Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4213/2020 27.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X1 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13504/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Əkrəm Qəhrəmanov) xx xxxxxx 2018ci il tarixli 2(003)-4194/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, Xəyalə Cəmilova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləCavabdeh apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 4996,50 manat məbləğində əsas borcun, 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 5026,50 manat məbləğində pulun tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, Cavabdeh İddi açı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla xx.xx.2017-ci il tarixli ***-**-** nömrəli müqavilə əsasında təbii qazdan istifadə edir. Cavabdehin ünvanında fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-6T markalı 28025039 nömrəli qay sayğacı quraşdırılmışdır. Cavabdeh özünə məxsus istixanada sayğacdan kənar qaz xətti vasitəsi ilə təbii qazdan qeyriqanuni istifadə etmişdir. Cavabdehə məxsus istixanaya xx.xx.2017-ci il tarixdə baxış keçirilərkən sayğaca müdaxilə olunduğu müəyyən edilmişdir. Sayğac yerindən çıxarılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə idarəsinin labaratoriyasına göndərilmiş və idarənin rəyinə əsasən qaz sayğacı yararsız hesab edilmişdir. Rəydə plastmas qapağın yan tərəfində k ronşteynə birləşən qulaqcıqlarda cızıq və əzik izləri olduğu müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən cavabdeh İddiaçı İB-yə 4320 manat ziyan vurmuşdur. Cavabdehin təbii qazdan istifadə qaydalarını pozduğuna görə ümumilikdə 4996,50 manat məbləğində borcu vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçıkasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin təmin edilməsi barədə qətnamədə cavabdeh tərəfindən qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşulmaqla təbii qazdan istifadə edildiyinin sübuta yetir ilmədiyini qeyd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, dəymiş ziyan cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla bağlı deyil, qaz sayğacına müdaxilə edilərək (sayğacın göstəriciləri geri çəkilmişdir) qazpaylayıcıya ziyan vurulması ilə bağlı olmuşdur. Eyni zamanda qaz sayğacı Birliyin nümayəndələri tərəfindən çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Laboratoriyanın rəyinə əsasən sayğacın plastmas qapağının yan tərəində və kranşteynə birləşən qulaqcıqlarında əzik cızıq izləri olması öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunduğu laboratoriya rəyi ilə də öz təsdiqini tapmışdır. Tərəflərin izahatları: İddiaçı vəkili X2 məhkəmə kollegiyasının iclasında kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəm ə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında təbii qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli ***-**-** nömrəli müqavilə bağlanmışdır. İşdə olan abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********00000 sayla qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxxx 2017-ci il tarixli aktın surətindən görünür ki, abonent kodu **********00000 sayla qeydiyyata alınmış istehlakçı Cavabdeh məxsus Zirə qəsəbəsi Təzə sahə ünvanında yerləşən istixanada abonent qeyri-qanuni olaraq təbii qazdan istifadə edir. Odur ki, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Aktın tərtibində iştirak edən istehlakçı Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərə findən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Apelyasiya instansiyası məhkəməsi qeyd edilən qərar istinad edərək hesab etmişdir ki, cavabdeh istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından, iddiaçı qarşısında məsuliyyət daşımır. İddiaçı tərəf qaz abonenti tərəfindən qaz xəttinə qanunsuz müdaxilə edilməsini göstərsə də, həmin faktı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı cavabdehin qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşulmasını sübuta yetirmədən istehlakçıya qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, abonent Cavabdeh qaz sayğacının zavod nömrəsi 28257212 olduğu halda, iddia ərizəsinə əlavə olunmuş İddiaçı İBnin xx.xx.2018-ci il tarixli 29/1640-03081-3 saylı bildirişində sayğacın zavod nömrəsi ******* göstərilmiş, sayğacın yoxlamaya İddiaçı İB-nin xx xxxxxx 2017-ci il tarixli məktubu əsasında xx xxxxxx 2017-ci il tarixdə göndərilməsi, xx xxxxxx 2017-ci il tarixdə dövlət yoxlaması nəticəsində sayğacın plastmas qapağının yan tərəfində və kranşteynə birləşən qulaqcıqlarında əzik cızıq izləri olması, xətaların normaya uyğun olması, sayğacın y ararsız hesab olunması qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı İB kifayət qədər sübutlar olmadan və aktın tərtib olunmasından 1 il 6 ay keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan əsassız və qanunsuz olaraq iddianı təmin etmişdir. Qeyd edilənərə əsasən apelyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasi ya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki, dəymiş ziyan cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla bağlı deyil, qaz sayğacına müdaxilə edilərək (sayğacın göstəriciləri geri çəkilmişdir) qazpaylayıcıya ziyan vurulması ilə bağlı olmuşdur. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən hallarla bağlı iddia tələbinin təsdiq edəcək sübutları işə birinci instansiya və apelyasiya instansiyası məhkəmələrinə işə baxılarkən məhkəməyə təqdim emtəmiş, iddia tələbini əsası kimi istinad etdiyi halı sübuta yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kasasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13504/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhk
Məhkəmə qərarları › İş №2(102)-4213/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4213/2020
27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver