Məhkəmə qərarları › İş №2(102)-4232/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4232/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4232/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4232/21 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi, protokolun və çıxarışın ləğvi, qiymətin məhkəmə qətnaməsi ilə müəyyən edilməsi) Bakı şəhəri, 20 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, cavabdeh "xxxx" ASC-nin vəkili Məmmədov Tural Nizami oğlunun iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC və cavabdeh "xxxx" ASC-yə qarşı “hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1158/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 20 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 İddiaçı məxsus olub. İddiaçı həmin mənzili kredit öhdəliyinin təminatı kimi "xxxx" ASC--nin xeyrinə yüklü edib.

2. Kürdəmir Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı kredit müqaviləsi üzrə cəmi 45881,49 manat pul tutulmuş, tələb ipteka predmetinə yönəlmişdir.

3. Şirvan Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ünvan 1-n in ilkin satış qiyməti 80.000 manat dəyərində müəyyən edilmişdir.

4. Hərracda "xxxx" ASC ipoteka predmeti olan mənzili 51000 manata almışdır. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı iddia ərizəsi (sonradan iddia ərizəsinə əlavə) ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1-yə dair keçirilən hərracın, hərracın nəticələri barədəY-234/1 saylı, 27 sentyabr 2019-cu il tarixli protokolun etibarsız hesab edilməsi, həmin protokolun hüquqi nəticələrinin ləğv edilməsi, mənzilin yenidən hərraca çıxarılmaqla, qanunvericiliklə dairəsi müəyyən edilmiş şəxslərin iştirakı ilə təkrar hərrac keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kim i qoyulub.

7. İddia tələbi onunla əsaslandırılıb ki, mənzil cavabdeh tərəfindən 80.000 manata hərraca çıxarılmış, 27.09.2019-cu il taixdə 51.000 manata satılmışdır. Lakin keçirilmiş hərrac barəsində iddiaçıya məlumat verilməmişdir. 8. iddiaçı həmçinin mənzilin hərracda satılan və qiymətləndirilmə yolu ilə müəyyənləşdirilmiş qiymətindən narazıdır. Çünki həmin qiymətlər real bazar dəyərinə uyğun deyildir. 9.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 415.2, 416.1, “İpoteka haqqında” Qanunun 36.1, 36.2, 42.1, 42.3 və 43.1.2-ci maddələrinə istinad etmişdir.

10. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi hər hansı dəlil göstərmədən iddiaya etiraz etmişdir.

11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1201/2020 nömrəli, 04 sentyabr 2020-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmi şdir. (hakim İlkin Rüstəmli)

12. Məhkəmə toplanmış sübutlara əsasən müəyyən etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 80.000 manat dəyərində müəyyən edilmiş və keçirilən hərracda 51.000 manata "xxxx" ASC-yə satılmışdır.

13. Birinci instansiya məhkəməsi iddianın əmlakın qiyməti ilə hissəni əsassız sayaraq qeyd edib ki, mənzilin hərracda ilkin satış qiyməti Şirvan Apellyasiya Məhkəməsinin 08 noyabr 2018- ci il tarixli icra vərəqəsi ilə müəyyən edilib, "xxxx" MMC də sözügedən mənzili məhz ilkin satış qiyməti 80.000 manat olmaqla hərraca çıxarmışdır. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndiricinin rəyi mənzilin hərracdaki ilkin satış qiyməti ilə eyni olmuşdur.

14. Əmlakın əsl dəyərindən aş ağı qiymətə satılması hissəsinə münasibətdə birinci instansiya məhkəməsi “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə istinadən göstərib ki, sözügedən əmlak “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən təkrar hərracda 15%-25% enmiş faizlə 51.000 manata satılmışdır (80.000x15%=68.000; 68.000x25%=17.000; 68.000- 17.000=51.000). Əmlakın satış qiyməti qanunvericiliyin tələbinə əsasən düzgün müəyyənləşdirilmişdir.

15. Birinci instansiya məhkəməsi hərracın keçirilməsindən iddiaçının məlumatsız olması ilə bağlı qeyd edib ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan 142481, 143257 nömrəli qəbzlərin surətlərinə və hərrac təşkilatı tərəfindən İddiaçı ünvanlanmış 19.07.2019-cu il və 16.08.2019-cu il tarixli bildirişlərin surətlərinə əsasən Əmlak İxtisas laşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişlər İddiaçı ünvanına “Mega Ekspress” sürətli poçt vasitəsi ilə göndərilmiş və xəbərnamələrə imza olunmaqla 20.07.2019-cu il və 17.08.2019-cu il tarixlərdə iddiaçı tərəfindən qəbul edilmişdir. Bu da göstərir ki, iddiaçı hərracın keçirilməsi, onun vaxtı və yeri barədə məlumatlı olmuşdur.

16. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Qanunun 42.3, 43.1, 43.3, 43.5-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandrımışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlillər i: - birinci instansiya məhkəməsi qətnaməni düzgün əsaslandırmayıb, təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməyib; - iddiaçı iddia ərizəsinə əlavədə "xxxx" ASC-ni cavabdeh qismində göstərib, birinci instansiya məhkəməsi bunu qətnamədə qeyd etsə də, bankı yenə də üçüncü şəxs qismində göstərib, həmçinin ilkin tələbə hüquqi qiymət verməyib; - poçt qəbzlərindəki imzalar iddiaçıya məxsus deyil.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1158/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1201/2020 saylı, 04 sentyabr 2020-ci il tarixli ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı – cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə (3-cü şəxs Cavabdeh3 göstərilməklə) qar şı “hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. (hakimlər Azad İmanov (sədrlik edən, məruzəçi), Qürbət Əsgərov, Vahid Sadıqov)

20. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə qeyd edib ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinə əlavəyə əsasən "xxxx" ASC-ni iş üzrə cavabdeh qismində cəlb etsə də, həmin cavabdehə münasibətini ümumiyyətlə müzakirə etməmişdir. Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Birinci instansiya məhkəməsi isə "xxxx" ASCnin iş üzrə cavabdeh qismində işə cəlb etməmiş və ona aid hissədə iddia tələbinə qiymət verməmişdir.

21. Apellyasiya instansiyası qeyd edilən halı prosessual hüquq normalarının pozuntusu kimi qiym ətləndirərək, hesab edib ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, işə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

22. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi də müəyyən etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 80.000 manat dəyərində müəyyən edilmiş və keçirilən hərracda 51.000 manata "xxxx" ASC-yə satılmışdır.

23. Mənzilin hərracda ilkin satış qiyməti Şirvan Apellyasiya Məhkəməsinin 08 noyabr 2018- ci il tarixli icra vərəqəsi ilə müəyyən edilib, "xxxx" MMC də sözügedən mənzili məhz ilkin satış qiyməti 80.000 manat olmaqla hərraca çıxarmışdır. Məhkəmə tərəfindən təyin edilmiş qiymətləndiricinin rəyi mənzilin hərracdaki ilkin satış qiyməti ilə eyni o lmuşdur.

24. Əmlakın əsl dəyərindən aşağı qiymətə satılması hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə istinadən göstərib ki, sözügedən əmlak “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən təkrar hərracda 15%-25% enmiş faizlə 51.000 manata satılmışdır (80.000x15%=68.000; 68.000x25%=17.000; 68.000- 17.000=51.000). Əmlakın satış qiyməti qanunvericiliyin tələbinə əsasən düzgün müəyyənləşdirilmişdir.

25. Hərracın keçirilməsindən iddiaçının məlumatsız olması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olub ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan 142481, 143257 nömrəli qəbzlərin surətlərinə və hərrac təşkilatı tərəfindən İddiaçı ünvanlanmış 19.07.2019-cu il və 16.08.2019 -cu il tarixli bildirişlərin surətlərinə əsasən Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişlər İddiaçı ünvanına “Mega Ekspress” sürətli poçt vasitəsi ilə göndərilmiş və xəbərnamələrə imza olunmaqla 20.07.2019-cu il və 17.08.2019-cu il tarixlərdə iddiaçı tərəfindən qəbul edilmişdir. Bu da göstərir ki, iddiaçı hərracın keçirilməsi, onun vaxtı və yeri barədə məlumatlı olmuşdur.

26. Apellyasiya instansiyası iddia üzrə digər cavabdeh "xxxx" ASC-yə münasibətdə hesab edib ki, iddia tələblərindən göründüyü kimi tələbin bir hissəsinin nəticəsi, digər hissəsinin nəticəsi ilə bağlıdır. Yuxarıda göstərilən əsaslarla iddia tələbi ümumilkidə rədd edildiyindən cavabdeh "xxxx" ASC-yə münasibətdə də iddia tələbi təmin edilə bilməz.

27. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası qeyd edib ki, şikayətdə göstərilənlər hallar iş materialları və maddi hüquq normaları ilə təkzib olunur.

28. Apellyasiya instansiyası “İpoteka haqqında” Qanunun 42.3, 43.1, 43.3, 43.5-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılıb və əlavə olaraq qeyd edilib, poçt qəbzlə rindəki imzanın iddiaçıya məxsus olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edilməsi barədə vəsatət əsassız olaraq təmin edilməyib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə cavabdehlərin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

33. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin vəkili Məmmədov Tural Nizami oğlu kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.

34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 nüm ayəndəsinin (vəkilinin) məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Buna görə də məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Qanun Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üç ün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qa ydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək i şə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

39. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

40. İddia tələbi hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ipoteka predmetinə dair çıxarışın ləğv edilməsi barədədir. Tələbin faktiki əsası kimi iddiaçı əmlakın satış qiymətinin düzgün müəyyən edilməməsinə və hərrac barədə ona məlumat verilməməsinə istinad etmşdir.

41. Belə olan halda, iddia tələbi yalnız o halda təmin edilə bilər ki, həqitətən də iddiaçının istinad etdiyi faktiki əsaslar öz təsdiqini tapmış olsun, hərrac “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin müəyyənləşdirdiyi qaydaları pozmaqla keçirilsin.

42. İşə mahiyyəti üzrə baxan məhkəmələr hərracın yekunları barədə protokolun etibarsız edilməsinə əsas olan halları, hərrac barədə iddiaçıya məlumat verilməməsini, qiymətin düzgün təyin edilməməsini, hərracın keçirilməsinin qanunvericliklə müəyyən edilmiş qaydasının pozulmasını müəyyən etməmişlər.

43. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilib, əmlakın həmin qiymətdən aşağı satılması isə hərracın təkrar keçirilməsi ilə bağlı olmuşdur ki, belə hallarda da qiymətin aşağı salınması qanunvericiliyin tələbidir.

44. Hərrac barədə məlumat verilməməsi barədə dəlillər də apellyasiya məhkəməsi tərəfindən qəbul edilməyib. Əksinə, apellyasiya məhkəməsi iş materiallarındakı qəbzlərə əsasən hərrac barədə bildrişlərin iddiaçının ünvanına göndərilməsini və həmin bildirişlərin iddiaçı tərəfindən alınmasını müəyyən etmişdir.

45. Apellyasiya məhkəməsi iddiaçının dəlilləri ilə bağlı mövqeyini iş materiallarındakı sübutları MPM-in 88-ci maddəsinə uyğun qiymətləndirməklə əsaslandırıb, bu baxımdan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır.

46. Poçt qəbzlərindəki imzanın iddiaçı tərəfindən imzalanmasını müəyyən etmək üçün ekspertiza barədə vəsatətin təmin edilməməsinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza barədə vəsatət verilməsi özü-özülüyündə ekspertizanın təyin edilməsi üçün əsas ola bilməz. Belə vəsatəti vermiş şəxs bir qayda olaraq, bunu əsaslandrımalı, özünün dəlillərini və olduğu halda, onlara dair sübu tlar təqdim etməlidir. Məhkəmələr müəyyən edib ki, bildirişlər iddiaçının rəsmi qeydə alındığı ünvan üzrə göndərilib və bildirişlər imzalanaraq qəbul edilib.

47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1158/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar