Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4170/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Cavabdeh Mehdi oğluna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X6) iş üzrə QƏRARİ Açar sözlər: özbaşına inşa edilmiş tikilinin sökülməsi, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X5 və X6) torpa q sahəsində özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2217/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsindən verilmiş cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1161/2006 saylı, 11 avqust 2006-cı il tarixli qətnaməsi ilə, Cavabdeh və digərlərinin Bakı şəhəri Nizami Rayon X1rşı vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab olunmasına dair ərizəsi təmin olunmuş, cavabdeh və onun ailə üzvlərinin ünvan 1 ünvanındakı evə yaşayış hüquqları tanınmışdır.
2. Cavabdehin müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan ünvan 2 ünvanındakı yerləşən torpaq sahəsində özbaşına tikinti işləri aparması ilə əlaqədar Nizami RPİ-nin 24-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolu ilə toplanmış materiallar baxılması üçün Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinə (bundan sonra – iddiaçı) göndərilmişdir.
3. Cavabdeh müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan sözügedən ünvanda yerləşən torpaq sahəsində özbaşına tikinti işləri aparmasına görə iddiaçının inzibati xətaya dair 01 iyun 2020-ci il tarixli 01 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddi a ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlətə məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan ünvan 3 ünvanındakı yerləşən torpaq sahəsində özbaşına tikinti işləri aparıb. Bununla əlaqədar olaraq həmin ünvanda yaşayan sakinlər müxtəlif dövlət orqanlarına şikayətlə müraciət edib və tikilinin sökülməsi barədə tədbir görülməsini xahiş ediblər. Həmin tikililərin sökülməsi ilə əlaqədar aidiyyəti qurumların əməkdaşları və polis işçiləri həmin ünvana baxış keçirib və cavabdeh tərəfindən inşa edilən tikilinin sökülməs ini tələb ediblər. Lakin Cavabdeh xidməti vəzifəsini yerinə yetirən əməkdaşların qanuni tələblərinə əhəmiyyət verməyib və qanunsuz tikilini sökməyəcəyini bildirib. İnzibati protokola baxılaraq cavabdeh 01 iyun 2020-ci il tarixli qərarla cavabdeh 500 manat məbləğində cərimə edilib və qərar icra olunması üçün Nizami Rayon İcra və Probasiya Şöbəsinə göndərilib. İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərar qəbul edilib. İddiaçı tərəfindən görülən tədbirlərə baxmayaraq cavabdeh qanunsuz inşa etdiyi tikilini sökməyib.
6. Birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında X5 və X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşlar.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkə mə-texniki-tikinti ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli 10/3993 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında inşa olunmuş iki mərtəbəli, tikinti altı sahəsi 90 kv.m olan yaşayış evi “Google Earth” proqramının məlumatlarına əsasən 2006-cı illərdən sonra inşa olunmuş və həmin tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi bina və qurğularda yenidənplanlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklik edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydala rının” 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun deyildir.
8. Birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2021-ci ildə mübahisəli sahəyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, kiçik giriş qapısından girərkən sol tərəfdə bir neçə birmərtəbəli tikililər vardır. Cavabdehin bildirdiyinə görə həmin tikililər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 avqust 2006-cı il tarixli qətnaməsi ilə onun və ailə üzvləri: Babaşova Aybəniz İldırım qızının, X3, X2 və X4 yaşayış hüquqlarının tanındığı yaşayış sahəsidir və orada hal-hazırda başqa şəxslər yaşayır. Kiçik giriş qapısından girərkən sağ tərəfdə daşdan tikilmiş, taxtapuşu vurulmuş, lakin tikintisi və təmiri tam başa çatdırılmamış 2 mərtəbəli yaşayış sahəsi vardır. Cavabdeh bildirmişdir ki, hal-hazırda həmin yarımçıq tiki lidə o arvadı və nəvələri ilə birlikdə yaşayır.
9. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-353/2021 nömrəli iş üzrə 2 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.X.Mirzəyev) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 137/1 ünvanda, kiçik giriş qapısından sağ tərəfdə yerləşən 2 mərtəbəli qanunsuz tikilinin sökülməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı Şəhəri Nizami Rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə mübahisəli həyətdə inşa edilmiş tikiliyə cavabdehin və onun ailə üzvlərinin yaşayış hüquqları tanınmış, lakin cavabdeh həmin ünvanda yaşayarkən müvafiq icra hakimiyyəti orqanının raz ılığı olmadan orada 2 mərtəbəli yaşayış evi inşa etmişdir. İşin bu halı tərəflərin məhkəmədə verdikləri izahatlarla, inzibati xəta haqqında protokolla, ekspert rəyi ilə, yerində müayinə protokolu və digər sənədlərlə tam olaraq öz təsdiqini tapmışdır.
11. Məhkəmə araşdırması zamanı cavabdeh qeyd olunan yaşayış sahəsinin qanuni əsaslarla tikilməsinə dəlalət edən hər hansı bir hüquqi sənəd təqdim etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, həmin tikili sökülməlidir.
12. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, həmin ünvanda 2006-cı ilə qədər mövcud olmuş yaşayış sahəsinə (kiçik giriş qapısından girərkən sol tərəfdə bir neçə birmərtəbəli tikililərə) məhkəmə qərarı ilə cavabdehin və onun ailə üzvlərinin yaşayış hüquqları tanındığından bu tikililərin sökülməsi tələbi əsassızdır və bu hiss ədə iddia təmin olunmamalıdır.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən istinad etdiyi sübutlardan biri onun barəsində inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati xəta haqqında protokoludur. Həmin protokol əsasında o, təqsirli bilinərək 500 manat cərimə edilmişdir. İşə baxan məhkəmə nəzərə almamışdır ki, həmin torpaq sahəsi iddiaçıya aid deyil və İXM-nin 43.1-ci maddəsinə əsasən bu cür qanu nsuz tikinti işlərinə görə qərar qəbul etmək səlahiyyəti məhkəmələrə aid olduğundan bu qərar qanunsuzdur və sübut kimi qəbul edilə bilməz. İşə baxan məhkəmə Mülki Məcəllənin 180.4-cü maddəsini iş üzrə düzgün tətbiq etməmişdir. İddiaçı sözügedən ünvanda yerləşən torpaq sahəsi üzərində hansısa hüququnun olması ilə bağlı sübut əlavə etmədiyindən bu iş üzrə Mülki Məcəllənin 180.4-cü maddəsi tətbiq edilə bilməz. İş üzrə X5 və X6 üçüncü şəxs qismində cəlb edilmişlər. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bu mübahisənin həmin şəxslərə heç bir aidiyyətı yoxdur. İddiaçı mübahisəli torpaq sahəsinin dövlətə məxsusluğunu göstərən bir sübut təqdim etməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2217/2022 sayl ı mülki iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və F.Ş.Talışinski) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli iki mərtəbəli yaşayış evi cavabdehin xüsusi mülkiyyətində deyil və onun tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinin pozulması ilə inşa edilmişdir. Odur ki, iddiaçı həmin tikilinin sökülməsini tələb etməkdə haqlıdır.
18. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməsi və yaşayış hüquqlarının pozulmasına səbəb olan məhkəmə aktı qəbul etməsi, məhkəmənin həmin mövqeyinin qanunsuz və əsassız olması barədə dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutları apellyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir.
19. Məhkəmə kollegiyası, həmçinin hesab etmişdir ki, Cavabdeh apеllyasiya şikayətində həmin torpaq sahəsinin iddiaçıya aid olmadığını, iddiaçının ünvan 6 ünvanda yerləşən torpaq sahəsi üzərində hansısa hüququnun olması ilə bağlı sübut olmadığını bild irsə də, qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim еtməmişdir.
20. Cavabdehin apеllyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdıran Məhkəmə kollegiyası hеsab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi-nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеllyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsasland ırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə maddi hüquq normasını (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsini) səhv tətbiq etmişdir. İddiaçının bu normada göstərilən müvafiq icra hakimiyyəti orqanı olması və ya işdə maraqlı tərəf olması heç bir sənəd və ya hüquq norması ilə öz təsdiqini tapmamışdır. Hətta məhkəmə baxışı zamanı mübahisəli torpaq sahəsinin iddiaçıya aid olub-olmaması müəyyən edilməmişdir. İş üzrə cavabdeh tərəfindən uzun illərdir ki, həmin tikililərə və torpaq sahəsinə görə Nizami Bələdiyyəsinə pul ödəyir. Həmin ödənişləri təsdiq edən qəbzlər iş materiallarına əlavə edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu ərazisində bələdiyyə torpaqları ilə dövlət torpaqları müəyyənləşmədiyindən mübahisəli tikilinin olduğu torpağın kimə məxsus olunduğu bilinmir. Bu normanın səhv tətbiq olunması nəticəsində cavabdehin hüquqları pozularaq apellyasiya şikayəti təmin edilməmişdir. İşə baxan məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və təqdim edilmiş sübutlara uyğun hüquq normalarını tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
25. Madd ə 6.1. Mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir.
26. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
27. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
28. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyy ət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
29. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mülki Prosessual Məcəllə
30. Maddə 153.2.1. Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolveril məzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
31. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir.
32. Maddə 262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət hədd ində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən... apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib,... bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. 37. 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aş ağıdakı hallarda ləğv edilməlidir: 38....418.4.10. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
39. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir (maddə 2.1).
40. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:...inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia, maddə 2.2.3). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
41. Azərbaycan Respubl ikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir (maddə 2.0.1). Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir.
43. Hazırkı kassasiya icraatı üzrə apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Baxılan iş üzrə iddiaçı inzibati orqandır və mübahisə qanunsuz tikilinin sökülməsi ilə əlaqədar olmaqla ümumi (publik) hüquq münasibətlərindən irəli gəlir. 45. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarının 10.2-10.4-cü bəndlərinə müvafiq olaraq Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. «A zərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında» 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Məcəllənin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
46. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan qanunvericilik normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə almadan, hazırkı mübahisənin inzibati mübahisə olmasına baxmayaraq mülki məhkəmə icraatı qaydasında verilmiş həmin iddiaya mahiyyəti üzrə baxmışdır.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq və MPM-in 261.0.1-ci, 417.1.5 və 418.4.10-cu maddələrini rəhbər tutaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə xitam verilməlidir.
48. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262. 3-cü maddəsinə əsasən iddiaçıya izah edir ki, müvafiq iddia ərizəsi ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək üçün səlahiyyətli orqana müraciət edə bilər.
49. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 29 iyun 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən müəyyən istisnalar nəzərə alınmaqla “Şərəhsalma və Tikinti Məcəlləsi” 2013-cü ilin yanvar ayının 1dən qüvvəyə minmişdir.
50. Həmin Qanunla “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilmiş, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktların Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlaması, Məcəllənin qüvvəyə minməsindən əvvəl tikint isi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin yalnız 16-18-ci fəsillərində nəzərdə tutulmuş müddəaların şamil olunması qərara alınmışdır.
51. Yuxarıda da qeyd olunduğu kimi “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli Fərmanının 4.10-cu bəndinə əsasən Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş “Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması”, Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulmuş yan divarlarının və dam örtüklərinin inşası başa çatma mış tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilməsi, 95.3-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət etmək, Məcəllənin 97.2, 97.3, 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. 52. “Şəhərsalma və Tikinti Məcəlləsi”nin 95.2-ci maddəsinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə, tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tiki nti obyekti belə icazə alınmadan tikildikdə və tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda, yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilir.
53. İstinad olunan qanunvericilik aktları ilə dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan yerli icra hakimiyyəti orqanlarının və digər təşkilatların dövlətin adından belə bir tələblə müraciət etmək, müvafiq qərar qəbul etmək səlahiyyəti yoxdur.
54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.5, 418.4.10 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2217/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.