Məhkəmə qərarları › İş №2(102)-4170/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4170/2021

20.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4170/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4170/21 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, tələbin hüquqi əsasının olmaması) Bakı şəhəri, 20 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülk i iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-807/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 20 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İşin halları, birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Mədəd qızı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Ofisində təsdiq edilmiş AN-İ № ******* nömrəli, 21 may 2015-ci tarixli, reyestrdə 4Ə-№ 1549 nömrəsi ilə qeyd edilmiş, alıcı Cavabdeh2 ilə satıcı İddiaçı arasında bağlanmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarı şın etibarsız hesab edilərək ləğv edilməsi və əvəzindən alınan 30000 manat pulun Abşeron rayon 1 saylı Notariat Ofisinin depozit hesabına geri qaytarması vəzifəsinin Cavabdeh1 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsinə əlavə barədə ərizə təqdim edərək, mülkiyyətində olan fərdi yaşayış evinə dair Cavabdeh1 verdiyi 21 may 2015-ci il tarixli baş etibarnamənin etibarsız hesab edilərək ləğv edilməsi barədə də qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Abşeron rayonu 1 saylı notariat ofisi üçüncü şəxs kimi qoyulmuşdur.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 borclu olduğu üçün borcunun təminatı olaraq mülkiyyətində olan fərdi yaşayış evinə dair cavabdehə 21 may 2015-ci il tarixli baş etibarnamə ermişdir. İddiaçı bor cunu bir ay müddətində qaytaracağına söz verdiyi üçün etibarnaməni də bir ay müddətinə vermişdir.

5. Həmin etibarnamə əsasında Cavabdeh1 qeyd edilən evi Cavabdeh2 Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş AN-İ № ******* nömrəli, 21 may 2015-ci tarixli, reyestrdə 4Ə-№ 1549 nömrə ilə qeyd edilən müqavilə əsasında satmışdır. Alqı-satqı müqaviləsini iddiaçının adından Cavabdeh1 imzalamışdır. Lakin cavabdeh bu barədə iddiaçıya heç bir məlumat verməmişdir.

6. Halbuki Cavabdeh1 iddiaçının ona olan borcunu ödəyə bilmədikdə, həmin evin 70.000 manata satıb, satdıqdan sonra borcu götürüb qalan pulu iddiaçıya qaytaracağı barədə razılığa gəlmişdilər.

7. Ötən il aralarında olan borca görə Cavabdeh1 iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişd ir. Həmin ərəfədə iddiaçı xəbər tutub ki, Cavabdeh1 evi Cavabdeh2 dəyərindən qat-qat aşağı qiymətə, yəni 30.000 manata satmışdır.

8. Bununla bağlı iddiaçı Abşeron rayon 1 saylı Notariat Ofisinə sorğu ilə müraciət edərək müqavilənin və digər sənədlərin surətini əldə etmişdir. Sözü gedən alqı-satqı müqaviləsi iddiaçının etibarından sui-istifadə edilərək bağlanmış, fərdi yaşayış evi real dəyərindən qat-qat ucuz qiymətə satılmışdır.

9. Cavabdeh2 iddiaçının vəziyyətindən sui-istifadə edərək real dəyərindən qat-qat ucuz qiymətə daşınmaz əmlakını alqı-satqı ilə müqaviləsi əsasında əldə etmiş, digər Cavabdeh1 isə bunun müqabilində 30.000 manat pulu əldə edərək mənimsəmişdir.

10. Cavabdehlərin vəkili və nümayəndəsi iddiya etiraz edib. Etirazın dəlilləri: - iddiaçının qeyd edilən evlə faktiki olaraq hər hansı bir əlaqəsi olmamış, həmin ev Cavabdeh1 anasına məxsus olmuşdur. Formal olaraq onun adına sənədləşdirilmişdir. Ev satıldığı gün iddiaçı şəxsən orada iştirak etmiş və ona şirinlik kimi pul verilmişdir. Bu barədə tərəflər arasında gedən başqa məhkəmə proseslərində iddiaçı özü bilavasitə bildirmişdir; - həqiqətən də, iddiaçının Cavabdeh1 borcu olmuş, iddiaçı borcunu qaytarmadığı üçün sonuncu onun barəsində Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, Abşeron RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısının qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, ərizəçiyə aralarında olan mübahisə mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah edilmişdir; - bundan sonra, Cavabdeh1 2018-ci ilin may ayında İddiaçı qarşı Abşeron Rayon Məhkəməsində pul tələ binə dair iddia qaldırmış, məhkəmənin 21 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamənin qanuni qüvvəsini almasına maneə yaratmaq məqsədi ilə İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəmədə ayrıca iddia qaldıraraq, qeyd edilən qətnamədən verilmiş apellyasiya şikayəti üzrə məhkəmədə vəsatət qaldıraraq iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Verilmiş vəsatət təmin edilərək iş üzrə icraat dayandırılmışdır. Bundan sonra, iddiaçı hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldıraraq borclu olduğu pul vəsaitini qaytarmaqdan dolayısı ilə boyun qaçırmağa cəhd etmişdir; - həmçinin müqavilənin etibarsızlığını tələb etmək üçün müddət keçmişdir. 1

1. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.3, 337.4, 354.2, 359.1, 359.3, 362.1 və 777.1-ci maddələrinə istinad edib.

12. Abşeron Rayon Məhkəməsinin 2(012)-1803/2020 nömrəli, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Elçin Kazımov)

13. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı Mədəd qızı RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olmuş Abşeron rayonu, Masazır kəndi, S.Ə.Şirvani küçəsi, 93 saylı ev və 0,018 ha torpaq sahəsinə dair sərəncam vermək və satmaq da daxil olmaqla bir sıra hərəkətləri etməsinə dair 21 may 2015-ci il tarixdə Cavabdeh1 etibarnamə vermişdir. Cavabdeh1 etibarnamə əsasında İddiaçı Mədəd qızı tərəfindən ona verilmiş hüquqlardan istifadə edərək, sonuncunun adından digər Cavabdeh2 ilə 21 may 2015-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsini bağlamış və həmin alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi və torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə keçmişdir.

14. Birinci instansiya məhkəməsi hesab edib ki, İddiaçı Mədəd qızı onun tərəfindən Cavabdeh1 21 may 2015-ci il tarixdə verilmiş etibarnamə ilə fərdi yaşayış evinin və torpaq sahəsinin Cavabdeh2 iddiaçının vəziyyətindən sui-istifadə edərək real dəyərindən ucuz qiymətə, digər Cavabdeh1 isə bunun müqabilində 30.000 manat pulu əldə edərək mənimsədiyini əsas gətirərək həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etsə də, həmin müqavilənin etibarsızlığı üçün əsas yoxdur. Çünki İddiaçı Mədəd qızı tərəfindən Cavabdeh1 ünvan 1 ünvanın da yerləşən fərdi yaşayış evi və 0.018 ha torpaq sahəsinə dair verilmiş etibarnamədə həmin əmlakı satmaq da daxil olmaqla bir sıra hüquqlar etibar edilmiş və etibarnamənin etibarlılıq müddəti 21 iyun 2015-ci il tarixədək müəyyən edilmişdir. Alqı-satqı müqaviləsi bağlanan vaxt, yəni 21 may 2015-ci il tarixdə etibarnamə qüvvədə olmuş və etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmamışdır.

15. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, İddiaçı Mədəd qızı alqısatqı müqaviləsi bağlandıqdan sonra notariat orqanına müraciət edərək Cavabdeh1 verdiyi etibarnamədən imtina etməsi barədə ərizə ilə müraciət etməmişdir. Cavabdeh1 qüvvədə olan etibarnamə əsasında verilmiş hüquqlar əsasında alqı-satqı müqaviləsi bağlamış, alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman qanunvericiliyin tələblər inə riayət olunmuşdur.

16. Birinci instansiya məhkəməsi həmçinin qeyd edib ki, müqaviləni mübahisələndirmək üçün qanunda nəzərdə tutulmuş müddət də keçib. Belə ki, iddiaçı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan 6 ildən çox vaxt keçməsinə baxmayaraq, bu dövrdə məhkəməyə müraciət etməməsini əsaslandıran üzrlü səbəbləri məhkəməyə təqdim etməmişdir. və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.

17. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 152.8, 337.1, 337.2, 337.4, 359.1, 362.1, 366.1, 365.1.5, 365.1.7, 375.2, Mülki Prosessual Məcəllənin 14.2, və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı İddiaçı apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

19. İddi açının apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, işdə olan sənədlərə və təqdim edilmiş faktlara heç bir hüquqi qiymət verilməmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-807/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1803/2020 saylı iş üzrə 23 oktyabr 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Telman Quliyev (sədrlik edən, məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova)

21. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, qeyd etmişdir ki, Cavabdeh1 qüvvədə olan etibarnamə əsasında verilmiş hüquqlar əs asında alqı-satqı müqaviləsi bağlamış, alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman qanunvericiliyin

22. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsasız sayaraq, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 26.Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

27. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər və üçüncü şəxs Abşeron rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmlş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər v ə ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişd irir və onlara xitam verir. Maddə

390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilməd iyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

32. Baxılan iş üz rə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

33. Belə ki, iddia tələbi müqavilənin etibarsızlığı barədədir. İddiaçı Mədəd qızı onun tərəfindən Cavabdeh1 21 may 2015-ci il tarixdə verilmiş etibarnamə ilə fərdi yaşayış evinin və torpaq sahəsinin Cavabdeh2 real dəyərindən ucuz qiymətə satılmasına istinad etmişdir.

34. Apellyasiya məhkəməsi iş materiallarına əsasən müqavilənin etibarsız olması halını müəyyən etməmişdir. Əksinə, işə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarına əsasən müəyyən ediblər ki, İddiaçı Mədəd qızı tərəfindən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.018 ha torpaq sahəsinə dair verilmiş etibarnamədə həmin əmlakı satmaq da daxil olmaqla bir sıra hüquqlar etibar edilmiş və etibarnamənin etibarlılıq müddəti 21 iyun 2015-ci il tari xədək müəyyən edilmişdir. Alqısatqı müqaviləsi bağlanan vaxt, yəni 21 may 2015-ci il tarixdə etibarnamə qüvvədə olmuş və etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. Cavabdeh1 da qüvvədə olan etibarnamə əsasında verilmiş hüquqlar əsasında alqı-satqı müqaviləsi bağlamış, alqısatqı müqaviləsi rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur.

35. Bundan başqa, o da müəyyən edilib ki, iddiaçı müqaviləni mübahisələndirmək üçün müddəti ötürüb.

36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və iddiaçının apellyasiya şikayəti üzrə dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və məhkəmələr tərəfindən qeyd edilənləri təkrar etməyə zərurət görmür.

37. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, hazırki işin müəyyən edilmiş halları baxım ından, iddiaçının evin ucuz qiymətə satılması barədə dəlili müqavilənin etibarsız sayılması üçün əsas deyil.

38. Apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə Mülki Məcəllənin yuxarda qeyd edilən normalarını düzgün tətbiq etmişdir.

39. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

40. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri v ə MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxx kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-807/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar