Məhkəmə qərarları › İş №2(102)-4207/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4207/2021

13.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4207/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızına qarşı evdən çıxarılma, maddi və mənəvi ziyan tələbinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma, alqı-satqı müqaviləsi üzrə əmlakın alıcıya təhvil verilməsi, mənzildə istifadə hüququnun itirilmiş hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 2(105)-515/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 01 avqust 2016-cı il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunda bağlanılaraq 4Ə-2642 nömrə ilə reyestrdə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 həm öz adından, həm də etibarnamə ilə nümayəndələri olduğu Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızının adlarından X rayonu, X qəsəbəsi, H.X küçəsi, 43 saylı evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsini 25000 manata İddiaçı satmışdır. Azərbaycan Respublikası Ə mlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X rayonu, X qəsəbəsi, H.X küçəsi, 43 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 20 avqust 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 139 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. X Rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli, 2(012)-1526/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızına qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edil məsinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlunun, X1 və Cavabdeh4ə Cavabdeh2 qızının İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqları itirilmiş hesab edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2020-ci tarixli, 2(006)-972/2020 saylı qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2 oğlunun, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızının İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2020-ci il tarixli, 2(103)2980/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmi ş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 yanvar 2020-ci tarixli, 2(006)-972/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2021-ci il tarixli, 2(102)-1031/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2020-ci il tarixli, 2(103)-2980/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4ə Cavabdeh2 qızı və digər şəxslərin X rayonu, X qəsəbəsi, H.X küçəsi, 43 saylı evdən çıxarılmaları, evin açarları ilə birlikdə təhvil verilməsi, cavabdehlərdən 7770 manat məbləğində maddi ziyanın, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulm uş mənəvi zərərə görə 10000 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 01 avqust 2016-cı il tarixdə X rayonu, X qəsəbəsi, H.X küçəsi, 43 saylı evi 25000 manat məbləğində pul ödəməklə Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunda AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1 almışdır. X rayonu, X qəsəbəsi, H.X küçəsi, 43 saylı ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmaqla onun mülkiyyətindədir, bu barədə RX seriyalı, ******* saylı, 20 avqust 2016-cı il tarixli çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə ə sasən cavabdehlər 01 fevral 2017-ci il tarixinə kimi həmin evdən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. 01 fevral 2017-ci il tarixdən cavabdehlərdən ona məxsus evdən çıxmalarını dəfələrlə tələb etsə də, Cavabdeh1 onu şərləyib tutduracağını bildirmişdir. X Rayon Məhkəməsinin 2(012)-1526/2018 saylı, 25 aprel 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqları itirilmişdir. O, 2-ci qrup əlildir, infarkt keçirmiş, ürəyindən əməliyyat olunmuşdur. O, evi alarkən bir ayı 350 manatdan olmaqla kirayə verib əldə edəcəyi pulla əməliyyat olunmalı idi. Lakin cavabdehlərin evdən uzun müddət çıxmamaları, onu şərləyəcəkləri barədə ifadələri ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Cavabdehlərin onun evindən çıxmalı olduqları müddətdən, yəni 01 fevral 2017-ci i l tarixdən halhazıradək 22 ay ərzində ayı 350 manat olmaqla, ona 7770 manat maddi və 10000 manat mənəvi ziyan dəymişdir. X Rayon Məhkəməsinin (hakim Cəmilə Səfiyeva) 09 aprel 2019-cu il tarixli, 2(012)-564/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızına qarşı evdən çıxarılma, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızının X rayonu, X qəsəbəsi, H.X küçəsi, 43 saylı evdən çıxarılmaları, evin İddiaçı təhvil verilməsi, mənəvi zərərə görə 2000 manat və 30,40 manat dövlət rüsumuna görə pulun Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızından müştərək qaydada tutulub İddiaçı verilməsi, qalan hissədə iddia tələbi nin təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum olmuşdur ki, İddiaçı 01 avqust 2016-cı il tarixdə X rayonu, X qəsəbəsi, H.X küçəsi, 43 saylı evi 25000 manat məbləğində pul ödəməklə Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunda AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi ilə Cavabdeh1 almışdır. X rayonu, X qəsəbəsi, H.X küçəsi, 43 saylı ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmaqla İddiaçı mülkiyyətindədir, bu barədə RX seriyalı ******* saylı 20 avqust 2016-cı il tarixli çıxarış verilmişdir. Lakin tərəflər arasında mübahisəli mənzildə cavabdehlərin qalıb yaşamaları barədə tərəflər arasında hər hansı razılaşma olmamasına baxmayaraq, cavabdehlər qanunsuz o laraq mülkiyyətçinin iradəsinə zidd mübahisəli mənzildə yaşayırlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi mənzilin cavabdehlərdən boşaldılması hissəsində əsaslıdır və təmin edilməlidir. Digər şəxslərin kimliyi müəyyən edilmədiyindən bu hissədə iddia təmin edilə bilməz. Məhkəmə iddia tələbinin maddi ziyan hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı X rayonu, X qəsəbəsində yerləşən evlərin aylıq kirayə haqları barədə internet saytının məlumatlarını təqdim etmişdir. Lakin həmin məlumatlar rəsmi məlumat olmadığından, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilə bilməz. Ona görə də, bu hissədə iddia əsassızdır və təmin edilməməlidir. Həmçinin qeyd edilmişdir ki, tərəflər arasında mübahisəli mənzilə dair alqı-satqı müqaviləsi bağlanandan ötən iki ildən artıq müddət də cavabdehlər mübahisəli evi tərk etməməklə, mülkiyyətçi olaraq iddiaçıya mənəvi zərər vurması qaçılmazdır. Məhkəmə mənəvi zərərə dair işin faktiki hallarına hüquqi qiymət verib, bu hissədə iddia tələbinin qismən təmin edilməsini və zərərin məbləğini ağlabatan məbləğdə 2000 manat müəyyənləşdirməyi lazım bilir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4ə Cavabdeh2 qızı və maraqlı şəxs Səbuhi Cavabdeh2 oğlu apelyasiya şikayəti verərək, X Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(012)-564/2019 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Su mqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Telman Məmmədov - sədrlik edən və məruzəçi, Şəmsəddin Abbasov və Səyyad Qafari) 04 mart 2021-ci il tarixli 2(105)-515/2021 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4ə Cavabdeh2 qızının və maraqlı şəxs Səbuhi Cavabdeh2 oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, X Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(012)-564/2019 saylı qətnaməsi mənəvi zərərə görə 2000 manatın Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızından müştərək qaydada tutulub İddiaçı verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qətnamədə cavabdeh Cavabdeh2 oğlunun Cavabdeh2 kimi göstərilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellya siya instansiyası məhkəməsi iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 139.1, 203.1-ci maddələrinin tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab etmişdir ki, X rayonu, X qəsəbəsi, H.X küçəsi, 43 saylı ev və həmin evin yerləşdiyi 0,06 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, iddiaçının həmin daşınmaz əmlaklara mülkiyyət hüququ hər hansı bir şəkildə məhdudlaşdırılmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin cavabdehlərin evdən çıxarılması hissəsində iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Ape llyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbinin mənəvi zərərə dair olan hissəsini qismən təmin etməsinə dair gəldiyi nəticə ilə razılaşmayaraq qanunsuz və əsassız hesab etmişdir. Belə ki, iddiaçı ona mənəvi zərər dəyməsini cavabdehlərin evdən uzun müddət çıxmamaları, onu şərləyəcəkləri barədə ifadələr işlətməsi ilə əsaslandırmışdır. İş materiallarında iddiaçıya mənəvi zərər dəyməsi, bunun məhz cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut yoxdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə məhkəmə qətnaməsi iddia tələbinin mənəvi zərərə görə 2000 manat tutulmasına aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh 4ə Cavabdeh2 qızı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2021-ci il tarixli 2(105)-515/2021 nömrəli qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi mənəvi ziyanla bağlı hissədə düzgün olan nəticəyə gəlsə də, lakin bununla yanaşı məhkəmə iş üzrə mühüm əhəmiyyəti olan hallan tam aydınlaşdırılmamışdır. Belə ki, mülki iş materiallarından göründüyü kimi, ünvan 3 ünvanındakı mülkiyyət Cavabdeh2 məxsusdur, DƏDRX-də xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş dir. Cavabdeh2 ağır ürək xəstəsi olduğundan və onu müalicə etdirmək məqsədi ilə pula ehtiyacı olduğundan cavabdehlər Nadir adlı şəxsə müraciət etmişlər. Bu zaman Nadir adlı şəxs onlara İlqar Rəhimovu məsləhət görmüş, həmin şəxsin onlara borc pul verəcəyini bildirərək Cavabdeh1 ilə İlqar Rəhimovu görüşdürmüşdür. Həmin gün Cavabdeh1 İlqar Rəhimovdan 25000 manat borc pul istəmişdir. İlqar Rəhimov borc pul verməyə 20 faiz illik razılaşmış əlavə olaraq əmlakın qirov qoyulmasını da tələb etmişdir. Çarəsizlikdən məcbur razılaşaraq müvəqqəti olaraq hazırkı iş üzrə torpaq sahəsini və mülkiyyəti İlqar Rəhimovun adına alqı-satqı müqaviləsinə əsasən keçirilməsini və borc qaytarıldıqdan sonra yenə evi və torpağı qeri qaytaracağını bildirmişdir. Hazırki razılığı əldə edib və alqı satqı ilə evi və torpağ ı ələ keçirdikdən sonra İlqar Rəhimov ümumiyyətlə telefonlarına cavab verməmişdir. Mübahisəli mülkiyyətin torpaq sahəsinin dəyəri 150000 manat təşkil etmişdir. Cavabdehlərin evi dəyərindən aşağı qiymətə satmağa fikirləri olmamışdır. Cavabdehlər tərəfindən İlqar Rəhimova qarşı alqı satqı müqaviləsinin etibarsiz hesab edilməsi ilə bağlı iddia qaldırılmışdır. Hal-hazırda da iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda araşdırılmaqdadır. Kassasiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yer i barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 569.1. Satıcının əşyanı alıc ıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışın ın hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiall arında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apelyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız iddianın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri əsassızdır, iş üzrə icraatın dayandırılmasına əsas olan hallar iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş his səsində dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-515/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar