Məhkəmə qərarları › İş №2(102)-4174/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4174/2021

20.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4174/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar X28, İddiaçı2, X20, X26 və X13 cavabdehlər Cavabdeh və Əzimi Əbbas Eynullah oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4174/2021 (Açar sözlər: etibarnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əcnəbilərin iştirakı ilə olan mübahisədə milli qanunvericiliyin tətbiq edilməsi) Bakı şəhəri, 20 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçılar X28 və İddiaçı2, ca vabdehlər Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçılar X28, İddiaçı2, X20, X26 və X13 cavabdehlər Cavabdeh və Əzimi Əbbas Eynullah oğluna qarşı “etibarnamənin, bağışlama müqaviləsinin etibarsız hesab, çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-755/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh XXX kassasiya şikayətinə 20 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İran İslam Respublikasının vətəndaşlarıdır. Azimi Einollah iddiaçılarıdan İddiaçı2 əridir, onların nikahı İran İslam Respublikasında bağlanıb. Digər iddiaçılar Azimi Einollahın övladlarıdır.

3. Cavabdeh X7 Azərbaycan Respublikasında q eyr-rəsmi nikahından doğulan oğludur.

2. Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0,159 ha olan torpaq sahəsində yerləşən 1 otaqlı 137 V saylı bağ evi XXX mülkiyyətində olub.

3. XXX 17.12.2017-ci il tarixli etibarnamə ilə Cavabdeh həmin bağ evinə dair sərəncam verməyi etibar edib.

4. Cavabdeh qeyd edilən etibarnamə əsasında 16.04.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə bağ evini XXX adından X17 bağışlayıb.

5. Azimi Einollah 10 may 2018-ci ildə İran İslam Respublikasında vəfat etmişdir. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar iddia ərizəsi ilə Cavabdeh qarşı Qubadlı Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda XXX tərəfindən Cavabdeh verilmiş 17.12.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddiaçılar sonradan iddia tələbinin həcmini artırıb, əlavə olaraq XXX məxsus ünvan 1-nin XXX bağışlaması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən XXX adına ünvan 1-yə dair verilmiş çıxarışın ləğv edilməsini də xahiş etmişlər.

7. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçılardan İddiaçı2 XXX ilə 15.05.1979-cu il tarixdən ömrünün sonuna qədər nikahda olmuşlar. Buna baxmayaraq XXX Azərbaycan Respublikasında X9 ilə faktiki nikah münasibətində olmuş və onların 19.09.2002-ci il tarixdə X22 adlı uşaqları doğulmuşdur.

8. Azimi Einollah 2007-ci il tarixdə ünvan 1-ni almış və ona 17.05.2007-ci il tarixli ********* saylı çıxarış verilmişdir.

9. Azimi Einollahın səhhətində problemlər yaranmışdı. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi. 2017-ci ilin ortalarından başlayaraq onun şüurunda da problemlər əmələ gəlmişdi, öz hərəkətlərinin mənasını başa düşmürdü. Cərrahiyyə əməliyyətindan sonra – 2017-ci ilin dekabrında X35 diaqnozu ilə XXX şəhərində müalicə almış, ağ ciyər infeksiyasi və kəskin nəfəs darlığı ilə yanaşı həmçinin həkim tərəfindən şüurunun arabir dayanması diaqnozu da qoyaraq “Arad” xəstəxanasına yerləşdirilmişdir. Müalicələrin təsiri olmamış və Azimi Einollah 10 may 2018-ci ildə vəfat etmişdir. 10. 2019-cu ilin oktyabr ayında XXX vərəsələri arasında əmlakların bölünməsi məsələsini həll etmək istəyən zaman onlara məlum olmuşdur ki, mərhum XXX 17.12.2017-ci il tarixdə Sumqa yıt şəhəri, 4 saylı Notariat Kontorunda Cavabdeh 560267 saylı etibarnamə vermiş və Cavabdeh da həmin etibarnaməyə əsasən ünvan 1-ni 16.04.2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X18 bağışlamışdır.

11. İddiaçılar dəfələrlə Bakıya gələndə ünvan 1-də qalırdırlar. Cavabdeh qonşuluqda olurdu və onları tanıyırdı.

12. Azimi Einollah tərəfindən 17.12.2017-ci il tarixdə Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda Cavabdeh verilmiş 560267 saylı etibarnamə etibarsız hesab edilməlidir. Çünki 17.12.2017-ci il tarixdə XXX psixi durumunda olan problemlərə görə öz hərəkətlərinin mənasını başa düşmürdü. Belə olan halda onun verdiyi etibarnamə etibarsız hesab edilməlidir. Əgər XXX psixi cəhətdən heç bir problemi olmasaydı, o, Cavabdeh etibarnamə verməzdi.

13. Cavabdeh X5 tapşırı ğına əsasən XXX bu vəziyyətindən istifadə edərək onu notariat kontoruna apararaq ondan etibarnamə almışdır. Əgər XXX psixi vəziyyəti normal olsaydı və o, ünvan 1-ni oğluna bağışlamaq fikri olsaydı, notariat kontoruna gedən zaman Cavabdeh etibarnamə vermək əvəzinə, evi özü X18 bağışlayardı. Buradan da görünür ki, Cavabdeh XXX psixi problemindən istifadə edərək onu aldadıb, ondan etibarnamə almışdır. Bundan əlavə X24.O, Azərbaycan dilində oxuyub yazmağa bacarmırdı. Bu səbəbdən, eləcə də psixi pozğunluq səbəbindən Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda Cavabdeh etibarnamə verən zaman həmin sənəddə nələrin yazılmasını, hansı səlahiyyətlərinin etibar edildiyini də bilə bilməzdi.

14. Cavabdeh XXX məxsus ünvan 1-nin X18 bağışlanması haqqında 16.04.2018-ci il tarixli müqaviləyə imza atmamışd an əvvəl Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoruna təqdim etdiyi 16.04.2018-ci il tarixli ərizəsində göstərmişdir ki, həmin bağ evinin sahibi XXX tanıyır, subaydır, ailəli deyil. Gələcəkdə bu barədə hər hansı bir mübahisə yaranarsa, onun həllini və məsuliyyətini öz üzərinə götürür. Buradan bir daha görünür ki, Cavabdeh notariat kontoruna da yalan məlumat vermişdir. Cavabdeh bilirdi ki, XXX ailəlidir. Onun İranda ailəsi, arvadı və uşaqları var. Cavabdeh XXX ailəsinin üzvlərini Azərbaycanda dəfələrlə görmüş, həmsöhbət olmuşdu. Cavabdeh notariat kontorunda yalan danışdığı kimi, eləcə də XXX öz hərəkətlərinin mənasını başa düşməməyindən istifadə edərək, onu da aldadaraq ondan etibarnamə almışdır.

15. Cavabdeh Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoruna təqdim etdiyi 16.04.2018-ci il tarixli ərizəsinini aşağı hissəsində X10 XXX subay olması mənə məlumdur" yazmaqla notariusu aldatmışdır. X3 XXX ailəli olduğunu bilirdi, onun uşaqlarını və arvadını tanıyırdı. X1 olarkən XXX arvadı və uşaqları ilə görüşmüş, tanış olmuş və hətta fotoşəkillər də çəkdirmişdir.

16. Qeyd edilən bağ evi ərlə arvadın birgə mülkiyyəti olub, həmin bağı evinin bağışlanmasına arvadın razılığı tələb edildiyi halda, bu razılıq alınmayıb.

17. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 225.1, 337.1, 667.1-ci və Ailə Məcəlləsinin 32-ci maddələrinə istinad etmişlər.

18. Cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - XXX ilə X10 faktiki nikah münasibətlərində olmuş və həmin nikahdan 19 sentyabr 2002-ci ildə oğulları X22 doğulmuşdur; - ünvan 1 saylı bağ XXX faktiki münasibətlərində olan X6 a tası X4 məxsus olmuşdur. Bağ evinin yerləşdiyi 0,16 ha torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsi ilə bağlanmış 23 iyun 2004-cü il tarixli, 4309 saylı müqaviləyə əsasən 10 il müddətinə X6 atası X2 istifadəsinə verilmişdir. Bundan sonra X6 atası tərəfindən həmin sahədə bir neçə tikili tikilmişdir. Tikilmiş tikililərdən – bağ evinin birinin ümumi sahəsi 45,52 kv.m., digəri isə 3 mərtəbəli yaşayış binası olmuşdur; - 2007-ci ildə XXX bildirmişdir ki, Azərbaycanda 5 illik oturum icazəsi almaq üçün onun mülkiyyətində daşınmaz əmlakın olması zəruridir. Bu səbəblə X6 atası X36 ilə alqısatqı müqaviləsi bağlayaraq ümumi sahəsi 45,52 kv.m.olan bağ evini XXX satmışdır. Həmin müqavilə bağlanarkən XXX tərəfindən XXX hər hansı məbləğdə pul ödənilməmişdir. Ağakişi Ağayev 2008-ci il tarixdə vəfat etmişdir. O, vəfat etməzdən əvvəl bildirmişdir ki, ünvan 1-ni nəvəsi X18 vermək niyyətindədir. X40 da bilmişdir; - 2017-ci il tarixdə Azimi Einollah ilə X10 arasında belə bir razılaşma olmuşdur ki, bağ evi bütövlükdə onun adına qeydiyyata alınmasına razılıq verir, XXX isə bağ evini oğluna bağışlayır. Müvafiq sənədləşmə işlərinin aparılması üçün Azimi Einollah 17 dekabr 2017-ci ildə Cavabdeh etibarnamə vermişdir. - Cavabdeh 16.04.2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən bağ evini X18 bağışlamışdır; - XXX psixi xəstəlikdən əziyyət çəkməmiş, onun psixoloji durumunda problem olmamışdır. Azimi Einollah etibarnamə verdiyi vaxtdan vəfat edənədək dəfələrlə İrana gedib gəlmişd ir ki, psixi xəstəliyi olan hər hansı bir şəxsin müstəqil şəkildə bir ölkədən başqa bir ölkəyə gedib-gəlməsi mümkün olmazdı. XXX uzun illər ərzində Azərbaycan Respublikasında yaşadığından, Azərbaycan dilində, latın qrafikası ilə yazıb-oxumağı da bilirdi; - Azimi X41 Respublikasındakı həyat yoldaşından boşandığını, subay olduğunu dəfələrlə bildirmişdir. Lakin XXX evli, yaxud subay olması sonuncu tərəfindən hər hansı bir şəxsə etibarnamə verə bilməsini istisna etmir: - X37 Novruzova etibarnamə verməsi özü-özlüyündə iddiaçıların hüquqlarının və qanunla qorunan mənafelərinin pozmamışdır. Etibarnamə verilərkən qanunvericiliyin hər hanıs norması pozulmayıb. İddiaçıların ümumiyyətlə hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqları yoxdur. - iddiaçılar irəli sürdükləri tələb üzrə qanunda nəzər də tutulmuş müddəti də buraxmışlar. - bağışlama müqaviləsinin etibarsızlığı barədə iddia da əsasızdır. İddiaçı2 XXX arvadı olduğunu bildirsə də, bu faktı təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir; - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.5-ci maddəsinə əsasən, dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir; - İddiaçı2 ilə XXX arasında mövcud olduğunu bildirilən nikah göstərilən qanunvericilik normalarının tələblərinə cavab vermədiyindən İddiaçı2 ilə XXX hər hansı bir paylı mülkiyyətindən s öhbət gedə bilməz.

19. Qubadlı Rayon Məhkəməsinin 2(028)-346/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azimi Einollaha məxsus ünvan 1-nin Əzimi Əbbas Eynullah oğluna bağışlaması haqqında Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilmiş və həmin müqaviləyə əsasən XXX oğlunun adına ünvan 1-yə dair verilmiş çıxarışı ləğv edilmiş, etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. (hakim Vladimir Ruvinov)

20. Birinci instansiya məhkəməsi iş materiallarındakı sənədlərə əsasən müəyyən etmişdir ki, XXX 15.05.1979-cu il tarixdə XXX ilə ailə qurmuş, həmin nikahdan onların uşaqları var. 16.04.2018-ci il tarixdə Azimi X38 ünvan 2 ün vanında yerləşən, ümumi sahəsi 167.1 kv.m. olan bağ evinin bağışlayarkən 15.05.1979-cu il tarixdən nikahda olan Rugayyehin notariat qaydasında təsdiq edilmiş razılığı alınmamışdır.

21. Cavabdeh Sumqayıt şəhəri, 4 saylı Notariat Kontoruna təqdim etdiyi 16.04.2018-ci il tarixli ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən bağ evinin sahibi XXX tanıyır, subaydır, ailəli deyil. Gələcəkdə bu barədə hər hansı bir mübahisə yaranarsa, onun həllini və məsuliyyətini öz üzərinə götürür. Lakin iş materiallarından görünür ki, XXX evlidir və onun uşaqları var.

22. Birinci instansiya məhkəməsi işin bu hallarına əsasən bağışlanma müqaviləsinin etibarsız hesab edilsməsi və həmin müqaviləyə əsasən XXX adına ünvan 1-yə dair verilmiş çıxarışın ləğv edilməsi nəticəsinə gəlmiş və bu hissədə gəldiyi nə ticəni Mülki Məcəllənin 337.1, 667.1-ci, Ailə Məcəlləsinin 32, 33-cü və “Notariat haqqında” Qanunun 46-cı maddələrinə istinad etmişdir.

23. Həmçinin birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki işdə etibarnamənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcüd deyil. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin iddianını təmin edilən hissəsində ləğv, iddianın tam rədd edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti Cavabdeh hazırki qərarın 18-ci bəndində əks edilən iddiaya etirazının dəlillərinə uyğun əsaslandırılıb və əlavə olaraq qeyd edilib ki, hətta mərhum Azimi Einollahla ilə İddiaçı2 ər-arvad olsalar da, mübahisədə adı keçən əmlak onların ümumi vəsaiti hesabına alınmayıb.

26. Sumq ayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-755/2021 nömrəli, 13 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qubadlı Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(028)-346/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Lətifə Məmmədova)

27. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, qeyd edib ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslandığı üçün qətnamə əsaslı və qanunidir.

28. Apellyasiya məhkəməsi apelyasiya şikayətinin dəlillərini qəbul etməyib və bunu onunla əsaslandırıb ki, cavabdeh həmi n dəlilləri təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdehlər Cavabdeh və X27 (Vəkil) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam rədd edilməsini xahiş etmişlər.

30. Kassasiya şikayətinin dəlilləri: - XXX ilə XXX arasında nikah rəsmi deyil, dini nikahdır, Azərbaycan Respublikasında dini nikah tanınmır. Bu nikah qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün hər hansı paylı mülkiyyətdən söhbət gedə bilməz. X44 Respublikasında bağlandığı üçün ər-arvaddan birinin əldə etdiyi mülkiyyət hüququnun birgə və ya fərdi mülkiyyət olması həmin ölkənin qanunvericiliyinə uyğun müəyyən edilə bilər; - əmlak X XX ilə XXX ümumi vəsaiti hesabına alınmayıb. Çünki alqı-satqı zamanı Azimi Einollah əmlakın mülkiyyətçisi olan şəxsə (qeyri rəsmi arvadı olan qadının atasına) pul ödəməyib. Həmin alqı-satqı formal olub; - vərəsəlik miras əmlakın açıldığı yerin qanunvericiliyinə uyğun həll edilməlidir. Miras qoyan İran İslam Respublikasının vətəndaşıdır, orada da vəfat edib. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh XXX vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

33. İddiaçılar X28 və İddiaçı2 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələbləri nə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Ailə Məcəlləsi Maddə 32. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinat ı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 33.1. Ər-a rvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. “Notariat haqqında” Qanun Maddə

46. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan proses sual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gə lərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsindən də cavabdeh apellyasiya şikayəti verib, apellyasiya baxışının predmeti də iddianın təmin edilən hissəsi olub. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının p redmeti olmuş həmin hissə başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

38. İddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədidir. İddia tələbinin faktiki əsası kimi ona istinad edilib ki, bağışlanan əmlak ərlə arvadın birgə mülkiyyəti olub və bağ ışlama zamanı arvadın razılığı alınmayıb, bununla da qanunvericiliyin tələbləri pozulub. Belə olan halda iddianın təmin olunmasının əsasını qeyd edilən halların müəyyən edilməsi təşkil edir.

39. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, XXX 15.05.1979-cu il tarixdə XXX ilə ailə qurmuş, 16.04.2018-ci il tarixdə XXX ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 167.1 kv.m. olan bağ evinin XXX oğluna bağışlayarkən 15.05.1979-cu il tarixdən nikahda olan Rugayyehin notariat qaydasında təsdiq edilmiş razılığı alınmamışdır. Məhkəmələr belə hesab ediblər ki, bağışlama müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulub.

40. Göründüyü kimi, işin müəyyən edilmiş halları yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbi baxımından bağışlama müqaviləsinin etibarsız h esab edilməsinə əsas verdiyi üçün məhkəmələr həmin normaları tətbiq etməklə bağışlama müqaviləsini etibarsız sayarkən düzgün nəticəyə gəlmişlər.

41. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı məhkəmələrin dəyərləndirməsini əsaslı və qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür.

42. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda kollegiyanın qiymət verməli olduğu məsələ kassasiya şikayətində irəli sürülən dəlillərdir.

43. Məhkəmə kollegiyası həmin dəlillərin bir qisminə qiymət verilməsi üçün Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hüquqi yardım haqqında Müqaviləyə (bundan sonra- Müqavilə)istinad etməyi zəruri bilir.

44. XXX ilə XXX arasındakı nikahın dini nikah olması səbəbindən, həmin nikahın Azərbaycan Respublikasında tanınmaması ilə bağlı kollegiya qeyd edir ki, bu dəlil Müqavilənin 24-cü maddəsi ilə təkzib edilir. Belə ki, Müqavilənin 24-cü maddəsinə görə nikaha girən şəxslərdən hər biri üçün nikahın bağlanması şərtləri onun vətəndaşı olduğu X15vericiliyi ilə müəyyən edilir. Nikah bağlanması forması ərazisində nikah bağlanan X15verciliyinə uyğun həll edilir. Buna görə də XXX arasındakı nikahın dini nikah olması səbəbindən Azərbaycan Respublikasında tanınmaması barədə dəlil əsassızdır.

45. Həmin şəxslər arasında nikah qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün hər hansı paylı mülkiyyətin olmaması, X44 Respublikasında bağlandığı üçün ər-arvaddan birinin əldə etdiyi mülkiyyət hüququnun birgə və ya fərdi mülkiyyət olmasının İran qanunvericiliyinə uyğun müəyyən edilməli olması barədə dəlillər əsaslı deyil. Müq avilənin 28-ci maddəsinin 1 və 3-cü bəndində qeyd edilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ verilməsi, bu əmlakın ərazisində yerləşən X15vericiliyi ilə müəyyən edilir. Mülkiyyət hüququ, yaxud əmlaka digər əşya hüququnun yaranması və xitam edilməsi bu hüququn yaranmasına və xitam edilməsinə yönəldilən hərəkətlər və hallar baş verən vaxt əmlak ərazisində yerləşən X15vericiliyi ilə müəyyən edilir.

46. Əmlak XXX ilə XXX ümumi vəsaiti hesabına alınmaması barədə dəlil də qəbul edilə bilməz. Çünki işin məhkəmələr tərəfindən müəyyən edilən edilən halından görünür ki, bağışlanan əmlakı XXX alqı-satqı müqaviləsi ilə, başqa sözlə, əvəzli əqd əsasında əldə etmişdir.

47. Həmçinin Mülki Məcəllənin 9.2-ci maddəsinə görə də mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzə rdə tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdiyi münasibətlərə də tətbiq olunur.

48. Vərəsəliyin miras əmlakın açıldığı yerin qanunvericiliyinə uyğun həll edilməli olması barədə dəlilə gəldikdə, bu dəlil hazırki iddianın predmetinə aid olmayan dəlil olduğu üçün məhkəmə kollegiyası buna qiymət verməyə zərurət görmür.

49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehlərin kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər XXX kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1 05)-755/2021 nömrəli, 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar