Məhkəmə qərarları › İş №2(102)-4216/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4216/2021

13.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4216/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı əmrin ləğv edilməsi işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8366/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şi kayəti üzrə işə 13 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Cavabdeh MTK-nın 01.04.2016-cı il tarixli əmri ilə Cavabdeh MTK-nın maliyyə direktoru vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsindən görünür ki, Cavabdeh MTK-nın sədri X3 əvəz edən X5 ilə İddiaçı arasında 01.04.2016-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, maliyyə direktoru vəzifəsinə təyin edilmiş, işçiyə hər ay 200 manat məbləğdə müəyyən edilmişdir. 01.11.2017-ci il tarixli 20 nömrəli əmrdən görünür ki, kooperativin maliyyə çətinlikləri və tikinti işləri aparılmasının dayandırılması nəzərə alınmaqla, maliyyə direktoru vəzifəsi də daxil olmaqla 5 ştatın ixtisarı aparılmış, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikas ı Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən(işçilərin sayı və ştatları ixtisar olunduqda) xitam verilmişdir. xxxxxxx0001X0 nömrəli 27.11.2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “Viktoriya-313“MTK ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi “27.11.2017“-ci il tarixli “xxxxxxx0001X0“ nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində Cavabdeh MTK tərəfindən verilmiş 01.11.2017-ci il tarixli, 20 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməyi və ötən müddət üçün almadığı əmək haqqının ödənilməsi, 8500 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “Viktoriya-313“ MTK mübahisəyə iddia müddətinin tətbiq olunmasına dair yazılı ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli qərardadı ilə ödənilməmiş əmək haqqı tələbi ilə bağlı başqa məhkəməyə müraciət etdiyi üçün həmin hissədə iddia tələbi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Fikrət Mirzəyev) 12.07.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən əmr 01.11.2017-ci il tarixdə imzalanmış, iddiaçı belə bir əmrin mövcudluğundan həmin ərəfədə xəbərdar olduğu halda qanunla müəyyən olunmuş 1 ay müddətində nə məhkəməyə, nə də digər orqanlara (3 ay) müraciət etməmişdir. İddiaçı qanunla müəyyən olunan iddia müddətini açıq-aşkar ötürdükdən sonra məhkəmədə iddia qaldırmışdır. Mənəvi zərərlə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı ona maddi və mənəvi zərər dəyməsi ilə əlaqədar məhkəməyə təqdim etdiyi sübutlar əsaslı şübhədən kənar sübutlar deyil və iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək üçün kifayət etmir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70,2, 296(2 hissə), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2, 21.2, 1096.1, 1097.1-ci maddəsinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.07.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və İ.Ə.Kərimli) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib Cavabdeh MTK-nın 01 noyabr 2017-ci il tarixli 20 saylı əmrinin ləğv edilməsi, İddiaçı məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməklə əvvəlki vəzifəsinə (maliyyə direktoru) bərpa olunması, iddia tələbinin qalan hissədə təmin olunm aması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əmək müqaviləsinin ləğv edilməsi barədə iddiaçının məlumatlı olması nəticəsinə gəlsə də iş materialları ilə bu hal təsdiq olunmur. Belə ki, iddiaçı bildirir ki, 01.11.2017-ci il tarixdə əmək müqaviləsinin ləğv olunmasından məlumatlı olmamış, müvafiq əmr ona təqdim olunmamış, həmçinin əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericiliyinin tələblərinə əsasən, əmək kitabçası ona təqdim olunmalı idi ki, cavabdeh əmək kitabçasını da ona təqdim etməmişdir, hətta bununla bağlı Nizami Rayon Məhkəməsinə müraciət etmişdir (elektron məhkəmə sistemindən görünür ki, tələblə bağlı 22.11.2019-cu il tarixdə yekun məhkəmə aktı çıxarılmış, iddia təmin edilmişdir). Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinin ləğvindən məlumatlı olmaması barədə dəlilləri əsaslıdır və iş materialları ilə təsdiq olunur. Belə ki, İddiaçı X4 Xidmətinin 6 saylı region üzrə X2 10.09.2018-ci il tarixli, 14.09.2018-ci il tarixli,18.09.2018-ci il tarixli, 21.09.2018-ci il tarixli, 24.09.2018-ci il tarixli və 13.02.2019-cu il tarixli müraciətləri olmuş, məhkəmə kollegiyasının müraciəti əsasında əmək müfəttişliyi tərəfindən həmin müraciətlərin surəti məhkəməyə təqdim olunmuşdur. Təqdim olunmuş müraciətlərin surətindən görünür ki, iddiaçının müraciət etməsində səbəb əmək haqqının ödənilməməsidir. Daha sonra iddiaçının əmək və məzuniyyət haqlarının ödənilməməsi ilə bağlı müraciəti əsasında ona göndərilmiş X4 Xidmətinin 6 saylı region üzrə X1 27.03.2019-cu il tarixli cavab məktubunun surəti ndən görünür ki, əmək haqlarının verilməməsi səbəbi araşdırılan zaman məlum olmuşdur ki, 01.11.2017-ci il tarixdə "xxxx" MTK-nın 20 saylı əmri ilə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların və işçilərin ixtisarı) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının bir işçi kimi ödənilməmiş əmək haqqı tələbi ilə məhkəməyə müraciət etməsi, dəfələrlə eyni tələblə əmək müfəttişliyinə müraciət etməsi, əmək kitabçasını almaması, əmrinə surətinin ona verilməməsi halları təsdiq edir ki, iddiaçı işdən azad olunması barədə məlumatlı olmamışdır. İddiaçı məhz əmək müfəttişliyinin məlumatından sonra əmək hüquqlarının pozulmasından məlumatlı olmuş və 17.04.2019-cu il tarixdə, qanunla nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Ə mək müqaviləsinə xitam verilməsi barədə əmr iş materiallarına əlavə edilməsə də, hər iki tərəfin verdiyi izahatlarla, iş materiallarına əlavə edilmiş X4 Xidmətinin 6 saylı region üzrə X1 cavab məktubları ilə, həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01.11.2017-ci il tarixdə "xxxx" MTKnın 20 saylı əmri ilə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların və işçilərin ixtisarı) xitam verilmişdir. Məhkəmə kollegiyası mənəvi ziyanla bağlı qeyd etmişdir ki, iddianın təmin edilməsi, məcburi proqula görə uzun müddət üçün əmək haqqı ödənilməsi tələbinin təmin olunması özlüyündə iddiaçının mənəvi zərərini təmin etmiş olur. İddiaçı məhkəməyə müraciət etməklə qanunsuz çıxarıldığı işə bərpa olunac aq və ödənilməmiş əmək haqqını alacaqdır. Bununla iddiaçının keçirmiş olduğu mənəvi istirabları bərpa olunur, o özünün pozulmuş hüququnun tam olaraq bərpasına nail olur. Bu iddiaçının mənəvi rahatlıq tapması deməkdir. Mənəvi zərərə görə daha artıq əlavə pulla ifadə olunan məbləğin tutulması əsaslı olmayacaq. Məhkəmə kollegiyası qətnaməsini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70, 78.1, 88, 300, 290.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh MTK kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli qətnaməsinin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərilməklə ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş dir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Xələfov - sədrlik edən və məruzəçi, İ.Dəmirov və Ə.Əliyev) 09 sentyabr 2020-ci il tarixli, 2(102)-1946/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 01 noyabr 2017ci il tarixli əmrdən sonra işə çıxmamış və əmək haqqı almamışdır. İddiaçıya həmin vaxtdan əmək funksiyalarını icra etməyə imkan verilməməsi və əmək haqqının hesablanmaması işdən azad olunması barədə nəticəyə gəlmək üçün ona əsas verdiyindən, apelyasiya instansiyası məhkəməsi belə vəziyyətdə işdən çıxarılmasının iddiaçıya həmin vaxtdan məlum olub-olmamasına qiymət verməli idi. Çünki 296-cı maddənin 3-cü hissəsi əmək müqaviləsinin şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bil-bilə qəsdən pozulduğu günü də işçinin hüququnun pozulmasını aşkar etdiyi gün kimi müəyyən etmişdir. İddiaçıya işdən çıxdığı gün əmrin surətinin və əmək kitabçasının verilməməsi və eləcə də Əmək Müfəttişliyinin 27 mart 2019-cu il tarixə qədər ona ünvanlanmış məktublarında əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın əks olunmaması iddia müddətinin ötürülməməsi barədə qəti nəticəyə gəlmək üçün əsas verməmişdir. İşdən görünür ki, iddiaçının aylıq əmək haqqı 200 manat təşkil etmişdir. Lakin işdə olan MTK-nın maliyyə sənədlərindən görünür k i, iddiaçıya 2017-ci ilin noyabr-dekabr aylarında kompensasiya kimi 400 manat, son haqq-hesab kimi 355,26 manat hesablanmışdır. Həmin kompensasiya və son haqq-hesabın iddiaçıya ödənilməsi onun işdən azad edilməsindən xəbərdar olması vaxtının müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb etdiyindən, kollegiya hesab edir ki, işə təkrar baxılarkən həmin məsələyə də aydınlıq gətirilməli və iddia müddətinin ötürülübötürülməməsinə həmin sübutlar baxımından da qiymət verilməlidir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: E.Mehdiyev - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və X.Sarıyev) 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1797/2019 sa ylı mülki iş üzrə 12 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci və 296.3-cü, Mülki Məcəllənin 21, 375.1, 375.2, 1096.1 və 1097.1-ci maddələrinə istinad edərək iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 420-ci maddəsinin tələbinə riayət edərək kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında təkrar araşdırma aparan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisələndirilən əmr 01.11.2017-ci il tarixdə imzalanmış, iddiaçı belə bir əmrin mövcudluğundan həmin ərəfədə xəbərdar olduğu halda qanunla müəyyən olunmuş 1 ay müddətində nə məhkəməyə, nə də digər orqanlara (3 ay) müraciət etməmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh “Viktoriya-313“ MTK mübahisəyə iddia müddətinin tətbiq olunması na dair yazılı ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı qanunla müəyyən olunan iddia müddətini açıq-aşkar ötürdükdən sonra məhkəmədə iddia qaldırmışdır. Bundan başqa, iddiaçı mənəvi zərər dəyməsi, bunun cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. İddiaçı kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 01.12.2020 tarixli qətnaməsini qəbul edərkən maddi-hüquq normalarını pozmuşdur. İş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya ştatları ixtisarı ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq olunmamış, işçi qeyd olunan təminatlardan istifadə edə bilməmiş, ümumiyyətlə iddiaçıya belə bir imkan yaradılmamışdır. Belə ki, Azərbaycan Respublikası ƏM-nin 43.4, 45.2, 45.3, 46.6, 71.1, 71.3, 76.2, 77.1 və əmək müqavilənin 8.2, 9.2 bəndləri kobudcasına pozularaq nəzərə alınmamışdır. Eyni zamanda X4 Xidmətin 6 saylı region üzrə X1 27.03.2019-cu il tarixli **********6/109 saylı cavab məktubunda qeyd edilmişdir ki, 01.04.2016-cı il tarixindən 01.04.2017-ci il tarixədək ona cəm şəkildə 4455.26 mana t əmək haqqı, kompensasiya, məzuniyyət və son haqq hesab hesablanmışdır. Bundan əlavə, X4 Xidmətin 6 saylı region üzrə X1 27.03.2019-cu il tarixli **********6/109 saylı cavab məktubunda qeyd olunduğu kimi 01.12.2017-ci il tarixindən işdən azad edilibsə əmək kitabçası həmin gün ona təqdim olunmalı idi, lakin bu günə kimi əmək kitabçası verilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində «iddiaçı belə bir əmrin mövcudluğundan həmin ərəfədə xəbərdar olduğu halda qanunla müəyyən olunur» sözlərini haradan götürməsi bəlli deyildir. 01.11.2017-ci il tarixli əmrin saxta olması, bu günə kimi ona təqdim edilməməsi həmçinin onunla təsdiq edilir ki, mülki iş materiallarında 01.11.2017-ci il tarixli ixtisar əmri ilə yanaşı 01.12.2017-ci il tarixli ixtisar əmri də var. Eyni zamanda Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında əmrin verildiyi tarix kimi 27.11.2017-ci il, xitam tarixinin 30.11.2017-ci il göstərilmişdir. Cavabdeh iddiaçı ilə bağlı əmək münasibəti üzrə bir neçə tarix ortaya qoyur (01.11.2017, 27.11.2017, 01.12.2017) ki, məhkəmə buna əhəmiyyət verməmişdir. Bütün bunlar əmrin saxta olmasının, sonradan yazılmasının göstəricisidir. Ali Məhkəmə Apelyasiya instansiyasına göstəriş vermişdir ki, iddia müddətinin ötürülübötürülməməsinin müəyyən edilməsi üçün iddiaçıya hesablanmış son haqq-hesabın ona ödənilməsi dəqiqləşdirilsin. Bu istiqamətdə Apelyasiya Məhkəməsi hər hansı dəqiqləşmə aparmamış, cavabdehdən buna dair sənədlərin təqdim edilməsini tələb etməmiş və o sənədlər olmadan belə nəticəyə gəlmişdir ki, iddia müddəti ötüb. Axı Ali Məhkəmə öz qərarınd a yazmamışdır ki, son haqqhesab ödənilib, Ali Məhkəmə yazmışdır ki, son haqq-hesab hesablanıb. Hesablanma ödənilmə olmasa da, məhkəmə bunun fərqinə varmamışdır (hesablanma ödənilmə demək deyildir). İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Maddə 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzind ə müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya “şikayətində“ işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə“üçün“əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və“yaxud qətnamə“ və“qərardadda ifadə“olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə“ yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalar ı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi məhz kassasiya məhkəməsinin qərarında qeyd edilən göstərişlərə uyğun olaraq müəyyən etmişdir ki, iddiaçı 01.11.2017-ci il tarixli əmrdən sonra işə çıxmamış və əmək haqqı almamışdır, bu hal işçiyə şdən azad olunması barədə nəticəyə gəlmək üçün əsas verdiyindən və işçiyə hüquqlarının pozulması həmin andan məlum olduğundan Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafi q qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündən hesablanmaqla 1 ay müddətində məhkəməyə müraciət etməmişdir. Kassasiya kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının işdən çıxarılması barədə əmrin, əmək kitabçasının ona rəsmi təqdim edilməsi barədə sənəd məhkəməyə təqdim edilməsə də, digər sübutlarla, işçinin uzun müddət işə çıxmaması, əmək haqqı almaması, əmək hüquqlarının pozulması barədə müxtəlif orqanlara müraciətləri onu deməyə əsas verir ki, iddiaçı qanunla müəyyən olunan iddia müddətini açıq-aşkar ötürdükdən sonra məhkəmədə iddia qaldırmışdır. Kassasiya şikayətinin digər dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, işdə olan bildirişə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında əmrin verildiyi tarix kimi 01.11.2017-ci il, bildirişin sistemə daxil edildiyi tarix isə 27.11.2017-ci il göstərilmişdir. İddiaçının ixtisarla bağlı işdən azad olunması barədə əmr 01.11.2017-ci il tarixlidir, işdə olan 01.12.2017-ci il tarixli əmrdə iddiaçı ilə bağlı heç nə göstərilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində əmək haqqı kitabının surəti məhkəməyə təqdim edilmiş və cavabdehin nümayəndəsi iddiaçıya 2017-ci ilin noyabr-dekabr aylarında kompensasiya kimi 400 manat, son haqq-hesab kimi 355,26 manat hesablandığını və ödənildiyini, bu barədə kitabı iddiaçının imzaladığını göstərmiş, iddiaçı həmin kitabda olan imzalarını mübahisələndirməmişdir.(i. v.108-113). Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, maddi və prosessual qanun pozuntularına yol verməmişdir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8366/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar