Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4229/2020 12.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X7, Cavabdeh2 nümayəndəsi və vəkili Səfərov Sahib Dünyamalı oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhər 39 saylı Notariat kontoruna qarşı iddia qaldıraraq, Cavabdeh1 və Cavab deh2 verilmiş xx xxxxxx 2018-ci il tarixdə, Xreyestr nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ½ hissədə payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim İ.Burcayev) xx xxxxxxx 2019-cu il tarixli, 2(008)-6158/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixdə verilmiş X reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 paylarının 1/3 hissədə müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Nəbiyev (sərlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəki li X kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı, nümayəndəsi və vəkili X2 kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəmə si iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 948348 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxx 2018-ci ildə ölmüşdür. İş materiallarında olan Bakı şəhər 39 saylı Notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görqnür ki, xx.xx.1985-ci ildə ölmüş X17 vərəsələri Cavabdeh1 və Cavabdeh2 miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən bərabər payda irs almalıdırlar. İş materiallarında olan Bakı şəhər 39 saylı Notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci ildə ölmüş X6 vərəsəsi – İddiaçı atasının mirası olan 2010-cu il buraxılışlı, X29 markalı, ** LZ *** dövlət nömrə nişanlı avtomobilindən tam şəkildə pay hüququ almalıdır. İş materiallarında olan Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X24 məxsus olmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı X saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxx 2003-cü ildə ölmüşdür. İşdə olan AZ-İ seriyalı X saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx xxx 1955-ci ildə doğlmuş, atası X26, anası isə X2r. İşdə olan İE seriyalı 930632 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1950-ci ildə doğlmuş, atası X26, anası isə X2r. İşdə olan nikahın bağlanması haqqında şəhad ətnamənin surətindən görünür ki, X26 ilə X5 arasında olan nikah xx xxxxxx 1939-cu ildə bağlanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, iddiaçının qardaşıdır. Miras əmlak ünvan 1 ünvandakə fərdi yaşayış evindən ibarətdir. Özü və qardaşı uşaqalıqdan həmin evdə yaşamışlar. Ev babası X24 məxsus olmuşdur və babası xx xxxx 1985-ci il tarixdə rəhmətə getmişdir. Ataları xx.xx.2018-ci ildə ölmüş X8 babasının ölümündən sonra miras əmlak sayılan evdə yaşamışdır. Onlar məktəbə də həmin evdən getmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X10 ifadəsində göstərmişdir ki, tərəflərlə qonşudur. X3, yəni iddiaçının atası ilə qonşu olmuşlar. Sonuncu 1977-ci ildən 2002-ci ilə qədər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşa mışdır. Oğlu X həmin evdə doğulub. x2-3 il bundan qabaqkı dövrə qədər orada yaşayıb. Həmin evi o təmir edib. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Həsənov Sadıx ifadəsində göstərmişdir ki, 30 ildir ki, tərəflərlə qonşudur. X3 miras əmlak hesab edilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində əvvəl yaşamamışdır. X11 ölənədə orada yaşamışdır. Xöləndə demişdir ki, həmin ev onun qardaşı və bacısınındır. xifin özünü Ərəblinka qəsəbəsində evi vardır. xorada yaşamışdır. xifin atasının yasında da iştirak etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X20 ifadəsində göstərmişdir ki, 1950-ci ildən tərəflərlə qonşudur. X1 atası öləndə xifin miras əmlak hesab edilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşaması yadında deyil. xifin atasının yas ında iştirak etmişdir. xif həmin evdə gecələr qalıb. 30 ildir ki, orada qalmır. X27 dağılandan qabaq orada yaşamışdır. xevlənib və həmin evdə yaşayıb. xifin uşaqları X və X 68 saylı orta məktəbdə oxumuşlar. Uşaqları valideynləri ilə qalmışdır. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X21 məxsus olmuşdur. Sonuncu xx.xx.1985-ci ildə vəfat etmişdir. Onun ölümnüdən sonra 4 övladı qalmış, övladlarından ikisi vəfat etmişdir. Miras qoyanın xx.xx.2018-ci ildə vəfat etmiş övladı X8 digər bacısı Cavabdeh1 və Cavabdeh2 birinci növbədə vərəsə kimi birlirkdə miras əmlakda yaşayaraq, faktiki sahiblik etmişlər. X6 ölümündən sonra oğlu İddiaçı da qanun üzrə birinci növbədə vərəsə kim i miras əmlaka faktiki sahiblik etmişdir. Odur ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Bu nəticəyə gələrkən apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1 və 1159.1.3-cü maddəsinə əsasən 1-ci novbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (ovladlığa goturənlər) bərabər pay huquqlu vərəsələr sayılırlar. Həm in Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cü maddəsinə əsasən mirası istər qanun uzrə, istərsə də vəsiyyət uzrə vərəsə qəbul edir; Vərəsə mirasın acıldığı yer uzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz numayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Həmin Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bu nunla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı babası X26 vəfat etdiyi üçün atasının qanun üzrə vərəsəsidir. İddiaçının mərhum atası mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürməmiş, X16 vəfatından sonra həmin ünvanda yaşaması övladların həmin ünvanda yerləşən məktəbə getməsi, bu halın şahid ifadələri ilə təsdiq olunması ilə müəyyən edilir. Buna görə də Cavabdeh1 və Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixdə verilmiş 2V-81 reyestr nömrəli vərəsəlik şəha dətnaməsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 1/3 hissədə payı müəyyən etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının miras tələbi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə babası X31 miras qalmış payın atası xif Abasquliyev tərəfindən qəbul edilməsinə əsaslanır. Belə olan halda sözügedən mirasın iddiaçının atası tərəfindən qəbul edilməsi və mülkiyyətinə keçməsi halını sübuta yetirmək iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmələr sözüg edən qəbul faktı ilə bağlı nəticəyə gələrkən şahid ifadələrinə əsaslanmışlar. Lakin Kollegiya hesab edir ki, şahid ifadələrinin mötəbər sübut kimi qiymətləndirilməsi üçün aşağıdakı hallar nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 175.1-ci maddəsinə görə, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. İddiaçının atasının mirası qəbul etməsini təsdiq edən şahid kimi dindirilmiş X9 iddiaçının qardaşıdır. Belə olan halda, həmin şahidin özünün də əmlak marağına, yaxud yaxın qohumluq əlaqəsinə görə iddiaçının xeyrinə ifadə verməsi istisna edilə bilməz. Şahid kimi dindirilmiş Akif Zəkiyev, iddiaçının atası xif Abasquliyevin miras açılarkən mübahisəli evdə yaşadığını bildirsə də, digər şahidlər xv və xv bu faktı təkzib etmişlər. Bundan əlavə, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsinin 2293 nömrəli, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, mərhum X34 ölüm gününədək x yaşamışdır. Həmin arayışda vəfat edən gündən S.K.Məmmədlə birlikdə həmin ünvanda qeydiyyatda olan şəxslər sırasında iddiaçının atası qeyd edilməmişdir. Belə olan halda, Kollegiya hesab edir ki, şahid ifadələri mirasın qəbulu faktı ilə bağlı yekun qənaətə gəlmək üçün kifayətedici sübutlar sayıla bilməz. Həmin ifadələr işdəki digər sübutlarla birlikdə əlaqəli şəkil də qiymətləndirilməli, mübahisəli faktın təsdiq, yaxud inkar etməsi baxımından onların mötəbər və kifayət olub-olmamasına əsaslandırılmış hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci və 217.3-cü maddələrinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd edilən hallar nəzərə alınmadığı və hüquq normaları düzgün tətbiq edilmədiyi üçün qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx. xx.2020-ci il tarixli, x nömrəli qətnaməsi ləğv edilsin, iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4229/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4229/2020
12.08.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver