Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4227/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağa Əli qızının cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, daşınmaz əmlaka dair çıxarışın etibarsız hesab edilməsi, miras əmlakın qəbul edilməsi və pay bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağa Əli qızının cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mirasın faktiki qəbul edilməsi, vərəsəlik şəhadətnaməsi və çıxarışın etibarsız sayılması, mirasda payların müəyyən edilməsinə dair iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1269/2022 nömrəli, 28 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağa Əli qızı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 06 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 93.06 kv.m olan 2 saylı fərdi yaşayış evi xx.xx.1984-cü il tarixli bağışlama müqaviləsinə əsasən X29 adına qeydiyyatdan keçmişdir. X33 və Rəfiqə Məmmədova xx.xx.1960-cı il tarixdə nikaha daxil olmuşlar. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və Cavabdeh1 onların övladlarıdır.
2. X33 xx.xx.2007-ci il tarixdə tərtib etdiyi, 17 saylı dövlət notariat kontorunda təsdiq olunan və reyestrdə 2V-46 nömrə ilə qeyd olunan vəsiyyətnamə ilə sözügedən evi Cavabdeh1 vəsiyyət etmişdir. X33 xx.xx.2008-ci il tarixdə, Rəfiqə Məmmədova isə xx.xx.2008-ci il tarixdə vəfat etmişlər.
3. Cavabdeh1 həmin vəsiyyətnamə əsasında evə dair 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin notariat kontorundan 22 iyun 2018-ci il tarixli "vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə almış və qeyd olunan evi xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyatdan keçirmişdir.
4. Mübahisə vərəsələr arasında miras əmlaka hüquqlarının olması ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar Sabunçu rayon Məhkəməsinə cavabdehlər Cavabdeh1, 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoru və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək, mərhum X12 və mərhum X1 miras qalan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m. olan 2 saylı fərdi yaşayış evinin qanun üzrə vərəsələr olan iddiaçılar tərəfindən faktiki qəbul olunmasının müəyyən edilməsi, miras əmlakdan Cavabdeh1 tam hissədə pay almalı olması barədə 4 sa ylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab olunması, DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sözügedən fərdi yaşayış evinin Cavabdeh1 adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrinin RX seriyalı, ******* nömrəli Çıxarışın ləğv olunması, evin qanun üzrə vərəsələr olan iddiaçılar arasında miras əmlak kimi 1/3 hissədə olmaqla bərabər paylarla bölünməsi və iddiaçıların hər birinin həmin fərdi yaşayış evinə 1/3 hissədə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia tələbi belə əsaslandırmışdır ki, mərhum X9 və mərhum X3 rəsmi nikahından 4 övladları olmuşdur: İddiaçı1, Cavabdeh1, İddiaçı3 və Məmmədova (hazırda Manafova ) Həqiqət Ağa Əli qızı. X13 20 fevral 2008-ci ildə, X7 isə 22 iyul 2008-ci ildə vəfat etmişdir. X9 mülkiyyətində ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 121.2 kv.m olan 2 saylı yaşayış evi olmuşdur. O, həmin fərdi yaşayış evini 13 avqust 2007-ci il tarixli vəsiyyətnamə ilə Cavabdeh1 vəsiyyət etmişdir. Cavabdeh1 həmin vəsiyyətnamə əsasında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121.2 kv.m olan fərdi yaşayış evinə dair 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin notariat kontorundan 22 iyun 2018-ci il tarixli "vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə almış, xx.xx.2018-ci ildə həmin evi daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydiyyatdan keçirmişdir. İddiaçılar hesab etmişdir ki, miras əmlakda məcbu ri pay hüququ olan və miras əmlakı faktiki olaraq qəbul edən vərəsələr kimi onların atalarından miras qalan fərdi yaşayış evinin üzərində Cavabdeh1 tam payla mülkiyyət hüququ əsassız şəkildə tanınmışdır. Cavabdeh1 həm atası X9, həm da anası X3 qırx mərasimlərində iştirak etmişdir. Bundan sonra o, daimi yaşadığı və vətəndaşı olduğu Rusiya Federasiyasına qayıtmış və valideynlərindən qalan miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Cavabdeh yalnız miras açıldıqdan 10 il sonra notariusa mirasın qəbulu haqqında ərizə vermişdir. Bu zaman cavabdeh notariusa mirasın qəbulu barədə ərizə verərkən notariusun təklifinə baxmayaraq, digər vərəsələrin olmasını və mirasın onlar tərəfindən faktiki qəbul edilməsi faktını da gizlətmişdir. İddiaçılar cavabdehin 4 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin notar iusuna yazdığı xx.xx.2018-ci il mirasın qəbulu ərizəsini və həmin ərizə əsasında verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni də düzgün hesab etmirlər. Mirası qəbul etmək üçün qanunvericiliklə miras açıldıqdan sonra 3 ay vaxt müəyyən olunduğu halda, Cavabdeh1 miras açıldıqdan 10 il sonra notariusa mirasın qəbulu haqqında ərizə vermiş və notarius həmin ərizənin qəbulundan imtina etməli olduğu halda, həmin ərizəni təmin etmişdir. Cavabdeh1 fərqli olaraq, iddiaçılar həm ataları X13, həm də X3 payı hissəsində fərdi yaşayış evini və evdə olan daşınar əmlakları sahibliklərinə qəbul edərək onları idarə etməyə başlamış və beləliklə də, miras əmlakı faktiki olaraq qəbul etmişlər. Miras qalmış fərdi yaşayış evi mərhum X9 və X3 ümumi birgə mülkiyyəti olmuşdur. Buna görə də X13 f ərdi yaşayış evini Cavabdeh1 vəsiyyət etsə də, vəsiyyətnamə həmin fərdi yaşayış evinin ona aid hissəsinə, yəni 50%-nə şamil olunur. X7 ərindən təqribən 6 ay sonra – 22 iyul 2008-ci ildə vəfat etmişdir. Buna görə fərdi yaşayış evinin X5 aid hissəsinə qanun üzrə vərəsəlik şamil olunmalı və fərdi yaşayış evinin digər hissəsi kimi də əmlakı faktiki sahibliyinə qəbul edən və onu idarə edən qanun üzrə vərəsələr – iddiaçılar arasında bölünməlidir. Belə ki, hələ valideynləri xəstə olduqları vaxt onlara iddiaçılar qulluq etmiş, vəfat etdikdən sonra onların dəfnini təşkil etmiş və dəfn xərclərini də iddiaçılar ödəmişlər.
5. Cavabdeh1 Rusiya Federasiyasının vətəndaşı olaraq həmin vaxt orada yaşamış, işləmiş və yalnız valideynlərinin dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasına gəlmişdir. Cav abdeh1 Azərbaycan Respublikasına birdəfəlik yalnız 2016-cı ildə qayıtmışdır. X13 vəfat etdikdən sonra İddiaçı1, İddiaçı3 və İddiaçı2 atadan miras qalan ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 121.2 kv.m olan 2 saylı fərdi yaşayış evini faktiki sahibliyə götürmüşlər. Onlar miras açıldıqdan sonra 2016-cı il tarixədək evin bütün kommunal xərcini ödəmişlər.
6. Belə ki, İddiaçı1 öz vəsaiti hesabına 2008-ci ilin aprel ayında həmin fərdi yaşayış evinin pəncərəsində və dam örtüyündə təmir işləri aparmışdır. Avtomobilini həmin fərdi yaşayış evinin qarajında saxlamağa başlamışdır. Həmin ilin aprel ayında o, istixana üçün nəzərdə tutulmuş 1000 m dəmir borunu həmin fərdi yaşayış evinin anbarında yerləşdirmişdir. Fərdi yaşayış evinin toyuq damında öz toyuqlarını saxlamışdır. 2008-ci ildən 2016-cı il ədək İddiaçı1 həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində olan ağaclara və kollara qulluq etmiş, yeni ağaclar əkmişdir. O, bilavasitə qonşuluqda yerləşən evdə yaşadığından daimi olaraq miras qalan ata evinə nəzarət etmiş və vaxtaşırı olaraq həmin fərdi yaşayış evində zəruri təmir-tikinti işləri aparmışdır.
7. İddiaçı3 atası və anasının həyatının son vaxtlarında onların yanında olmuş, dəfndə, dəfn xərclərinin ödənilməsində iştirak etmiş, bilavasitə atasının xəstə olduğu vaxtlarda və dəfnindən sonra həmin fərdi yaşayış evində yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etdiyini hamıya nümayiş etdirmiş, həmin evin köhnə dam örtüyünü tam şəkildə təmir etdirərək şiferlə dəyişmiş, evin qapı-pəncərələrini dəyişmiş, evdə kombi istilik sistemi qurdurmuş, yeni hamam və tualet inşa etdirmiş, həyətdə kanalizasiya üçün quyu qazdırmışdır. Onun həyat yoldaşının gətirdiyi bütün cehiz əmlakları – mebel, yataq dəstləri, qab-qacaq, məişət texnikası həmin evdə olmuş və İddiaçı3 həmin evdə ailəsi ilə birlikdə yaşamaqla həm qeyd olunan əmlaklardan, həm də valideynlərindən miras qalan digər daşınar əmlaklardan (stul, divan, televizor və s.) istifadə etmişdir.
7. İddiaçı Manafova (Məmmədova) Həqiqət Ağaəli qızı valideynlərinin razılığı ilə onların sağlığında 2003-cü ildə öz cehiz əmlakının bir hissəsini ata evində yerləşdirmişdir. Atasının vəfatı ilə bağlı 40 mərasimi verdikdən sonra 2008-ci ilin aprel-may aylarında özünün digər əmlaklarını – qaz sobasını, 4 ədəd xalçasını, elektrik sobasını, paltaryuyanı, divar mebelini, divan, stol və stullarını, taxtı, yorğan-döşəyini, çilçırağını, servisini, qabqacaq dəstini, tozsoranını, 1 çay servisini və 2 qəhvə servisini ata evinə gətirərək onun bir otağına yığmış, 2008-ci ilin may ayından sentyabr ayınadək həmin evdə yaşamış və bununla da miras əmlakı – fərdi yaşayış evini və həmin evdə olan digər əmlakları faktiki olaraq qəbul etmiş və bunu hamıya nümayiş etdirmişdir. Bundan sonra 2008-ci ildən 2016cı ilədək Manafova (Məmmədova) Həqiqət Ağaəli qızı ailəsi ilə birlikdə 3 ay yay mövsümündə tam olmaqla, ilin qalan vaxtları isə istirahət günləri bilavasitə ata evində yaşamışdır.
8. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4798/2019 saylı, 15 noyabr 2019-cu il tarixli (hakim Z.Hacıyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m. olan 2 saylı fərdi yaşayış evindən Cavabdeh1 tam hi ssədə pay almalı olması barədə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun xx.xx.2018-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, DƏDRX-nin sözügedən fərdi yaşayış evinin Cavabdeh1 adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın ləğv olunması, həmin evə Cavabdeh1 175/400 hissədə, İddiaçı1 75/400 hissədə, İddiaçı3 75/400 hissədə və İddiaçı2 75/400 hissədə pay hüquqularının tanınması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara, o cümlədən şahid ifadələrinə istinadən müəyyən etmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsi 2-ci döngədə yerləşən 600 kv. m torpaq sahəsində olan 3 otaqdan ibarət və ümumi sahəsi 93.06 kv.m olan 2 saylı fərdi yaşayış evi 1984-cü ildə bağışlama müqaviləsinə əsasən 1985-ci ildə miras qoyan X9 adına qeydiyyatdan keçmişdir. Həmin vaxt X13 X7 ilə rəsmi nikahda olmuşlar. Miras qoyan X13 adına olan evi 2007-ci ildə hazırkı iş üzrə Cavabdeh1 vəsiyyət etmişdir. 2008-ci ilin fevral ayında X13, həmin ilin iyul ayında arvadı X7 vəfat etmişdir. 2018-ci ildə vəsiyyət edilən vərəsə Cavabdeh1 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoruna müraciət edərək, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və şəhadətnamə əsasında ünvan 4 ünvanında yerləşən 975 kv.m torpaq sahəsinin nəzdində olan ümumi sahəsi 121.2 kv.m olan fərdi yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişdir. Həmin fərdi yaşayış evi 1984-cü ildə X10 bağışlanarkən miras qoyan X7 ilə rəsmi nikahda olmuş, nikah dövründə iş materialları və hazırkı iş üzrə tərəflərin qəbul etdiyi kimi evin sahəsi artırıldığından, X13 Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngədə yerləşən 975 kv.m torpaq sahəsinin nəzdində olan 4 otaqdan ibarət və ümumi sahəsi 121.2 kv.m olan 2 saylı fərdi yaşayış evi miras qoymuşdur.
10. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, miras qoyana mübahisəli fərdi yaşayış evi bağışlanma əsasında keçməsinə baxmayaraq, həmin evin sahəsi genişləndiyi üçün köhnə qanunvericiliyin tələbinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak olaraq qəbul edilir və X3 mübahisəli fərdi yaşayış evinə ½ hissəyə mülkiyyət hüququ tanınır. Miras qoyan X13 adına olan fərdi yaşayış evini tam olaraq oğlu Cavabdeh1 vəsiyyət etsə də, həmin vəsiyyətnamə yalnız miras qoyan X9 mübahisəli evə olan ½ pay hissəsinə nisbətdə qüvvədədir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, miras qoyan X9 öldüyü gün onun məcburi pay almaq hüququ olan birinci növbəli vərəsələri arvadı X7, övladları İddiaçı1, İddiaçı3, İddiaçı2 və vəsiyyət üzrə vərəsəsi Cavabdeh1 olmuşdur. Miras qoyanın arvadı eyni zamanda evin birgə mülkiyyətçisi X7 mirasın açıldığı gündən 5 ay sonra ölmüşdür. Hazırda sağ olan vərəsələr miras qoyanın övladlarıdır.
12. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəfələr (iddiaçılar və cavabdeh) mirası faktiki qəbul etmişlər. Belə ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 mütəmadi olaraq mübahisəli evdə qalmaqla, kommunal xərcləri ödəməklə (iş ıq və telefonla bağlı işdə olan sənədlər), orada əşyalarının olması və evdə təmir-bərpa işləri aparmaqla mirasa şəksiz sahib çıxmalarını nümayiş etdirmişlər. Eyni zamanda, Cavabdeh1 başqa ölkədə yaşamasına baxmayaraq, miras qoyanın 40 mərasiminə gələrək atasının evində qalmaqla və daha sonra anası X3 ölümündən sonra da mütamadi həmin evə gəlməklə mirası faktiki qəbul etmiş sayılır.
13. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, miras qoyan X9 Cavabdeh1 başqa daha 3 vərəsəsi – İddiaçı1, İddiaçı3 və İddiaçı2 olduğu və bu hal, həmçinin, miras qoyanın uşaqlarının olduğu yer Cavabdeh1 məlum olduğu halda, sonuncu mirasqoyanların ölümündən 10 il sonra 03 may 2018-ci il tarixdə 4 saylı “Asan xidmət” mərkəzinin notariat kontoruna miras evi vəsiyyət üzrə miras əmlak kimi qəbul etmə si barədə ərizə verərək ondan başqa vərəsələrin olmadığını bildirmiş, notariat orqanı isə qanunun tələblərini pozaraq digər vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş, miras qoyanın övladlarını vərəsəliyə çağırmamış, Cavabdeh1 ərizəsinə əsasən onu yeganə vərəsə kimi tanıyaraq onun adına miras əmlak olan evə dair 22 iyun 2018-ci il tarixdə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.
14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən miras əmlak olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Məhəmmədəli Şəfai küçəsi 2-ci döngə ünvanında yerləşən və ümumi sahəsi 121,2 kv.m olan 2 saylı fərdi yaşayış evindən Cavabdeh1 tam hissədə pay almalı olması barədə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun 22 iyun 2018-ci il tarixli “Vəsiy yətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsi etibarsız hesab olunmalı, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yaşayış evinin Cavabdeh1 adına qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış ləğv olunmalı, sözügedən evin ½ hissədə Cavabdeh1 vəsiyyət üzrə, həmin hissəyə nisbətdə X7, İddiaçı1, İddiaçı3 və İddiaçı2 məcburi pay hüququ tanınmalı, X7 öldüyündən ona məxsus olmuş qalan ½ hissə və digər ½ hissədə ona çatası məcburi pay birləşdirilərək, qanun üzrə vərəsəlik qaydasında tərəflər (iddiaçılar və cavabdeh) arasında bərabər bölünməlidir.
15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bölgünün düzgün aparılması üçün miras əmlak 400 pay kimi qəbul edilməli, vəsiyyətin qüvvədə olan ½ hissəsində, yəni 200 paydan 120/200 pay vəsiyyət üzrə vərəsə Cavabdeh1, X7, İddiaçı1, İddiaçı3 və İddiaçı2 hər birinə 20/200 məcburi pay müəyyən edilməli, ölmüş vərəsə əmlakın ½ hissədə mülkiyyətçisi X5 məxsus 200 pay və almış olduğu 20/200 məcburi payı bərabər olaraq övladları Cavabdeh1, İddiaçı1, İddiaçı3 və İddiaçı2 arasında bölünməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133, 1151.1, 1159.1.1, 1166, 1193, 1196, 1243.1, 12143.2, 1246, 1300, 1318-ci, Nikah və Ailə Məcəlləsinin 22-ci, “Notariat haqqında” Qanunun 55-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağa Əli qızı apelyasiya şikayəti verib, qətnamənin iddianın rədd edilən hissəsinin ləğv, rədd edilən hissənin də təm in edilməsi barədə yeni qətnamə qəbil edilməsini xahiş etmişlər.
18. Cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat kontoru da apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
19. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5604/2020 nömrəli, 02 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli, 2(008)-4798/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışınski və R.Eyvazov )
20. Apellyasiya məhkəməsi apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağa Əli qızı kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbil edilməsini xahiş etmişlər.
22. Cavabdeh1 da kassasiya şikayəti verərək, qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdeh 4 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi də kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2021-ci il tarixli 2(102)-1233/2021 nömrəli qərarı ilə (hakimlər İ.K.Xəlilov, Ə.Ə.Əliyev və M.T.Əhmədova) kassasiya ş ikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2020-ci il tarixli tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
40. Kassasiya instansiyasının mövqeyi: apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı deyil, çünki məhkəmə araşdırmaları ilə mirasın faktiki olaraq kimlər tərəfindən və hansı tarixdə qəbul edilməsi ilə bağlı mənzərə aydın olmamışdır; nəzərə almaq lazımdır ki, qanunverici mirasın qəbul edilmə müddətini konkret olaraq göstərmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (Maddə 1246). Həmin müddət mirasın qəbulunun hər iki üsuluna aiddir. Və rəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdiyi və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladığı hərəkətlər həmin müddət çərçivəsində baş verməlidir. Mirasın faktiki qəbulu ilə bağlı xüsusi norma nəzərdə tutulmamışdır. Buna görə mübahisəli miras əmlakın faktiki qəbulu ilə bağlı tərəflərin sübutları həmin müddətə aid olmalıdır və yaxud həmin hərəkətlər sonradan baş vermişdirsə, tələb edən tərəf həmin hərəkətlərin üzrlü səbəbdən vaxtında edilməməsini sübut etməli və mirasın qəbulu müddətinin uzadılmasını xahiş edə bilərdi; hazırkı işdə nə iddiaçı tərəfin nə də cavabdeh tərəfin mirasın qəbul edilmə müddəti ərzində mirası konkret olaraq hansı hərəkətləri yerinə yetirməklə qəbul etdikləri aydınlaşdırılmayıb; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını fakti ki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun; nəzərə almaq lazımdır ki, istifadə olunmayan bağ evinin (hazırkı halda qardaşa vəsiyyət olunmuş bağ evinin) istifadə olunmayan anbarına qardaş və yaxud bacı tərəfindən hansısa əşyaların saxlanmaq üçün qoyulması, üç ədəd toyuğun (iddia ərizəsində qeyd olunur) onun damında saxlanması, yay aylarında həmin bağda dincəlmək və s. buna oxşar hərəkətlər yuxarıda qeyd olunan hərəkətləri (mirasın qəbulu üçün zəruri olan) ehtiva etmir; işdə olan Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndənin verdiyi arayışda qeyd olunur ki, iddiaçılar İddiaçı1 v ə İddiaçı2 Ağa Əli qızı 1990-cı il tarixdən 2016-cı il tarixədək mübahisəli evdə yaşamışlar. İşdən görünür ki, bütün vərəsələrin özlərinin ayrıca yaşayış evləri olmuş və ailələri ilə birgə orada yaşamışlar. Belə olan təqdirdə, iddiaçıların miras əmlakda yaşamalarına dair təqdim edilmiş sübutların digər sübutlarla birgə dəyərləndirilməsinə zərurət vardı; bundan başqa, mülki işə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflərin mərhum anaları X2 miras ev qalmış və tərəflər hələ2014-cü ildə həmin evin iddiaçılardan İddiaçı1 vərəsəlik hüququnun tanınması üçün sənədləşmə işi aparmışlar. Həmin vərəsəlik işində (mülki işin 187-210-cu səhifələri) İddiaçı2 Ağa Əli qızı və hazırkı iş üzrə cavabdeh Məmmədov X25 ərizələri var. Onlar miras əmlakı qəbul etmədiklərini təsdiq etdikləri üçün miras bütünlü klə İddiaçı1 mülkiyyətinə keçmişdir. Belə olan halda qətnamədə aradan qaldırılması mümkün olmayan ziddiyyət yaranır. Hazırkı işdə X4 miras payı vərəsələr arasında bölünübsə, deməli, mirası (X4 hazırkı işdəki payını və digər evi) bütün vərəsələr qəbul ediblər. Çünki mirasın qismən qəbuluna yol verilmir. Digər vərəsəlik işinin göstəriciləri nəzərə (Həqiqətlə Rüfətin mirası qəbul etmədikləri) alınsa, onda belə qənaət hasil olur ki, iki nəfər vərəsə X4 mirasını, ümumiyətlə, qəbul etməyib (özlərinin etirafı ilə). Bu baxımdan, hazırkı iş üzrə nəticənin düzgün olmadığı qənaəti formalaşır; Məmmədov X31 etirazlarında etiraf etmişdir ki, o, Rusiya Federasiyasında yaşamış və vəsiyyət üzrə mirası 2016-cı ildə Bakı şəhərinə qayıtdıqdan sonra faktiki qəbul etmişdir. Hansı ki, yuxarıda qeyd olunduğu kimi (MM-nin 1246-cı maddəsi) miras qanunla müəyyən edilən müddət ərzində qəbul edilməli idi; göründüyü kimi, mirasın açılmasından 11 il sonra hər bir tərəf mirasın onun tərəfindən qəbul edilməsini israr edir və ziddiyyətli sübutlara istinad edirlər. Ona görə ilk növbədə iddiaçı tərəf mirasın qanunla müəyyən edilən müddət ərzində hansı hərəkətləri ilə qəbul etməsini təsdiq edən sübutları təqdim etməli, həmin halı sübuta yetirdiyi təqdirdə, cavabdeh tərəf öz növbəsində öz sübutlarını təqdim etməli idi. 1-ci tərəf həmin halı sübuta yetirə bilmirsə, mübahisə orada bitmiş olur, əks təqdirdə, cavabdehin mirası qəbul edibetməməsi yoxlanılır; buna görə işə yenidən baxılarkən apellyasiya məhkəməsi sübutemənin bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin mirası faktiki qəbul etmələri ilə bağlı ət raflı araşdırma aparmalı, kimin hansı hərəkətləri ilə mirası qəbul etməsini aydınlaşdırmalı, əlavə sübutlar təqdim olunacağı təqdirdə həmin sübutları hansı əsaslarla 1-ci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbləri aydınlaşdırılmalı (MPM-nin 372.2. maddəsi) və prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla qərar qəbul edilməlidir; əmlak miras qoyana bağışlandığı üçün ona məxsus olmuşdur. Onun vəfatından bir neçə ay sonra 2008-ci ildə həyat yoldaşı X7 vəfat etmişdir. Məmmədova X6 əmlak mübahisəsi etməmiş, əmlakın birgə mülkiyyət kimi tanınmasını tələb etməmiş, bununla bağlı mübahisə açmamışdır. 13 ildən sonra vərəsələr iddia qaldıraraq miras qalan əmlakın mərhum valideynlərinə birgə əmlak statusunda malik olmasını iddia etmişlər. İşə baxan apellyasiya məhkəməsi belə bir tələbin qanuni əsasını axtarmamış, bu tələbi irəli sürməyə iddiaçıların sübyektiv hüquqlarının olub-olmamasını araşdırmamış, bağışlanan tikili ilə hazırda mülkiyyətdə olan evin sahə fərqini əsas tutaraq hesab etmişdir ki, ər-arvad sonradan ərin mülkiyyətində olan evin dəyərinin artırılması üçün əhəmiyyətli vəsait qoyduqları üçün əmlak birgə əmlak hesab olunmalıdır; c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
41. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2021-ci il tarixli, 2(103)4956/2021 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən birgə verilmiş və cavabdehlər Cavabdeh1 və 4 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən birgə verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, Sabunçu Rayon Məhkəməs inin xx.xx.2019cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədli Şəfai küçəsi, döngə 2-də yerləşən 2 №-li fərdi yaşayış evinə dair Cavabdeh1 adına 4 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2V-476 reyestr nömrəli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamənin əsasında həmin evə dair Cavabdeh1 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş reyestrdən çıxarışın ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev )
42. Apellyasiya instansiyası m əhkəməsinə görə bütün vərəsələr mirasın qəbulu müddətini ötürüb. Belə ki, mirasın qəbulu müddəti 3 aydır (Mülki Məcəllə, maddə 1246). Həmin müddət vərəsənin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Tərəflərin hər biri atalarının öldüyü gün vərəsəliyə çağırıldığını bilib. Ona görə də 3 aylıq müddətin axımı xx.xx.2008-ci ildən başlayıb, xx.xx.2008-ci ildə isə bitib. Mirasın qəbul edilməsinin 2 qaydası var: 1) notariusa ərizə verilməsi; 2) əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlama, bununla da mirasın qəbul edildiyini şəksiz nümayiş etdirmə (Mülki Məcəllə, maddə 1243). Vərəsələrin heç biri göstərilən 2 hərəkətdən hər hansı birini 3 aylıq müddət ərzində etməyib.
43. İddiaçılara münasibətdə apellyasiya instansiyası məhkəməsi göstərib ki, iddia çılar mirasın qəbulu faktının müəyyən edilməsi üçün mirasın açılmasından 11 il sonra məhkəməyə müraciət ediblər. İddiaçıların hər üçü mirası faktiki qəbul etdiklərini iddia edirlər. Bununla bağlı 3 iddiaçının və 2 şahidin ifadəsi var. 1-ci iddiaçı Piri Məmədov bildirir ki, evdə yaşayıb, evin həyətində heyvan saxlayıb, habelə istixanası olub. 2-ci İddiaçı3 bildirir ki, evdə əşyalarını saxlayıb. 3-cü İddiaçı2 bildirir ki, evdə ona məxsus yorğandöşək, ət çəkən maşın, qab-qaşıq və dəsmallar var, atasının 40 mərasimindən sonra evdə yaşamaq üçün orada mebellər yerləşdirib. 1-ci şahid Valeh Novruzov bildirir ki, İddiaçı2 əri ilə bir yerdə işləyib, 2008-ci ilin aprel-may aylarında evdə təmir işləri aparıb, təmir pulunu İddiaçı1 verib. 2-ci şahid Xəzər İsayev bildirir ki, İddiaçı2 ev əşyalarının hə min evə daşınmasında iştirak edib.
44. Mirasın 3 ay ərzində, yəni xx.xx.2008-ci ildən xx.xx.2008-ci ildək olan müddətdə qəbul edildiyi mötəbər sübutlarla təsdiq olunmalıdır. Belə ki, 1-ci, zaman çox keçib, 2-ci, şübhəli sübutlara istinad əks tərəfin (cavabdehin) mənafeyini poza bilər. Tərəflərin 11 il bundan əvvəl baş verənləri xatırlaması mümkündür, çünki baş verənlər özlərinə aiddir. Lakin 2 şahidin başqalarına aid olanların 11 il bundan əvvəlki tarixini, yəni mirasla bağlı hərəkətlərin məhz mirasın qəbulu müddətində edilməsini xatırlaması şübhəlidir.
45. Buna görə də apellyaisya məhkəməsi hesab edib ki, iddiaçıların mirası qəbul etməsi, yəni xx.xx.2008-ci ildən xx.xx.2008-ci ildək olan müddətdə miras evə sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlaması sübut olunmur.
46. Cavabde h1 münasibətdə apellyasiya məhkəməsinin mövqeyi belə olub ki, cavabdeh mirasın qəbulu üçün ərizə ilə notariusa xx.xx.2018-ci ildə, yəni mirasın qəbul müddəti bitdikdən 10 il sonra müraciət edib. Mirası qəbul etmək hüququ mülki hüquqdur. Mirasın qəbulu müddətinin bitməsi ilə həmin hüquq xitam olunur. Belə ki, müddət” anlayışına görə müddət həm də mülki hüququn xitamının bağlı olduğu vaxtdır (Mülki Məcəllə, maddə 367.1). Odur ki, cavabdehin adına verilmiş “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız sayılmalı, habelə həmin şəhadətnamənin əsasında dövlət reyestrində cavabdehin mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilməlidir.
47. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçıların mirasın qəbulu müddətini ötürməsi onları cavabdehin adına verilmiş şəhadətnamənin etibarsız sayılmasını tələb etmək hüququndan məhrum etmir. Belə ki, iddiaçılar mirasın qəbulu müddətini ötürsələr də vərəsədirlər, vərəsə kimi mirasın qəbulu vaxtının uzadılması üçün məhkəməyə müraciət etmək hüququna malikdilər. Odur ki, mirasın qəbulu müddətini ötürmüş şəxsə (cavabdehə) “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsi onların qanuni maraqlarını pozur.
48. Cavabdeh1 mirasın qəbulu faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyib. Onun 3 aylıq müddət ərzində mirası qəbul edib-etmədiyi araşdırılarkən bildirmişdir ki, atasının 40 mərasimi üçün gələndə evdə 1 ay qalıb. Onun bu hərəkəti mirasa sahiblik etməyə və ya mirası idarə etməyə faktiki başlama kimi qiymətləndirilə bilməz.
49. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Mə cəllənin 367.1, 1243, 1246 və 1248.1-ci maddələrinə istinad etmişdir. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
50. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağa Əli qızı qətnamədən kassasiya şikayəti verib, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
51. Cavabdeh1 da kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir.
52. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)5490/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Abbasov, E.R.Vəliyeva və E.Y.Şamayev) kassasiya şikayətləri təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4956 /2021 saylı, 18 iyun 2021-ci il tarixli tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
53. Həmin qərarda qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmişdir.
54. Belə ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin bu iş üzrə qərarında şərh edilən göstərişlərə əməl etməmiş, Ali Məhkəmənin qeyd etdiyi hallarla bağlı hər hansı araşdırma aparmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
55. Ali Məhkəmənin hazırkı qərarında nə iddiaçı tərəfin, nə də cavabdeh tərəfin mirasın qəbul edilmə müddəti ərzində mirası konkret olaraq han sı hərəkətləri yerinə yetirməklə qəbul etdiklərinin aydınlaşdırılmaması barədə göstəriş olsa da, apellyasiya məhkəməsi bu yöndə hər hansı prosessual hərəkətlər etməyib. Qanunvericiliyin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır.
56. Daha bir göstəriş ondan ibarət olub ki, işə yenidən baxılarkən apellyasiya məhkəməsi sübutemənin bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin mirası faktiki qəbul etmələri ilə bağlı ətraflı araşdırma aparmalı, kimin hansı hərəkətləri ilə mirası qəbul etməsini aydınlaşdırmalı, əlavə sübutlar təqdim olunacağı təqdirdə həmin sübutları hansı əsaslarla 1-ci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbləri aydınlaşdırılmalı və prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla qərar qəbul edilməlidir. Baxmayaraq ki, bu göstərişlər üzrə araşdırma aparılması mübahisənin qanuni və əsaslı şəkildə həll edilməsi üçün mühüm əhəmiyyət daşımışdır. Çünki bir qayda olaraq miras əmlakla bağlı mübahisələrin həllində mirasın qəbul edilməsi faktı və bunun hansı müddətdə həyata keçirilməsi hallarının müəyyən edilməsi iddianın qanuni həllinin əsas şərtilərindən biridir.
57. Göründüyü kimi, Ali Məhkəmənin qeyd edilən qərarında da məhz bu hallarla bağlı məsələyə aydınlıq gətirilməsi və bundan sonra iddiaya hüquqi qiymət verilməsi barədə göstəriş vardır. Bundan çıxış edərək işə baxan apellyasiya məhkəməsi tərəflərin təqdim etdikləri sübutları MPM-in 88 və 175.1-ci maddəsinin tələbələrinə uyğun olaraq qiymətləndirməli idi. Apellyasiya instansiyası məhkəməsiisə tərəflərin mirasın qə bulu ilə bağlı dəlillərinə, buna aid sübutlarına prosessual qanunvericiliyin tələbələrinə uyğun qiymət verməyib. Halbuki 1-ci apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə də bu hallar əsas olmuşdu.
58. İşdən görünür ki, Cavabdeh1 evin damının 2014-cü ildə, pəncərələrinin 2016-cı ildə İddiaçı3 tərəfindən təmir edilməsini, hasarın çəkilməsi tarixini isə dəqiq xatırlamadığını bildirmişdir. Apellyasiya məhkəməsi tərəfindən ən azı cavabdehin bu izahatı ilə bağlı sübut etmə yükü də dəqiq müəyyən edilməklə iş üçün təsir edən hallara aydınlıq gətirilməyib.
59. Nəzərə alınmalıdır kı, kassasiya instansiyasının qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi olduğu üçün həmin göstərişlərin icra edilməsi ilə bağlı zəruri hərəkətlərin edilməsi vəzifəsini də işə b axan məhkəmə daşıyır.
60. Buna görə də tərəflərin mirasın qəbulu ilə bağlı (forması, müddəti və s.) işin hallarına tam aydınlıq gətirilmədiyi üçün məhkəmə kollegiyası gəlinən nəticənin əsaslılığına və düzgünlüyünə qiymət verə bilmir.
61. Bundan başqa, apellyasiya məhkəməsi bir tərəfdən nə iddiaçıların, nə də cavabdehin miras əmlakı qəbul etməməsini göstərmiş, digər tərəfdən də mirası qəbul etmədiklərini qeyd etdiyi iddiaçıların tələbi üzrə cavabdehin adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız, evə dair çıxarışın ləğv edilməsini qət etməklə ziddiyyətli nəticəyə gəlmiş, miras əmlakın taleyini açıq saxlamış, mübahisəni həll etməmişdir. e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
62. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1269/2022 nömrəli, 28 fevral 202 2-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov, A.İsgəndərov, İ.Kərimli) iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən birgə, cavabdehlər Cavabdeh1 və 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinin birgə apellyasiya şikayətləri qismən təmin edilmiş,mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4798/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilmişdir. Cavabdeh1 adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məhəmmədəli Şəfai küçəsindəki, 2-ci döngə, 2 saylı fərdi yaşayış evinə dair 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun verdiyi xx.xx.2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və həmin şəhadətnamə əsasında evin Cavabdeh1 adına tam mülki yyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı və reyestrdən çıxarış ləğv edilmiş, mərhum X8 miras qalmış fərdi yaşayış evinə iddiaçılar İddiaçı1 1/8(səkkizdə bir)hissədə, İddiaçı3 1/8(səkkizdə bir)hissədə, İddiaçı2 Ağa Əli qızının 1/8(səkkizdə bir)hissədə məcburi pay üzrə, Cavabdeh1 isə 5/8(səkkizdə beş) hissədə vəsiyyət üzrə vərəsəlik qaydasında vərəsəlik hüququ tanınıb və payları müəyyən edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.
63. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1193, 1194, 1196, 1202, 1243-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağa Əli qızı kassasiya şikayəti verərək qətnamən in apellyasiya şikayətinin təmin olunmadığı hissədə ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
25. Cavabdeh1kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. f) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Ağa Əli qızı cavabdeh tərəfindən verilən kassasiya şikayətinə qarşı məhkəməyə etiraz göndərərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayətinin təmin olunmaması və iddiaçılar tərəfindən verilən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.
27. Cavabdeh1 iddiaçılar tərəfindən verilən kassasiya şikayətinə qarşı məhkəməyə etiraz göndərərək, apellyasiya insta nsiya məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayətinin təmin olunmaması və cavabdeh tərəfindən verilən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
29. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
30. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
31. Maddə 1159.1 Öl ənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar.
32. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını(məcburi pay) təşkil etməlidir.
33. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
34. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıd ır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
35. Maddə 1202.Məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.
36. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hiss əsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
37. Maddə 1246.Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Prosessual Məcəllə
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Apellyasiya instansiyası məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll edərkən evin X33 tərəfindən Cavabdeh1 vəsiyyət olunmaqla və həmin vəsiyyətnamənin heç kim tərəfindən mübahisələndirilmədiyi üçün hüquqi qüvvəyə malik olmasına və eləcə də miras qoyanın vərəsələri olan iddiaçıların miras əmlakdan məcburi pay hüququna malik olmalarına əsaslanmışdır.
51. Məhkəmə kollegiyasına görə iddiaçılar mirası faktiki qəbul etdiklərindən onlar məcburi pay hüququna malik olmuş və onların payı qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir.
52. İddiaçıların kassasiya şikayətinə görə Cavabdeh1 anasının vəfatı ilə əlaqədar Azərbaycan Respublikasında cəmi 10 gün olmuş, anasının nə ölümündən əvvəl nə də ondan sonra miras evdə yaşamaqla mirası faktiki qəbul etməmişdir.
53. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə şikayətin həmin dəlilləri təkzib olunduğundan kollegiya iddiaçıların bu barədə olan dəlilləri ilə razılaşmır və hesab edir ki, həmin dəlillər iddianın Cavabdeh1 aid hissədə ləğv edilib rədd edilməsi üçün əsas vermir.
54. Apellyas iya instansiyası məhkəməsinə görə iddiaçılar Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələblərinə müvafiq olaraq cavabdehin mirası qəbul etməməsi ilə əlaqədar göstərdiklərini sübuta yetirə bilməmişlər.
55. Cavabdeh1 kassasiya şikayətində isə iddiaçıların mirası qanunla müəyən olunmuş müddətdə və qaydada qəbul etməmələri iddia olunsa da, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə həmin dəlillər inkar olunur.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv olunması üçün əsas yoxdur.
57. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
58. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1269/2022 nömrəli mülki iş üzrə 28 fevral2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.