Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-420/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X cavabdeh Azərı̇ qaz İstehsalat Bı̇ rlı̇ yinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təbii qazdan istifadə ilə bağlı mübahisələr; borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı X cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5654/2024 nömrəli qətnaməsindən cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yi tərəfindən verilmiş kassasiya şik ayətinə 04 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən bağ evi iddiaçıya məxsusdur.
2. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2020-ci il tarixli ******* №-li, xx.xx.2020-ci il tarixli ******* №-li, xx.xx.2020-ci il tarixli ******* №-li, xx.xx.2022-ci il tarixli ******* №-li akt, xx.xx.2023-cü il tarixli ******* №-li, xx.xx.2023-cü il tarixli ******* №-li aktlar əsasında iddiaçıya 17.529,14 manat mə bləğində sərfiyyat hesablanmışdır.
3. İddiaçının abonent saldosundan görünür ki, iddiaçının qaz sayğacında 2019-cu ildə heç bir ayda, 2020-ci ilin yanvar və fevral aylarında, 2022-ci ilin aprel-oktyabr, dekabr aylarında, 2023-cü ilin yanvar-noyabr aylarında sərfiyyat qeydə alınmamışdır.
4. Saldoya əsasən xx.xx.2023-cü ildə yeni qaz sayğacı quraşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən bağ evinə əsassız olaraq Cavabdeh İB tərəfindən cərimə kimi yazılmış 17.529,14 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkda şları iddiaçıya məxsus ünvan 2 ünvanına yaxınlaşaraq köhnə qaz sayğacını sökərək yerinə yeni qaz sayğacı quraşdırmışdırlar. Daha sonra iddiaçı kartdan tutulmalar olduğu üçün Cavabdeh İB-nə müraciət etdiyi zaman ona köhnə qaz sayğacına müdaxilə etdiyi və bununla bağlı 17.529,14 manat cərimə borcu olduğunu bildirmişdirlər. O, heç vaxt qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməmişdir. Vaxtlı-vaxtında ödənişləri etmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8948/2023 nömrəli iş üzrə 15 dekabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair 2(011)-8948/2023 nömrəli mülki iş üzrə məhkəmə-trasoloji ekspertizasının təyin edilməsi qərara alınmışdır. 8. 23 fevral 2024-cü il tarixli, 3-16-16/2-3/138 saylı ekspert rəyinə əsasən tədqiqata t əqdim edilən ünvan 2 ünvanında yerləşən evə (abonent kodu:**********00001) quraşdırılmış qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacında kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1166/24 nömrəli iş üzrə 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim S.Eyvazova) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının ünvan 2 ünvanı üzrə **********00001 saylı abunə koduna hesablanmış 13.958,24 manat məbləğində borcun silinməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmi ş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).
11. Məhkəmə bildirmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2020- ci il tarixli ******* №-li, xx.xx.2020-ci il tarixli ******* №-li, xx. xx.2020-ci il tarixli ******* №-li, xx.xx.2022-ci il tarixli ******* №-li aktlara əsasən “abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi”, xx.xx.2019-cu il tarixli ******* №-li aktda isə “xətaların normadan artıq olduğu”, xx.xx.2023-cü il tarixli ******* №-li, xx.xx.2023-cü il tarixli ******* №-li aktlarda isə “sayğacın çıxış plastmas borusu deşilib” qeyd edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, aktların çoxunda “kənar xətt” aşkarlandığı qeyd edilsə də qanunsuz qoşulma halları aşkar edildikdən sonra qaz paylayıcısı tərəfindən görülməli addımlar qanuna uyğun şəkildə həyata keçirilməmiş, lazımi tədbirlər tam görülməmişdir. Qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmişdir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
13. Məhkəmə hesab etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, habelə kənar xətt, sayğacın quraşdırılması, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış cərimə silinməsi barədə iddia tələbi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən, fiziki şəxs olan istehlakçını qaz sayğacı ilə təchiz etmək bilavasitə qaz paylayıcısının vəzifəsidir və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamaqla hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməli (sayğac quraşdırmalı), habelə qanunsuz istifadənin qarşısını almalıdır
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının M ülki Məcəlləsinin 385.1, 614.3, 1096.1, 1096.2-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3, 18.0, 18.0.1, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 6-2.1, 11.6, 13.8, 13.8-1, 13.9-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim olunmuş fotolardan görünür ki, iddiaçı aşkar surətdə təbii qazdan qeyri-qanuni istifadə etməkdədir. Qeyd edilən fotolar ayrı-ayrı va xtlarda və ünvanın müxtəlif yerlərindən çəkilmişdir (yeni fotolar və video çəkiliş) mülki işə əlavə edilmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) xx.xx.2024-cü il tarixli, 2(103)-5654/2024 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin iş üzrə 20 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən bi rtərəfli qaydada tərtib edilmiş rəy və aktla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır.
19. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iş üzrə məhkəmətrasoloji ekspertiza təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2 3 /138 saylı ekspert rəyi ilə qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədənin aşkar edilmədiyi, qaz sayğacından kənar xətlərin çəkilməsinin müşahidə olunmadığı müəyyən edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aparılmış ekspertiza tədqiqatı zamanı mübahisəli ünvanda qaz sayğacına və qaz xəttinə hər hansı müdaxilə faktı müəyyən olunmamışdır. Qanunun tələbinə görə isə qaz paylayıcısı yalnız istehl akçının qazın talanmasında təqsirli olması müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi halda vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin hazırkı işdə iddiaçının sayğaca müdaxilə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən Cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini tələb etmiş, abonentin saldosuna həmin zərərin məbləğini daxil etmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ünvanda qaz sayğacı fərdi yaşayış evinin daxilində, yaxud həyətyanı torpaq sahəsində deyil, küçədə divara bərkidilməklə quraşdırılmışdır və cavabdehin mütəmadi olaraq həmin sayğacın normal işləyib-işləmədiyinə nəzarət etmək, lazım gəldikdə qanunla müəyyən olunmuş tədbirləri görmək imkanı o lmuşdur. Lakin cavabdeh bununla bağlı qanunda nəzərdə tutulmuş hər hansı tədbir görməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, baxılan iş üzrə iddiaçı fiziki şəxsdir və cavabdeh məhz iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edildiyi, qəsdən zərər yetirildiyi barədə heç bir mötəbər sübut təqdim etməmiş, iddiaya etirazını öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş aktlarla, subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır.
23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 614.3, 1096.1, 1096.2-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 6-2.1, 11.6, 13.8, 13.9-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qay daları”nın 4.2, 4.6, 4.7, 4.8-ci bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yi kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmələr nəzərə almamışdır. Dəymiş zərərlə bağlı isə məhkəmələr saldo aktları və fotoşəkillərə laqeyd göstərərək düzgün hüquqi nəticəyə gəlməmişlər. Məhkəmə dəymiş ziyanın m üəyyən edilməsi məqsədi ilə mülki işə əlavə edilmiş saldoya nəzər yetirməmişdir. Halbuki diqqət etməli olsa idi, iddiaçının təbii qazdan istifadə etmədiyini və istifadə edilmiş qaza görə hər hansı məbləğ ödənilmədiyini müəyyən edərdi. İddiaçı qazı müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyri-qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş iddiaçının vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. Kassasiya şikayətində MM-nin 21-ci, 1091.2-ci, 157.5-ci, MPM-nin 88-ci, 77ci maddələrinin pozuntusuna istinad edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 1096.1. Mülki hüquq pozuntus u (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
29. Maddə 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
30. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir.
31. Maddə 13.8.... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
32. Maddə 13, hissə 8-1. (2022-ci ilin may ayından qüvvədə olan 8-1-ci hissə) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nə zərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
33. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıc ısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 34. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 35. 6.5. (xx.xx.2023-cü il tar ixədək qüvvədə olmuş redaksiya) Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağl ı araşdırma apararaq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qətnamənin qanuni və əsaslı olması ilə bağlı prosessual qanunvericiliyin tələbinə cavab vermədiyindən ləğv edilməlidir.
45. İşdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən cavabdehin iddiaya etirazının və apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılmamış, sübutların qiymətləndirilməsi ilə bağlı MPM-nin tələblərinə riayət edilməmişdir.
46. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx. 2019-cu il tarixli ******* №-li, xx.xx.2019-cu il tarixli ******* №-li, xx.xx.2020- ci il tarixli ******* №-li, xx.xx.2020-ci il tarixli ******* №-li, xx.xx.2020-ci il tarixli ******* №-li, xx.xx.2022-ci il tarixli ******* №-li aktlarda pozuntu olaraq “abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi” qeyd edilmişdir.
47. Bu aktlardakı pozuntunun həqiqətən mövcud olduğunu təsdiq etmək üçün cavabdeh tərəfindən məhkəməyə qanunsuz qoşulma ilə bağlı qaz təchizatının dayandırılması barədə aktlar, fotoşəkillər təqdim edildiyi halda məhkəmə tərəfindən bu sübutlara ümumiyyətlə qiymət verilməmiş, həmin sübutların hansı səbəbdən qəbul edilmədiyi əsaslandırılmamışdır.
48. Cavabdeh tərəf bu sübutlarla yanaşı eyni zamanda məhkəməyə abonent saldosunu təqdim etmiş, saldodadakı məlumatl ardan 2019-cu ildə, 2020-ci ilin yanvar və fevral aylarında, o cümlədən 2022-ci ilin aprel-oktyabr və dekabr, 2023-cü ilin isə heç bir ayında iddiaçının qaz sayğacındakı sərfiyyatın qeydə alınmadığı aydın göründüyü halda, məhkəmə bunun səbəbini müəyyənləşdirmək üçün araşdırma aparmamış, iddia tələbini qiymətləndirərkən bu halı nəzərə almamışdır.
49. İddiaçı iddia ərizəsində aktların tərtib edildiyi dövrdə qazdan istifadə etmədiyini deyil, istifadə etdiyi qazın dəyərini tam ödədiyini göstərərək hər hansı qanunsuz qoşulmaya yol vermədiyini iddia etdiyi halda qanunsuz qoşulma ilə bağlı aktların tərtib edildiyi aylar üzrə qazdan istifadəyə görə həyata keçirilmiş ödənişlər barədə sübutları məhkəməyə təqdim etməmişdir.
50. Məhkəmə nəzərə almamışdır ki, birinci instansiya məhkəməsində işə baxılar kən iddiaçı yalnız yay aylarında bağ evində yaşadığını göstərsə də (xx.xx.2023-cü il tarixli məhkəmə iclasında) bu barədə də iş materiallarında hər hansı sübut yoxdur. Halbuki MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır.
51. Apellyasiya instansiyası məhkəməsi qətnamədə cavabdeh tərəfindən iddiaçının sayğaca müdaxilə etdiyini və zərər yetirdiyini təsdiq edən sübutların təqdim edilmədiyinə əsaslanaraq iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, aktların çoxunun sayğaca müdaxilə faktı ilə bağlı deyil, sayğacdan kənar qanunsuz qoşulma faktı ilə bağlı tərtib edildiyini nəzərə almamışdır.
52. Sayğaca müdaxilə ilə bağlı pozuntu ya lnız xx.xx.2023-cü il tarixli ******* №-li aktda öz əksini tapdığından məhkəmənin qaz sayğacında hər hansı müdaxilə və zədə izi aşkar edilmədiyinə dair məhkəmə trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsaslanmaqla iddianın əsaslı olduğunun təsdiq edildiyinə dair nəticəyə gəlməsi düzgün olmamışdır.
53. Göstərilənlərə əsasən mübahisələndirilən qətnamə məhkəmə qətnaməsinin qanuni və əsaslı olması ilə bağlı MPM-nin 217.1-ci maddəsində nəzərdə tutulmuş şərtə cavab vermədiyindən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassas iya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli 2(103)-5654/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir