Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4233/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdeh və vəkili X1 iştirakları ilə, B akı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1375/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki, 49 saylı evin 387 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 19.03.2019-cu il tarixdə ********** qeydiyyat nöm rəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 3012 nömrəli reyestr kitabının 281263 nömrəli vərəqində qeydiyyata alınmışdır. 05.05.2020-ci il tarixli “Asan 5” tərəfindən verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki, 49 saylı evin 387 saylı mənzilində X3 qeydiyyatdadır. Vİ-JQ seriyalı 292862 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində 15 sentyabr 1992-ci il tarixdə bağlanmış və nikah 780 nömrəsi ilə qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.09.2019-cu il tarixli 2(103)12435/2019 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02.03.2020-ci il tarixli 2(102)-1240/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.09.2019cu il tarixli 2(103)-12435/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı mülkiyyətçi kimi hüquqdan istifadə edərək, Cavabdeh mənzildə yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini tələb edə bilməsi hüququ izah olunmuşdur. 013/20 saylı “X6” MMC-nin qiymətləndirici rəyə əsasən ünvan 1 ünvanında yerləşən 387 saylı mənzilin h azırkı dövrə olan aylıq kirayə dəyəri 300 (üç yüz) manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qanunla nəzərdə tutulmuş qaydada hər ay 300 (üç yüz) manat, 30 (otuz) ay (2, 5 il) olmaqla ümumi 9000 (doqquz min) manat kompensasiya ödənilməklə onun ünvan 1, 387 saylı mənzilə dair istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılmasına və mənzilin mülkiyyətçiyə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında bağlanılmış 01 iyul 2006-cı il tarixli müqaviləyə əsasən MMC tərəfindən inşa olunmuş binadan ümumi sahəsi 65 kvm olan 1 (bir) otaqlı mənzil almış və həmin mənzilin dəyəri 23256 (iyirmi üç min iki yüz əlli altı) ABŞ dolları onun tərəfindən tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19.03.2019-cu il tarixli Çıxarışa əsasən (Seriya RX, №1489317) Nizami rayonu, Elşən Süleymanov küçəsi, ev 49, 387 saylı mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. O və həyat yoldaşı X3 həmin mənzildə qeydiyyatdadırlar. Cavabdeh 09.02.2009-cu il tarixdən mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayır. Bakı Apellyasiya Məhkəməsinin 30.09.2019-cu il tarixli 2(103)-12435/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifa də hüququnun itirilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bundan əlavə, Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 49 saylı evin 387 saylı mənzilinin özgəninkiləşdirilməsi ilə bağlı qeydiyyat aparılmasından cavabdehin çəkinməsi tələbini irəli sürərək 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 49 saylı evin 387 saylı mənzilinə dair İddiaçı adına aparılmış qeydiyyatın ləğv edilməsi, həmin mənzilin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərdən cavabdehin çəkinməsi” kimi qəbul olunmasını xahiş etmi şdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.10.2019-cu il tarixli 2-1(82)-1923/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Hazırda cavabdehin ona məxsus mənzildə yaşaması onun və ailə üzvlərinin mülkiyyət hüquqlarını pozur. Cavabdeh onu və ailə üzvlərini ona məxsus mənzilə buraxmır. “X6” MMC tərəfindən verilmiş qiymətləndirici rəyə əsasən ünvan 1 ünvanında yerləşən 387 saylı mənzilin hazırkı dövrə olan aylıq kirayə dəyəri 300 (üç yüz) manat təşkil edir. Cavabdehin məhkəməyə göndərdiyi etiraz ərizəsində qeyd olunmuşdur ki, tərəflər 2006-cı ildə faktiki nikah münasibətləri girmişlər. Onlar birgə yaşadıqları dövrdə hər ikisi pul qoyaraq 23256 manata mübahisəli mənzili almış, daha sonra bərabər olaraq pul qoymaqla mənzili təmir etdirmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsin in (hakim Fikrət Mirzəyev) 2(007)-1805/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, cavabdehin mənzildə istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tanınmışdır. Etiraz ərizəsində cavabdeh təklif olunan kompensasiyanın məbləğini mübahisələndirməmiş və ümumiyyətlə iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən etiraz ərizəsində göstərdiyi halları araşdırmaq mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, hazırkı iş üzrə mülkiyyətçi (iddiaçı) cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini tələb edirsə ona bazar qiyməti ilə müvafiq kom pensasiya verməlidir. İddiaçı təklif etdiyi 9000 manat kompensasiyanın bazar qiymətinə uyğun olub-olmaması barədə sübutlar təqdim etməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)1805/2020 saylı 30 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya instansiyası məhkəməsində məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini və əlavəni müdafiə edərək, təmin edilməsini xahiş etmiş və mübahisəyə daha tez son qoymaq məqsədi ilə cavabdehə 12.000 manat kompensasiya təklif etmişdir. Cavabdeh isə təklif edilən kompensasiya məbləği ilə razı olmayaraq, mübahisəli evin iddiaçı ilə qeyri-rəsmi nika h münasibətlərində olduğu müddətdə aldıqlarını qeyd edərək təklif edilən kompensasiya məbləğinin 50000 manat müəyyən edilməsinə razı olduğunu bildirmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Vahid Sadıqov sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Azad İmanov) 2(103)-1375/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli 2(007)-1805/2020 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilmiş, İddiaçı tərəfindən 12000 manat kompensasiya verilməklə Cavabdeh ünvan 1, 387 saylı mənzilə dair istifadə hüququna xitam verilməsi və Cavabdeh həmin mənzildən çıxarılsın, mənzil iddiaçıya təhvil verilm əsi qət olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı kompensasiyanın məbləği ilə bağlı sübut təqdim etmişdir, digər tərəfdən isə hazırki iddia üzrə kompensasiyanın məbləği məhkəmə tərəfindən müəyyən edilməklə mülkiyyətçinin həmin məbləğin ödənilməsinə razılığının olub-olmaması nəzərə alınmaqla iddianın təmin və ya rədd edilməsi barədə qətnamə qəbul edilə bilər. Məhkəmə isə bununla bağlı heç bir araşdırma aparmamış, formal əsasla iddianı rədd etmişdir. İşin müəyyən edilmiş hallarına əsasən, tərəflər 2006-cı ildə rəsmi nikah bağlamadan faktiki ər-arvad münasibətlərinə girərək, təxminən 2008-ci ildən mübahisəli mənzildə birgə yaşamış, həmin münasibətlərdən onların uşaqları olmamış, cavabdeh 09.02.2 009-cu ildə mübahisəli mənzilə qeydiyyata düşmüş, 2018-ci ildə onların münasibətləri pozulmuş, 19.03.2019-cu il tarixdə mənzil iddiaçının adına qeydə alınmışdır. İddiaçı əvvəlcə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə iddia qaldırmış, lakin iddiası uğursuz olmuş, sonra hazırki iddianı qaldıraraq, əvvəlcə cavabdehə 9000 manat kompensasiya təklif etmiş, apelyasiya baxışı zamanı isə kompensasiya məbləğini 12000 manata qaldırmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2ci maddəsinə və R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26.09.2007-ci il tarixli qərarına istinadən qeyd etmişdir ki, «kompensasiya» dedikdə, mənzildən istifadə hüququ olan şəxsə verilməli olan kompensasiy a məbləğinin ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mübahisəli mənzilin yerləşdiyi ərazidə (8-ci km. Bazarı, «İnci» şadlıq sarayının yanı) oxşar (1 otaqlı təmirli) mənzillərin aylıq kirayə haqqının təxminən 300 manat olması işdə olan qiymətləndirmə rəyi ilə bərabər, eyni zamanda müxtəlif internet resurslarında («Bina.az», «Əmlak.az», «Arenda.az» və s.) yerləşdirilmiş kirayə elanları ilə də təsdiq olunur. Belə olan təqdirdə təklif olunan 12000 manat kompensasiya məbləği cavabdehə aylıq kirayə haqqı 300 manat olmaqla, davamlı surətdə, yəni 3 il 4 ay müddətində oxşar mənzildə yaşamaq imkanı verir. Təklif olunan 12000 manat kompensasiya məbləği ağlabatan və ədalətlidir. Cavabdehin dəlilləri ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, onun tələb etdiyi 50000 manat əslində istifadə hüququnun xitamı üçün nəzərdə tutulan kompensasiya məbləğini yox, mübahisəli mənzilin bölünməsini ehtiva edir ki, bu da qanunla yolverilməzdir, yəni cavabdehin belə bir tələb hüququ yoxdur. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1375/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Kollegiya ilk növbədə iş üzrə məhkəmə baxışının prinsiplərinə riayət etməyərək həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Belə ki, Cavabdeh izahatından görünür ki o, İddiaçıla 2006-cı ilin aprel ayından birgə yaşamaqla aralarında 20 aprel 2010-cu ildə dini nikah bağlanmışdır. O bu barədə olan sənədi məhkəməyə təqdim etmişdir. İddiaçı mütəmadi olaraq aralarında rəsmi nikah bağlayacaqlarına söz versə də buna əməl etməmişdir. Evləndikdən sonra bir müddət Bakı şəhəri Mahir Əmirov küçəsi ev 38 mənzil 51-də kirayədə yaşamışlar. 2006-cı ildə hər ikisi topladıqları 23.256 manat məbləğində pulu "xxxx" MMC-yə ödəməklə almış təmir etdirmişlər. Mənzilin bütün mebel və digər avadanlıqları Cavabdeh tərəfind ən alınmışdır. Baxmayaraq ki, Cavabdeh həmin ünvanda 9 fevral 2009-cu ildən qeydiyyatdadır, İddiaçı Sevincin Hacıyevanın təklifi ilə 2017-ci ildə həmin mənzilə qeydiyyata düşmüşdür. İddiaçı Bakı şəhəri, Nizami rayon Məhkəməsinin ləğv edilmiş 12 noyabr 2018-ci İl tarixli qətnaməsindən maksimum istifadə edərək 19 mart 2019-cu ildə mənzili özəlləşdirməyə nail olmaqla, 5 may 2020-ci ildə qanuni nikahda olduğu Bahar Abdullayevanı da qeydiyyata aldırmışdır. Bundan başqa Cavabdeh məhkəmə iclasında təklif edilən kompensasiya məbləği ilə razı olmayaraq, mübahisəli evin iddiaçı ilə faktiki nikah münasibətlərində olduqları müddətdə aldıqlarını, həmin mənzilin pulunun yarısının özü tərəfindən ödənildiyini, təmir etdikləri həmin mənzilin hazırki qiymətinin 100.000 manat olması səbəbindən özünə 50.000 m anat verilməsini istədiyini bildirmişdir. Məhkəmə kollegiyası bu mühüm xüsusatları hərtərəfli, tam və obyektiv araşdırmadan səhv nəticəyə gəlmiş, habelə Cavabdeh müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmamışdır. Bundan başqa məhkəmə kollegiyası 12.000 manat kompensasiya məbləğinin ağlabatan olması ilə bağlı da səhv nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh öz vəsaiti hesabına 1 otaqlı evi əsaslı şəkildə yenidən inşa edərək 3 otaqlı mənzil halına gətirmiş və onu yüksək səviyyədə təmir etdirmişdir. Məhkəmə Kollegiyası bu mühüm xüsusatı da ətraflı araşdırmamış, mənzilə baxış keçirməmiş, nəticədə kompensasiya məbləğinin müəyyən olunmasında səhvə yol vermişdir. Kassasiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının iz ahatları Cavabdeh və vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçının vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və bunun səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış bi nasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol ve rilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxla maq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə verilmiş kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir, belə ki, həmin dəlillərlə bağlı məhkəmələrə heç bir sübut təqdim edilməmişdir. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki ha llarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiy a şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1375/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.