Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4199/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı QƏRARİ iş № 2(102)-4199/2022 Açar sözlər: pul tələbi Bakı şəhəri 17 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2232/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında y azılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. AD№ 422777 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır.
2. İddiaçı avtomobilin satılması üçün xx.xx.2021-ci il tarixli Cavabdeh2 etibarnamə vermiş,etibarnamədə «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyat çıxarmaq, ərizə vermək və s. kimi səlahiyyətlər göstərilmiş, etibarnamə 1 il müddətinə verilmiş və başqa şəxslərə səlahiyyətin ötürülə bilmsi göstərilmişdir. 3. xx.xx.2021-ci il tar ixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 41.000 manata satmışdır.
4. Cavabdeh1 tərəfindən AR DİN BDYPİ Qİİ-nə yazılmış xx.xx.2021-ci il tarixli ərizənin surətinə əsasən buraxılış ili 2015-ci il, Ban:WDD2120011B156871 olan «Mercedes-Benz E220 CDİ» markalı, **-LN-*** qeydiyyat nişanlı avtomobilə qeydiyyat nişanlı və qeydiyyat şəhadətnaməsi verilməsini xahiş etmişdir. Cavabdeh1 tərəfindən **OD-*** tranzit nişanı xx.xx.2021-ci il tarixdə təhvil alınmışdır.
5. Yasamal rayon Məhkəməsinin 2(004)-4592/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş üzr ə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək qeydiyyatın ləğv edilməsi və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsinin etibarsız hesb edilməsi, qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, nəqliyyat vasitəsinin və ya onun dəyərinin, yəni 50.000 manat iddiaçıya qaytarılması barədə qətnamə çıxarılması, Cavabdeh2 əməllərində cinayət xarakterli əlamətlərin olduğu üçün barəsində xüsusi qərardadın çıxarılması barədə məhkəmədən xahiş edilmişdir.
7. İddiaçının nümayəndəsi və vəkili Vəkil AR MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək «Mercedes-Benz E220 CDİ» markalı, Ban:WDD 2120011B156871, əvvəlki 99-LN099, hazırki **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqı barədə xx.xx.2021-ci il tarixli müqaviləsi ilə «Mercedes-Benz E220 CDİ» markalı avtomobilin satışından əldə edilmiş vəsaitin və ya onun dəyərinin, yəni 50.000 manatın cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona məxsus 2015-ci il buraxılışlı «Mercedes-Benz CDİ» markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili özünü North Group MMC-nin məsul şəxsi kimi qələmə verən Cavabdeh2 50.000 manata satmaq barədə razılığa gəlmişlər. Razılığa əsasən Cavabdeh2 qeyd olunan nəqliyyat vasitəsinə görə 50.000 manat xx.xx.2021-ci il tarixədək iddiaçıya ödəməli idi. İddiaçıya məxsus 2015-ci il buraxılışlı «Mercedes-Benz E220 CDİ» markalı, **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli etibarnamə əsasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə Cavabdeh1 satmışdır. Ancaq indiyə qədər iddiaçıya nəqliyyat vasitəsinin satışından əldə edilən vəsait heç bir şəkildə ödənilməmişdir və həmin nəqliyyat vasitəsinin satışından əldə edilən vəsaitin ona ödənilməsinin təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisəli əmlaka dair etibarnamə verilərkən Cavabdeh2 (təmsil olunan) İddiaçı bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh2 öz maraqlarını daxilində deyil, İddiaçı maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Göstərilənlərə əsasən iddiaçının nüma yəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə etmiş, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, bu məsələ ilə bağlı daha öncə məhkəmə prosesi olub və Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının iddia tələbi rədd olunmuşdur. O, maşınların alqısatqısı ilə məşğul olan şirkətdə işləyir və işi sadəcə təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Sözügedən maşın ona yox, şirkətə verilib. Sadəcə şirkət rəhbərliyi üstündə sənədləri olduğu üçün etibarnamənin alınması məqsədilə notariusa getməyi ondan xahiş etmiş və o, da qəbul etmişdir. Maşının götürülməsi və sonrakı proseslərlə onun heç bir əlaqəsi olmayıb. Pulun verilməsinə gəldikdə, pul digər Cavabdeh1 tərə findən iddiaçının qardaşı Ağayev Ravilə verilib. Həmin vaxt otaqda şahidlər də olub. 10. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, əvvəlki dövlət qeydiyyat nişanlı **-LN-*** olan, hazırki **-OD-*** olan, Ban:WDD2120011B156871 olan «Mercedes-Benz E220 CDİ» markalı minik avtomobilin xx.xx.2021-ci il tarixə olan bazar qiyməti 48.000 manat təşkil etmişdir.
11. Bakı şəhər Nəsimi rayon məhkəməsinin (hakim X2) 2(006)-6036/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 İddiaçı xeyrinə 41.000 (qırx bir min) manat məbləğində pul tutulmuş, iddia tələbi Cavabdeh1 münasibətdə və qalan hissədə təmin edilməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, mübahisəli «Mercedes Benz E220 CDİ» minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avto mobil iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı Cavabdeh2 50.000 manata satmaq barədə razılığa gəlmişlər və həmin pulu cavabdeh xx.xx.2021-ci il tarixədək iddiaçıya ödənilməli idi. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə avtomaşına dair etibarnamə verərək, xx.xx.2021-ci il tarixədək pulun ödənilməsini gözləmişdir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh2 iddiaçıya məxsus avtomobili xx.xx.2021-ci il tarixli etibarnamə əsasında xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə Cavabdeh1 41.000 manata satmışdır. Göründüyü kimi Cavabdeh2 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında, yəni təmsilçi kimi çıxış edərək mübahisəli avtomaşına dair alqı-satqı müqaviləsi bağlamış, həmin əqd əsasında avtomaşını digər Cavabdeh1 41.000 manata satmış və pulu iddiaç ıya verməmişdir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı avtomaşına görə pulu cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etsə də, onun tələbi yalnız Cavabdeh2 münasibətdə əsaslı hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən etibarnamə yalnız bir dəfə Cavabdeh2 verilmiş, sonuncu isə həmin etibarnamə əsasında iddiaçıya məxsus nəqliyyat vasitəsini Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 isə qeyd olunan avtomobilin dəyərini vicdanlı alıcı kimi tam olaraq Cavabdeh2 ödəmişdir.
15. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 21.1, 21.2, 359.1, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edil məsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə mubahisəli avtomobilin 41.000 manata iddiaçı tərəfindən digər Cavabdeh1 alqı-satqı müqaviləsi ilə satıldığını (qətnamə 4 səhifə, abzas 3), daha sonra isə Cavabdeh2 tərəfindən Cavabdeh1 41.000 manata satıldığını qeyd edir (qətnamə səh 4, abzas 10). Göründüyü kimi, məhkəmə iki ziddiyyətli məqamı qeyd etsə də, sonda iş materiallarında olan alqı-satqı müqaviləsinin surəti ilə müəyyən etdiyi halı deyil (qətnamə səh 4, abzas 3), məhz heç bir sübut olmadan yalnız öz mülahizəsinə görə məhkəmə iclasında müyyən edildiyini qeyd edərək ikinci halı əsas gətirərək qanunsuz qətnamə qəbul etmişdir (qətnamə səh 4, abzas 10). Belə ki, Cavabdeh2 mübahisəli avtomobilin nə satış ında, nə də ki, pulun alınmasında iştirak etməmişdir. O yalnız iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında digər şəxsə etibarnamə vermişdir (etibarnamə iş materiallarına əlavə edilmişdir). Digər bir hal da ondan ibarətdir ki, Cavabdeh2 tərəfindən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhər Yasamal rayon məhkəməsinin (hakim Kərim Xudayev) 2(004)-4592/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini (qətnamə şikayətə əlavə edilmişdir) məhkəməyə təqdim etmiş, məhkəmə yalnız həmin qətnamənin mövcudluğunu qətnaməsində göstərsə də, ona qiymət verməmişdir(qətnamə səh4, abzas 7). Həmin qətnamə ilə iddiaçının iddiası rədd edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)4592/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi q üvvəyə mindiyindən hazırki işə baxılması mümkün deyildir. Qətnamədə göstərilən dəlillər iddianın rədd edilməsi üçün əsas olduğu üçün məhkəmə qətnamə çıxarkən həmin hissələrə istinad etməmişdir. Halbuki, məhkəmə iş materiallarında mötəbər sübut olan alqı-satqı müqaviləsinin surətindən görünən yuxarıda qeyd edilən, yəni iddiaçı tərəfindən digər cavabdehə avtomobilin satılması halına istinad etsə idi, cavabdehə qarşı iddia rədd edilməli olacaqdı.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Hakimlər A.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, İ.Şirinov və N.Cəfərov) 2(103)-2232/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6036/2021 saylı, xx.xx.2021-ci il tarixli qətn aməsi qismən, iddianın təmin edilən hisssində ləğv edilmiş, Cavabdeh2 qarşı iddia tələbi rədd edilmişdir.
19. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qənaətini onunla əsaslandırır ki, iddiaçı iddia tələbində mübahisəli avtomobilin Cavabdeh2 tərəfindən satılması halına istinad etsə də, iş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-4592/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, İddiaçı hazırda sözügedən “Mercedes Benz E220 CDİ” minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 41000 manata satmışdır. Qeyd edilən qətnamədən görünür ki, iddiaçı hazırda avtomobilin Cavabdeh2 tərəfindən satıldığını iddia etsə də, əslində sözügedən avt omobillə bağlı alqı-satqı müqaviləsi üzrə İddiaçı özü satıcı olmuş, nəqliyyat vasitəsini Cavabdeh1 41000 manata şəxsən satmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Birinci instansiya məhkəməsi mübahisənin həllində Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(004)-4592/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin preyudisiallığını nəzərə almamışdır.
21. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində tərəf (satı cı) olması ilə yanaşı, həmçinin Cavabdeh2 notarial qaydada vermiş olduğu etibarnaməyə xitam verilməsi ilə bağlı 22 iyun 2021-ci il tarixində, yəni alqı-satqı müqaviləsinin bağlanmasından 5 ay sonra 51 saylı notariat ofisinə müraciət etmişdir.
22. Kollegiya həmçinin cavabdehin məhkəmə iclasında videobağlantı vasitəsilə iştirakını təmin etmiş və Cavabdeh1 izahatında 41000 manatın iddiaçıya verilməsini bildirmişdir.
23. Kollegiya hesab etmişdir ki, iddiaçı sözügedən avtomobilin alqı satqı müqaviləsində satıcı tərəf olduğundan avtomobilin satış dəyəri olan 41000 manatın cavabdeh tərəfindən alınmasını iddia etməsi nə iş materialları ilə, nə də ki, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin həmin müqavilə məhkəmə tərəfindən etibarsız sayılmadığından və müqavilə şərtlərinin yer inə yetirilməsində pozuntu aşkar edilmədiyindən hazırki işə baxılmasında sübut qismində istinad edilməsi yolveriləndir. Əgər iddiaçı məbləğin özünə deyil, Cavabdeh2 verilməsini iddia edirsə, bu halı sübut etmə yükü də iddiaçının üzərinə düşür. Çünki, 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində Cavabdeh2 tərəf olmadığına görə, müqavilə üzrə alıcının ona pul ödəməsi ağlabatan və inandırıcı deyildir.
24. Kollegiya belə qənaətə gəlmişdir ki, qeyd edilən hallardan və hüquq normalarının tələblərindən də göründüyü kimi 41000 manatın iddiaçıya deyil, Cavabdeh2 ödənilməsini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və iş materiallarında belə bir dəlil aşkar edilməmişdir.
25. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarına, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2232/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yenidən işə baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi son qənaətində heç bir sənədə əsaslanmadan israrla iddiaçının avtomobilin alqı-satqı müqaviləsi üzrə tərəf olduğunu qeyd etmişdir. Yəni bu halın əminliklə sübut olunduğunu vurğulamışdır. Halbuki alqı-satqı müqaviləsinə baxdıqda aydın şəkildə görünür ki, satıcı olaraq müqaviləni Babayev Mehman tərəfindən imzalamışdır. Hansı ki, İddiaçı tərəfindən avtomobilin satılması məqsədilə Cavabdeh2 xx.xx.2021-ci il tarixində etibarnamə verilmiş, sonradan Cavabdeh2 da Babayev Mehmana da eyni məqsədlə etibarnamə vermişdir. Burda əsas məsələ ondan ibarətdir ki, mübahisəli əmlaka dair etibarnamə verilərkən Cavabdeh2 (təmsilçi) İddiaçı bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh2 öz maraqları daxilində deyil, İddiaçı maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Ancaq apellyasiya məhkəməsi belə bir halın ola biləcəyini təxmin edə bilməmiş və araşdırmasını sona qədər aparmamışdır.
28. Kassator bildirmişdir ki, 29 apre l 2022-ci il tarixi saat 14:00-da keçirilmiş məhkəmə iclasında İddiaçı yox, onun vəkili və nümayəndəsi qismində Vəkil iştirak etsə də, qətnamədə İddiaçı iştirak etdiyi göstərilmiş, nümayəndə və vəkil isə göstərilməmişdir.
29. Məhkəmə Yasamal rayon Məhkəməsinin 2(004)-4592/2021 saylı, 19.08.21ci il tarixli qətnaməsinə istinad edərək 22 yanvar 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi üzrə İddiaçı hazırda sözügedən Mercedes Benz E220 CDİ minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 41000 manata satmasını müəyyən etsə də, 22 yanvar 2021–ci il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə təsdiq olunur ki müqavilə satıcı Babayev Mehman (etibarnamə verilən şəxs) və alıcı Zaur Əliyev arasında imzalanmışdır. Yəni ki, məhkəmənin qeyd etdiyi kim i, Mercedes Benz E220 CDİ minik markalı, 99LN099 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən şəxsən satılmamış və iddiaçı avtomobilin alqı-satqısının sənədləşdirilməsində iştirak etməmişdir. Burdan belə nəticəyə gəlirik ki, apellyasiya məhkəməsi iş materiallarına ümumiyyətlə baxmamış və araşdırmamışdır. İşini Yasamal rayon Məhkəməsinin 2(004)4592/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini copy-paste (üzünü köçürmək) etməklə yekunlaşmış hesab etmişdir. Apellyasiya məhkəməsi heç bir sənəd və sübuta əsaslanmadan öz qətnaməsində iddiaçının sözügedən avtomobilin alqı-satqı müqaviləsində tərəf olduğunu dəfələrlə vurğulamışdır. Halbuki 22 yanvar 2021-ci tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində satıcı tərəf olaraq Babayev Mehman adından imza edilmişdir. Hansı ki, bunu həmin alqı-satqı müqaviləsini nəzərdən keçirməklə də müəyyən etmək olardı. Bu isə apellyasiya məhkəməsinin sözügedən qətnaməsinin qanuni və əsaslı olmasına şübhə yaradır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 359.1 Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
31. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şə xsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
32. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.
33. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.
34. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair ”xx.xx.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
42. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tər əfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb və bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğuna görə qətnamə ləğv edilməlidir.
46. İddiaçı təmsilçi vasitəsilə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin ona ödənilmədiyini bildirərək, pul tələb edir. Cavabdeh isə həmin alqı-satqı müqaviləsində təmsilçi kimi iştirak etmədiyini, həmin alqısatqı üzrə pulu almadığını, sadəcə ona verilmiş etibarnamə üzrə səlahiyyətləri başqa şəxsə, X1 etibar etdiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir.
47. Apellyasiya məhkəməsi isə iddiaçının Cavabdeh2 qarşı xx.xx.2021-ci il tarixli avtomobilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi barədə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının özünün qeyd edilən avtomobili Cavabdeh1 41000 manat satmasının müəyyən edilməsinə preyudisial hal kimi, həmçinin alıcı Cavabdeh1 videozəng vasitəsilə avtomobilin pulunu iddiaçıya verməsi barədə izahatına istinad etməklə kifayətlənmiş, işdə olan alqı-satqı müqaviləsini satıcı adından başqa şəxs tərəfindən imzalanmasına, iş materiallarında müqavilə üzrə pulun iddiaçıya verilməsi barədə sübutun olmamasına diqqət yetirməmiş, iddiaçının və cavabdehin izahatlarındakı dəlillər üzrə ətraflı araşdırma aparmamış, cavabdehin təmsilçi kimi ona etibar edilmişi başqa şəxsə etibar etməsi və bunun hüquqi nəticələrini mülki qanunvericiliyin normaları baxımından hüquqi təhil etməmişdir.
48. Halbuki işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən mü əyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
49. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
50. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır
51. Məhkəmə kollegiyası Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktiki halların hazırki işdə preyudisiallığı ilə bağlı isə aşağıdakıları qeyd edir.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair ”xx.xx.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
53. Həmin qərarda müəyyən edilmiş hüquqi mövqelərə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin e tmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
54. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.
55. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müə yyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilm əlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi).
56. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlmişdir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir.
57. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həll edilən iş üzrə iddianın predmeti xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi olmuş, iddiaçı etibarnamə verdiyi Cavabdeh2 tərəfindən aparılmış alqı-satqının qanunsuz olduğunu iddia etmiş, məhkəmə işdə olan sübutları qiymətləndirərək müəyyən etmişdir ki, avtomobilin alqı-satqısına dair iddiaçı Cavabdeh2 xx.xx.2021-ci il tarixdə etibarnamə vermiş, Cavabdeh2 həmin etibarnamə üzrə səlahiyyətləri xx.xx.2021-ci il tarixli etibarnamə ilə Mehman Babayevə ötürmüş, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən avtomobil Cavabdeh1 41000 manata satılmış, iddiaçı müqavilədən 5 ay sonra etibarnaməni ləğv etmişdir. Məhkəmə Cavabdeh2 verilmiş etibarnamənin qanuni və əsaslı olduğunu, əqdin təmsilçi vasitəsilə bağlanmasına dair maddi hüquq normalarına istinad etməklə, iddiaçının alqı-satqı müqaviləsinin tərəfi olmasına istinad edərək, müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbini təmin etməmişdir.
58. Lakin həmin qətnamədə məhkəmə həmçinin baxdığı iddia tələbinin predmetini müqavilə üzrə pulun ödənilməməsi əsası ilə müqavilənin ləğv edilməsi təşkil etmədiyi halda, müəyyən etmişdir ki, alqı-satqı müqaviləsinə əsasən nəqliyyat vasitəsinin satıcısı İddiaçı olmuşdur, alıcı tərəfindən 41000 manat ödənilmişdir, həm satıcı, həm alıcı öz öhdəliklərini icra etmiş, müqavilə şərtlərinin yerinə yetirilməsində əhəmiyyətli pozuntu aşkarlanmamışdır, müqavilənin ləğv edilməsi üçün əsas yoxdur.
59. Bu isə adı çəkilən Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən tələbin və (və ya) etirazların predmetinə aid olmayan faktlarla bağlı müəy yən edilmiş hal olduğundan Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən preyudusiya kimi hazırki işə baxılmasında preyudisiya təşkil edə bilməz.
60. Məhkəmə kollegiyasıhəminin qeyd edir ki, etibarnamə üzrə nümayəndə əqdi öz adından deyil, təmsil edilə adından bağladığından müqavilədə satıcı kimi iddiaçının adının göstərilməsi həmin alqı-satqıda iddiaçının şəxsən iştirakı demək deyildir. İşdə olan alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləni satıcı qrafasında Babayev soyadlı şəxs imzalamışdır. X1 isə həmin avtomobillə bağlı etibarnamə ilə verilmiş səlahiyyətləri cavabdeh xx.xx.2021-ci il tarixli etibarnamə ilə ötürmüşdür.
61. Eyni zamanda, məhkəmənin Cavabdeh1 videozəng vasitəsilə aldığı izahatına istinad edərək pulun iddiaçının özünə verilməsi ba rədə əsaslanması da Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinin tələbinə uyğun deyildir.
62. Belə ki, həmin normaya əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
63. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsas landırılmalıdır.
64. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisə həll edilərkən Mülki Məcəllənin təmsilçiliklə bağlı 359-cu, 364-cü, tapşırıq müqaviləsi ilə bağlı 782.1-ci maddələrinin tələbləri nəzərə alınmaqla, hüquqi qiymətləndirmə aparılmamışdır.
65. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddəl ərinin tələblərinə riayət etməmişdir.
66. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti təmin edilməlidir.
67. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
68. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88 və 106.1-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməlidir.
69. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2232/2022 nömrəli iş üzrə 29 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.