Məhkəmə qərarları › İş №2(102)-4200/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4200/2023

31.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4200/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2nə qarşı “qanunsuz tikilinin sökülməsi və sair” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4200/2023 (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasından imtina, şikayətin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1nə, üçüncü şəxslər (X1, Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazir liyi Tikintidə X3 Agentliyi cəlb edilməklə) qarşı “qanunsuz tikilinin sökülməsi və sair” tələblərə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6472/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qərardadından Cavabdeh3 MTK (Vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1nə (üçüncü şəxs Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi cəlb edilməklə) qarşı “qanunsuz tikilinin sökülməsi və sair” tələblərə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai ray onu, Süleyman Vəzirov 11-də həyətyanı sahədə yerləşən idman meydançasında 45 kv.metr ərazidə taxta konstruksiyadan, müvafiq icazə olmadan inşa olunmuş, özbaşına, qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini və sökülmə işlərinin "xxxx" 2020 MTK rəhbərliyinin öz şəxsi vəsaiti hesabına aparılması, kommunal xidmətlərə görə ödənişlərin miqdarı, hesablanma qaydası, hansı normativ akta əsaslandığını, eləcə də yeraltı dayanacaqlarda avtomobillərin saxlanmasının aylıq xərci barədə məlumatların yazılaraq, komendant tərəfindən təsdiq olunmaqla binanın bütün girişlərində və dayanacaqlarda asılsmasının MTK-nə həvalə edilməsi, Süleyman Vəzirov küçəsi 11 ünvanındakı yaşayış kompleksinin ərazisinə sakinlər və onların qonaqlarına məxsus avtomobillərdən kənar hər hansı nəqliyyat vasitəsinin buraxılmasına və ərazidə yaşamayan vətəndaşların avtomobillərinin gecə orada saxlanmasına icazə verilməsi "xxxx" 2020 MTK-nin rəhbərliyinə qadağan olunması, Süleyman Vəzirov 11-də yaşayış kompleksinin ərazisinə Cavabdeh2 iş yeri ləvazimatları şirkətinə məxsus avtomobillərin park oluması, durması və gecə saxlanmasının qadağan olunması, onların giriş-çıxışının məhdudlaşdırılması, baş planın saxtalaşdırılmasında təqsirkar olan şəxslər barəsində xüsusi qərar çıxarılaraq əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa məlumat verilməsini xahiş etmişdir.

2. İddiaçı sonradan məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək məhkəmədən, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr ol an özbaşına tikilinin cavabdeh "xxxx" 2020 MTK-nın hesabına sökülməsi, mənzil kommunal xidmətlərindən istifadə haqqının miqdarı, hesablanma qaydası, hansı normativ akta əsaslandığı, həmçinin yeraltı dayanacaqlarda avtomobillərin saxlanma xərcləri barədə məlumatların "xxxx" 2020 MTK tərəfindən tərtib və təsdiq edilərək binaların bütün giriş dayanacaqlarında asılması vəzifəsinin "xxxx" 2020 MTK-nın üzərinə qoyulması, Süleyman Vəzirov küçəsi 11 ünvanındakı yaşayış kompleksinin ərazisində Cavabdeh2 MMC-nə məxsus avtomobillərin park olunması, durması və gecə saxlanmasının qadağan olunması, cavabdeh şirkətlərin əməkdaşlarının qanunsuz əməlləri nəticəsində iddiaçıya vurulmuş 30.000 manat məbləğində maddi ziyanın, dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində pulun, həmçinin mənəvi ziyanın kompensassiyası kimi 100.000 manat məbləğində pulun, ümumilikdə 130030 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında X1 məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-172/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Lalə Rəhimli) iddiaçının cavabdehlərə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər cəlb olunmaqla) – Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşə n idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, mənzil kommunal xidmətlərindən istifadə haqqının miqdarı, hesablanma qaydası, hansı normativ akta əsaslandığı,həmçinin yeraltı dayanacaqlarda avtomobillərin saxlanma xərcləri barədə məlumatların cavabdeh tərəfindən tərtib və təsdiq edilərək binaların bütün giriş dayanacaqlarında asılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, Süleyman Vəzirov küçəsi 11 ünvanındakı yaşayış kompleksinin ərazisində cavabdehə məxsus avtomobillərin park olunması, durması və gecə saxlanmasının qadağan olunması, cavabdeh şirkətlərin əməkdaşlarının qanunsuz əməlləri nəticəsində iddiaçıya vurulmuş 30.000 manat məbləğində maddi ziyanın, dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 30 ma nat məbləğində pulun, həmçinin mənəvi ziyanın kompensassiyası kimi 100.000 manat məbləğində pulun, ümumilikdə 130.030 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6472/2022 nömrəli, 23 noyabr 2022-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Bakı şəhəri, Xəta i rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikilinin cavabdehin hesabına sökülməsinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qeyd olunan hissədə təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv.metr olan özbaşına tikili Cavabdeh3 MTK-nın hesabına sökülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh3 MTK (Vəkili Vəkil3) tərəfindən 18 yanvar 2023 cü il tarixdə kassasiya şikayəti vermişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyasının 2(103)-6472/2022 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Fərrux Qasımov) kassasiya şikayəti, MPM-in 3 saylı əlavəsinə uyğun tərtib olunmadığı üçün geri qaytarılmışdır.

9. Cavabdeh (Vəkili Vəkil3) həmin qərardaddan kassasiya şikayəti vermiş, lakin verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1822/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6472/2022 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Bundan sonra cavabdeh (Vəkili Vəkil3) tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6472/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsindən 19 may 2023-cü il tarixdə kassasiya şikayəti verilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6472/2022 nömrəli, 02 iyun 2023-cü il tarixli qərardadı ilə müddətin bərpası barədə vəsatət olmadığından kassasiya şikayəti geri qaytarılmışdır.

12. Cavabdeh (Vəkili Vəkil3) qərardadda qeyd olunan nöqsanları aradan qaldırmaq əvəzinə 08 iyun 2023-cü il tarixdə həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)2953/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6472/2022 saylı iş üzrə 02 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Cavabdeh (Vəkili Vəkil3) tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6472/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsindən 26 iyul 2023-cü ildə kassasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verilmiş və ərizəyə kassasiya şikayəti əlavə edilmişdir.

15. Müddətin bırpası barədə ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən çıxarılmış qərardaddan verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə 5 ay müdətinə baxılaraq qərar qəbul edilmişdir. Kassasiya şikayətinin geri qaytarılması barədə qərardaddan kassasiya şikayəti verildiyi zaman, əgər şikayət təmin olunarsa, onda qətnamədən verilmiş kassasiya şikayətinin yenidən verilməsinə ehtiyac yaranmır. Kassasiya şikayətinin geri qaytarılması barədə qərardaddan kassasiya şikayəti veriliyi zaman həmin şikayətin nəticəsi məlum olmalıdır ki, ona uyğun yenidən qətnamədən kassasiya şikayəti verilsin. Bu zaman keçmiş müddət kassasiya şikayəti vermək üçün qanunvericilklə nəzərdə tutulmuş prosessual müddətə aid edilməməlidir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)6472/2022 nömrəli, 30 avqust 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kassasiya şikayətinin verilməsi müddə ti prosessual müddət olmaqla onun dayandırılması yalnız o vaxt mümkün olur ki, iş üzrə icraat dayandırılmış olsun. (MPM, 131-ci maddə) Hazırki işdə belə hal müəyyən edilməyib. Qalan heç bir halda, o cümlədən cavabdehin ərizədə bildirdiyi kimi məhkəmə aktından şikayət verilməsi prosessual müddətin dayanmasına əsas verən hal deyil. Digər tərəfdən 28 noyabr 2022-ci il tarixdə qəbul edilmiş qətnamədən cavabdeh olan hüquqi şəxs tərəfindən 2 dəfə verilmiş kassasiya şikayəti, yol verilmiş nöqsanlar göstərilməklə və nöqsanların ağlabatan müddətdə aradan qaldırılaraq yenidən kassasiya şikayəti vermək hüququnun olduğu izah edilməklə geri qaytarılmasına baxmayaraq, cavabdeh nöqsanları aradan qalırmaq əvəzinə apellyasiya instansiya məhkəməsinin qərardadlarını mübahisələndirmişdir. Beləliklə, qətnaməni n rəsmi qaydada təqdim edildiyi (xx.xx.2022-ci il) vaxtdan 7 aya yaxın müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməyərək, əksinə qərardadlardan verilmiş kassasiya şikayətlərinə görə mülki iş kassasiya şikayətlərinə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Halbuki, cavabdeh kassasiya şikayətləri qaytarılan zaman yol verilmiş nöqsanları aradan qaldırmağa təşəbbüs göstərməmiş, əksinə həmin qərardadları mübahisələndiimişdir. Nəticədə kollegiya belə qənaətə gəlmişdir ki, cavabdehin hərəkətləri mübahisələndirilən qətnaməyə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılması deyil, qəbul edilmiş qətnamənin icrasını gecikdirməyə yönəlmişdir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası cavabdehin hüquqi şəxs olmasını, həmçinin ka ssasiya şikayətinin verilməsində hüquqi xidmətləri göstərən nümayəndəsi olmasını və vəkil xidmətlərindən istifadə etməsini də nəzərə almışdır. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, müddətin ötürülməsi üçün heç bir üzürlü səbəb müəyyən edilmədiyindən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilə bilməz.

18. Məhkəmə mövqeyini Mülki Prosessual Məcəllənin 131-ci maddəsinə, “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

19. Qərardaddan cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərardadının ləğv edilməsini, apellysiya instansiya məhkəməsinin 2(103)-6472/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizənin təmin olunmasını və kassasiya şikayətinin baxılması üçün yenidən Ali Məhkəməyə göndərilməsi barədə qərar qebul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən müddətin otürüldü yünü əsas tutaraq səhv qənaətə gəlmişdir. Apellyasiya məhkəməsi tərəfindən çıxarılmış qərardaddan kassasiya şikayətinə Ali Məhkəmədə 5 ay müddətinə baxılaraq qərar qəbul edilmişdir. Kassasiya şikayətinin geri qaytarılması barədə qərardaddan kassasiya şikayəti verildiyi zaman, əgər şikayət təmin olunarsa, onda qətnamədən verilmiş kassasiya şikayətinin yenidən verilməsinə ehtiyac yaranmır və kassasiya şikayəti geri qaytarılması barədə qərardaddan kassasiya şikayəti verildiyi zaman həmin şikayətin nəticəsi məlum olmalıdır ki, ona uyğun yenidən qətnamədən kassasiya şikayəti verilsin. Bu zaman keçmiş müddət kassasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətdə prosessual müddətə aid edilməməlidir. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:

21. Cavabdeh "xxxx" 20 20 MTK tərəfindən verilmiş kassasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz vermiş, etirazında kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu qeyd edərək, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

24. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prose ssual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

25. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

26. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birin ə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

27. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

28. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişl ərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

30. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Mux tar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

31. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

32. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edi lməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.

41. Qeyd olunmalıdır ki, cavabdeh (Vəkili Vəkil3) apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətini qərardaddan verdiyi kassasiya şikayətinə Ali Məhkəmədə 5 ay müddətinə baxılaraq qərar qəbul edilməsi, kassasiya şikayətinin geri qaytarılması barədə qərardaddan kassasiya şikayəti verildiyi zaman, əgər şikayət təm in olunarsa, onda qətnamədən verilmiş kassasiya şikayətinin yenidən verilməsinə ehtiyac yaranmaması və kassasiya şikayəti geri qaytarılması barədə qərardaddan kassasiya şikayəti verildiyi zaman həmin şikayətin nəticəsi məlum olduqdan sonra ona uyğun yenidən qətnamədən kassasiya şikayəti verilməsi, bu zaman keçmiş müddətin kassasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətdə prosessual müddətə aid edilməməli olması ilə əsaslandırmışdır.

42. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, kassasiya şikayətinin verilməsi müddəti prosessual müddət olmaqla onun dayandırılması yalnız o vaxt mümkün olur ki, iş üzrə icraat dayandırılmış olsun. (MPM, 131-ci maddə) Hazırki işdə belə hal müəyyən edilməyib. Qalan heç bir halda, o cümlədən cavabdehin ərizədə bildir diyi kimi məhkəmə aktından şikayət verilməsi prosessual müddətin dayanmasına əsas verən hal deyil. Digər tərəfdən 28 noyabr 2022-ci il tarixdə qəbul edilmiş qətnamədən cavabdeh olan hüquqi şəxs tərəfindən 2 dəfə verilmiş kassasiya şikayəti, yol verilmiş nöqsanlar göstərilməklə və nöqsanların ağlabatan müddətdə aradan qaldırılaraq yenidən kassasiya şikayəti vermək hüququnun olduğu izah edilməklə geri qaytarılmasına baxmayaraq, cavabdeh nöqsanları aradan qalırmaq əvəzinə apellyasiya instansiya məhkəməsinin qərardadlarını mübahisələndirmişdir. Beləliklə, qətnamənin rəsmi qaydada təqdim edildiyi (xx.xx.2022-ci il) vaxtdan 7 aya yaxın müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl edilməyərək, əksinə qərardadlardan verilmiş kassasiya şikayətlərinə görə mülki iş kassasiya şikayətlərinə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Halbuki, cavabdeh kassasiya şikayətləri qaytarılan zaman yol verilmiş nöqsanları aradan qaldırmağa təşəbbüs göstərməmiş, əksinə həmin qərardadları mübahisələndiimişdir.

43. Apellyasiya instansiyası məhkəməsi cavabdehin hüquqi şəxs olmasını, həmçinin kassasiya şikayətinin verilməsində hüquqi xidmətləri göstərən nümayəndəsi olmasını və vəkil xidmətlərindən istifadə etməsini də nəzərə alaraq, əsaslı olaraq qənaətə gəlmişdir ki, cavabdehin hərəkətləri mübahisələndirilən qətnaməyə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılması deyil, qəbul edilmiş qətnamənin icrasını gecikdirməyə yönəlmişdir. Odur ki, müddətin ötürülməsi üçün heç bir üzürlü səbəb müəyyən edilmədiyindən kassasiya şikayətinin veril məsi üçün ötürülmüş prosessual müddət bərpa edilə bilməz.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətl ə əlaqədar haqlı ola bilər.

45. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 46. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunu n yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

47. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

48. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsas ları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Cavabdeh (Vəkili Vəkil3) isə kassasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizəsində, qətnamənin qəbul edilməsindən 7 aya yaxın müddət keçməsindən sonra kassasiya şikayəti verməsinin səbəbini qərardaddan verdiyi kassasiya şikayətinə Ali Məhkəmədə 5 ay müddətinə baxılaraq qərar qəbul edilməsi, həmçinin digər formal dəlillərlə əsaslandırmışdır.

49. Məhkəmə kollegiyası cavabdeh (Vəkili Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarından cavabdehin qərardaddan verdiyi kassasiya şikayətinə Ali Məhkəmədə 5 ay müddətinə baxılması halı mövcud deyildir.

50. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6472/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar