Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4196/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: ipoteka müqaviləsinin etibarsız sayılması və icra qeydinin ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1664/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 02 may 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə İddiaçı arasında Təqaüdçünün təhsilinin təşkili haqqında müqavilə imzalanmışdır. Müqaviləyə görə ARDNŞ-i Təqaüd Proqramı çərçivəsində keçirilən müsabiqənin nəticələrinə əsasən ARDNŞ 2012-2016-cı tədris illərində təqaüdçünün ABŞ-nın Pensilvaniya Dövlət Universitetində neft mühəndisliyi ixtisası üzrə bakalavr təhsilini maliyyələşdirmək barədə, təqaüdçü isə öhdəliklərinin təminatı kimi əmlakına dair ipoteka müqaviləsi bağlamaq barədə üzərlərinə öhdəliklər götürmüşlər. Müqavilədə təqaüdçünün təhsili xərclərinin ümumi məbləği 184.094 ABŞ dolları müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə a ktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin sentyabr ayında İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ARDNŞ ilə onun arasında bağlanmış Təqaüdçünün təhsilinin təşkili haqqında müqavilədə ödəniş vasitəsinin ABŞ dolları ilə göstərilməsini, bunun isə Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə zidd olmasını, həmin müqavilənin təminatı kimi bağlanmış 02 may 2012-ci il tarixli, 101 saylı ipoteka müqaviləsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin tələblərinin pozulması ilə bağlanmasını əsas göstərməklə onunla neft şirkəti arasında bağlanmış Təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi v ə eləcə də cavabdehin 02 may 2012-ci il tarixli müqavilənin 9.2-ci bəndinin tələbinə zidd olaraq məhkəməyə müraciət etmədən icra qeydinin verilməsi üçün notariat orqanına müraciət etməsini və bununla əlaqədar Bakı şəhərinin 14 saylı notariat kontoru tərəfindən 11 iyul 2020-ci il tarixli, 7518 nömrəli icra qeydinin verilməsini əsas göstərməklə həmin qeydin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən olunmuş 1 illik müddətin ötürülməklə müqavilələrin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməsini əsas göstərməklə iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkə məsinin 2(005)-3376/2020 saylı, 27 oktyabr 2020ci il tarixli qətnaməsi ilə (hakim: G.A.Əsədova) iddia tələbi təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti vermiş və şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1664/2021 saylı, 04 mart 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı işt irakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı iddia ərizəsinin dəlilərinə uyğun kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(103)-1664/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh ARDNŞ-nin vəkili kassasiya şikayəti ilə razılaşmaya raq rədd edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1 Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlid ir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 184.1 Hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir, onların bütün sübutları təqdim edib-etməmələrini, iş materialları ilə tanış olub-olmamalarını aydınlaşdırır. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən – ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və notariusun icra qeydinin ləğv edilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməklə qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə tərəflərin izahatlarından, eləcə də iddia ərizəsinin məzmunundan görünür ki, Təqaüdçünün təhsilinin təşkili haqqında müqavilənin təminatı kimi onlar arasında ipoteka müqaviləsi bağlanmış, eləcə də Şirkət tərəfindən ödənilmiş pul məbləğinin iddiaçıdan tutulması üçün Şirkətin müraciəti əsasında notarius tərəfindən icra qeydi verilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddia ərizəsinin dəlillərinə əsaslanaraq ipoteka müqaviləsinin etibarsız sayılması və icra qeydinin ləğv edilməsi tələbin in əsassız olması barədə nəticəyə gəlmişdir. Lakin iş materiallarına nə ipoteka müqaviləsi nə də icra qeydi əlavə edilməmişdir. Göründüyü kimi etibarsız sayılması və ləğv edilməsi tələb olunan sənədlər məhkəməyə təqdim olunmamış və həmin sənədlər məhkəmədə tədqiq olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəməyə təqdim edilməmiş sübutların qiymətləndirilməsi qanunun həmin normalarının tələblərinə uyğun olmadığından, kollegiya hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməlidir. Təqaüdçünün təhsilinin təşkili müqaviləsi işdən göründüyü kimi, tərəflərin iradəsinə uyğun bağlanmaqla onun etibarsız hesab edilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş 1 illik müddət ötürüldüyündən, kollegiya hesab edir ki, iddianın həmin hissədə rədd edilməsi qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1664/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi qismən – tərəflər arasında bağlanmış 02 may 2012-ci il tarixli ipoteka müqaviləsinin etibarsız sayılması və 14 saylı notariat kontoru tərəfindən verilmiş 11 iyul 2020-ci il tarixli icra qeydinin ləğv edilməsi tələbinin rədd olunmasına dair hissədə ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4196/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4196/2021
14.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver