Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4210/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X3, Cavabdeh1 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsində n Cavabdeh1 MMC tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Məmmədli) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən 88 saylı mənzilə dair xx.xx.2012-ci il tarixdə İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi və xx.xx.2013- cü il tarixdə “xxxx” MMC-nin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 88 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli (sədrlik edən T.Səmədov, hakimlər E.Kazımov və İ.Şirinov) qətnaməsi ilə cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 MMC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xah iş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər “xxxx” MMC və Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 88 saylı mənzilə dair xx.xx.2012-ci il tarixdə İddiaçı Məlik qızı ilə “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi və xx.xx.2013-cü il tarixdə “xxxx” MMC-nin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsi və mənzil üzərində onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, Cavabdeh1 MMC-nin kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, ünvan 1 ünvanında yerləşən 88 saylı mənzilə dair xx.xx.2012-ci il tarixdə İddiaçı Məlik qızı ilə “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi və xx.xx.2013-cü il tarixdə “xxxx” MMC-nin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməli, xx.xx.2012-ci il tarixdə İddiaçı Məlik qızı ilə “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi ipoteka müqaviləsi hesab edilməli, bu qərar ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas hesab ol unmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 8 ünavnında yerləşən 88 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2012-ci il tarixi daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı Məlik qızı ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, ev 8 ünavnında yerləşən 88 saylı mənzili 21000 (iyirmi bir min) manat məbləğində pulun müqabilində alıcı Cavabdeh1 MMCnin mülkiyyətinə vermişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 MMC-nin cavabdehlər X7 və İddiaçı qarşı iddia tələbi qismən təmin edilməsi, ödəniş gününə olan məzənnə üzrə 9098 (doqquz min doxsan səkkiz) ABŞ dolları 54 (əlli dörd) sent, 80 (səksən) ABŞ dolları cərimə, cəmi 9178 (doqquz min yüz yetmiş səkkiz) ABŞ dolları 54 (əlli dörd) sent məbləğində pul vəsaiti Azərbaycan manatı ilə cavabdehlər X2 və İddiaçı müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 Lizinq Şirkəti MMC-nin xeyrinə ödənilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 8 saylı binada binada yerləşən 88 saylı mənzilin Cavabdeh1 Lizinq şirkəti MMC-yə təhvil verilərək cavabdehlər X7 və İddiaçı lizinq obyektindən çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 08 %-i, yəni 02 manat 40 qəpiyi iddiaçıya aid edilməsi, qalan 92 %-i, yəni 27 manat 60 qəpik məbləğində pul vəsaitinin cavabdehlər X2 və İddiaçı müştərək qaydada tutularaq iddiaçı Cavabdeh1 Lizinq Şirkəti MMC-nin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 08%-i, yəni 04 manatının iddiaçıdan, 92%-i isə, yəni 46 manatının cavabdehlər X2 və İddiaçı müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissəsində təmin edilməməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin Məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər X4 və İddiaçı apelyasiya şikayəti qismən təmin e dilməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057-68, 8 saylı binada yerləşən 88 saylı mənzilin Cavabdeh1nə təhvil verilərək cavabdehlər X4 və İddiaçı lizinq obyektindən çıxarılmaları hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, qətnamə 9098,54 ABŞ dolları əsas, 80 ABŞ dolları cərimə olmaqla, cəmi 9178,54 ABŞ dolları borcun (ödəniş gününə olan dolların manata məzənnəsi nəzərə alınmaqla manatla), ödənilmiş 30 manat dövlət rüsumundan 27,60 manat pulun cavabdehlər X4 və İddiaçı müştərək qaydada iddiaçı Cavabdeh1 xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamə onunla əsaslandırılmışdır ki, tərəflər arasında etibarlı lizinq müqaviləsind ən irəli gələn lizinq hüquq münasibətləri yaranmamış, bağlanmış əqdlər başqa əqdləri pərdələməklə onların real iradə ifadələrini əks etdirməmişdir... İddiaçı ilə cavabdeh arasında lizinq müqaviləsinin imzalandığı xx.xx.2012-ci il tarixdə lizinq obyekti İddiaçı mülkiyyətində olmuşdur. Sonuncu ilə iddiaçı arasında lizinq obyektinin alqısatqısma dair müqavilə isə lizinq və zaminlik müqavilələrinin bağlanmasından iki gün sonra xx.xx.2012-ci il tarixdə imzalanmış, lizinq obyekti yalnız xx.xx.2013-cü il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır... Göründüyü kimi, lizinq müqaviləsinin bağlandığı tarixdə iddiaçının lizinq obyekinə dair sahiblik, istifadə və ya sərəncam hüququ mövcud olmamışdır. Başqa sözlə lizinq müqavilənin bağlandığı tarixdə iddiaçının həmin m üqaviləni lizinq verən qismində imzalamaq səlahiyyəti olmamışdır. Digər tərəfdən, lizinq müqaviləsinin kirayə münasibətinin bir növü olduğu nəzərə alınmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən və alqı-satqı dəyəri 21000 manat göstərilmiş mənzilə görə 4 il müddətinə aylıq lizinq ödənişinin məbləğinin 811 ABŞ dolları müəyyən edilməsi, lizinq alanın arvadı olan satıcının isə həmçinin lizinq müqaviləsi üzrə zamin olması həmin münasibətlərin həqiqi məzmununa uyğun gəlmir... İş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri ölkəmizdə lizinq münasibətlərinin inkişaf etdirilməsi məqsədlərinə cavab vermir. Tərəflər arasında lizinq müqaviləsi bağlananadək lizinq obyektinin əldə olunmasına dair alqı-satqı müqaviləsi mövcud olmamış, habelə alqısatqı müqaviləsində lizinq ob yektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edildiyi göstərilməmişdir. Həmçinin müəyyən edilmiş lizinq müddəti lizinq obyektinin amortizasiya müddətlərinə uyğun gəlmir. Sadalanan hallar, habelə aylıq lizinq ödənişinin məbləği əsasında belə qənaətə gəlmək olar ki, tərəflər arasında yaranmış hüquq münasibəti maliyyə lizinqi institutunun təyinatına və mahiyyətinə uyğun gəlmir... Beləliklə, iddiaçı ilə arasında xx xxxxxx 2012-ci il tarixdə bağlanmış 12/546 saylı müqavilənin necə adlandırılmasından asılı olmayaraq həmin əqd lizinq müqaviləsi olmamaqla başqa əqdi pərdələmişdir... İşin faktiki halları tərəflər arasında bağlanmış əqdin əslində cavabdehlərin bildirdiyi kimi əmlakın girov qoyulması əvəzində borc hüquq münasibətini pərdələdiyi barədə qənaətə gəlməyə əsas verir... “ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsi dir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qəbul etdiyi qətnaməni onunla əsaslandırışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı Məlik qızı və cavabdeh “xxxx” MMC arasında olan xx xxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinin yalan əqd (əhəmiyyətsiz müqavilə) olduğu müəyyən edilmiş və bu fakt hazırkı iş üzrə preyudisial xaraxter daşıyır. Ona görə də apelyasiya instansiyası məhkəməsi mübahisə predmeti olan əqdin və onun əsasında verilmiş çıxarışın etibarsızlığı ilə bağlı düzgün nəticəyə gəlsə də yalan əqdə dair qaydaların tətbiq ediməsi məsləsini həll etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İşin göstərilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, ünvan 1 ünvanında yerləşən 88 saylı mənzilə dair xx.xx.2012-ci il tarixdə İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi və xx.xx.2013-cü il tarixdə “xxxx” MMC-nin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməli, xx.xx.2012-ci il tarixdə İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi ipoteka müqaviləsi hesab edilməli, bu qərar ipoteka müqaviləsinin reyestrdə qeydə alınması üçün əsas hesab olunmalıdır Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 MMC-nin kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən 88 saylı mənzilə dair xx.xx.2012-ci il tarixdə İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış alqı-satqı müqaviləsi və xx.xx.2013-cü il tari xdə “xxxx” MMC-nin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilsin. İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi ipoteka müqaviləsi hesab edilsin. Bu qərar ipoteka müqaviləsinin daşınmaz əmlakın dövlət reyetrində qeydə alınması üçün əsasdır. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4210/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4210/2020
15.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver