Məhkəmə qərarları › İş №2(102)-4204/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4204/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4204/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Əsədov Samir Ağaəli oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, (sədrlik edən hakim P.Zamanlı) 2000 manat və ödən ilmiş 30 manat dövlət rüsumunun “xxxx” MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Əliyev (sədrlik edən, məruzəçi), R.Eyvazov və R.Qurbanov, 2(103)-2138/2020 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7117/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (mübahisələndirilən hissədə). İşin halları: İddiaçı cavabdeh “xxxx” MMC ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 136 saylı müqavilə öhdəliklərinin icra olunmamasının davam etməsi və həmin öhdəliklərin lazımınca yerinə yetirilməməsinə görə xx.xx.2016-cı il tarixdən hazırkı iddia ərizəsi üzrə məhkəmə qətnaməsi qəbul edilən tarixə qədər gecikdirilən hər ay üçün mənzilin tam dəyəri kimi cavabdehə ödənilmiş 39.865,20 manat pul vəsaiti hesabından, pulun zaman dəyəri nəzəriyyəsindən irəli gələn cari dəyərinin Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə müvafiq faizlərin, müqavilə öhdəliklərinin icra edilməməsinin 13 il ərzində və hazırkı vaxta qədər davam etməsi və öhdəliklərin lazımınca yerinə yetirilməməsi səbəbindən iddiaçının hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində maneələr yaradılmasının müstəqil nəticəsi olaraq dəymiş mənəvi ziyanın əvəzi kimi 10.000 manatın tutularaq iddiaçıya ödənilməsi, məhkəmə qətnaməsinin icra olunması vəzifəsinin hazırda “xxxx” MMC-nin səlahiyətlərini icra edən və onun mülkiyyətində olan əmlakın, o cümlədən, sərnişin liftlərinin istismarından fayda (pul vəsaiti) əld ə edən “Cavabdeh2“ MMC-nin üzərinə qoyulması, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq, iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə aid əhəmiyyətli sübutların cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməsi üçün işin təxirə salınması barədə iddiaçının vəsatətləri təmin edilməmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Əsədov Samir Ağaəli oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cava bdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyas ı məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu M əcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında xx.xx.2006-cı il tarixli, 136 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1, 2.1, 6.1.2, 6.2.2, 6.2.4 və 6.2.5-ci bəndlərinə əsasən, sifarişçinin sifarişinə əsasən podratçı, Bakı şəhəri, X küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində 2 otaqlı, 50 saylı, 94,2 kv.m mənzilini tikib sifarişçiyə təhvil verilməsini, sifarişçi isə öz növbəsində onun tikilən mənzili qəbul edib haqqını ödəməyi öhdələrin ə götürürlər. Podratçı müqavilədə göstərilən bütün şərtləri icra edib səkkiz ay müddətində mənzili, daxili naxış, cihaz və daxili qapılar olmamaq şərtilə sifarişçiyə təhvil verir. Sifarişçi tikintinin gedişatına nəzarət edir, müqavilədə göstərilən öhdəlikləri vaxtında və keyfiyyətli yerinə yetirir, tikilən yaşayış binası müvafiq qaydada Dövlət Komissiyasına, habelə tikinti qurtardıqda sifarişçiyə mənzilə sahibliyi haqqında şəhadətnamə sənədləri təhvil verməlidir. İddiaçı mənzilin dəyərini tam ödəmişdir. İddiaçı, cavabdeh tərəfindən qeyd olunan müqavilə bəndləri üzrə öhdəliklərinin icra olunmadığına istinad edərək mənzil üçün ödədiyi pul məbləğinin bank uçot dərəcəsinə müvafiq faizlərinin tutulması və digər tələbləri irəli sürmüş və onun tələbləri qismən təmin olunmuşdur. Məhkəmə kollegiy ası mübahisənin hüquqi həlli ilə bağlı bildirmişdir ki, iddiaçının tələbi cavabdehlər tərəfindən müqavilə öhdəliyinin pozulmasına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin yuxarıda qeyd ed ilən müddəalarında öhdəliyin yaranması əsasları konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Tərəflər arasında xx.xx.2006-cı il tarixli, 136 saylı müqavilə bağlandığı üçün iddia tələblərinə həmin əqddən irəli gələn öhdəliklər çərçivəsində hüquqi qiymət verilməlidir. Müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh “xxxx” MMC, sifarişçinin (iddiaçının) sifarişinə əsasən podratçı, Bakı şəhəri, X küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 14-cü mərtəbəsində 2 otaqlı, 50 saylı, 94,2 kv.m mənzilini tikib sifarişçiyə təhvil verilməsini öhdəsinə götürmüşdür. Müəyyən edilmişdir ki, cavabdeh “xxxx” MMC-nin iddiaçı qarşısındakı əsas öhdəliyi pul un ödənilməsi deyil, əşyanın (mənzilin) verilməsi olmuşdur. Hazırkı işdə “xxxx” MMC-nin müqavilədə nəzərdə tutulmuş mənzili iddiaçının sahiblik və istifadəsinə verməməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda, həmin öhdəliyin icra edilməməsinə görə iddiaçının müqavilədən imtina etməsi halı və ödədiyi pul məbləğinin geri qaytarılması tələbi mövcud deyil. İddia ərizəsindən belə aydın olur ki, sözügedən mənzil hazırda iddiaçının sahiblik və istifadəsindədir. Lakin o, binanın müvafiq qaydada Dövlət Komissiyasına, habelə mənzilə sahibliyi haqqında şəhadətnamə sənədlərinin təhvil verilməməsinə (müqavilənin 6.2.4 və 6.2.5-ci bəndlərinin yerinə yetirilməməsinə) istinad edərək ödədiyi pulun bank uçot faizinin tutulmasını və digər tələbləri irəli sürür. Göründüyü kimi, cavabdeh “xx xx” MMC-nin müqavilə üzrə ödənilmiş pul məbləğini iddiaçıya ödəmək öhdəliyi yoxdur. Başqa sözlə, tərəflər arasındakı müqavilə ləğv edilmədiyi (mənzil iddiaçının sahiblik və istifadəsində olmaqla, cavabdehə qaytarılmadığı) üçün “xxxx” MMC iddiaçının pul vəsaitini qanunsuz şəkildə özündə saxlamış sayılmır. Bu səbəbdən həmin pula bank uçot dərəcəsi ilə faiz hesablanması və cavabdehdən tutulması yolverilməzdir. Çünki, belə faizin məhz pul öhdəliyinin icra edilməməsinə (ödənilməsinin gecikdirilməsinə) görə tutulması qanunda açıqca təsbit olunmuşdur. Mülki Məcəllənin “Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət” başlıqlı 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hes abına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Apelyasiya məhkəməsi hesab etmişdir ki, “xxxx” MMC-nin iddiaçıya pul qaytarmaq öhdəliyi olmadığı üçün birinci instansiya məhkəməsinin bank uçot faizinin tutulması tələbinin rədd edilməsi barədə gəldiyi nəticə əsaslıdır. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, tutulmuş mənəvi zərərin əvəzinin həcminin artırılması üçün əsas yoxdur. Belə ki, Ali Məhkəməni n Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məb ləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilən lərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar