Məhkəmə qərarları › İş №2(102)-4234/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4234/2023

21.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4234/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 Xidmət Mərkəzi Notariat ofisinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 Xidmət Mərkəzi Notariat ofisinə qarşı «bağışlama müqaviləs inin etibarsız hesab edilməsi» tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1382/2023 nömrəli, 6 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları

1. Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 saylı qərarı ilə Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisindən X3, X2, İddiaçı1, Cavabdeh1 və İddiaçı2 0,25 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ “Torpağın mülkiyyətə verilməsinə dair” JN 046A KOD 50305018 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir.

2. X4 həmin şəhadətnamədə göstərilən 0,25 hektar torpaq sahəsindən ona məxsus torpaq sahəsindən özünə düşən 0,05 ha h issəni, Cavabdeh2 isə özünə məxsus hissədən 0,02 hektar hissəni xx.xx.2020-ci il tarixdə bağlanmış və notariat qaydada təsdiqlənmiş bağışlama müqaviləsinə əsasən Cavabdeh1 bağışlamışdır.

3. İddiaçı1 razılıq ərizəsi verərək Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən ümumi sahəsi 0,25 hektar olan torpaq sahəsinin əri X2 məxsus olan 0,05 hektar hissəsindən 0,02 hektar hissəsinin özgəninkiləşirilməsinə etiraz etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X12 Xidmət Mərkəzi Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesa b edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə 0,25 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə hüquqlar dövlət reyestrində qeydə alınmışdır. Reyestr çıxarışında Cavabdeh2, Cavabdeh1, İddiaçı1 və İddiaçı2 adları qeyd olunmuşdur. Həmin torpaq sahəsi onların ümumi mülkiyyətindədir. 2020-ci ilin mart ayında cavabdehlərin arasında razılaşma olmuşdur. Razılaşmaya əsasən torpaq sahəsinin 0,02 hektar hissəsini, Cavabdeh1 da özünə məxsus torpaq sahəsinin 0,02 hektar hissəsini Əli Əhmədovun nəvəsi olan X1 bağışlamalı idi. Qeyd olunan razılaşmaya əsasən 0,02 hektar torpaq sahəsi notarial qaydada bağışlama müqaviləsi əsasında c avabdehə bağışlanmışdır. Birbaşa Bəynaminin adına bağışlama olmadığına görə notarius izah etmişdir ki, qanunvericilik buna icazə vermir. Məhz bu əsasa görə torpaq sahəsi Cavabdeh1 bağışlanmışdır. Hazırda Rafiq razılaşmadan imtina edir və torpaq sahəsini Bəynaminin nənəsinin adına sənədləşdirmək istəyir. Bundan başqa, bağışlama müqaviləsi təsdiq olunan zaman birgə mülkiyyətçilərin hüquqlarını pozmuş, torpaq sahəsinin hansı cizgilər daxilində bağışlanması müəyyən edilməmişdir. Həmçinin bağışlama müqaviləsi bağlanan zaman digər mülkiyyətçilərin razılığı alınmamışdır.

6. Cavabdeh1 məhkəmə iclasında veridiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, aralarında bağışlama müqaviləsi bağlanan zaman mübahisəli torpaq sahəsinin sonradan Bəynaminə bağışlanacağı barədə hər hansı razıl aşma olmamışdır. Torpaq sahəsi anası və qardaşı tərəfindən ona könüllü olaraq iradələrinə uyğun bağışlanılmışdır. Əgər torpaq sahəsinin iddiaçıların göstərdiyi kimi sonradan Bəynaminə bağışlanması mövzusu var idisə, nə üçün onunla müqavilə bağlanılırdı? İddiaçılar elə birbaşa bağışlama müqaviləsinin həmin şəxsin qanuni nümayəndəsi ilə bağlanılması üçün addım atardılar. Bircə bu amilin özü iddiaçıların səmimi olmadığına dəlalət edir. Həmçinin torpaq sahəsini ona bağışlayan qardaşı iddia ərizəsində cavabdeh kimi göstərilmişdir ki, iddia tələbi onun tərəfindən etiraf edilməklə təmin edilsin. Hansı ki, özü elə narazıdırsa məhz iddiaçı kimi göstərilməli idi. Bütün bunlar iddia tələbinin qanunsuz olmasına dəlalət edir.

7. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək təmin olunması b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Tovuz Rayon Məhkəməsinin 2(062)-212/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Fərid Əliyev) iddia rədd edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən bağışlama müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Çünki etibarsız hesab etmə üçün hər hansı hal baş verməmiş, iddiaçılar tərəfindən etibarsızlığı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Yalnız şifahi razılaşmaya əsasən torpaq sahəsinin sonradan Bəynaminə bağışlanması, lakin bunun hazırda mümkün olmaması səbəbindən torpaq sahəsinin qeyd olunan şəxsə bağışlanılması üçün Cavabdeh1la müqavilənin bağlanılması dəlili qeyd olunmuşdur ki, bu dəlil də ağlabatan deyildir. Belə ki, müqavilə üzrə hədiyyə verənlərin özlərin in birbaşa mülkiyyətlərində olan torpaq sahəsini bağışlama imkanları olduğu halda nə üçün bu addımı atmaları anlaşılan deyildir. Digər tərəfdən belə razılaşmanın həqiqətən mövcud olması da mötəbər sübutlarla təsdiq edilməlidir. Bu aspektdən də iddiaçıların sübutları yetərsizdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların iddiasının əsasını təşkil edən – yəni şifahi razılaşmaya əsasən torpaq sahəsinin sonradan Bəynaminə bağışlanması, lakin bunun hazırda mümkün olmaması səbəbindən torpaq sahəsinin qeyd olunan şəxsə bağışlanılması üçün Cavabdeh1la müqavilənin bağlanılması dəlili məhkəmə araşdırması zamanı təsdiqin tapmamışdır. Digər tərəfdən, həqiqətən belə razılaşma var idisə, müqavilə şərtlə bağlana bilərdi.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 213.2, 215.5, 215.6, 337.1, 339 – 347, 390.1, 404.1, 666.1 və 670.1-ci, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 217.1, 217.3, 217.4 və 218.1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun B.Qasımovun şikayəti üzrə 9 dekabr 2019-cu il, N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il və “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı2 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, bağışlama müqaviləsi təsdiq olunan zaman birgə mülkiyyətçilərin hüquqları pozulmuş, torpaq sahəsinin hansı cizgilər daxilində bağışlanması müəyyən edilməmişdir. Həmçinin, bağışlama müqaviləsi bağlanan zaman digər mülkiyyətçilərin razılığı alınmamışdır. Daşınmaz əmlakın bağışlanmasına dair müqavilədən aydın görünür ki, o və X6 bağışlama müqaviləsini imzalamamışlar. Bağışlama müqaviləsində imzaları olmadığı halda onların torpaq sahəsi Cavabdeh1 adına keçirilmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1382/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(06 2)-212/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 13 saylı qərarı ilə Tovuz rayonu, Əlimərdanlı kəndi ərazisindən X3, X2, İddiaçı1, Cavabdeh1 və İddiaçı2 0,25 hektar həyətyanı torpaq sahəsi verilmiş, onların mülkiyyət hüquqları “Torpağın mülkiyyətə verilməsinə dair” JN 046A KOD 50305018 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında hədiyyə verənlər X5 həmin torpaq sahəsinin ona məxsus 0,05 hektar hissəsini, Cavabdeh2 isə özünə məxsus hissədən 0,02 ha hissəni hədiyyə alan Cavabdeh1 bağışlamışdır. Eyni zamanda İddiaçı1 razılıq ərizəsi əsasında əri X2 məxsus olan 0,05 hektar hissəsindən 0,02 hektar hissəsinin özgəninkiləşdirilməsinə etiraz etməmişdir.

16. Məhkəmə kollegiyası bağışlama müqaviləsi təsdiq olunan zaman birgə mülkiyyətçilərin hüquqlarınının pozulması, torpaq sahəsinin hansı cizgilər daxilində bağışlanmasının müəyyən edilməməsi və digər mülkiyyətçilərin razılığının alınmamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materialları işdə iştirak edən şəxslərin bağışlanma müqaviləsi zamanı hər birinin faktiki razılığının olması təsdiq edilir. Belə ki, onlar mübahisə edilən torpaq sahəsinin sonradan Bəynaminə bağışlanması şərti ilə Cavabdeh1 bağışladıqlarını bildirirlər ki, bu hal həmin müqavilənin məzmunu ilə təkzib edilir. Belə ki, həmin müqavilədən görünür ki, orada heç bir şərt və öhdəlik müəyyən edilməmişdir.

17. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, paylı mülkiyyətdə olan mülkiyyətçi payı əvəzi ödənilmədən özgəninkiləşdirdikdə, yəni bağışladıqda digər mülkiyyətçilərin razılığına zərurət yoxdur. Belə ki, bu zaman digər mülkiyyətçilərin üstünlük hüququ yaranmır. Ona görə də, digər mülkiyyətçilərin razılığının alınması dəlili qəbuledilən deyildir. Bundan başqa, iş materiallarının 58-ci səhifəsində olan razılıq ərizəsindən görünür ki, İddiaçı1 əri X2 məxsus 0,05 hektar torpaq sahəsinin 0,02 hektarının özgəninkiləşdirməsinə etiraz etmədiyini bildirmişdir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış bağışlanma müqaviləsinin etibarsızlığı üçün heç bir qanuni əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tərəf bağışla ma müqaviləsinin etibarsız hesab edilməsi üçün, yalnız şifahi razılaşmaya əsasən torpaq sahəsinin sonradan Bəynaminə bağışlanması, lakin bunun hazırda mümkün olmaması səbəbindən torpaq sahəsinin qeyd olunan şəxsə bağışlanılması üçün Cavabdeh1la müqavilənin bağlanılması dəlilini irəli sürmüşdür ki, bu dəlil yuxarıda qeyd edildiyi kimi əqdin etibarsızlığına əsas yaratmır.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1, 152.1, 213.2, 215.5, 215.6, 337.1, 389.1, 389.2, 666.1, 670.1-ci və Mülki Prosessual Məcəllənin 88-ci maddələrinə, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 Aprel 2004-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1382/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əq dlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqlar və vəzifələr əmələ gətirir.

24. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

26. Maddə 215.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

27. Maddə 215.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

30. Maddə 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

31. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama həd iyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur

32. Maddə 670.1. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 Aprel 2004-cü il tarixli qərarı

33. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində ( ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

37. Maddə

88. Məhkəmə sübutlara ob yektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişik lik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməs inin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmənin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Belə ki, işin halları bu qərarın 1-3-cü paraqraflarında əksini tapmışdır.

46. Baxılan mübahisə əqdin etibarsı z sayılması barədədir və həmin iddianın həllinə Mülki Məcəllənin əqdlərin etibarsızlığından bəhs edən 14-cü fəslinin müddəaları tətbiq edilməlidir.

47. Kassatorun məhkəmə tərəfindən maddi hüquq normasının düzgün tətbiq olunmaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-c ü il 12 aprel tarixli Qərar).

48. Əqdin qurucu əsasını iradə ifadəsi təşkil edir. İradə ifadəsi arzu olunan nəticəyə uyğun olmalıdır. Əqdin etibarsız sayılması üçün əsaslardan biri – bəyan edilmiş iradə ifadəsinin zədələnmiş olmasıdır. Baxılan işin halları onu deməyə əsas verir ki, bağlanmış müqavilə bağışlayan şəxslərin öz əmlakını əvəzsiz bağışlanan şəxsin mülkiyyətinə vermək niyyətinin nəticəsi kimi ortaya çıxmışdır. Bu niyyət kifayət qədər aydın iradə ifadəsidir.

49. İddiaçılar sözügedən müqavilə bağlanarkən, bağışlayan şəxslərin torpaq sahəsini Cavabdeh1 sonradan Əli Əhmədovun nəvəsi olan X1 bağışlamaq məqsədi ilə müqavilə bağladığını bildirirlər.

50. Nəzərə alınmalıdr ki, bağışlama müqaviləsi üçün xarakterik hal, bağışlamanın hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtlənd irilməməsidir (MM 666.1-ci mad.). Ancaq bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər (MM 670.1-ci mad.).

51. Lakin mübahisələndirilən bağışlama müqaviləsində bağışlamanın müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməsi barədə müddəa əksini tapmayıb.

52. Həmçinin apelyasiya instansiyası məhkəməsi bağışlama müqaviləsi bağlanarkən digər mülkiyyətçilərin razılığının alınmadığı barədə iddiaçıların dəlilini də araşdırmış və qeyd etmişdir ki, paylı mülkiyyətdə olan mülkiyyətçi payı əvəzi ödənilmədən özgəninkiləşdirdikdə, yəni bağışladıqda digər mülkiyyətçilərin razılığına zərurət yoxdur. Belə ki, bu zaman digər mülkiyyətçilərin üstünlük hüququ yaranmır. Ona görə də, digər mülkiyyətçilərin razılığının alınması dəlili qəbuledilən deyil dir. Bundan başqa, iş materiallarının 58-ci səhifəsində olan razılıq ərizəsindən görünür ki, İddiaçı1 əri X2 məxsus 0,05 hektar torpaq sahəsinin 0,02 hektarının özgəninkiləşdirməsinə etiraz etmədiyini bildirmişdir.

53. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə də razılaşır.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

55. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesa b edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1382/2023 nömrəli, 6 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar