Məhkəmə qərarları › İş №2(102)-4232/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4232/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4232/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Yasamal-12“ Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı ilkin Cavabdeh “Yasamal-12“ Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi, xidmətlərə görə haqqın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh “Yasamal-12“ Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı “cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi və pul” tələbinə dair ilkin, cavabdeh “Yasamal-12“ Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin İddiaçı qarşı ”xidmətlərə görə haqqın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2731/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 615-ci məhəllə 4 otaqdan ibarət, ümumi sahəsi 186 kv metr, 34 saylı mənzil, yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi 4, M11, m2 İddiaçı mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. 2. "xxxx" MTK i lə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış Koorperativ binada ümumi təsərrüfat işlər haqqında müqaviləyə əsasən, tərəflər kommunal xidmətlərə görə xx.xx.2011-ci il tarixdən 4 otaqlı mənzil üçün aylıq 175 manat məbləğində vəsaitin ödənilməsi barədə razılığa gəlmişlər.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən çıxarışa əsasən, Cavabdeh MMMC xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmiş, qeydiyyat nömrəsi: 1117-MM4-0048; təşkilatıhüquqi forması: mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti; hüquqi ünvanı: ünvan 1 Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, ev 2, ev 2A və Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsi, ev 1; fəaliyyət predmeti və məqsədi: daşınmaz əmlak kompleksini birgə idarə etmək, binan ın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir.

4. Cavabdeh MMMC üzvlərinin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli 01 saylı saylı protokolundan çıxarışa əsasən, xx.xx.2022-ci il tarixdən 4 otaqlı mənzil üçün aylıq 195 manat vəsait toplanılması qərara alınmışdır. 5. xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 615-ci məhəllə 4 otaqdan ibarət, ümumi sahəsi 186 kv metr, 34 saylı mənzili, (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi 4, M11, m2) X2 xx.xx.2023-cü il tarixədək aylıq 1400 manat ödənilməsi şərtilə kirayə vermişdir. 6. xx.xx.2022-ci il tarixli müqavilənin lə ğvinə dair müqavilə ilə tərəflər arasında bağlanmış müqaviləyə xitam verilmişdir. 7. xx.xx.2022-ci il tarixli qəbz ilə İddiaçı notariat hərəkətlərinə görə 38 manat, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə məlum olur ki, kirayə müqaviləsinin imtinasına görə 50 manat məbləğində haqq ödəmişdir. 8. 23.11.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə Cavabdeh MMMC tərəfindən kommunal xidmətlərə görə borcun ödənilməsi barədə İddiaçı xəbərdarlıq edilmişdir və xidmət haqqı ödənilməzsə mənzilin qızdırılması üçün verilən suyun və isti suyun təchizatının dayandırılacağı bildirilmişdir. 9. 14.12.2022-ci il tarixli arayış ilə məlum olur ki, İddiaçı məxsus 34 saylı mənzilin Cavabdeh MMMC-yə kommunal xidmətlər üzrə borcu 2020-ci il üzrə 1750 manat, 2021-ci il üzrə 2100 manat, 2022-ci il üzrə 2340 manat o lmaqla ümumilikdə 6190 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh MMMC-yə qarşı “cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMMC tərəfindən ilk iddia üzrə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 615-ci məhəllə 4 otaqdan ibarət, ümumi sahəsi 186 kv metr, 34 saylı mənzildə mülkiyyət, istifadə, sahiblik hüquqlarını həyata keçirməsinə mane olan hərəkətlərə-həmin mənzilə xidmət edən elektrik, isitmə, su və qaz kimi komunal xidmətlərdən istifadə etməyə, liftdən digər mənzil mülkiyyətçiləri ilə bərabər qaydada və bərabər hüquqlarla isitfadə etməyə yönələn qanunsuz hərəkətlərə son qoyulması, "Yasamal 12” MMMC-nin qanunsuz hə rəkətləri nəticəsində İddiaçı vurduğu maddi ziyan kirayə müqaviləsi bağlanması üçün 38 manat, həmin müqavilanin ləğv edilməsi üçün əlavə olaraq 50 manat, məhkəmə xərcləri üçün ödənilmiş 160 manat, vurduğu ziyanın əvəzi (əldən çıxmış fayda) aylıq kirayə haqqı olaraq 1400 manatın məhkəmə qərarı icra olunana qədər hesablanaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd edilən və iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi binaya idarəçiliyi və binaya xidməti iş üzrə cavabdeh MMMC həyata keçirir. İddiaçı, mənzilini X1 vermək üçün xx.xx.2022-ci il tarixdə sonuncu ilə notarial qaydada “Kirayə müqaviləsi” bağlamışdır (38 manat dövlət rüsumu ödəməklə). Onlar razılaşmışlar ki, Kənan Qurbanlı kir ayə haqqı olaraq iddiaçıya ayda 1.400 manat ödəyəcək. Kənan Qurbanlı iddiaçıya 3 aylıq kirayə haqqı olaraq 4.200 manatı əvvəlcədən ödəmişdir. Bundan sonra MMMC mənzilin su və işıq təchizatı, sonradan isə istilik təchizatını qanunsuz olaraq dayandırmış, liftdən istifadəyə maneələr yaratmışdır. Bu səbəbdən də, Kənan Qurbanlı mənzilin kirayəsində imtina etmiş və “Kirayə müqaviləsinin” ləğvini tələb etmişdir. İddiaçı məcburiyyət qarşısında qalaraq bu tələb ilə razılaşmış və xx.xx.2022-ci il tarixdə onlar “Kirayə müqaviləsinin ləğvi barədə” notarial qaydada yeni müqavilə bağlamış (50 manat dövlət rüsumu ödəməklə), iddiaçı aldığı 3 aylıq kirayə haqqını Kənan Qurbanlıya qaytarmışdır.

12. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) MMMC-nin nümayəndəsi ilk iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, ilk iddia əsassızdır. Belə ki, iddiaçı, MMMC-nin üzvlərinin xx.xx.2022-ci il tarixdə keçirdikləri ümumi yığıncağının qərarının və onunla MMMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə əməl etməmiş, özünə məxsus 4 otaqlı mənzildə istifadə olunmuş istilik təchizatının dəyərini MMMC-yə ödəməmişdir. Bu səbəbdən iddiaçının MMMC-yə 2020-ci il üzrə 1.750 manat, 2021-ci il üzrə 2.100 manat, 2022-ci il üzrə 2.340 manat, ümumilikdə isə 6.190 manat məbləğində borcu yaranmışdır. MMMC, həmin borcun ödənilməsini iddiaçıdan həm yazılı, həm şifahi qaydada dəfələrlə tələb etsə də, iddiaçı, borcunu ödəməmişdir. Göstərilənləri nəzərə almış MMMC, iddiaçının mənzilinin istilik təchizatını dayandırmışdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən MMMC-yə qarşı əvvəllər də, bu kimi iddia irəli sürülmüş, lakin iddiaçı, ona məxsus mənzilin işıq, qaz və s. təchizatının dayandırıldığına əsaslansa da bu halları sübuta yetirə bilmədiyindən əvvəlki iddia tələbini geri götürmüş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4903/2022 saylı qərardadı ilə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər ilə geri qaytarılmışdır. Nəzərə alınmalıdır ki, qaz, su, işıq aidiyyəti qurumlar ("xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” İstehsalat Birliyi) ilə bağlanmış abunə müqaviləsi ilə istehsalçıya təchiz edilir və istehlakçı tərəfindən sözügedən kommunal xidmətlərin dəyəri bilavasitə müvafiq qurumlara ödənilir. Bunların heç birinin MMMC-yə aidiyyəti yoxdur. Qeyd edilənlərə əsasən MMMC hesab etmişdir ki, ilk iddia rədd olunmalıdır.

13. Daha sonra cavabdeh MMMC iddiaçıya q arşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilərək MMMC tərəfindən iddiaçıya göstərilmiş xidmətlərin əvəzinin ödənilməsi məqsədi ilə 6.190 manat məbləğində pulun iddiaçıdan tutularaq MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, MMMC, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə yerləşən 2 saylı binanın idarəçiliyini həyata keçirir. MMMC-nin üzvlərinin xx.xx.2022-ci il tarixdə keçirtdikləri ümumi yığıncağının qərarı ilə çoxmənzilli binanın idarə edilməsi ilə əlaqədar kommunal xidmətlərin məbləğləri müəyyənləşdirilmişdir. İddiaçıya məxsus olan və iddia ərizəsində qeyd edilən mənzil həmin binada yerləşir. Binanı inşa etmiş MTK ilə iddiaçı arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, həmin müqavilə mənzil mülkiyyətçisi (iddiaçı) ilə çoxmənzilli binanın idarəedici təşkilatı (MMMC) arasında yaranan və Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən irəli gələn münasibətlər tənzimləyir. Müqavilənin şərtlərinə görə müəyyən edilmişdir ki, iddiaçı, ona məxsus mənzildə yaşayıbyaşamamasından asılı olmayaraq kommunal xidmətlərin dəyərini MMMC-yə ödəməlidir (bənd 4.). Kommunal xidmətlərin xərclərini vaxtında ödəməyən mənzil və qaraj sahiblərinə heç bir xidmət göstərilməyəcək və ona qarşı müvafiq tədbirlər görüləcəkdir (bənd 5.). Bu müqavilənin şərtləri mənzil icarəyə veri ldikdə də qüvvədə qalır (bənd 6.). Buna baxmayaraq, iddiaçı, yaşayış binasının saxlanması üçün qanunvericilikdə nəzərdə tutulan qaydada müəyyən olunan kommunal, o cümlədən istilik təchizatının təmin olunması üçün çəkilən xərclərdə onun ümumi mülkiyyətdə olan payına (4 otaqlı mənzilinə) mütənasib olaraq iştirak etməyə borclu olduğu halda, kommunal xidmətlərdə, o cümlədən istilik təchizatının təmin edilməsi xərclərində iştirak etməmiş, bu səbəbdən onun MMMC-yə 2020-ci il üzrə 1.750 manat, 2021-ci il üzrə 2.100 manat, 2022-ci il üzrə 2.340 manat, ümumilikdə isə 6.190 manat məbləğində borcu yaranmışdır. MMMC, həmin borcun ödənilməsini iddiaçıdan həm yazılı, həm şifahi qaydada dəfələrlə tələb etsə də, iddiaçı, borcunu ödəməmişdir.

15. İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili (nümayəndəsi) qarşılıqlı iddiaya qarşı etiraz verərək bildirmişdir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Belə ki, cavabdeh MMMC heç bir qanuni əsas olmadan iddiaçıdan kommunal və s. xərclərin ödənilməsi tələb edir. Halbuki, iddiaçı ilə MMMC arasında hər hansı müqavilə bağlanmamış, iddiaçı ümumi yığıncağın iclasına çağırılmamış, həmin yığıncaqda baxılmalı olan məsələlər iddiaçı ilə razılaşdırılmamışdır. Buna görə də, qarşılıqlı iddia rədd olunmalıdır.

16. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı iddia ərizəsinin və etirazın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, o, bu evi alandan orda özü yaşamamış və uzun illər kirayəyə verərək oradan qazanc götürmüş və həmin məbləğdən də həmişə aylıq kommunal xərcləri ödəmişdir. Onun 2020-ci il tarixədək heç bir borcu yoxdur. Hər ay 175 manat pulu ödəmişdir. Əvvəllər pulu "xxxx" MTK-ya sonraki illər isə cavabdeh MMMC-yə ödəmişdir. Lakin pandemiya başladıqdan sonra o, evini müntəzəm olaraq kirayəyə verə bilməmiş və ev boş qalmışdır. Yəni evdə ümumiyyətlə yaşayış olmamışdır. Hesab edir ki, istifadə etmədiyi üçün həmin müddətdə kommunal xərcləri də ödəməməlidir. Lakin buna baxmayaraq o, cavabdeh MMMC-nin ona güzəştli qiymət tətbiq olunmasını və ödənişinin ayda 100 manatdan hesablanmasını təklif etsə də, o bundan da imtina edərək bütün pulu tam ödəməyini tələb etmiş, əks halda işığını, suyunu, qazını kəsəcəyini bildirmişdir. Daha sonra o, ona verilən suallara cavab olaraq hazırda evində su, qaz, işığın olduğunu, liftdən istifadə etdiyini və istilik sisteminində verildiyini bildirmişdir. Qeyd olun anlara əsasən məhkəmədən ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsinin və ilkin iddia ərizəsinə etiraz və mülahizələrin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, onun tərəfindən qaz, su, işığın kəsilməsi ümumiyyətlə mümkün deyil. Bunlara nəzarəti müvafiq qurumlar həyata kecirir. Liftə gəlincə o da, sakinlərin ümumi istifadəsindədir və hansısa mərtəbəyə işləməsinin məhdudlaşdırılması mümkün deyil. Hətta mümkün olmuş olsa belə bu eyni mərtəbədə qalan digər sakinlərin də hüquqlarına toxunardı. İstilik sistemi isə o, mənzildə hər mövsüm verilmişdir. Bilindiyi kimi istilik sistemi möv sümlə əlaqədar olaraq noyabr ayının 15-dən sonra verilir. Həmin vaxtda binaya istilik buraxıldığı zaman təhlükəsizlik baxımından bütün sakinlərə bu barədə xəbərdarlıq olunur və vintillərin yoxlanılması tapşırılır. İlkin iddia üzrə iddiaçı isə mənzildə yaşamadığı üçün bunu etmək mümkün olmadığından, hər hansısa problem, su axıntısı və s. halların qarşısını almaq üçün həmin mənzilin vintili bağlı saxlanılmışdır. O, müraciət etdikdən sonra isə verilmişdir və hal-hazırda da, o mənzildə istilik var. Ümumiyyətlə isə əslində istilik sistemi ümumi qazanxanadan gəldiyindən və bunun su və qaz xərcini MMMC ödədiyindən, ilkin iddia üzrə iddiaçı isə heç bir ödəniş etmədiyindən MMMC tərəfindən verilməyə də bilərdi. İddia ərizəsi tam əsassızdır.

18. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim: Toğrul Axundov) 06 fevral 2023-cü il tarixli 2(004)-698/2023 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin rədd edilməsi, ilkin iddia üzrə ödənilmiş 150 manat dövlət rüsumunun ilkin iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdehdən 6190 manat məbləğində xidmət haqqı borcunun tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi, iş üzrə ödənilmiş 81,90 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməsi qət edilmişdir.

19. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, ilkin iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı cavabdeh MMMC-nin hərəkətləri nəticəsində ona maddi ziyan vurduğunu bildirsə də, iş materialları ilə belə hallar müəyyən edilməmiş, ilkin iddia üzrə iddiaçı tərəfindən həmin halları təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

20. İlkin iddia üzrə iddiaçı mülkiyyətində olan mənzilə su və işıq təchizatının cavabdeh MMMC tərəfindən dayandırıldığını bildirsə də, məhkəmə qeyd etmişdir ki, mənzilə su, qaz və işıq təchizatı aidiyyəti qurumlarla bağlanmış abunə müqaviləsi ilə təmin edilir və istehlakçı tərəfindən sözügedən kommunal xidmətlərin dəyəri bilavasitə müvafiq qurumlara ("Azərişıq”, "Azərsu” və s.) ödənilir.

21. Həmçinin ilkin iddia üzrə iddiaçı məhkəmə iclası zamanı da etiraf edici izahatı ilə hazırda onun mənzilinə su, qaz, lift və işiq verilməsinin dayandırılmadığnı, eləcədə mənzilin istiliklə təhciz olunduğunu bildirmişdir. Yəni mənzilə cavabdeh MMC tərəfindən elektrik və su verilməsi nin dayandırılması barədə iddia əsassızdır. Məhkəmə həmçinin mənzilə istilik təchizatının verilməsinin dayandırılmasının ilkin iddia üzrə cavabdeh tərəfindən təqdim edilmiş qarşılıqlı iddia ərizəsi, etiraz və mülahizələrdə qəbul edilməsini nəzərə alaraq ilkin iddia üzrə cavabdehin mülahizələrini əsaslı hesab edərək iddia tələbinin həmin hissədə də təmin edilməməsi qənaətinə gəlmişdir.

22. Məhkəmə ilkin iddia üzrə iddiaçının cavabdeh MMMC-nin qanunsuz hərəkətləri nəticəsində ona vurduğu maddi ziyanın məhkəmə qərarı icra olunana qədər hesablanaraq ona ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh MMMC-nin qanunsuz hərəkətlərinin olması iş materialları ilə müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir.

23. Həmçinin məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinin bağlanması üçün 38 manat, xx.xx.2022-ci il tarixli müqavilənin ləğvinə dair müqaviləyə görə 50 manat ödədiyini bildirsə də iddia ərizəsinə əlavə edilmiş qəbzlərdə qeyri-müəyyənlik mövcuddur. Belə ki, ilkin iddia üzrə iddiaçının 50 manat məbləğində pul ödəməsi ilə bağlı olan qəbz xx.xx.2022-ci il tarixli qəbzdir və həmin qəbzdə qeyd olunan məbləğin müqavilədən imtinaya görə ödənildiyi qeyd olunmuş, halbuki müqavilənin ləğvi xx.xx.2022-ci il tarixdə olmuşdur. 38 manat ödəməsi ilə bağlı qəbz isə xx.xx.2022-ci il tarixə aiddir, kirayə müqavilə isə xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Bundan başqa iddiaçı bağlanılmış kirayə müqaviləsindən imtinanın məhz cavabdehin hərəkətləri səbəbindən baş verməsi ilə bağlı da, məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə ilkin iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutları mötəbər hesab etməmişdir.

24. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı ilə cavabdeh MMMC arasında mənzilin kommunal xidmətlərinin ödənilməsinə görə birbaşa müqavilə bağlanmasa da, çoxmənzilli binanın sahə mülkiyyətçisi olan iddiaçı, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmasa belə bu hallar onu, ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Buna görə də, qarşılıqlı iddia tam həcmdə təmin edilməlidir.

25. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 385.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.10, 6.0.11, 29.3, 45.5, 122.1.3, 122.3, 135.1, 135.2, 137.1, 137.4, 137.6, 137.9, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 80, 88, 119, 218.1, 218.3, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarına, “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

26. İddiaç ı (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Əsasları ilk iddia ərizəsinin habelə “qarşılıqlı iddiaya etiraz”ın əsaslarına uyğun olan apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin görülməsi barədə” ərizənin təmin edilməsi barədə məhkəmənin qəbul etdiyi qərardad icra olunduqdan sonra mənzi lə istiliyin verilməsinin bərpa edilməsini, borcun ödənilməsi barədə MMMC-nin xəbərdarlıq məktubunun isə həmin qərardad qəbul edildikdən sonra iddiaçıya göndərilməsini nəzərə almamışdır. Bundan başqa cavabdeh MMMC-nin rəhbərliyinin iddiaçıya məxsus mənzilə dair iddiaçı ilə Kənan Qurbanlı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Kirayə müqaviləsindən” və Kənan Qurbanlı tərəfindən əvvəlcədən ödəniş edilməsində xəbər tutduqdan dərhal sonra iddiaçının mənzilinə suyun və elektrik enerjisinin verilməsini dayandırmışdır. İddiaçı bu barədə "xxxx" ASC-nin 199 qaynar xəttinə məlumat vermiş, lakin oradan iddiaçıya məlumat verilmişdir ki, onlar elektrik enerjisinin verilməsini dayandırmamışlar və iddiaçı tərəfindən verilmiş məlumatı yoxlamaq üçün binaya əməkdaşlarını göndərmişlər. Daha sonra "xxxx " ASC tərəfindən iddiaçıya məlumat verilmişdir ki, MMMC-nin sədri Nazim Ələkbərov "xxxx" ASC-nin əməkdaşlarını binaya buraxmamışdır. Yalnız bundan sonra iddiaçı “müvəqqəti təminat tədbirinin görülməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək binanı inşa etmiş "xxxx" MTK tərəfindən ona məxsus mənzilə suyun və elektrik enerjisinin verilməsinin bərpa edilməsi və bu cür qanunsuz hərəkətlərin "xxxx" MTK-ya qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və icra olunması üçün Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Qərardad icra olunmağa göndərildikdən sonra "xxxx" MTK xx.xx.2022-ci il tarixli məktub ilə İcra Şöbəsinə müraciət edərək MTK-nın xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixə qədər fəaliyyətinin dayandırdığını bildirmişdir. Bundan sonra bəlli olmuşdur ki, binanın idarəetməsi hazırki iş üzrə cavabdeh olan MMMC tərəfindən həyata keçirilir. Bunu nəzərə almış iddiaçı, bundan sonra “müvəqqəti təminat tədbirinin görülməsi barədə” yeni ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək binanın idarəçiliyin həyata keçirən MMMC tərəfindən ona məxsus mənzilə suyun və elektrik enerjisinin verilməsinin bərpa edilməsi və bu cür qanunsuz hərəkətlərin MMMC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və icra olunması üçün Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş, MMMC də, xx.xx.2022-ci il tarixli məktubla İcra Şöbəsinə bild irmişdir ki, icra sənədi MMMC tərəfindən icra edilmişdir. Bundan sonra MMMC suyun və elektrik enerjisinin verilməsini bərpa etsə də mənzilinə istilik təchizatını dayandırmışdır. Bu səbəbdən də iddiaçı məcburiyyət qarşısında qalaraq daha bir “müvəqqəti təminat tədbirinin görülməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək binanın idarəçiliyin həyata keçirən MMMC tərəfindən ona məxsus mənzilin istilik təchizatının bərpa edilməsi və bu cür qanunsuz hərəkətlərin MMMC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və icra olunması üçün Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş, MMMC də, xx.xx.2022-ci il tarixli məktubla İcra Şöbəsinə bildirmişdir ki, icra sən ədi MMMC tərəfindən icra edilmişdir. Bütün bunlar isə bir daha sübut edir ki, cavabdeh MMMC, iddiaçıya münasibətdə qərəzli mövqe tutmuşdur. MMMC-nin qanunsuz hərəkətləri nəticəsində iddiaçı ilə Kənan Qurbanlı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Kirayə müqaviləsi” ləğv edilmiş və iddiaçıya maddi zərər dəymişdir.

28. İlkin iddia üzrə iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, tərəflər arasında heç bir müqavilə olmadığı halda MMMC tərəfindən hər 1 kv metr üçün nə qədər və hansı kv metr üçün hesablandığı göstərilmədən iddiaçıya 6.190 manat məbləğində borc hesablanmışdır. Halbuki, Bakı şəhərində eyni kateqoriyadan olan binalarda mənzillərin hər bir kv metr üçün 0,2 - 0,4 manat hesablanır. İddiaçıya məxsus mənzilin sahəsi “Reyestrdə çıxar ışda” 186 kv metr göstərilmişdir. Belə olan halda qeyd edilən ölçüdə olan sahə üçün hesablanmalı 2020-ci ilin üçüncü ayından 2022-ci ilin 12-ci ayına kimi 34 ay mənzil haqqı ödəmiş və həmin dövrdə mənzildə yaşayış olmamışdır. 186 kv metr x 0,30 manat = 57 manat; 57 manat x 34 ay = 1.940 manat. Heç bir müqavilənin olmadığı həmin dövrdə bir gündə olsa yaşayış olmadığı halda 1.940 manat borc hesablanmasına etirazı yoxdur. Binada isti və soyuq su üçün sayğaclar quraşdırılıb. "xxxx" ASC ilə müqaviləni sakinlər bağlayır və sərfiyata görə ödənişi sakinlər ödəyir. Yaşayış olmadığı halda MMMC tərəfindən isti və soyuq su ventilləri bağlanılır. MMMC binanın saxlanılması və cari təmiri üçün sakinlərdən kommunal pullar yığdığını iddia edir. Halbuki, il ərzində yığılan pullar dəfələrlə çoxdur. Həmin həy ətdə 23 mərtəbəli 3 bina var və üç binaya qazanxanalar istilik verir. Üç binada 276 mənzil və qeyri-yaşayış sahələrinə həmin qazanxanadan istilik və su verilir. 138 üç otaqlı, 138 dörd otaqlı mənzil var. 138 (3 otaq) x165=22.770 manat, 138 (4 otaq) x 195 manat = 26.910 manat; cəmi 49.680 manat minimum 7.000-8.000 manat qeyri-yaşayış sahələri ayda minimum 55.000 manat pul yığılır. İldə 660.000 manat edir. Halbuki, Bakı şəhərində "xxxx" MMC 15 noyabrdan 15 aprelə qədər mənzillərin hər bir kv metr üçün 0,15 manat pul yığılır. Burdan aydın olur ki, MMMC-nin sədri Nazim Əkbərov hər ay sakinlərə külli miqdarda ziyan vurmaqla il ərzində 100.000 manatlarla haqsız qazanc əldə edir. Nazim Əkbərov tərəfindən işığın və suyun istifadəsinə qoyulmuş məhdudiyyət səbəbindən kirayəçilər bağladığı kirayə müq aviləsinə xitam vermişdir. xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək 4 ayda hər ayı 1.400 manat olmaqla 5.600 manat, 50 manata notariusda bağlanmış müqaviləyə görə 38 manat müqavilənin ləğvinə, 160 və 80 manat məhkəmə xərcləri olmaqla cəmi 5.928 manat cavabdeh MMMC tərəfindən iddiaçıya maddi ziyan vurulmuşdur. Həmin zərər MMMC alınıb iddiaçıya ödənilməldir. Birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə göstərmişdir ki, MMMC tərəfindən işığın, suyun və istiliyin istifadəsinə qanunsuz məhdudiyyətə dair heç bir sübut yoxdur. Ancaq işığın, suyun və istiliyin verilməsinə dair məhkəməyə müraciəti məhkəmə tərəfindən icra şöbəsinə göndərilən məktublar yetərincə sübutlar olduğunu göstərir. Bundan başqa elektrik enerjisinin verilməsinin məhdudlaşdırıldığı dövrdə "xxxx" ASC-nin 199 çağrı mərkəzinə müraciət edilmişdir. "xxxx" ASC-yə verilmiş sorğuya cavab məktubunda bu öz təsdiqini tapmışdır.

29. Cavabdeh MMMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və birinci instansiya məhkəməsi hazırki iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının liftdən istifadə etməsinə hər hansı maneə yaradılmamış, iddiaçı, digər sakinlər kimi liftdən sərbəst istifadə edir. Liftdə nasazlıq olduğu üçün iddiaçı cəmi bir dəfə liftdən istifadə edə bilməmiş, lakin nasazlıq elə MMMC-nin işçiləri tərəfindən qısa müddətdə aradan qaldırılmışdır.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: M.A.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və A.N. İmanov) 06 iyun 2023cü il tarixli, 2(103)-2731/2023 nömrəli qətnaməsi ilə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qismən, yəni ilk iddiada ifadə edilmiş “liftdən digər mənzil mülkiyyətçiləri ilə bərabər qaydada və bərabər hüquqlarla istifadəyə yaradılan maneələrə son qoyulması barədə” tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilərək həmin tələbin təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 615-ci məhəllə 4 otaqdan ibarət, ümumi sahəsi 186 kv metr, 34 saylı mənzilin (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi 4, M11, m2) yerləşdiyi binada liftdən digər sakinlər ilə bərabər qaydada və bərabər hüquqlarla istifadəyə iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) yaradılan maneələrə son qoyulması və bu kimi maneələrin yaradılmasının cavabdeh MMMC-yə qadağan edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

31. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Həmin hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddia ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddiada ifadə edilmiş “liftdən digər mənzil mülkiyyətçiləri ilə bərabər qaydada və bərabər hüquqlarla istifadəyə yaradılan maneələrə son qoyul ması barədə” tələbi rədd etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, qeyd edildiyi kimi, cavabdeh MMMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək bildirmişdir ki, iddiaçının liftdən istifadə etməsinə hər hansı maneə yaradılmamış, iddiaçı, digər sakinlər kimi liftdən sərbəst istifadə edir. Liftdə nasazlıq olduğu üçün iddiaçı cəmi bir dəfə liftədən istifadə edə bilməmiş, lakin nasazlıq elə MMMC-nin işçiləri tərəfindən qısa müddətdə aradan qaldırılmışdır.

33. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının liftdən istifadə etməsinə hər hansı maneə yaradılmamasını sübut etmək vəzifəsi cavabdeh MMMC-nin üzərinə düşür, lakin MMMC bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etdiyindən qəbul edilməlidir ki, iddianın müzakirə edilən hiss əsi əsaslıdır.

34. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.10, 6.0.11, 29.3, 35.1, 37, 45.5, 122.1.3, 122.3, 135.1, 135.2, 137.1, 137.4, 137.6, 137.9 və 137.10-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh (vəkil: Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayətinin əsasları ilk iddia ərizəsinin habelə “qarşılıqlı iddiaya etiraz”ın, o cümlədən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əsaslandırılmışdır.

37. İddiaçi kayətini Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ hissə), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, Mənzil Məcəllləsinin 5.3, 29.1, 29.2, 44.4, 137.4, 137.5 və 142.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217 və 218.1-ci maddələrinə istinad edərək əsasnadırmışdır. b)Kassa siya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

39. Maddə 6.0. Mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir:

40. Maddə 6.0.10. kommunal xidmətlərin göstərilməsi;

41. Maddə 6.0.11. yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi;

42. Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır.

43. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, b inaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.

44. Maddə 37.1. Çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir.

45. Maddə 37.2. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir.

46. Maddə 45.5. Çoxmənzilli binanın s ahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir.

47. Maddə 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək. (122.1.3)

48. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödə niş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

49. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

50. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir:

51. Maddə 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan;

52. Maddə 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan;

53. Maddə 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooper ativi tərəfindən yaşayış sahəsinin verildiyi andan;

54. Maddə 135.2.4. Yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan.

55. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.

56. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxla nmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.

57. Maddə 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər.

58. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər.

59. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarı:

60. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü t ələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

63. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

67. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istina d edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

71. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

72. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

73. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şika yəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2731/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar