Məhkəmə qərarları › İş №2(102)-4224/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4224/2020

25.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4224/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Cəbrayılov Cəbrayıl Rafiq oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)6987/2019 saylı qətnaməs i ilə (sədrlik edən hakim R.Xəlilov) iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən, məruzəçi), V.Həsənov və Ş.Məmmədova, 2(103)3112/2020 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)6987/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və cavabdeh 2 Bakı Filialına qarşı “müqavilənin və X1nun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, x xxxxxx 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, N izami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binalarının tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, xx xxxxxx 2016-cı il tarixli “yaşayış və qeyri-yaşay ış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə «xxxx» MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov Qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilmişdir. “xxxx” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 7 girişli, 4 binanın tikintisinə başlanılmışdır. O cümlədən, “xxxx” MMC ilə Cavabdeh1 və Cavabdeh 2 Bakı filialı arasında xx.xx.2019cu il tarixli razılaşma müqaviləsi imzalanmış və müqavilənin 1.1.1-ci bəndinə görə, ünvan 1 ünvanında yerləşən 681,3 kv.m qeyri-yaşayış sahəsi kimi istifadə edilən yeri və altındakı torpaq sahəsi sökülmək üçün xx xxxxx 2019-cu il tarixdə “xxxx” MMC-yə təhvil verir. Daha sonra, xx xxxx 2019-cu il tarixdə X1 imzalanaraq, obyekt və torpaq sahəsi boşaldaraq, naturada təhvil verilsə də, lakin Cavabdeh1, öz mülkiyyətində olduğunu bildirdiyi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahənin və torpaq sahəsinin müvafiq sənədləri təqdim etməmişdir. Bununla bağlı xx xxxx 2019-cu il tarixli məktubla tərəfə müraciət edilmiş, bu günlərdə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixdə verilmiş, notarial qaydada təsdiqlənmiş çıxarışın surəti əldə edilmişdir. Həmin sənəddə göstərilir ki, mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən 681.3 kv.m ümumi sahəsi olan əmlak qeyriyaşayış sahəsi deyildir, fərdi yaşayış evidir. Bundan əlavə, mülkiyyətlərində heç bir torpaq sahəsi yoxdur. İddiaçıya faktiki təhvil verdiyi 0.04045 ha torpaq sahəsinə sadəcə Cavabdeh1 istifadə hüququ olmuşdur, torpaq sahəsi dövlət mülkiyyətindədir. Cavabdehə dəfələrlə yazılı və şifahi şəkildə bildirişlər göndərilmiş, o cümlədən xx.xx.2019-cu il tarixli pretenziya qaydasında xəbərdarlıqlar edilmişdir. Beləliklə, halhazırda, belə məlum olur ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 52 a-da ümumi sahəsi 681.3 kv.m yaşayış sahəsi olmuşdur. Yəni, müqavilədə yazıldığı kimi, müqavilə predmeti olan sahə qeyri-yaşayış sahəsi yox, yaşayış sahəsi olmuş və Cavabdeh1 mülkiyyətində torpaq sahəsi olmamışdır. Belə ki, ərazidə geniş, kütləvi və sürətli söküntü işləri həyata keçirildiyinə görə, bu fürsətdən Cavabdeh1 öz xeyrinə istifadə etmişdir. “xxxx” MMC tərəfindən cavabdehə 681.3 kv.m ümumi sahəsi olan yaşayış sahəsinə görə 945 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi və aylıq 5000 manat məbləğində icarə haqqı verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh1 ümumiyyətlə belə bir fikir formalaşdırmışdır ki, qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Halbuki, yaşayış sahəsi ilə qeyri-yaşayış sahəsi arasında ciddi fərqlər vardır. Belə ki, yaşayış sahəsinin bir kv.m.-nin hə min dövrə olan qiyməti 1000-1200 manat civarında, lakin qeyri-yaşayış sahəsinin qiyməti isə 6500-7000 manat civarında olmuşdur. Beləliklə, vacib yanılmanın təsiri altında “xxxx” MMC tərəfindən Cavabdeh1 yaşayış sahəsi əvəzinə qeyri-yaşayış sahəsi verilməklə, “xxxx” MMC külli miqdarda maddi ziyana düşmüşdür. “xxxx” MMC Cavabdeh1 mülkiyyətində olmuş, hazırda sökülmüş mənzilin mövcud yaşayış sahəsinə 20 % əlavə etməklə inşa etdiyi tikinti kompleksində yeni mənzil və yaxud onun dəyərinin tam ödənilməsinə hazırdır. Göstərilənlərə əsasən, “xxxx” MMC ilə Cavabdeh1 arasında xx xxxxx 2019-cu il Bakı şəhəri 23 saylı notariat ofisində, reyestrdə 3M-216 nömrəsi ilə qeyd edilmiş razılaşma müqaviləsi, xx xxxx 2019-cu il tarixli X1nun etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmiş dir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı müqavilə bağlayarkən əmlakın fərdi yaşayış evi olması, torpaq sahəsinin isə dövlətə məxsus olması barədə məlumatlı idi... Odur ki, mülki işin faktiki halları iddiaçının bildirdiyi kimi vacib əhəmiyyətli yanılma halının mövcudluğuna deyil, iddiaçının müqavilə predmeti barədə məlumatlı olduğuna dəlalət edir. Cavabdeh1 torpaq sahəsinin onun mülkiyyətində olduğunu əminliklə bildirməsi və aralarında notarial qaydada bağlanmış müqavilədə mülkiyyətlərinə verməsi barədə öhdəliyi üzərinə götürməsi iddiaçıda əminlik yaratmış və ona görə iddiaçı iradəsinə uyğun olmayan müqavilə bağlamışdır. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Cəbrayılov Cəbrayıl Rafiq oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə ə sasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Bakı şəhəri 23 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq olunmuş xx xxxxx 2019-cu il tarixli razılaşma müqaviləsindən görünür ki, “Əmlak mülkiyyətçisi” (Cavabdeh1) müqaviləyə əsasən xx.xx.2013-cü il tarixində, ********** qeydiyyat və **********48-10302 reyestr nömrəsi ilə qeydə alı nmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* ilə öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 681,3 kv.m ibarət qeyri-yaşayış sahəsi kimi istifadə edilən yeri və altındakı torpaq sahəsini sökülmək üçün xx xxxxx 2019-cu il tarixdə İddiaçı MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyriyaşayış sahəsini qəbul etməyi, “Tikinti şirkəti” (“xxxx” MMC) isə ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətin də olan qeyri-yaşayış sahəsi kimi istifadə edilən tikinti və altındakı torpaq sahəsinin sökülməsini və həmin sahənin yerləşdiyi yer də daxil olmaqla həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək inşa etdiyi ünvan 3 ünvanında 6 saylı girişin qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 391 m2 və 2-ci mərtəbəsində isə 554 m2 ibarət qeyri-yaşayış sahəsini (pilləkən və pilləkən qəfəslərini, lift və digər yardımçı qurğulara aid sahələri çixmaqla), cəmi 945 m2 qeyri-yaşayış sahəsini içərisi təmirsiz vəziyyətdə Tikinti və şəhərsalma Məcəlləsinin və bu sahədəki digər aktların tələblərinə uyğun sahəni hesablamaqla “Əmlak mülkiyyətçisi"-nin mülkiyyətinə verməyi öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX -nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 681,3 m2, yaşayış sahəsi 353,7 m2, yardımçı sahəsi 327,6 m2 olan fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir, 0,04045 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir, bu barədə 23 saylı reyestr kitabının 22038 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan xx xxxx 2019-cu il tarixli “X1”nun təsdiq edilmiş surətindən görünür ki, “Tərəflər” arasında notarial qaydada imzalanaraq bağlanmış xx xxxxx 2019-cu il tarixli Razılaşma müqaviləsində “Əmlak mülkiyyətçisi” xx.xx.2013- cü il tarixində, ********** qeydiyyat və 1100278-10302 reyestr nömrəsi ilə qeydə alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı” haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX № ******* ilə öz mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 681,3 kv.m ibarət qeyri-yaşayış sahəsi kimi istifadə edilən obyekti və altındakı torpaq sahəsini sökülmək üçün xx xxxxx 2019-cu il "xxxx” MMC-yə təhvil vermək öhdəliyinin tarixi tərəflərin qarşılıqlı razılığı ilə xx xxx 2019-cu il olaraq müəyyən edilmişdir. Nəsimi rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(006)-977/2018 saylı qətnaməsi ilə iddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin cavabdehlər Cavabdeh1 və İddiaçı MMC-yə qarşı “yaşayış sahəsi verilməklə çıxarılma və fərdi evin sökülməsi tələbinə dair” iddia ərizəsi əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(103)- 8610/2018 saylı qətnaməsi ilə iddiaçı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-977/18 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsinin onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı MMC-nin Cavabdeh1 ünvanladığı xx xxxxxx 2019-cu il tarixli, 425 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh1 onun mülkiyyətində olan obyektin və torpaq sahəsinin müvafiq hüquq müəyyənedici sənədlərinin əsllərini və ya notarial qaydada təsdiq edilmiş surətlərinin təqdim edilm əsi xahiş edilmişdir. Tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, hazırda iddiaçı xx xxxxx 2019cu il tarixli razılaşma müqaviləsi və xx xxxx 2019-cu il tarixli X1nu mübahisələndirərək bunu qeyd edir ki, müqavilə predmeti olan sahə qeyri-yaşayış sahəsi yox, yaşayış sahəsi olmuşdur və Cavabdeh1 mülkiyyətində torpaq sahəsi olmamışdır. Halbuki müqavilədə müqavilə predmetinin qeyri-yaşayış sahəsi olması, eləcə də, torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olması göstərilmişdir. İddiaçı iddia edir ki, müqavilə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışdır. Belə ki, müqavilə bağlanarkən digər tərəflər, Cavabdeh1 və cavabdeh 2 Bakı Filialı İddiaçı MMC-yə qeyd olunan faktlar barədə məlumat verməmişdirlər və iddiaçı müqavilə predmetinin qeyri-yaşayış sahəsi olduğunu, torpaq sahəsin in isə Cavabdeh1 mülkiyyətində olduğunu zənn edərək müqaviləni bağlamışdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilən in hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 404.1 və 404.2-ci maddələri). Hazırki işin hallarının araşdırılması zamanı məhkəmə tərəfindən Bakı şəhəri 23 saylı Notariat Kontoruna sorğu verilərək xx.xx.2019-cu il tarixli, 3M/216 reyestr nömrəli razılaşma müqaviləsi və onunla bağlı materiallar tələb edilmişdir. Həmin notariat işindən aydın olur ki, tərəflər arasında xx xxxxx 2019-cu il tarixdə razılaşma müqaviləsi bağlanarkən Cavabdeh1 tərəfindən xx.xx.2013-cü il tarixli çıxarış təqdim edilmiş, həmin çıxarışda isə ona məxsus daşınmaz əmlakın fərdi yaşayış evi olduğu, 0,04045 ha torpaq sahəsinin isə dövlətə məxsus olduğu öz əksini tapmışdır. Buradan bu qənaətə gəlmək olar ki, İddiaçı MMC xx.xx.2019-cu il tarixli müqaviləni, xx xxxx 2019-cu il tarixli X1nu bağlayarkən əmlakın fərdi yaşayış evi olması, torpaq sahəsinin isə dvltə məxsus olması barədə məlumatlı idi. İddiaçının bu barədə məlumatı olmamış olsa belə, müqavilə bağlanarkən notariat işindəki çıxarışla tanış olmaq üçün iddiaçının qarşısında heç bir maneə mövcud deyildi və iddiaçı öz maraqlarının müdafiəsi məqsədi ilə müqavilə predmeti olan əmlak barədə məlumatlı olmalı idi. Hazırkı halda vacib əhəmiyyətli yanılma üçün əsaslar olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şə rtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma şəxsin razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlaması, şəxsin bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etməsi, tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri halların mövcud olmaması halında baş verir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Müəyyən edilmişdir ki, İddiaçı MMC xx xxxxx 2019-cu il tarixli razılaşma müqaviləsi və xx xxxx 2019-cu il tarixli X1nun icrasına başlandığı gündən 4 (dörd) - 06 (altı) aya yaxın müddət keçəndən sonra həmin iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda apelyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən eyni zamanda qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş bir aylıq kəsici müddəti də keçirmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanm alı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı “xxxx” MMC –nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar