Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4217/2021 26.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh2, DƏDRX-nin 10 saylı Lənkərən Ərazi İdarəsi və Cavabdeh3nə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticəsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh2-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7485/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh3 tərəfindən "xxxx" MMC-nə ünvanlanmış 11.01.2017-ci il tarixli, 5/29 nömrəli məktubda qeyd edilmişdir ki, Astara Rayon Məhkəməsinin 8(018)-749/2016 saylı, 26.12.2016-cı il tarixli qərardadına əsasən tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1240/2015 nömrəli, 08.08.2016-cı il tarixli icra sənədi üzrə icraatın dayandırılması qərara alındığı üçün, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1240/2015 nömrəli, 08.08.2016-cı il tarixli icra sənədi üzrə ipoteka predmetinin satılması ilə bağlı hərracların dayandırılması xahiş edilmişdir. Cavabdeh3 tərəfindən "xxxx" M MC-nə ünvanlanmış 15.01.2019-cu il tarixli, 5/32 nömrəli məktubdan göörünür ki, Astara Rayon Məhkəməsinin 8(018)-749/2016 saylı, 26.12.2016-cı il tarixli qərardadına əsasən tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1240/2015 nömrəli, 08.08.2016-cı il tarixli icra sənədi üzrə icraat dayandırılmış, Astara Rayon Məhkəməsinin 8(018)-882/2018 saylı, 20.12.2018-ci il tarixli qərardadına əsasən Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1240/2015 nömrəli, 08.08.2016-cı il tarixli icra sənədinin icrası təzələnmişdir. Bu səbəbdən də, dayandırılmış işin icraatının davam etdirilməsi xahiş edilmişdir. "xxxx" MMC tərəfindən X4, X2, İddiaçı və Cavabdeh2-nə ünvanlanmış «ipoteka predmetinin əldə olunmasına dair» 05.04.2019-cu il tarixli, a/1425 nömrəli təklifdə qeyd edilmişdir ki, Cavabdeh3 5/1990/157 2 saylı,10.11.2016-cı il tarixli sifariş məktubuna əsasən Astara şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0,3254 ha torpaq sahəsi ilə birlikdə 24 nömrəli qeyri-yaşayış binası Şadlıq Sarayının təkrar hərracın baş tutmaması barədə «Birja yenilikləri» qəzetinin 05.04.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiyməti 25% az olmayan qiymətlə, yəni 168937,50 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. "xxxx" MMC-nin Hərracın yekunları barədə 12.04.2019-cu il tarixli, 29/02 saylı protokolla Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1240/2015 saylı, 08.08.2016-cı il tarixli icra vərəqəsinə, Cavabdeh3 5/32 saylı, 15.01.2019-cu il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Astara şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0,3254 ha torpaq sahəsi ilə birlikdə 24 nömrəli qeyri-yaşayış binası Şadlıq Sarayı «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti 168937,50 manata tələbkar Cavabdeh2-nə təklif olunmuş və ASC tərəfindən 168937,50 manata alınmışdır. 12.04.2019-cu il tarixli «hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» müqaviləyə əsasən İddiaçı məxsus Astara şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0,3254 ha torpaq sahəsi ilə birlikdə 24 nömrəli qeyri-yaşayış binası 168937,50 manata tələbkar Cavabdeh2-yə satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" ASC-yə, Azərbaycan Respublikası Əmlak Məs ələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə və Cavabdeh3nə qarşı “ipoteka üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirilmişdir. Belə ki, hərrac keçirilən zaman ona hərracın keçirilməsi ilə bağlı, həmçinin ona məxsus əmlakın hansı qiymətə satıldığı barədə hər hansı məlumat verilməmişdir. Nəticədə Mülki Məcəllənin 415-ci maddəsinin və «İpoteka haqqında» Qanunun 42.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən hərracı təşkil etmiş "x xxx" MMC tərəfindən hərracın yeri və vaxtı barədə mütləq şəkildə ona məlumat verilməli, ona məxsus ipoteka ilə yüklü edilmiş əmlak ilkin olaraq ona təklif edilməli idi. Lakin bu tələb hərracın təşkilatçısı tərəfindən pozulmuşdur. Sonda iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. "xxxx" MMC tərəfindən X4, X2, İddiaçı və Cavabdeh2-nə ünvanlanmış «açıq hərracın keçirilməsinə dair» 25.11.2016-cı il tarixli, 01 nömrəli bildirişdə qeyd edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1240/2015 nömrəli, 08.08.2016-cı il tarixli icra sənədi üzrə Astara şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0,3254 ha torpaq sahəsi ilə birlikdə 24 nömrəli qeyri-yaşayış binası Şadlıq Sarayı ilə bağlı hərrac 26.12.2016-cı il tarixdə saat 11:00-da keçiriləcəkdir. Hərraca çıxarılmış da şınmaz əmlakın ilkin satış qiyməti 265000 manatdır. "xxxx" MMC tərəfindən X4, X2, İddiaçı və Cavabdeh2-nə ünvanlanmış «açıq hərracın keçirilməsinə dair» 09.12.2016-cı il tarixli, 01/2 nömrəli bildirişdə qeyd edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1240/2015 nömrəli, 08.08.2016-cı il tarixli icra sənədi üzrə Astara şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0,3254 ha torpaq sahəsi ilə birlikdə 24 nömrəli qeyri-yaşayış binası Şadlıq Sarayı ilə bağlı hərrac 26.12.2016-cı il tarixdə saat 11:00-da keçiriləcəkdir. Hərraca çıxarılmış daşınmaz əmlakın ilkin satış qiyməti 265000 manatdır. "xxxx" MMC tərəfindən X4, X2, İddiaçı və Cavabdeh2-nə ünvanlanmış «açıq hərracın keçirilməsinə dair» 15.03.2019-cu il tarixli, 02 nömrəli bildirişdə qeyd edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 2 (106)-1240/2015 nömrəli, 08.08.2016-cı il tarixli icra sənədi üzrə Astara şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0,3254 ha torpaq sahəsi ilə birlikdə 24 nömrəli qeyri-yaşayış binası Şadlıq Sarayı ilə bağlı hərrac 01.04.2019-cu il tarixdə saat 11:00-da keçiriləcəkdir. Hərraca çıxarılmış daşınmaz əmlakın ilkin satış qiyməti 225250 (265000-15%) manatdır. “Birja yenilikləri” qəzetinin surətlərindən görünür ki, iddiaçıya məxsus daşınmaz əmlakın açıq hərracdan satılması barədə elanlar verilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamələrə əsasən hərracın keçirilməsi ilə bağlı bildirişlər X4, X2 və İddiaçı göndərilmiş və sonuncular tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim Ramin Quliyev) 03.10.2019-cu il tarixli 2(005)-4056/2019 nömrəli qətnaməsi ilə iddia tləbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hərracın təşkilatçısı olan "xxxx" MMC “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42.1-ci maddəsinin tələblərinə əməl edərək hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmiş, tərəflərə verilməsini təsdiq etmə üsulu ilə hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış birinci elanı vermiş və bildiriş göndərmişdir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış isə ikinci elan vermişdir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qa ydası haqqında məlumatlar göstərilmişdir. Göründüyü kimi, iddiaçının hərracın keçirilməsindən xəbəri olmuş, ona bu barədə müvafiq bildirişlər ünvanlanmış, lakin iddiaçı hərracda iştirak etməmişdir. Məhkəmə eyni zamanda iddiaçının ona məxsus olmuş və ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın qiymətinin güya 1.000.000 manat olması ilə bağlı fikirlərinə münasibət bildirərək qeyd etmişdir ki, sözügedən daşınmaz əmlakın qiyməti qanuni qüvvəyə minmiş Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1240/2015 nömrəli, 04.11.2015-ci il tarixli qətnaməsinnə əsasən 265000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: Fuad Talışinski-sədrlik edən, Zaur Əl iyev, Rafael Eyvazov) 19.02.2020-ci il tarixli, 2(103)-819/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42- 44, 46; MM-in 414-416; MPM-in 13, 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab etmişdir ki, "xxxx" MMC-nin müvafiq olaraq 26.12.2016-cı il tarixdə və 01.04.2019-cu il tarixdə hərracların keçirilməsi barədə 25.11.2016, 09.12.2016 və 15.03.2019-cu il tarixli bildirişlər üzrə prosedurların həyata keçirilməsi açıq hərracın deyil, heç qapalı hərracın keçirilməsi üçün müəyyən edilən qanunvericiliyin tələblərinə cavab verməmişdir. Cavabdehlər sübutetmə yükü üzrə iddiaçının dəlillərini təkzib edən sənədlər (sübutlar) təqdim edə bilməmişdir. 26.12.2016-cı il tarixli hərracın keçirilməsinə dair məlumatlar verilməmiş (göndərilməsini və ya çatmasını təsdiq edən sübutlar təqdim edilməmişdir), 01.04.2019-cu il tarixli təkrar hərracın keçirilməsi zamanı isə müddətlərlə bağlı qanunvericiliyin tələbləri pozulmuş, birinci hərracın keçirildiyi gündən 20 (köhnə redaksiyada 45) təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilməli olduğu halda üç aya qədər müddət keçmiş, bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməli (göndərilməli) olduğu halda 16 gün qalmış yalnız qeydiyyata alınmış və 6 gün qabağ tərəfə çatdırılmışdır. Bundan əlavə, hərracın təşkilatçıs ı özünün rəsmi internet saytında elan dərc etdirməli olduğu halda bunu təsdiq edən sübutlar təqdim etməmiş və məhkəmə proseslərində iştirak etməmişdir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı arasında auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokolun imzalanmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Beləliklə, hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin hansı tarixdə (auksionun keçirildiyindən 12 gün sonra) imzalanması, habelə müddətlərə riayət edilməklə iddiaçının məlumatlandırılması və qanunvericiliklə müəyyən edilən digər tələblərə riayət edilərək açıq hərracın keçirilməsi üzrə pozuntular hərracın nəticələri barədə protokolun, əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığına, bununla da müvafiq olaraq onların əsasında ver ilmiş qeydin ləğvinə əsas hesab edilir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə qeyd edilənləri təfsir etməmiş və sübuta malik ola bilən dəlillərlə əsaslandırmamış, cavabdehlər isə iddianın dəlillərini təkzib edilməsinə yönəlik sübutlar təqdim etməmişlər. Cavabdeeh Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər: Mehparə Əhmədova - sədrlik edən və məruzəçi, Ələsgər Əliyev, İsmayıl Xəlilov) 2(102)-4151/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ba xılan işdən iddiaçının hərracın keçirilməsindən xəbərinin olması, ona bu barədə müvafiq bildirişlərin ünvanlanması, lakin iddiaçının hərracda iştirak etməməsi müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin, normativ hüquqi aktların pozulmasının nədə ifadə edilməsini, Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən hərracın etibarsız sayıla bilməsi üçün əsaslar mövcud olmasını göstərə bilməmiş, məhkəmə araşdırmasını iş materiallarında olan sübutlar əsasında tam həyata keçirməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Emin Mehdiyev) 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın iki əsası var: birinci, əmlakın qiyməti düzgün müəyyən edilməyib, onun qiyməti 1.000.000 manatdır; ikinci, hərrac keçirilərkən iddiaçı (mülkiyyətçi) lazımi qaydada məlumatlandırılmayıb. Birinci əsasla bağlı məhkəmə qeyd etmişdir ki, əmlakın ilkin satış qiyməti ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamə ilə 265000 manat müəyyən edilib, qətnamə qanuni qüvvəyə minib və əmlak həmin qiymətlə hərraca çıxarılıb. İkinci əsasla bağlı məhkəmə qeyd etmişdir ki, bundan əvvəl işə apellyasiya qaydasında baxılarkən həmin əsasla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, lakin kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və müəyyən edib ki, hərracın keçirilməsindən iddiaçının xəbəri olub, ona bildirişlər ünvanlanıb, lakin o, hərracda iştirak etməyib. Apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətini n dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və onun vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh2-nin vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiya sı məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə: Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanun vericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunu: Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı: “...Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın v axtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə ba ğlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7485/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4217/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4217/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver