Məhkəmə qərarları › İş №2(102)-4195/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4195/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4195/2020 02.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)2572/2019 saylı qətnaməsindən iddiaçılar X6 və İddiaçı2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Quliyev, iş № 2(005)-2572/2019) iddiaçılar X6 və İddiaçı2 cavabdeh “xxxx” MMC- yə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Masallı Rayon İcra və Probasiya şöbəsi və “N” ASC-yə qarşı hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və onun əsasında verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Y.Şamayev, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən X2 və X3 cəmi 70.317,45 ABŞ dolları məbləğində kredit borcunun tutularaq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tutmanın digər ipoteka predmetləri ilə yanaşı İddiaçı2 məxsus N saylı evin 15 saylı mənzilinə yönəldilərək həmin əmlakın açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 170.000 manat müəyyən olunması qət edilmişdir. Həmin icra sənədinə əsasən mənzil “xxxx” MMC tərəfindən 170.000 manat məbləğində ilkin satış qiyməti ilə hərraca çıxarılmış, xx xxxxxx 2018-ci il və xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş hərraclarda mənzil satılmamış və xx xxxxxx 2019-cu il tarixdə hərracın baş tutmaması barədə protokol tərtib olunmuşdur. Bundan sonra “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən mənzil təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətlə 108.375 manata banka təklif olunmuş və mənzil həmin qiy mətə bank tərəfindən alınmaqla xx xxxxxx 2019-cu il tarixdə hərracın yekunları barədə protokol tərtib olunmuşdur. 2019-cu ilin aprel ayında Mais və İddiaçı2lar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilin satışına dair hərracın keçirilməsi barədə lazımınca məlumatlandırılmamalarını və hərracda iştirak etmələrinə lazımi şəraitin yaradılmamasını və bununla hərracın keçirilmə qaydalarının pozulmasını əsas göstərməklə xx xxxxxx 2019cu il tarixli protokolun etibarsız hesab edilməsi və həmin əmlaka dair verilmiş Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçılar X6 və İddiaçı2 kasasiya şikayəti verərək hərracın keçirilmə si barədə lazımınca məlumatlandırılmamalarına düzgün qiymət verilməməsini, qətnamənin maddi hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkə məsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, xx xxxxxx 2018-ci il tarixə təyin olunmuş birinci hərrac barədə iddiaçılara xx xxxxxxx 2018-ci il tarixdə, xx xxxxxx 2019-cu il tarixə təyin olunmuş təkrar hərrac barədə iddiaçılara xx xxxxxx 2018-ci il tarixdə bildiriş göndərilməklə məlumat verilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə görə Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir Müəyyən olunmuşdur ki, iddiaçılara göndərilmiş hə min bildirişlərdə hərracın keçirilmə vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti barədə məlumatlar və qanunda nəzərdə tutulmuş bütün digər məlumatlar verilmiş, lakin iddiaçılar bu barədə məlumatlı olmalarına baxmayaraq hərracda iştirak etməmişlər. “İpoteka haqqında” qanunun 44-cü maddəsinə əsasən bu qanununla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İpoteka predmeti olan mənzilin hərracdan satılmasının qanun pozuntusu ilə həyata keçirilməsi müəyyən olunmadığından ap elyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsinin qanuni və əsaslı olması barədə nəticəyə gəlmişdir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə, maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından kasasiya şikayəti təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar