Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4235/2020 18.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilədən imtina və zərərin əvəzinin ödənilməsi, müqavilədə tərəf kimi iştirak etməyən üçüncü şəxslər üçün vəzifələr yaradılmasının yolverilməzliyi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, X1, İddiaçı, Cavabdeh “xxxx” MMC-nin vəkili x oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassas iya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ərizə ilə cavabdeh “xxxx” MMC arasında xx.xx.2015-ci il tarixdə mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə üzrə iddiaçı, 4.100 manat ilkin ödəniş etmiş, habelə “xxxx” ASC ilə bağladığı eyni tarixli kredit müqaviləsi əsasında götürdüyü kreditlə bank vasitəsilə cavabdehə 36.200 manat ödəmişdir. Cavabdeh isə qeyd olunan müqavilənin şərtinə əməl etməyərək mənzili iddiaçıya təhvil verməmiş, nəticədə iddiaçı müqavilədən imtina edərək düşdüyü zərərin əvəzinin ödənilməsinə dair məhkəmədə iddia qaldırmışdır.
2. İddiaçı, “xxxx” MMC və “xxxx” ASC ilə xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilələrin ləğv olunmasına, bu müqavilələrə əsasən onun “xxxx” MMC-yə ödədiyi 4.100 manat, “xxxx” ASC-yə ödədiyi 12.070 manat pulun, əlavə olaraq dəymiş maddi ziyana görə 7.750 manat pulun, ümumilikdə 23.920 manat pulun və 30 manat dövlət rüsumunun “xxxx” MMC-dən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilsə də, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv olunmuş, İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli kredit müqavilə, İddiaçı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş, bu müqaviləyə əsasən İddiaçı “xxxx” MMC-yə ödədiyi 4.100 manat, “xxx x” ASC-yə ödədiyi 12.070 manat pulun “xxxx” MMC-dən alınaraq İddiaçı ödənilməsi, maddi ziyana görə iddiaçının xeyrinə 7.750 manat tutulması hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Hazırda iddiaçı bildirir ki, “xxxx” ASC-nin xəbərdarlığına əsasən, onun banka 33.124 manat əsas borc, 4820 manat faiz, 290 manat cərimə olmaqla, ümumilikdə 38.234 manat məbləğində borcu qalmışdır. Bu zərərə məhz cavabdeh “xxxx” MMC-nin təqsiri ucbatından düşdüyü üçün hazırkı iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir.
4. Cavabdeh isə bildirir ki, məhkəmə qətnaməsi ilə İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015- ci il tarixli kredit müqaviləsi ləğv edilmiş və müqavilə münasibətlərinə xitam verilmişdir. Həmin münasibətlərdən irəli gələn borcların “xxxx” MMC-dən tələb edilməsi əsassızdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 32.817,74 manat əsas borc, 5.505,25 manat faiz, 149,49 manat cərimə olmaqla, ümumilikdə 38.481,60 manat pulun alınaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətində onun adına açılmış hesaba ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 32.817,74 manat əsas borc, 5.505, 25 manat faiz, 149,49 manat cə rimə olmaqla, ümumilikdə 38.481,60 manat pulun alınaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətində İddiaçı adına açılmış hesaba ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti öz öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya maddi ziyan dəymiş, onun banka ümumilikdə 38.481,60 manat borcu yaranmışdır. Ona görə də, həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-F.Məmmədov (sədrlik edən və məruzəçi), Z.Məmmədov və S.Qafari) xx xxxxxx 2020-ci il tarixli, 2(105)-489/20 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 37.241,67 (otuz yeddi min iki yüz qırx bir manat altmış yeddi qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
9. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən “xxxx” MMC ilə bağlanmış xx xxxxx 2015-ci il tarixli müqaviləyə əsasən, xxx k” yaşayış massivindəki 28 saylı küçədə inşa edilən 6 saylı yaşayış binanın, 3 mərtəbəli ümumi sahəsi 62 kv.m olan 1 otaqlı 22 nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən 4100 manat öz şəxsi vəsaiti hesabına, qalan 36200 manat isə “xxxx” ASC ilə bağlanmış kredit müqavi ləsinə əsasən ödənilmişdir. “xxxx” MMC müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, mənzili iddiaçıya təhvil verməmişdir. Hazırkı halda, öhdəliyin icra edilməsi tələb edilmədiyindən və tərəflər arasındakı müqavilə cavabdeh tərəfindən öhdəliklərin əhəmiyyətli dərəcədə pozulması səbəbindən ləğv edildiyindən, İddiaçı Nazim oğlu əsaslı olaraq müqavilənin ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edir. İş materiallarında olan “xxxx” ASC-nin MXK-522 nömrəli xx.xx.2019-cu il tarixli arayışından müəyyən edilir ki, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36200 manat məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə İddiaçı xx xxxxxx 2019-cu il tarixinə bank qarşısında 33124,98 əsas və 4116,69 man at faiz olmaqla, cəmi 37241,67 manat kredit öhdəliyi mövcuddur. Odur ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçının xeyrinə bank qarşısında yaranmış öhdəliyinə əsasən 33124,98 manat əsas borca görə, 4116,69 manat isə faiz borcuna görə olmaqla, cəmi 37241,67 manat tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işə cəlb edilməmiş bank ilə iddiaçı arasında yaranmış kredit münasibətlərində Bank kredit vəsaitini cəlb edərək mənfəət əldə etmək məqsədilə faiz məbləğini müəyyən etmişdir H əmin faiz məbləğində cavabdeh Cəmiyyət yararlanmadığına görə həmin faiz məbləğinin cavabdehdən tutulmasının heç bir hüquqi əsası yoxdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-163/2018 saylı qətnaməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(015)-3185/2018 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-545/2019-cu il saylı qərarı üzrə məhkəmə çəkişməsi İddiaçı Nizamı oğlu ilə cavabdehlər “xxxx” MMC və “xxxx” ASC arasında yaranmışdır. Həmin mülki iş üzrə İddiaçı ilə cavabdeh Cəmiyyət arasında bağlanmış xx.xx.2015-ci il tarixli xxxx YM-0283 nömrəli Mənzilin alqı-satqı müqaviləsi mübahisələndirilmiş və həmin müqavilə üzrə Cəmiyyətə ödənilmiş 4100 manat və digər cavabdeh “xxxx” ASC-nə ödənilmiş 12070 man at pulun cavabdeh “xxxx” MMC-dən tutulması qət edilmişdir. Hazırki məhkəmə çəkişmələrindən əvvəl qanuni qüvvəsini almış məhkəmə aktların göründüyü kimi eyni tərəflər arasında İddiaçı və cavabdeh “xxxx” MMC arasında yaranmış hüquq münasibətlərinə hüquqi qiymət verilməklə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli xxxx YM-0283 xxxx nömrəli Mənzilin alqı-satqı müqaviləsi və xx.xx.2015-ci il (“xxxx” ASC) tarixli İpoteka Kredit müqavilələri ləğv edilmişdir. Bununla hüquq münasibətlərinə xitam verildiyi halda, sonradan təxminən 1 (il) 4 (dörd) aydan sonra İddiaçı ləğv edilmiş müqavilələr üzrə təkrar - borc tələbinə dair iddia tələbi irəli sürmüşdür. Halbuki birinci və apelyasiya instansiya məhkəmələri hazırkı iddia tələbinin bir hissəsinə xitam verməli olduğu halda təkrar olaraq təmin etməklə maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Cəmiyyət belə qənaətə gəlir ki, iddiaçı Vüsal N.Xəlilov və oxşar tələb üzrə digər iddiaçı şəxslər hər il ləğv edilmiş müqavilələr üzrə yeni iddia məbləğləri ilə çıxış edə bilərlər. Mövcud məhkəmə təcrübəsində, xüsusilə qüvvədə olan qanunvericiliyə görə yolverilməzdir. Mülki Kollegiya sübutlara qiymət verərkən İddiaçı tərəfindən təqdim edilmiş “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli arayışına və həmin bankın Müştəri Xidmətləri Departamentinin xx.xx.2019-cu il tarixli Hesabdan Çıxarışına istinad etməklə “32817,74 manat əsas borc, 5505,25 manat faiz borcu, 149,49 manat cərimə borcunun olmasını” müəyyən etməklə kifayətlənmişdir. Kollegiya nəzərə almamışdır ki, mübahisəli mənzilin alınması üçün 36200 mana t kredit vəsaiti ayrılmış və sadalanan və qüvvəyə minmiş 2018-ci il tarixli məhkəmə aktlarında qət edilmiş 12070 manat məbləğin tutulmasını xüsusatlarını nəzərə almamışdır. Kollegiya mövcud sübutlara düzgün qiymət verməyərək əsassız və qanunsuz qərar qəbul etmişdir. Çünki 2018-ci il tarixli məhkəmə aktları üzrə qət edilmiş məbləğlər və hazırda mübahisəli məbləğlər eyni bir kredit müqaviləsi üzrə münasibətlərdən irəli gəlir (36200 manat 75428 manat). Tamamilə yanlış hesablama və tətbiq edilməmə. Halbuki məhkəmə mülki işə xxxx - Bankı cəlb edərək qeyd olunan sübutlara düzgün, ədalətli, hərtərəfli və obyektiv qiymətləndirməli idi. Bununla da mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, məhkəmə həqiqət ə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin vəkili x oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
14. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
16. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.
17. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
19. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.
20. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor m üqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
21. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkə mənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
24. Maddə 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər.
27. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
28. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sü butlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə o laraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
31. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2015-ci il tarixdə tərəflər arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanmış, iddiaçı mənzilin dəyərinin əvəzi kimi 4.100 manat ilkin ödənişi nəğd olaraq, 36.200 manatı isə “xxxx” ASC-dən kredit götürməklə bank vasitəsilə cavabdehə ödəmişdir. Buna baxmayaraq, cavabdeh müqavilənin şərtinə əməl etməyərək mənzili iddiaçıya vermək öhdəliyini icra etməmişdir. Bununla da iddiaçı, müqavilədən imtina edərək düşdüyü zərərin əvəzini tələb etmişdir. Həmin iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır (§ 2).
32. Göründüyü kimi, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı xx.xx.2015-ci il tari xli müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə zərərin əvəzinin ödənilməsi haqqında iddiasına bir dəfə baxılmış və məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə MMC-dən 4.100 və 12.070 manat olmaqla, cəmi 16.170 manat məbləğində pul tutulmuşdur.
33. Hazırkı iş üzrə İddiaçı, mənzilin əldə edilməsi üçün kredit müqaviləsi bağlayaraq borc aldığı “xxxx” ASC-yə həmin müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinə görə yaranmış 38.234 manat borcun “xxxx” MMC-dən tutulmasını tələb etmişdir. Apellyasiya məhkəməsi iddianı bankın verdiyi maliyyə arayışı üzrə əsas, faiz və cərimə borcu məbləğləri ilə birlikdə 37.241,67 manat həcmində təmin etmişdir.
34. Göründüyü kimi iddiaçı, “xxxx” ASC ilə bağladığı kredit müqaviləsi üzrə yaranmış borc məbləğini özünün zərəri kimi qiymətləndirərək cavabdehdə n tələb etmiş və apelyasiya məhkəməsi bu tələbi haqlı saymışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, “xxxx” MMC-nin iddiaçıya əvəzini ödəməli olduğu zərər və onun həcmi, iddiaçı ilə bank arasında bağlanmış kredit müqaviləsi üzrə yaranan öhdəliklərə görə deyil, MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana gələn itgiyə görə qiymətləndirilməlidir.
35. Ona görə ki, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı tələbinin hüquqi əsası Mülki Məcəllənin 447.7-ci maddəsi çıxış edir. Həmin normanın tələbinə görə kreditor, müqavilədən çıxarkən müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər (§21). Odur ki, iddiaçı ilə cavabdeh “xxxx” MMC arasındakı münasibətlərdə yaranmış zərər müəyyən edilərkən məhz tərəflər arasında bağlan mış və iddiaçının imtina etdiyi müqavilənin icra edilməməsi nəticəsində meydana gələn ziyan nəzərə alınmalıdır.
36. Başqa sözlə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbləri üzrə işə baxılarkən tərəflərin müqavilə münasibətlərindən kənara çıxılmaqla, İddiaçıla “xxxx” ASC arasında bağlanmış müqavilə üzrə razılaşma ilə meydana gəlmiş əsas, faiz və cərimə borcu məbləğlərinin həmin münasibətlərin iştirakçısı olmayan üçüncü şəxs “xxxx” MMC-dən tutulması qanuni və əsaslı sayıla bilməz. Əks yanaşma, müqavilənin yalnız onun tərəfləri üçün öhdəlik doğurması və tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmaması prinsipinə açıqca ziddir (§ 16).
37. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmu ş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (§ 15).
38. Göründüyü kimi, zərər institutu, şəxsin əmlakının aktivində hər hansı formada baş verən azalmanı nəzərdə tutur. Lakin bu azalma qarşı tərəfin müqaviləyə, yaxud qanuna zidd əməli nəticəsində yaranmaqla şəxsin pozulmuş hüququnu bərpa etməsi üçün çəkilmiş (çəkilməli olan) xərc və ya əmlakdan məhrum olma (zədələnmə), yaxud əldən çıxmış fayda formalarında özünü biruzə verir. Başqa sözlə, müqavilə öhdəliyinin təqsirli şəkildə pozulması halında iddia olunan zərərlə cavabdehin hərəkəti (hərəkətsizliyi) arasında uyğun səbəbli əlaqə aşkar edilməlidir.
39. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflərin bağladıqları alqı-satqı müqaviləsi üzrə iddiaçının real zərəri, yəni müqavilə üzrə “xxxx” MMC-yə ödədiyi vəsait (ilkin ödəniş olaraq verdiyi 4.100 manat və kredit götürməklə bank vasitəsi ilə ödədiyi 36.200 manat olmaqla) 40.300 manat təşkil edir.
40. Kollegiya vurğulayır ki, iddiaçının bu real zərər məbləğindən əlavə, cavabdehin müqavilə öhdəliyini pozması nəticəsində düşdüyü digər zərərlərin (pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əldən çıxmış fayda və s.) olması istisna deyil. Lakin iddiaçı bu hallara istinad edərək hər hansı zərər məbləğinə istinad və sübut təqdim etmədiyi üçün həmin xüsusatlar hazırkı işin araşdırma predmetini təşkil e tmir. Şərtləri sübuta yetiridiyi təqdirdə həmin zərər(lər)i ayrıca iddia ilə tələb etmək hüququ istisna olunmur.
41. Beləliklə, apelyasiya instansiyası məhkəməsi İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə baxarkən yuxarıda göstərilən halları, o cümlədən tərəflər arasında bağlanmış müqavilə üzrə real zərərin həcminin 40.300 manat təşkil etdiyini, iddiaçının eyni faktiki hala əsaslanmaqla cavabdehə qarşı qaldırdığı əvvəlki iddianın həcmini, iddiaya baxılaraq məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə tələbin təmin (və ya rədd) edilmiş hissələrini, həmin məhkəmə aktı ilə həll edilmiş tələblərin hazırkı iddiada yenidən irəli sürülməsinin MPMnin 153.2.2-ci və 261.0.2-ci maddələri ilə istisna olunduğunu (§ 23-24), bu iş üzrə tərəflər arasında əvvəl məhkəmə müb ahisəsinin predmeti olmamış tələblərə baxılmasının mümkünlüyünü nəzərə almamışdır.
42. Bu hallar hazırkı iş üzrə maddi və prosessual hüquq normalarının səhv tətbiq edilməsinə və nəticə etibarilə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət edir.
43. Qeyd edilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə xx xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.