 4 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsiyyətnamənin etibarsız sayılması, vərəsəlik paylarının müəyyən edilməsi tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçılar İddiaçı1, x qızının, onların vəkili Vəkil, Cavabdeh, Üçüncü şəxs X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 01 fevral 2021-ci il tari xli qətnaməsindən iddiaçılar İddiaçı1 və x qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə vəsiyyətnamənin etibarsız sayılması və miras əmlak üzərində payların tanınması tələbləri ilə bağlıdır.

2. Miras qoyan X11 01 fevral 2018-ci tarixdə ölmüşdür. Miras kütləsinə S.B.Səmədovanın mülkiyyətində olmuş Sumqayıt şəhəri, 1-ci mkr, 8b/26 saylı evin, 43 saylı mənzili (yeni qaydalarla: Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 58, M5, m1) daxildir. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində 07.10.2017-ci il tarixdə mülkiyyət hüququ ilə X4 adına qeydə alınmışdır.

3. Mirasın açıldığı anda vərəsələrin dairəsinə aşağıdakı şəxslər - 1. oğlu İddiaçı1, 2. qızı İddiaçı2, 3.oğlu İddiaçı3, 4. qızı İddiaçı4, 5. qızı Cavabdeh, 6. oğlu X5, 7. qızı X6, 8. oğlu X12, 9. oğlu X13 və 10. miras qoyan tərəfindən övladlığa götürülmüş 21.04.2010-cu il təvəllüdlü X21 daxil olmuşlar.

4. Adı çəkilən vərəsələrdən X12 02.04.2018-ci il tarixdə, X6 və X13 isə 13.03.2018-ci il tarixdə notariat kontoruna ərizə ilə müraciət edərək mərhum anaları S.B.Səmədovanın vəfatından sonra miras qalmış bütün əmlakının onlara çatası hissələrindən Cavabdeh xeyrinə imtina etdiklərini bildirmişlər.

5. Vərəsələr M.İ.Səmədov, İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 anaları S.B.Səmədovadan qalmış mirasın qəbulu barədə ərizələrinə notarius tərəfindən baxılmış və miras şərikləri arasında mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunduğu, M.İ.Səmədova əlavə olaraq mir asın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü bildirilmiş və yaranmış mübahisənin həlli üçün vərəsələrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. 6. 10.09.2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış vəsiyyətnamə ilə S.B.Səmədova ölən günə qədər ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilində qeydiyyatda olan qızı Cavabdeh vəsiyyət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1, x qızı, İddiaçı3 və X7 cavabdehlər Cavabdeh və Sumqayıt şəhəri 4 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, 4 saylı DNK-da 10.09.2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə al ınmış X4 adından verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras kütləsinə daxil olan Sumqayıt şəhəri, 1-ci mkr-n, ev 8b/26-da yerləşən 43 saylı mənzilin 5 nəfər vərəsə arasında bölünməsi və hər birinin payının 1/5 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, 1-ci mkr-n, ev 6-da yerləşən 43 saylı mənzil anası S.B.Səmədovanın adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Anası S.B.Səmədova 01.02.2018-ci il tarixdə vəfat etmişdir. Anasının ölümündən sonra onlar mərhumun qanun üzrə birinci növbə vərəsələri kimi miras qalan mənzildən vərəsə paylarının müəyyən edilməsi və adlarına vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə ərizə və sənədləri toplamaqla ASAN-Sumqayıt Mərkəzinə təqdim etmişlər, lakin həmin vaxt məlum olmuşdur ki, Cavabdeh mərhum analarının adından 10.09.2013-cü il tarixdə Sumqayıt şəhəri, 4 DNK-da vəsiyyətnamə əldə etmişdir. Anaları mübahisəli mənzili heç vaxt Cavabdeh vermək niyyətində olmamış, hətta Cavabdeh dəfələrlə evdən qovulmuşdur, çünki cavabdeh yüngül həyat tərzi sürmüş, dəfələrlə polis və məhkəmə orqanlarında cavabdehin işinə baxılmışdır, bütün bunlarla yanaşı cavabdehin məhkumluğu vardır. Bundan başqa Cavabdeh dəfələrlə anası S.B.Səmədovanı döymüş, boğmuş, ona fiziki işgəncələr vermişdir. 2013-cü ildə anasının ayağı tutulmuş və onun bu vəziyyətindən istifadə edən cavabdeh qonşuluğunda sınıqçı həkim olduğunu, həmin həkim tərəfindən anasının müalicəsini təşkil edəcəyini bildirmiş və anasını özünün kirayədə yaşa dığı Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzilə aparmışdır. Anası savadsız və hərfləri belə tanımayan bir qadın olmuşdur. Cavabdeh bu vəziyyətdən istifadə edərək və özünün üç nəfər yaxın rəfiqəsini də bu işə qoşaraq vəsiyyətnamə əldə etmişdir. Hazırda isə cavabdeh həmin vəsiyyətnaməni ASANSumqayıt Mərkəzinin notariusuna təqdim edərək analarından miras qalan mənzildən daha çox pay əldə etmək istəmişdir. Bundan başqa Cavabdeh mübahisəli mənzildə olan və analarına məxsus olmuş qızıl-zinət əşyalarını və pulları ələ keçirmiş, saxta yollarla özünün Sahib adlı oğlunu da anasının övladlığına vermiş və həmin uşağın doğum haqqında şəhadətnaməsini də vərəsə təqdim etmişdir. Belə hesab edir ki, sözügedən vəsiyyətnamə qanunsuz verilmiş, anasının xəstə olması, yeriyə bilməməsindən istifadə edilmə kə saxta yolla edilmişdir. Aildə 9 nəfər olsalar da mirasın qəbulu ilə bağlı 3 vərəsə rəsmi qaydada miras əmlakda olan paylarından imtina etmişdir. Buna görə də həmin vəsiyyətnamə etibarsız hesab edilməli və miras əmlakda paylar beş vərəsə arasında bölünməlidir.

9. Cavabdeh və üçüncü şəxs Şirxan Səmədov birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

10. Üçüncü şəxs Məmmədxan Səmədov birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, vəsiyyətnamə qanunidir və etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Vəsiyyətnamənin ləğv edilmədən payların qanuna müvafiq olaraq müəyyən edilməsini xahiş etmişdir.

11. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.İsmayılov) 06 mart 2019-cu il tarixli, Xnömrəli qətnaməsi ilə iddiaçı lar İddiaçı1 və İddiaçı3 iddiasının qismən təmin edilməsi, 01.02.2018-ci il tarixində ölmüş X3 miras qalmış əmlak olan Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilinin (yeni qaydalarla: Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 58, M5, m1) 1/20 hissəsinə İddiaçı1, 1/20 hissəsinə İddiaçı3 məcburi pay hüququ, qalan 18/20 hissəsinə isə vəsiyyət üzrə vərəsə Cavabdeh vərəsəlik hüququnun tanınması, iddiaçılar İddiaçı1 və İddiaçı3 iddiasının qalan hissədə olmaqla, digər iddiaçılar İddiaçı2 və İddiaçı4 iddiasının rədd edilməsi qət edilmişdir.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, qeyd olunan vəsiyyətnamə qanunun tələblərinə uyğun olaraq tərtib edilmişdir və onun etibarsız hesab edilməsi üçün hər hansı bir mötəbər sübut iddiaçılar tərəfindən təqdim edilməmişdir. İş materia lların araşdırılarkən miras qoyan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə hər hansı bir məhkəmə qətnaməsi müəyyən edilməmişdir. Vəsiyyətnamədən göründüyü kimi miras qoyan X1 olduğundan vəsiyyətnaməni başqa bir şəxs imzalamışdır ki, Mülki Məcəllənin 1180.1-ci, 1180.2-ci və1182-ci maddələrinin tələblərinə uyğundur. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-L.Məmmədova (sədrlik edən və məruzəçi), S.Qafari və F.Məmmədov) 26 avqust 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin X saylı, 06 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilməsi, Sumqayıt şəhəri, 4 saylı DNK-da 10.09.2013-cü il tarixdə 2V/12 7 reyestr nömrə ilə qeydə alınmış X4 adından verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh hər birinin mərhum X4 Sumqayıt şəhəri, 1-ci mkr-n, ev 8b/26-da yerləşən 43 saylı mənzilin 1/9 hissəsinə pay hüququ tanınması, 4/9 hissədə pay açıq saxlanılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, X4 adından Cavabdeh verilmiş Sumqayıt şəhəri, 4 saylı DNK-da 10.09.2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, həmin vəsiyyətnamə 10 sentyabr 2013cü il tarixdə saat 12-40-da verilmişdir. İş materiallarında olan X4 adından Cavabdeh verilmiş Sumqayıt şəhəri, 4 saylı DNK-da 10.09.2013-cü il tarixdə 7E 44/34582 reyestr nömrə ilə qeydə alınmış etibarnamədən görünür ki, həmin etibarnamə saat 11-50-də verilmişdir. Həmin etibarnamə isə Sifera Səmədova tərəfindən şəxsən imzalanmışdır və həmin etibarnamədə onun savadsız olması barədə heç bir qeyd yoxdur. Müəyyən edilmişdir ki, eyni gündə, eyni notarius tərəfindən cəmi 50 dəqiqə vaxt fərqi ilə eyni adamın adından verilmiş vəsiyyətnamə və etibarnamə müxtəlif şəxslər, yəni vəsiyyətnamə X savadsız olduğu üçün şahid tərəfindən, etibarnamə isə özü tərəfindən şəxsən imzalanmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilənlərə əsasən həmin vəsiyyətnamə etibarsız hesab edilməlidir. Digər vərəsələr miras əmlakla bağlı müraciət etmədiklərindən onların miras əmlakı qəbul edibetmədikləri birinci instansiya məhkəməsində araşdırılmamışdır. Ona gör ə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçıların və cavabdehin hər birinin miras əmlakdan 1/9 hissədə pay hüququ tanınmalı, qalan 4/9 hissədə mərhumun adında qalmaqla açıq saxlanılmalıdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) X nömrəli iş üzrə 02 iyun 2020-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, vəsiyyətnamə əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qa nuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətlərini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bununla əlaqədar məhkəmə həmçinin qeyd etmişdir ki, vəsiyyətnamə birtərəfli iradə ifadəsi olan əqdir. Vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Qeyd edilən vəsiyyətnamənin etibarsızlığı nəticəsinə gəlmək üçün işdə olan bütün sübutların məcmu halında qarşılıqlı yoxlanaraq qiymətləndirilməsindən sonra mümkünlüyü müzakirə oluna bilər. Apellyasiya instansiya məhkəməsi etibarnaməni miras qoyanın şəxsən imzalanması halında, hansı səbəbdən vəsiyyətnamə imzalamaq imkanına malik olmaması və vəsiyyətnamənin şahidlərin iştirakı ilə digər şəxs tərəfindən imzalanmasını zəruri edən hansı halların mövcudluğu müəyyən edilməlidir. Bunun üçünsə apellyasiya instansiya məhkəməsi həmin sənədləri təsdiq etmiş notariusun şəxsən iştirakını təmin edərək aydınlaşdırmaq imkanına malik olsa da bunları yerinə yetirməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər -G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və Z.Məmmədov) 01 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, x qızı, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli, X saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat məbləğində pulun İddiaçı1, x qızından, İddiaçı3 və İddiaçı4 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı1 və x q ızı kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişlər.

20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iddia tələbindən kənara çıxaraq qanun üzrə vərəsəlik hüququna malik olan və məhkəmə mübahisəsi olduğuna görə vərəsəlik şəhadətnaməsi ala bilməyən İddiaçı2 və İddiaçı4 qızlarına qanunla müəyyən edilmiş müddətin ötürülməsini əsas gətirərək onları vərəsəlik hüququndan məhrum etmişdir. Bundan başqa, məhkəmə vərəsəlik payının 1/20 hissədə hesablayarkən 10 vərəsəni nəzərdə tutmuşdur. Halbuki, Sumqayıt Şəhər Məhkəməsinin 18.02.2014-cü il tarixli qətnaməsi ilə övladlığa götürülmüş X15 övladlığa götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin 01.08.2019-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 18.02.2014-cü il tarixli qətnaməsi ləğv edilmişdir. AR Ali Məh kəmənin 08.01.2020-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Apellyasiya məhkəməsi miras əmlakı 9 vərəsə arasında bölməli olduğu halda bu mühüm əhəmiyyətli halı qiymətləndirməmişdir. Hazırki vəsiyyətnamədə birinci və apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə miras qoyan X11 imza etməmiş, onun əvəzindən başqa bir şəxs Mansurova imza etmişdir. Məhkəmə xətt ekspertizası zamanı ekspertin rəyi ilə məlum olmuşdur ki, vəsiyyətnamədə Sifera Səmədovamn da imzası vardır. Belə hesab etmək olar ki, hazırki mübahisə edilən X tərəfindən verilmiş güman edilən vəsiyyətnamə qanunun tələbinə zidd tərtib edilmiş və ya sonradan S.Səmədovaya aldatma yolu ilə imza etdirmişdir. Belə ki, vəsiyyətnamədə olan imza vərəsəlik üzrə reyestr kitabında yoxdur. Məhz bu səbəbdən də məhkəmə həmin reyestr kitab ına da baxış keçirilməsi üçün verilmiş vəsatətləri rədd etmişdir. Eyni gündə yəni 10.04.2013-cü il tarixli vəsiyyətnamə və həmin tarixli verilmiş etibarnamədəki imzalara başqa adamlar tərəfindən icra edilməsi tam aydınlığı ilə görünür ki, xüsusi biliyə ehtiyacı olmayan hamı tərəfdən qəbul edilən sübutlardır. İddiaçıların və şahidlərin göstərdiklərinə görə X9 Səmədovam sevməmiş, onun yüngül həyat tərzi keçirməsini və onu tez-tez döyüb, təhqir etməsindən öz əmlakını Cavabdeh vəsiyyət etməzdi. Necə ki, 6 yaşlı uşağı məhkəmə qətnaməsi ilə ana S.Səmədovamn övladlığına verilməsi kimi işlər görmüşdür ki, bu hal bilinmədən sonra hazırki vərəsə kimi tanınan X15 80 yaşlı S.Səmədovamn övladlığa verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 18.02.2014-cü il tarixli qətnaməsi ərizəçi S.Səmədovanın adınd an tərtib edilmiş başqa şəxs tərəfindən imzalanmış ərizə əsasında olmamışdır. Məhkəmə Sifera Səmədovanın həqiqətən savadsız və beyin iflici keçirtməsi ilə əlaqədar öz hərəkətinin mənasını başa düşməməsini, həmin vaxt omba sümüyü sınmış, yerindən tərpənə bilməməyi, yaşlı qadının notariusa gedib-getməməsini araşdırmamış, vəsiyyətnaməyə imza etmiş şahidlərin vəsiyyət verənlə hansı münasibətdə olmasını, kim tərəfindən notariusa dəvət edilməsini araşdırmadan, işin tanı obyektiv araşdırılmadan yekun qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, x qızı və onların vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafi ə edərək, onun təmin olunmasını xahiş etdilər.

23. Cavabdeh və üçüncü şəxs X5 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədikləri üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi.

24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakı nın qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

26. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar.

27. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

28. Maddə 1182. Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir.

29. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, vali deynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

30. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

31. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

32. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş s ayılır.

33. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

34. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilir.

35. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.

36. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Odur ki, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəl i gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə vərəsəlik paylarının həcmi istisna olmaqla, iddianın qalan hissələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

42. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

43. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX, ******* №-li çıx arışın surətindən və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsindən verilmiş 15.10.2018-ci il tarixli, **********83 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzili (yeni qaydalarla: X ) mülkiyyət hüququ üzrə X nın adına 07.10.2017-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 318 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır.

44. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, S.B.Səmədova 01 fevral 2018-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür.

45. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisindən verilmiş 01.02.2018-ci il tarixində ölmüş S.B.Səmədovanın vərəsəlik işinə aid olan sənədlərin surətlərindən görünür ki, 0 1.02.2018- ci il tarixində ölmüş X nın adına vərəsəlik işi açılmış və vərəsələrin dairəsinə aşağıdakı şəxslər - 1. oğlu İddiaçı1, 2. qızı İddiaçı2, 3.oğlu İddiaçı3, 4. qızı İddiaçı4, 5. qızı Cavabdeh, 6. oğlu X5, 7. qızı X6, 8. oğlu X12, 9. oğlu X13 və 10. miras qoyan tərəfindən övladlığa götürülmüş 21.04.2010-cu il təvəllüdlü X21 daxil edilmişdir.

46. Həmin vərəsəlik işinə aid olan sənədlərin surətlərindən həmçinin görünür ki, 01.02.2018-ci il tarixində ölmüş X nın vərəsələri olan M.İ.Səmədov və 21.04.2010-cu il təvəllüdlü X 03.08.2018ci il tarixdə, Cavabdeh, İddiaçı1 və İddiaçı3 13.03.2018-ci tarixdə, İddiaçı2 və İddiaçı4 12.05.2018-ci il tarixdə müvafiq notariat kontoruna ərizə ilə müraciət edərək S.B.Səmədovadan miras qalmış əmlakı qəbul etmişlər.

47. Lakin adı çəkilən vərəsələrdən X 12 02.04.2018-ci il tarixdə, X6 və X13 isə 13.03.2018-ci il tarixdə notariat kontoruna ərizə ilə müraciət edərək mərhum anaları X nın vəfatından sonra hara yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakının onlara çatası hissələrindən Cavabdeh xeyrinə imtina etdiklərini bildirmişlər.

48. İş materiallarında olan S.B.Səmədovanın adından verilmiş Sumqayıt şəhəri, 4 saylı DNK-da 10.09.2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, S.B.Səmədova ölən günə qədər ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilində qeydiyyatda olan qızı Cavabdeh vəsiyyət etmişdir.

49. Qeyd olunan vəsiyyətnamənin surətindən həmçinin görünür ki, həmin vəsiyyətnamə Sum qayıt şəhəri 4 saylı notariat kontorunun notariusu Cəmaləddin Rüstəmovun iştirakı ilə 15.05.1961-ci il təvəllüdlü, Sumqayıt şəhəri, 17-ci mkr-n, ev 67, mənzil 22-də qeydiyyatda olan X8 tərəfindən imza edilmişdir. Vəsiyyətnamə tərtib edilərkən 2 nəfər şahidin iştirakı təmin edilmişdir. Belə ki, 06.09.1966-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X14 və 06.12.1955-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan S.B.Səmədova ölən günə qədər ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilində qeydiyyatda olan qızı Cavabdeh vəsiyyət etməsinə şahidlik etmişlər və bunu öz imzaları ilə təsdiq etmişdirlər.

50. İş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofi sindən verilmiş 01.02.2018-ci il tarixdə ölmüş S.B.Səmədovanın vərəsəlik işinə aid olan sənədlərin surətlərindən görünür ki, 01.02.2018- ci il tarixində ölmüş S.B.Səmədovanın vərəsələri olan M.İ.Səmədov, İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 anaları S.B.Səmədovadan qalmış mirasın qəbulu barədə ərizələrinə notarius tərəfindən baxılmış və miras şərikləri arasında mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunduğu, M.İ.Səmədova əlavə olaraq mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü bildirilmiş və yaranmış mübahisənin həlli üçün vərəsələrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur.

51. İşdən görünür ki, S.B.Səmədovanın adından verilmiş Sumqayıt şəhəri, 4 saylı DNK-da 10.09.2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, S.B.Səmədova ölən günə qədər ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilində qeydiyyatda olan qızı Cavabdeh vəsiyyət etmişdir. Həmin vəsiyyətnamədən görünür ki, X savadsız olduğu üçün onun əvəzindən vəsiyyətnaməni X imzalamışdır.

52. İş materiallarından göründüyü kimi miras qoyan 01 fevral 2018-ci ildə vəfat etmiş S.B.Səmədova, ölən günə qədər ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını qızı Cavabdeh vəsiyyət etmişdir.

53. İddiaçılar vəsiyyətnamənin etibarsızlığını miras qoyan X anın xəstə olması, beyin iflici keçirməsi və öz fikrini ifadə etmək iqtidarında olmaması ilə əsaslandırmışlar. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, şəxsin beyin iflici keçirməsi və y a fiziki qüsurlu olması onun fəaliyyət qabiliyyəti olmayan şəxs olması demək deyil. İş materialları araşdırılarkən miras qoyan S.B.Səmədovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə hər hansı bir məhkəmə qətnaməsi müəyyən edilməmişdir.

54. Apellyasiya kollegiyası Mülki Məcəllənin 1179-cu və 1225-ci maddələrinə istinad edərək (§ 27,35-36) bildirmişdir ki, miras qoyan S.B.Səmədovanın adından verilmiş Sumqayıt şəhəri, 4 saylı DNK 10 sentyabr 2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış vəsiyyətnamə mülki qanunvericiliyin tələblərinə uyğundur.

55. Belə ki, məhkəmə iclası zamanı Sumqayıt şəhəri 4 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi bildirmişdir ki, X10 Sumqayıt şəhər 4 saylı notariat kontoruna yaxınlaşaraq vəsiyyətnaməni Cavabdeh adına vəsiyyət etmək istədiyin i bildirmişdir. Vəsiyyətnamə yazılı şəkildə olur, əgər vətəndaş yaza bilmirsə, onlar texniki vasitələrdən istifadə edərək şahidlərin yanında vəsiyyətnaməni təsdiq edirlər. Hətta o, vəsiyyətnamənin qıraq sol küncündə vəsiyyət edənin imzasını çəkdirmişdir ki, gələcəkdə heç bir problem olmasın. Tərəflər öz ailə problemlərini məhkəmədən kənar şəkildə həll edə bilmirlər və notariat kontorunu günahlandırırlar. O, notarius olaraq bildirir ki, hər bir məsələni qanuni şəkildə yerinə yetirmişdir.

56. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Nazirliyinin 13 oktyabr 2020-ci il tarixli 4/696 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Sumqayıt şəhər 4 saylı notariat kontorunda 7E-44/34582 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş X4 adından olan 10 sentyabr 2013-cü il tarixli etibarnamə «imza» qrafasındakı imza; Sumqayıt şəhər 4 saylı notariat kontorunda 2V/127 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş X4 adından olan 10 sentyabr 2013-cü il tarixli vəsiyyətnamədə «Mansırova» soyadının qarşısındakı soldan sağa 1-ci imza X11 tərəfindən icra olunmuşdur. Elmi cəhətdən işlənib hazırlanmış müvafiq metodika olmadığına görə ekspertiza təyin edilməsi barədə qərardadın 3-cü sualında göstərilən imza nümunələrinə görə şəxsin savadsız olması faktının müəyyən edilməsi mümkün deyildir.

57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəm ənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iddianın vəsiyyətnamənin etibarsız hesab edilməsi hissəsində iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Bununla yanaşı, mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməməsinə görə İddiaçı2 iddiasının təmin olunmaması barədə gəlinmiş qənaət də maddi hüquq normalarına uyğundur (§ 31, 32, 34).

59. Ona görə də qətnamə vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsinə və İddiaçı2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

60. Bununla belə, Kollegiya hesab edir ki, vərəsəlik paylarının müəyyən edilən həcmi hissəsində hüquq normaları düzgün tətbiq edilməmişdir.

61. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən miras açıldığı anda vərəsəliyə çağırılan vərəsələrin sayı 10 nəfər olmuşdur (§ 3). Onlardan biri də X21 idi. Belə ki, o, Sumqayıt Şəhər Məhkəməsinin X saylı 18.02.2014-cü il tarixli qətnaməsi ilə X nın övladlığına verilmişdi. Bu baxımdan tələbləri qismən təmin olunan iddiaçıların məcburi payı hesablanarkən miras almağa çağırıla biləcək qanun üzrə 10 nəfər vərəsəyə çatası payın yarısı kimi 1/20 pay nəzərə alınmış, 18/20 pay isə vəsiyyət üzrə vərəsə Cavabdeh verilmişdir.

62. Bununla belə, işdən görünür ki, X un miras qoyanın övladlığına verilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.08.2019-cu il tarixli, X nömrəli qərardadı ilə ləğv edilmiş və işin icraatına xitam verilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 08.01.2020-ci il tarixli, X nömrəli qərarı ilə apellyasiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

63. Buna baxmayaraq apellyasiya məhkəməsi, miras paylarının həcmi ilə bağlı yuxarıda göstərilən halı nəzərə almamış, bu xüsusatla bağlı iddiaçıların dəlilləri və təqdim etdiyi sübutları araşdırmamış, onlara müvafiq hüquqi qiymət verməmişdir. Bu hal isə həmin hissədə maddi və prosessual normaların düzgün tətbiq olunmadığına və iş üzrə düzgün olmayan qətnamə çıxarıldığına dəlalət edir.

64. Ona görə də qətnamə miras paylarının həcmi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən araşdırılmaqla müvafiq qərarın qəbu l edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

65. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qətnaməsi miras paylarının həcmi hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar