Məhkəmə qərarları › İş №2(102)-4228/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4228/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4228/2020 30.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: Ləğv prosesində olan X6 “XXX” Kommersiya Bankı Cavabdehlər: Cavabdeh2 X4 və Cavabdeh1 İddia tələbi: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: apelyasiya şikayəti üzrə prosessual müddətin ötürülməməsi, şikayətin rabitə orqanına verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil2, Cavabdeh1 vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4842/2020 nömrəli iş üzrə xx xxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2-dən xx.xx.2011-ci il tarixli, 1xx/xx/1110/11 saylı kredit müqaviləsi üzrə 1.595.887,81 manat əsas və 3000 manat cərimə borcu olmaqla, cəmi 1.598.887,81 manat, 68.999,45 ABŞ dolları əsas və 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 69.299,45 (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) ABŞ dollarının və ödənilmiş dövlət rüsumunun 24 manat hissəsinin iddiaçı Ləğv prosesində olan X6 “XXX” Kommersiya Bankının xeyr inə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, XXXprospekti, 28C ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilərək ilkin satış qiyməti 5.759.000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, həmin qeyri-yaşayış binasına tutma yönəldikdə və satıldıqda ən geci 1 ay ərzində boşadılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-4842/20 nömrəli iş üzrə xx xxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər – Z.Əliyev (sədrlik edən və m əruzəçi), F.Talışinski və R.Eyvazov) birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, şikayətin geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdə olan SS638818365AZ nömrəli poçt xəbərnaməsinə (səh. 368) əsasən məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır. Buna baxmayaraq, iddiaçı apelyasiya şikayətini xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim etmişdir. Göründüyü kimi, apelyasiya şikayətinin qanunla müəyyən edilmiş bir aylıq müddət ötürüldükdən sonra verilməsinə baxmayar aq, həmin müddətin bərpasına dair ərizə təqdim olunmamışdır. Odur ki, apellyasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən, şikayət üzrə apelyasiya mümkün sayıla bilməz. Ona görə də, həmin apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və apelyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qərardadı əsassız hesab edilməklə ilk növbədə qeyd edilmişdir ki, qərardad xx.xx.2020-ci il tarixdə açıq məhkəmə iclasında çıxarılıb, lakin Bank məlumatlandırılmayıb. Bununla yanaşı, qərardad çıxarılan zaman Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini, “Sanitar-epidemioloji sağlamlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 11, 12, 25-ci maddələrinin tələblərini nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2020-ci il tarixli qərarına əsasən məhkəmə iclasları qeyri-müəyyən vaxta təxirə salınmışdır. Lakin məhkəmə açıq iclas keçirərək mübahisəli qərardadı qəbul etmişdir. Digər tərəfdən, iş materiallarından gö ründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi Banka xx.xx.2020-ci il tarixində daxil olmuşdur. Bank həmin qətnamədən apelyasiya şikayəti hazırlamış və xx.xx.2020-ci il tarixində birinci instansiya məhkəməsinə ünvanlamışdır. Bank tərəfindən şikayətin və ona əlavə edilmiş sənədlərin xx.xx.2020-ci il tarixində poçta təqdim edilməsi 233288 saylı poçt qəbzindən aydın görünür. xx.xx.2020-ci il tarixində isə Əliyeva soyadlı şəxs həmin şikayəti əlavə edilmiş sənədlərlə birlikdə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı Cavabdeh1 vəkili X5 tərəfindən etiraz verilmişdir. Etirazda kassasiya şikayəti əsassız hesab edilməklə onun təmin edilməməsi xahiş edilmiş, həmçinin qeyd olunmuşdur ki, iddiaçı sözügedən məhkəmə qətnaməsini xx.xx.2020-ci il tarixdə əldə etsə də, ondan apelyasiya şikayətini xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmiş, bununla da prosessual müddəti ötürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək apelyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə digər Cavabdeh2-nin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq MPM Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1.). Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apelyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur (maddə 129.3). Kassasiya instansiy ası məhkəməsinin mövqeyi İddiaçının apelyasiya şikayəti məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olsa da, iddiaçı tərəfindən rabitə orqanına 1 aylıq prosessual müddətə riayət etməklə xx.xx.2020-ci il tarixində təqdim edilmişdir. MPM-in 129.3-cü maddəsinə əsasən bu halda müddət ötürülməmiş hesab olunur. Məhkəmənin apelyasiya şikayətinin xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmasını əsas götürüb prosessual müddətin ötürüldüyü barədə qənaətə gəlinməsi iş üzə düzgün olmayan qərardadın qəbul edilməsi ilə nəticələnmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrinə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xx xxxx 2020-ci il tarixindən başlayaraq ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqinə başlanılmış, bununla əlaqədar olaraq rabitə daşımalarının çatdırılmasında da müəyyən gecikmələr gözlənilən olmuşdur. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçı tərəfindən sözügedən qətnamədən apelyasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilib-verilmədiyi barədə məsələnin müzakirəsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.3 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan X6 “XXX” Kommersiya Bankının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4842/2020 nömrəli iş üzrə xx xxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iş apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar