Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4174/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Alışov Elman Tariel oğlu cəlb olunmaqla, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində tam payda iddiaçının pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayəti vermə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik ed ən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2024-cü il tarixli, 2(103)5008/2024 nömrəli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdeh 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Alışov Elman Tariel oğlu cəlb olunmaqla, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mənzil üzərində tam payda iddiaçının pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Nizami R ayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(007)-897/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2024-cü il tarixli, 2(103)-5008/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(007)-897/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iddia yeni əsasla təkrarən təmin edilməmişdir.
4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən üçüncü şəxs Alışov Elman Tariel oğlu kassasiya şikayəti vermiş, kassasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən A zərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 403.1-ci maddəsinə ə sasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq norm alarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması gös tərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
6. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, şikayət Azərbaycan Respublikası MPM-in 403-cü maddəsində buna hüquq verilən şəxs tərəfindən verilməmişdir.
7. Belə ki, Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində tərəflərə və üçüncü şəxslərə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ həmin məhkəmə aktında ifadə olunmuş nəticədən asılı olmayaraq təsbit olunduğu halda, Məcəllənin 403.1-ci maddəsinin mənasına görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız tələbləri təmin olunmayan şəxsə kassasiya şikayəti vermək hüququ verilmişdir. Yəni kassasiya şikayətinin verilməsi üçün yalnız şəxsin işdə iddiaçı, cavabdeh və ya üçüncü şəxs qismində iştirak etməsi faktı kifayət etmir, məhkəmə aktı ilə onun hüquq və vəzifələrinin pozulması iddia olunmalı, ya da ki, həmin qətnamə maraq və mənafelərinə toxunmalıdır.
8. Hazırkı işdən müəyyən olunur ki, iddianı və müvafiq olaraq apellyasiya şikayətini İddiaçı vermiş, onun iddiası hər iki instansiya məhkəməsi tərəfindən rədd olunmuşdur.
9. Yəni görünür ki, hazırkı halda kassator kimi çıxış edən Alışov Elman Tariel oğlunun hər hansı iddiası və ya apellyasiya məhkəməsinə ünvanlanan tələbi (apellyasiya şikayəti) olmamış, mübahisələndirilən qətnamə ilə ona qarşı yönələn hər hansı tələb təmin olunmamışdır.
10. Bu səbəbdən, Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin tələbləri baxımından üçüncü şəxsin hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 s entyabr 2024-cü il tarixli nömrəli qətnaməsindən kassasiya şikayəti vermək hüququnun olması müəyyən olunmur.
11. Təsadüfi deyildir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və ya prosessual hüquq normaların pozulmasına istinad edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 407.1.4 və 408.1.5-ci maddələrinə görə belə hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması kassasiya şikayətində mütləq göstərilməlidir və onların göstərilməməsi kassasiya şikayətinin qeyri-mümkün hesab olunmasının müstəqil əsasını təşkil edir.
12. Qeyd olunanlara əsasən, kassasiya şikayəti buna hüquq olmayan şəxs tərəfindən verildiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə ape llyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
13. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2024-cü il tarixli, 2(103)5008/2024 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Alışov Elman Tariel oğlu tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.