Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-42/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, subyektiv hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-966/2023 nömrəli iş üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mübahisəyə mah iyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. X8 adından etibarnamə əsasında X18 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, _04.2021 nömrəli müqaviləyə əsasında, birinci tərəf ikinci tərəfə 58.7 m2, bir otaqlı, hazır mənzili, hər bir kvadrat metrinin 650 manata 3500 ton “çınqıl” tikinti materialı ilə əvəzləşdirərək verməyi, ikinci tərəf Cavabdeh1 iki ay müddətinə 3500 ton çınqılı X9 borclu olduğu X3 çınqılla ödəməyi öhdəsinə götürmüşdür.
3. X6 rəhbəri X18 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0128 nömrəli mənzil tikintisi haqqında müqaviləyə əsasən sözügedən mənzil sonuncuya verilmişdir.
4. Cavabdeh1 X11 rəhbərinə ərizə ünvanlayaraq, həmin mənzilin Cavabdeh2 adına tam olaraq keçirilməsi, yenidən müqavilə bağl anmasını xahiş etmişdir.
5. X6 rəhbəri X18 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0129 nömrəli mənzil tikintisi haqqında müqaviləyə əsasən sözügedən mənzil sonuncuya verilmişdir. 6. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, sözügedən mənzilin pay dəyərindən 38155 AZN payçı Cavabdeh2 tərəfindən ödənilmişdir, borc yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin və onun əsasında Abşeron rayonu, Masazır kəndində inşa edilən X2 1 otaqlı, sahəsi 58,7 kv.metr mənzilə dair cavabdehlərlə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin və mənzil üzrə borcun olmama sı barədə eyni tarixli 617 saylı arayışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun adından etibarnamə üzrə nümayəndəsi Akim Rəcəbov tərəfindən Cavabdeh1la bağlanmış mal-materialların mənzillə əvəzləşdirilməsi barədə xx.xx.2021-ci il tarixli, _04.2021 saylı müqavilənin və həmin müqavilə əsasında Abşeron rayonu, Masazır kəndində inşa edilən 1 otaqlı, sahəsi 58,7 kv.metr mənzilə dair onun adından etibarnamə üzrə nümayəndəsi Akim Rəcəbov tərəfindən cavabdehlərlə bağlanmış xx.xx.2021-ci il tarixli, 0128 və 0129 saylı müqavilələrin və mənzil üzrə borcun olmaması barədə eyni tarixli 617 saylı arayışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İd diaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə müraciət edərək Abşeron rayonu, Masazır kəndində inşa edilən X4 1 otaqlı, sahəsi 58,7 kv.metr, dəyəri 38155,0 manat olan mənzili müxtəlif tikinti materialları verəcəyi müqabilində ona verilməsini xahiş etmişdir. Bununla bağlı Cavabdeh1la mənzilə dair müqavilə bağlanmış, Cavabdeh1 mənzilə dair müqavilənin Ramiz Yariyevin adına keçirilməsini və mənzilin dəyərinin yuxarıdakı şərtlər daxilində özü tərəfindən ödəniləcəyini bildirmişdir. Cavabdeh1 müraciətinə uyğun olaraq mənzilin R.Yariyevin adına keçirilməsi ilə bağlı müqavilə bağlanmışdır. Ötən müddət ərzində mənzilin dəyəri ödənilməmiş, məlum olmuşdur ki, cavabdehlər müqaviləni formal bağlamışlar. Buna baxma yaraq Cavabdeh1 onları inandırmasına əsasən tərəflərindən arayış verilmişdir ki, guya mənzil üzrə borc ödənilib, halbuki ödəniş aparılmamış və ödəniş qəbzi verilməmişdir.
10. Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə iddia qaldırmağa dair subyektiv hüququ yoxdur. Çünki, iddiaçı müqavilə üzrə tərəf deyildir. Onun belə bir iddia qaldırmaq hüququ mövcud deyildir. Belə ki, Cavabdeh2 mübahisəli mənzili pul verib almışdır. Həmin mənzilin qanuni sahibidir. O, mənzili pul verib aldıqdan sonra X7 rəhbəri X12 mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı almışdır. Həmin arayış sübut edir ki iddiaçının iddia ərizəsində göstərdikləri həqiqətə uyğun deyildir.
11. Cavabdeh1 iddianı qəbu l etdiyini bildirərək qeyd etmişdir ki, onun Akim Rəcəbovla iş münasibətləri olmuşdur. Akimə bina tikmək üçün beton lazım olmuş, ona müraciət edərək beton verilməsi əvəzində binada ev veriləcəyini demişdir. O da Aydına müraciət etmişdir. Aydın təklif etmişdir ki, onun adına ev yazılsın əvəzində Yaşara çınqıl verib beton alaraq onlara verəcəkdir. Sonra Aydın dedi ki, bu proseslər uzun müddət apardığından Ramizdə hazır beton var, evi Ramizin adına yazdırsın, betonu götürsünlər. O da Akimə demişdir, razı olmuşdur. Ramiz ilə görüşmüş, Ramiz Aydını tanıdığından betonu Aydına verəcəyini bildirmişdir. Bundan sonra, Aydından çınqıl istəmişdir. Aydın Akimin tikintisi üçün 8 maşın çınqıl gətirmişdir. Yenidən beton lazım olduğundan Ramizə müraciət etmiş, Ramiz onu tanımadığından beton verə bilməyəcəy ini demişdir. O da Aydına zəng etmiş, Aydın beton verəcəyini vəd etsə də 3 ay ərzində heç nə verməmişdir. Sonra o, şirkətə ərizə ilə müraciət edərək aldadıldığını, etibarından sui-istifadə edildiyini bildirmişdir. Çınqılın pulunu şirkətdən alıb Aydına qaytarmışdır.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, iddiaçı onun anasıdır. X5 rəhbəri mərhum nənəsi olmuşdur. Onun adından etibarnamə əsasında müəyyən hərəkətləri etmiş, müqavilələr bağlamışdır. Cavabdeh1 ilə iş birlikləri olmuşdur. Cavabdeh2 də Nurəlinin vasitəsi ilə tanımışdır. Cavabdeh1la razılaşmışlar ki, Nurəli tikinti üçün material gətirəcək, bunun əvəzində ona mənzil veriləcəkdir. Onunla müqavilə bağlamışlar. Sonradan, Nurəli Ramizi gətirmişdir ki, onunla həmin mənzil barəsində müqavilə bağlan sın, Ramiz də tikinti materialları ilə kömək etməli idi. Lakin onlar tərəfindən öhdəliklər yerinə yetirilməmişdir.
13. Abşeron Rayon Məhkəməsinin 2(012)-4034/2022 nömrəli mülki iş üzrə 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, ilk müqaviləni X1 Fatının nümayəndəsi olaraq onun adından imzalamışdır. Digər iki müqaviləni isə X18 öz adından imzalamış və f/ş kimi möhürü ilə təsdiqləmişdir. Lakin, iddiaçı bunu mübahisələndirmir.
15. Cavabdeh1 iddianı qəbul etsə də, məhkəmə qeyd etmişdir ki, müqavilə üzrə öhdəliklərin icra edilməməsi müqavilənin etibarsızlığı üçün yox, müqavilənin ləğvi üçün əsasdır. Müqavilənin etibarsızlığının əsasları məhkəmə tərəfindən müəyyən edilməmişdir.
16. Cavab deh2 iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması ilə bağlı etirazının dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf Cavabdeh2 mübahisəli mənzilə dair bağlanan müqavilənin Cavabdeh1la bağlanan digər iki müqavilələr üzrə hər hansı bağlılığının olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ramiz Yariyevlə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin və mənzil üzrə borcun olmaması barədə eyni tarixli 617 saylı arayışların etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir.
17. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əqdlərin bağlanması zamanı əqdin etibarsızlığına əsas olan hallar müəyyən edilmədiyindən əsassız hesab edilib təmin edilməməlidir.
18. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 339.1, 339.4, 340.1, 359.1, 359.3, 362.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Cavabdeh Ramiz Yariyev məhkəmə kollegiyasının iclasında verdiyi izahatında mübahisəli mənzilin dəyərini tikinti materialı verərək ödədiyini, belə ki, pulun əvəzinə şirkətə tikinti materialı göndərdiyini bildirmişdir.
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-966/2023 nömrəli mülki iş üzrə 20 iyun 2023-cü il qətnaməsi ilə (hakimlər Fuad Məmmədovun sədrliyi və məruzəsi ilə Lalə Rəhimli və İlqar Dəmirovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmişdir.
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçının “X13”nə hər hansı hüququnun mövcudluğunu təsdiq edən sənəd müəyyən edilmir. Əksinə, iş materiallarındakı sənədlərdən müəyyən olunur ki, iddiaçının yalnız torpaq sahəsinə mülkiyyət hüququ var və həmin torpaq sahəsinin üzərində çoxmərtəbli yaşayış binasının deyil, üçmərtəbəli fərdi yaşayış evinin tikilməsi razılaşdırılmışdır. Səkkiz mərtəbəli yaşayış binasının tikintisinə icazənin verilməsi iş materialları ilə müəyyən olunmur. Bu barədə iddiaçı tərəfə müvafiq sənədlərin təqdim edilməsi təklif edilsə də, bu cür sənədlərin olmadığı bildirilmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfə məxsus “X13” adlı yaşayış binası mövc ud deyil və həmin ad şərti olaraq verilmişdir.
23. Eyni zamanda, iş materialları ilə müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi _04.2021 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə Cavabdeh1 ilə X8 etibarnamə əsasında nümayəndəsi X18 arasında bağlanmışdır. xx.xx.2021-ci il tarixli 0128 nömrəli müqavilə isə “X14”nin rəhbəri qismində X18 ilə Cavabdeh1 arasında, xx.xx.2021-ci il tarixli 0129 nömrəli müqavilə isə “X14”nin rəhbəri qismində X18 ilə Cavabdeh2 arasında bağlanmışdır. Hər üç müqavilə fiziki şəxs X15 möhürü ilə təsdiq edilmişdir.
24. Göründüyü kimi mübahisələndirilən müqavilələr üzrə iddiaçı müqavilə tərəfi deyil və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə onun mənzilin yerləşdiyi yaşayış binasına hər hansı hüququnun olması təsdiq edilmir. X18 0128 və 0129 nömrəli müqavilələ ri “X13”nin rəhbəri kimi öz adından bağlamışdır.
25. İddiaçı tərəf mübahisələndirilən müqavilələri X8 etibarnamə əsasında nümayəndəsi X15 bağladığını və müqavilə bağlanan zaman onun səlahiyyətli olduğunu təsdiq etmişdir.
26. Belə aydın olur ki, mübahisə predmeti olan müqavilələr bağlanarkən müqavilə tərəfləri səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuşdur. Buna görə də, qeyd edilən müqavilələr etibarsız hesab edilə bilməz, bağlanan zaman iddiaçı müqavilə tərəfi olmadığından, o cümlədən 8 mərtəbəli yaşayış binasına dair hər hansı hüququ müəyyən edilmədiyindən, öhdəliyin icra edilməməsini əsas gətirərərək həmin müqavilələrin etibarsızlığını mübahisələndirmək hüququ yoxdur.
27. Digər tərəfdən iş materiallarında olan maliyyə arayışlarının surətindən görünür ki, Cavabdeh1 adına tərtib edilmiş arayışda 3500 ton çınqıl tikinti materialı verilməsi barədə öhdəlik xüsusi olaraq göstərilsə də, Cavabdeh2 verilmiş arayışda bu barədə qeyd göstərilməmişdir.
28. Mal-materialın verilməsi ilə bağlı müqavilə tərəfləri arasındakı mübahisə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tərəfləri həmin məsələni məhkəmə qaydasında ayrıca mübahisələndirə bilərlər. Müqavilə tərəfinin öhdəliklərini yerinə yetirməməsi müqavilənin etibarsızlığı üçün əsas deyildır.
29. Məhkəmə kollegiyası Cavabdeh1 iddianı etiraf etməsi ilə bağlı qeyd edir ki, onunla bağlanmış müqavilə öz ərizəsi əsasında artıq ləğv edilmişdir. Belə ki, Cavabdeh2 ilə bağlanmış müqavilə məhz onun həmin ərizəsindən sonra bağlanmışdır. Müqavilə tərəflərinin qarşılıqlı razılığı əsasında lə ğv etdiyi müqavilənin yenidən məhkəmə qaydasında etibarsızlığının tələb edilməsi barədə iddia tələbini və cavabdehin bu barədə etirafını məhkəmə kollegiyası əsassız hesab edir və qəbul etmir.
30. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 359-cu, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77, 88, 372.6, 372.7, 384.0.1, 402.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassator şikayətində “Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9.02.2021-ci il tarixli q ərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlımünasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin qeyd edilən işi üzrə haz ırkı işlə tam eyni olmasa da, eynilik ondan ibarətdir ki, məhkəmə maliyyə arayışını olmayan, lakin, işdəki digər zəruri sübutlarla əlaqəli şəkildə yoxlamalı idi. Çünki zəruri sənəd ödəniş qəbzidir, hansı ki, cavabdehlərdə yoxdur. Yalnız ödəniş qəbzinə əsasən demək olardı ki, Cavabdeh2 və ya Cavabdeh1 ödənişi həyata keçirmişdir. Hər iki cavabdeh məhkəmədə etiraf etmişlər ki, iddiaçıya pul ödəməyiblər, maliyyə arayışındakı sözlər həqiqəti əks etdirmir. Eyni zamanda Ali Məhkəmə tərəfindən formalaşmış təcrübə var, qərarlar var ki, ödəniş qəbzi olmadan maliyyə arayışı özlüyündə ödənişin həqiqətən də həyata keçirilməsini təsdiq etmir.
33. Kassasiya şikəyətinin digər dəlilinə görə, Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında mübahisəli mənzili küçədə elan gördükdən sonr a şirkətə pul verməklə aldığını desə də, apellyasiya icraatı zamanı verdiyi izahatlarda evin əvəzində beton verərək mənzili aldığını, digər bir izahatda isə evin əvəzinə tikinti materialı ilə ödəniş etdiyini bildirmişdir. Apellyasiya icraatı zamanı izahatlar arasındakı ziddiyətin araşdırılması üçün, birinci instansiya məhkəməsinin iclasının audioyazısına qulaq asılması barədə vəsatət təqdim edilmiş, lakin vəsatət əsassız olaraq təmin olunmamışdır.
34. Kassator onu da qeyd etmişdir ki, mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsi əvvəllər onun anasına məxsus olmuş, sonradan sonuncu həmin torpağı iddiaçıya bağışlamışdır. Torpaqla bərabər bütün digər hüquqlar da iddiaçıya keçdiyi üçün iddiaçı Fatı Həziyevanın adından hərəkət edir və onun adından çıxış edə bilir. Belə olduğu təqdirdə məhkəmələ rin iddiaçının hazırki iddianı qaldırmağa hüququnun olmaması ilə bağlı mövqeyi yanlış olmuşdur.
35. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
38. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
39. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Ka ssasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.
50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mü lki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumq ayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-966/2023 nömrəli iş üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.